SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə111/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   116

 
 
267 
texniki təhsilə yiyələnənlər yüksək ixtisaslı fəhlələr olurlar. Orta ixtisas təhsil 
müəssisələrinin  məzunları  orta  təbəqəni  təşkil  edirlər.  Ali  təhsil 
müəssisələrinin məzunları isə, ziyalılar təbəqəsi kimi, cəmiyyətdə əsas mənəvi 
dəyərlərin daşıyıcısı kimi çıxış edirlər.  
Kadrların  təkmilləşdirilməsi  təkmilləşdirmə  institutları  vasitəsilə  həyata 
keçirilir.  Elmi  sahədə  bu  aspirantura  və  dokturanturalarda  təhsilin  davam 
etdirilməsinə yönəlir.  
Təhsil sisteminin yeni modeli    
Təhsil sisteminin yeni modeli aşağıdakı istiqamətlər üzrə inkişaf edir: 
- təhsil fəaliyyətinin təşkilati-hüquqi formasının dəyişkənliyi
- təhsillənmənin dəyişkənliyi; 
- çoxpilləli təhsil; 
- təhsil müəssisələrinin dəyişkənliyi.  
Ümumtəhsil  məktəblərinin  yeni  tipli  məktəblərə  (gimnaziya,  litsey, 
çoxprofilli məktəblər və s.) çevrilməsi meyli müşahidə olunur. Universitetlərin 
nəzdində  xüsusi  ixtisaslı  litseylər  və  gimnaziyalar  açılır  və  təhsil  prosesində 
aşağıdakı xüsusiyyətlər təzahür edir: 
- təhsil prosesinin ayrı-ayrı pillələri arasında sıx əlaqənin yaranması; 
- peşə yönümünün möhkəm əsaslarının yaranması; 
- gənclərin gələcək peşə seçiminə düşünülmüş yanaşmanın formalaşması; 
-  gənclərin  müasir  cəmiyyətdəki  dəyərlərə  yönəlməsi  və  peşə  seçimindəki 
meyllər; 
- təhsil prosesində şəxsiyyətin inkişafı;  
- təhsil prosesinin sosial sifarişə yönəlməsi üçün şəraitin yaranması. 
Təhsil prosesinin idarə edilməsi    
Təhsil  prosesinin  idarə  edilməsi  təhsil  sisteminin  funksiyalaşması  və 
inkişafı  ilə  bağlı  xüsusi  sosial  tənzimləyici  kimi  çıxış  edir.  Burada  təhsil 
sisteminin  mövcudluğu,  onun  daimi  yeniləşməsinə  nəzarət  həyata  keçirilir. 
Təhsil  prosesinin  idarə  edilməsi  dövlət  standartlarının  və  yeni  formalarının 
təhsilə ötürülməsi xüsusiyyətini daşıyır. Ali səviyyəli idarəetmə çərçivəsində 
hər  hansı  bir  təşkilat  sosial  siyasi  xüsusiyyət  kəsb  edir.  Bu  səviyyədə 
ideologiya,  dövlət  və  Milli  siyasət  paradiqmaları  reallaşdırılır.  Təhsil 
sahəsində  idarəetmənin  obyekti  iki  təşkilati  forma  –  dərs  vəsaiti  və  sosial 
olandır.  Dərs  vəsaiti  texnoloji  təhsil,  sosial  təşkilat  isə,  təhsil  subyektlərinin 
qarşılıqlı münasibətlərilə bağlıdır.  
Təhsil prosesinin idarə edilməsinin aşağıdakı səviyyələri fərqləndirilir: 
- mikrosistemli (dərs məşğələsi); 
- makrosistemli (təhsil müəssisəsi); 
- meqasistemli (bütövlükdə təhsil sistemi). 


 
 
268 
Təhsil prosesinin layihələşdirilməsinin üstünlükləri  
Təhsil prosesinin layihələşdirilməsi müəyyən sosial dəyərlərə və meyllərə 
əsaslanır. Bu sırada aşağıdakıları fərqləndirmək olar: 
-  etik  üstünlüklər  insanın  azad  təhsil  alma  hüququnun  ədalətli  həyata 
keçirilməsinə əsaslanır.  
siyasi üstünlüklər hökumətin müəyyən təhsil alma imkanları ilə bağlı milli 
ictimai ehtiyatlara iddia edən müəyyən sosial qrup və sosial təbəqələrə qarşı 
durmaq  bacarığını  əks  etdirir.  Bununla  yanaşı  təhsil  büdcəsi  cəmiyyətin 
maraqlarını  əks  etdirən  müəyyən  sosial  qrupun  təsiri  altında  müəyyənləşə 
bilər. 
iqtisadi üstünlüklər bir tərəfdən cəmiyyətin iqtisadi imkanları, digər tərəfdən 
təhsil  sisteminə  qoyulan  investisiyalarla  əlaqədardır.  Təhsilə  qoyulan  kapital 
ən səmərəli kapital hesab edilir və əks münasibət qeyri peşəkar kadrlara malik 
olan iqtisadiyyatın zəifləməsinə səbəb olur.  
-  yaradıcı  üstünlüklər  bilavasitə  cəmiyyətdə  yüksək  keyfiyyətli  məhsulların 
və  yüksək  ixtisaslaşmış  kadrların  mövcudluğu  ilə  müəyyənləşir  və  məhz  bu 
əsasda cəmiyyətin sabitliyi təmin olunur.  
Sosial təhsil      
Sosial təhsil xüsusi sosial fenomen olub, subyektin sosial dialoq aparmaq 
kimi  zəruri  sosial  funksiyanı  həyata  keçirmək  bacarığını  əks  etdirir.  Sosial 
təhsilin  iki  forması  –  ümumi  və  xüsusi  –  fərqləndirilir.  Birinci  halda  sosial 
təhsil  zəruri,  lakin  köməkçi  təhsil  kimi,  ikinci  halda  isə,  müəyyən  ixtisaslı 
kadrların  hazırlanmasına  yönəlmiş  təhsil  kimi  qəbul  edilir.  «Differencia 
specifica»  sosial təhsilin  üçüncü forması  kimi  qəbul edilir  və  əsasən təhsilin 
ilkin, səciyyəvi xüsusiyyətini əks etdirir.   
Sosial dialoq  
Sosial  dialoq  –  cəmiyyətin  funksional  xüsusiyyəti  olub,  subyektlərarası 
qarşılıqlı  münasibətlər  və  qarşılıqlı  fəaliyyət  forması  kimi  çıxış  edir.  Bu  ilk 
növbədə  vətəndaş  cəmiyyəti  və  dövlət  arasında  yaranan  dialoqdur.  İctimai 
münasibətlərin  subyekti  olan  bütün  sosial  qruplar,  siyasi  partiyalar  və 
hərəkatlar, ictimai birliklər, Milli, dini və digər təşkilatlar və təbəqlər arasında 
sosial dialoq mövcuddur. Fərd və sosial qrup, fərd və cəmiyyət, fərd və dövlət, 
həmçinin  sosial  qrup  və  cəmiyyət,  sosial  qrup  və  dövlət  arasında  qarşılıqlı 
fəaliyyətin reallaşdırılması sosial dialoqdur. Sosial dialoq qeyri-təşkilati, təbii 
və təşkilatlanmış ola bilər.   
Təhsilin dualizmi  
Təhsilin dualizmi aşağıdakı kimi müəyyənləşdirilir: 
- Xüsusi təhsil      -      Ümumi təhsil 
- Təhsil şəxsiyyətin formalaşdırılması prosesi kimi – Peşə təhsili 


 
 
269 
- Təhsil yaradıcılıq kimi – Təhsil istehsal kimi 
-  Özünütəhsilləndirmə  –  Təhsil  biliklərin,  bacarıqların,  məlumatın 
məqsədyönlü ötürülməsi prosesi kimi 
- Universitet təhsili – İxtisas təhsili 
-  Sənət,  peşə  əldə  edilməsinə  yönəlmiş  təhsil  –  Təhsil  təhsillənmə  məqsədi 
daşıyan peşə kimi 
- Qeyri formal təhsil – Formal təhsil   
Təhsildə  dualizmlə  bağlı  fiziklər  və  liriklər,  humanitar  və  təbiətşünaslıq, 
dövlət və özəl təhsil müəssisələrində təhsil, ənənəvi və innovasion, klassik və 
qeyri-klassik,  dövlət  standartlarına  uyğun  olan  və  qeyri-standart  təhsil 
formaları fərqləndirilə bilər.    
Sosial təhsilin arxitektonikası   
Sosial  təhsilin  əsas  məsələsi  sosial  dialoqun  subyekti  olan  insan 
formalaşdırmaqdır.  Sosial  təhsilin  mahiyyəti  və  arxitektonikası  sosial  tarixi 
inkişaf prosesində şəxsiyyətin rolunun dərk edilməsinə yönəlir. 
Sosial  təhsil  subyektləri  sosial  hədlərin  direktiv  (əmrverici)  olandan 
mental (zehni) olana yönəlməsi istiqamətində fəaliyyət göstərirlər.     
YOXLAMA SUALLAR 
1.Təhsil sosiologiyasının predmetini izah edin. 
2.Təhsilin sosiologiyasının əsas kateqoriyaları hansılardır? 
3.Təhsil prosesinin tədqiqatının əsas istiqamətlərini izah edin. 
4.Təhsilin sosiologiyasının strukturu necədir?     
5.Təhsilin əsas funksiyaları hansılardır? 
REFERAT MÖVZULARI 
1.Sosial təhsil  
2.Təhsil prosesinin layihələşdirilməsinin üstünlükləri  
3.Təhsil prosesinin idarə edilməsi   
4.Təhsilin sosial təşkilati modeli  
ƏDƏBİYYAT: 
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным 
развитием. Минск: Наука и техника, 1936. 
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совер-
шенствования распределительных отношений /Тематический сборник/. Баку, БФ 
ЛФЭИ, 1988. 
3.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по 
социологии знания. М., 1995.  
4.Годин В. В., Корнеев И. К. Управление информационными ресурсами. М., 
2000.  
5. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
6.Попов С. А. Стратегическое управление. М., 1999.  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə