Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin konstitusion hüquqi statusundakı problemli məqamlar



Yüklə 112,06 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü112,06 Kb.
#7507


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

 



 



Günel Abdullayeva



 



Azərbaycan Respublikası Konstitusiya 

Məhkəməsinin konstitusion hüquqi 

statusundakı problemli məqamlar 

Annotasiya 

Məqalə  Konstitusiya  Məhkəməsinin  hakimiyyət  sistemində  tutduğu  mövqeyi 

qiymətləndirmə istiqamətindədir. Bundan əlavə onun yaradılmasını zəruri edən 

şərtlər,  bununla  bağlı  nəzəriyyələr  və  onların  müasir  dövrdə  əsaslandırılması, 

fəaliyyətinin əhəmiyyətindən də bəhs edilir. Əsas olaraq, burada onun aid olduğu 

hakimiyyət  qolu  ilə  səlahiyyətlərinin  xarakterinin  uzlaşma  məsələsi, 

qanunvericilikdə  onun  üçün  müəyyən  olunmuş  hüquqi  statusun  uyğun  olub-

olmaması,  funksiyasının  digər  hakimiyyət  orqanlarının  yerinə  yetirdiyi 

funksiyalarla  toqquşma  məqamlarından  bəhs  edilir.  Bu  məsələlərlə  bağlı  ABŞ, 

Fransa,  İtaliya  və  başqa  xarici  dövlətlərin  təcrübəsinə  də  müraciət  edilərək 

müqayisəli  təhlil  aparılmış,  müsbət  və  mənfi  tərəflər  qiymətləndirilmişdir.  Son 

olaraq  mövcud  olması  məqsədəuyğun  və  effektiv  hesab  edilən  tövsiyələr 

məqalənin nəticə hissəsində əks olunmuşdur. 

Summary 

This article is dedicated to the evaluation of place of Constitutional Court in the 

separation of powers. In addition, the necessity of establishment of the Court, the 

theories  with  regard  to  this  establishment  and  their  contemporary  reasoning, 

and  significance  of  its  activity  is  analyzed.  The  article  covers  the  conformity 

between character of authorities of Constitutional Court and its affiliation to the 

branch  of  separation  of  powers,  suitability  of  the  legal  status  defined  in 

legislation,  the  collision  of  its  functions  with  other  branches  of  separation  of 

powers. The comparative analyzes of the practice formed in the USA, France, Italy 

and other countries and demonstrated the pros and cons. There is appropriate 

and effective suggestions given on this issue at the conclusion part of the article.  

 

Giriş 

üquqi dövlətin əsaslandığı mühüm prinsiplərdən biri “hakimiyyətin 

bölünməsi”  prinsipidir.  Belə  ki,  hər  bir  hakimiyyət  qolu  digərinin 

müdaxiləsi  olmadan,    çəkindirmə  və  tarazlaşdırma  mexanizmi 

əsasında  öz  funksiya  və  səlahiyyətlərini  realizə  edir.  Konstitusiya  nəzarətini 

həyata  keçirən  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  (bundan 

sonra  AR  Konstitusiya  Məhkəməsi)  isə  aid  olduğu  hakimiyyət  qolu  ilə  onun 

səlahiyyət dairəsi arsında ziddiyyətli məqamlar mövcuddur. Bəli,  Konstitusiya 

dövlətin  ali  qanunu  olaraq  müstəsna  əhəmiyyət  kəsb  etdiyindən  bütün 

qanunvericiliyinin ona zidd olmaması üçün nəzarət sisteminin effektivliyi tələb 

olunur.    Lakin  AR  Konstitusiya  Məhkəməsi  qanunverici  hakimiyyətə  məxsus 

funksiyanin bir qismini də həyata keçirir. Belə ki, digər məhkəmələrdən fərqli 

olaraq , o, hüquqyaratma fəaliyyətini yerinə yetirir. Üstəlik, məhkəmə hakimiy-

yəti orqanı olaraq da qiymətləndirilməsində qarışıq məqamlar təzahür edir. Bu 

isə məsələnin bir sıra problemli tərəflərini üzə çıxarır. 

                                                            

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrup tələbəsi 



   H 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

 



 



I. Konstitusiya nəzarətinin  mövcud olmasının 

zərurət səbəbləri 

Müasir  dövr  inqilablarından  sonra  bir  çox  dövlətlər  üçün  səciyyəvi 

cəhətlərdən  biri  konstitusiya  qəbul  etmək  olmuşdur.  Hər  dövlətin  maddi 

mənada  konstitusiyası  ola  bilsə  də,  formal  mənada  heç  də  bütün  dövlətlərin 

konstitusiyası yoxdur. Ən yüksək hüquqi qüvvəyə malik ali qanun hesab edilən 

konstitusiya məhz formal konstitusiyadır, hansı ki, daha çox kontinental hüquq 

sistemi ölkələri üçün xarakterikdir. Azərbaycan Respublikası Konstitusiyasının 

(bundan sonra AR Konstitusiyası) 147 və 148-ci maddələrindən də göründüyü 

kimi, Konstitusiyanın hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunverici-

lik  sistemində  ən  yüksəkdir.  Bu  səbəbdən  digər  qanunvericilik  aktlarının 

Konstitusiyaya zidd olmaması, onda əks olunan normaları, prinsipləri inkar edən 

müdəaların  qanunvericilikdən  təmizlənməsi,  Konstitusiyanın  hakimiyyətin 

yeganə mənbəyi olan xalqın iradəsi əsasında qəbul olunmuş qaydalara əks olan 

aktlardan  mühafizə  olunması  zərurət  kəsb  edir.  Çünki  zaman  keçdikcə  qəbul 

edilən  normativ  sənədlərin  sayı  hədsiz  dərəcədə  artdığından  onların  qeyri-

konstitusion  olma  riski  xeyli  çoxalır.  Həmçinin  konstitusiya  nəzarəti  digər 

hakimiyyət qollarının ehtimal edilən pozuntulara yol verməsinin qarşısını alır. 

Əvvəla,  onu  qeyd  etmək  lazımdır  ki,  Konstitusiya  nəzarəti  orqanının 

qanunların  Konstitusiyaya  “zidd  olmaması”na  nəzarət  etməsi  daha 

məqsədəuyğun olar.

1

 Çünki “Konstitusiyaya uyğunluq” dedikdə qanunvericiliyin 



fəaliyyət  sferası  bir  növ  məhdudlaşır.  Belə  ki,  bu,  azadlıq  prinsipinin  müasir 

dövrümüzdəki təzahürü

2

 ilə üst-üstə düşmür. Ictimai münasibətlər çox mürək-



kəb olduğundan və intensiv şəkildə inkişaf etdiyindən qəbul edilən qanunların 

Konstitusiya ilə ziddiyyət təşkil etməməsinə nəzarət daha məqsədəmüvafiqdir. 

Konstitusiyaya  uyğunluq  yoxlanıldıqda  tənzimlənmə  predmetinin  Konstitu-

siyada  təsbit  olunmuş  olması  lazımdır.  Yəni,  “uyğunluq”  termini  o  halda 

işlədilməlidir  ki,  hər  hansı  institutun  barəsində  onu  inkişaf  etdirən  aşağı 

səviyyəli  qanunvericilik  aktları  qəbul  edilmiş  olduğu  halda  həmin  institutu 

birbaşa tənzimləyən normalar Konstitusiyada təsbit edilmiş olsun. Konstitusiya 

isə  ən  ümumi  normalardan  ibarət  olduğundan  əksəriyyət  hallarda  yoxlanan 

aktın  tənzimlənmə  predmeti  Konstitusiyada  xatırlanmır.  “Konstitusiyaya 

uyğunluq”  məsələsinin  isə    konstitusiya  nəzarətini  həyata  keçirən  orqanların 

təfsir etmə fəaliyyətində nəzərə  alınması daha məqsədəuyğundur. 

Konstitusiya nəzarətini əsalandırmaq üçün 3 əsas nəzəriyyə mövcuddur: 



1) orqanik nəzəriyyə2institusional nəzəriyyə3) təbii hüquq və ya ictimai müqa-

vilə  nəzəriyyəsi.  Orqanik  nəzəriyyəyə  əsasən  Konstitusiya  müəssisələr 

hakimiyyətinin  aktı  olduğu səbəbindən  müəssisələr hakimiyyətinə, yəni indiki 

qanunverici  hakimiyyətə  nisbətən  aşağı  səviyyəli  hakimiyyətə  malik  olan 

orqanların  aktları  müəssisələr  hakimiyyətinin  aktına  zidd  olmamalıdır.  



İnstitusional  nəzəriyyə  isə  bunu  əsas  götürür  ki,  Konstitusiya  hakimiyyət 

orqanları  üçün  “oyun  qaydaları”nı  müəyyən  edir.  Bu  orqanlardan  heç  biri 

digərinin  səlahiyyətlərinə  qəsd  etməməlidir.  Federativ  dövlətlərdən  ötrü  isə 

mərkəzin  və  federasiya  subyektlərinin  səlahiyyət  dairələrinin  həddinə  riayət 

                                                            

1

 Boris Aleksandroviç Straşun. Xarici ölkələrin konstitusiya (dövlət) hüququ, s. 123 (Bakı, 2007) 



2

 XVII əsrə qədər azdlıq prinsipinin mahiyyəti “qanunla icazə verilməyən hər şey qadağan 

edilir” şəklində anlaşılırdı. Lakin müasir  dövrdə bu prinsip “qanunla qadağan edilməyən hər 

şeyə icazə verilir” mahiyyətində qəbul edilir. 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

 

10 


 

edilməsi  xüsusilə  vacibdir.  O  ki  qaldı  təbii  hüquq  və  ya  ictimai  müqavilə 

nəzəriyyəsinə,  onun  nümayəndələri  belə  hesab  edir  ki,  Konstitusiya  idarə 

edənlər və idarə edilənlər üçün, ilk növbədə, insan və vətəndaş hüquqları üçün 

zəmanət  müəyyən  edir  və  konstitusiya  nəzarəti  orqanı  da  həmin  qaydalara 

riayət olunmasına, onların düzgün icra edilməsinə nəzarət etməlidir.

3

 Bu nəzə-



riyyələrin  hər  birinin  müddəaları  doğru  hesab  edilir.  Belə  ki,  onlar  müəyyən 

mənada bir-birini tamamlayır. Orqanik nəzəriyyənin  əsas ideyası konstitusiya 

nəzarətinin  normativ  sistemin  iyerarxik  quruluşu  ilə  şərtlənməsini  ifadə  edir, 

hansı ki Konstitusiyanın 148-ci maddəsində bu, əks olunub. Lakin o dövrün ideo-

logiyası əsasında formalaşmış bu nəzəriyyənin indiki vəziyyətdə şərhi “müəssi-

sələr hakimiyyəti”nin yox,  xalqın qəbul etdiyi Konstitusiya aktının üstün qüvvəsi 

ilə  əlaqələndirilməlidir.    İnstitusional  nəzəriyyəyə  gəldikdə  isə  o,  mahiyyət 

etibarilə hakimiyyət bölgüsünün effektiv nəticəsini təmin etməkdə Konstitusya 

nəzarətinin əhəmiyyətini vurğulayır.  Təbii hüquq nəzəriyyəsinin müddəaları isə 

AR Konstitusiyasının 12-ci maddəsində təsbit edilmiş dövlətin ali məqsədindən 

biri olan insan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin əsas 

zəmanətçisi  qismində  konstitusiya  nəzarəti  orqanının  çıxış  etdiyini  göstərir. 

Bütün bunlar  Konstitusiya nəzarətinin mühüm əhəmiyyətini təsdiq edir. 

II. Konstitusiya Məhkəməsinin hakimiyyət sitemində 

yeri məsələsi 

Azərbaycan  Respublikasında  konstitusiya  nəzarətini  həyata  keçirən 

orqan  AR  Konstitusiya  Məhkəməsidir.  1995-ci  il  12  noyabrda  qəbul  edilmiş 

Azərbaycan Respublikası Konstitusiyasının  “Keçid müddəaları” hissəsinin 11-ci 

bəndində  bir  il  ərzində  Konstitusiya  Məhkəməsinin  yaradılmalı  olması 

göstərilmişdi.  Bu  proses  bir  qədər  gecikdiyindən  1998-ci  ilədək,  yəni 

Konstitusiya Məhkəməsi təsis olunana qədər onun səlahiyyətlərinin bir qismini 

AR  Ali  Məhkəməsi  həyata  keçirmişdir.  Məlum  olduğu  kimi,  müasir  konstitu-

sionalizmin vətəni olan ABŞ Ali Məhkəməsinin özü kostitusiya nəzarətini həyata 

keçirir. Lakin nəzərə almaq lazımdır ki, ABŞ ümumi hüquq sisteminə daxil olan 

dövlətdir  və  belə  ölkələrdə  məhkəmə  hakimiyyətinin  səlahiyyətlərinin  dairəsi 

olduqca genişdir. Üstəlik, konstitusiya nəzarətinin amerikan sistemində  o, adi 

mülki,  cinayət,  inzibati  və  digər  “konstitusiyaya  aid  olmayan”  işləri  həll  edən 

ümumi  yurisdiksiyalı  məhkəmələr  tərəfindən  həyata  keçirilir.

4

 Kontinental 



hüquq sisteminə daxil olan dövlətlər üçün isə bu xüsu-siyyət xarakterik deyil. Elə 

məhz  bu  səbəbdən  də  sivil  hüquq  ölkələrində  konstitusiya  nəzarətini  ali 

məhkəmə  həyata  keçirmir.  Azərbaycan  Respublikasında  da  Ali  Məhkəməyə 

həmin  səlahiyyət  müvəqqəti  olaraq  zərurətdən  irəli  gəldiyi  üçün  verilmişdir.  

Onu da qeyd etmək lazımdır ki, bu dövr ərzində konstitusiya nəzarəti fəaliyyəti 

məhsuldar  şəkildə  realizə  olunmamışdır.  Bu  səbəbdən  Konstitusiya 

Məhkəməsinin  məhkəmə  hakimiyyəti  orqanı  olması  ziddiyyətli  fikirlərlə 

qarşılaşır.  Bu  orqanın  “məhkəmə”  adlandırılmasına  bir  çox  dövlətin 

təcrübəsində rast gəlinir.  Buna baxmayaraq heç də bu dövlətlərin hamısı onu 

məhkəmə  hakimiyyətinə  aid  etmirlər.  Məsələn,  İtaliya  Konstitusiya 

nəzəriyyəsində Konstitusiya Məhkəməsinin digər hakimiyyət qollarından ayrıca 

                                                            

3

 Straşun, s. 124 



4

 Midhəd Qəfərov, Hikmət Eyvazov. Hüquq mühafizə orqanları, s. 139 (Bakı, 2012) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

 

11 


 

fəaliyyət göstərdiyi vurğulanır.

5

 Həmçinin İtaliya Konstitusiyasında digər haki-



miyyət qolları 5-ci bölmədə əks etdirildiyi halda, Konstitusiya Məhkəməsindən 

6-cı  bölmədə  bəhs  olunur.  Bənzər  hal  Bolqarıstan  Konstitusiyasında  da  əks 

olunub.  Burada  Konstitusiya  Məhkəməsinə  xüsusi  fəsil  ayrılmasıyla  bərabər, 

ölkənin  Konstitusiya  Məhkəməsi  haqqında  qanununda  qeyd  edilir  

ki,  Konstitusiya  Məhkəməsi  qanunverici,  icra  və  məhkəmə  hakimiy- 

yətindən   müstəqildir.   Üstəlik,   Konstitusiya   Məhkəməsi    özünün  16 dekabr

2013-cü il 18 saylı qərarında qeyd edib ki, o, məhkəmə sisteminin tərkib hissəsi 

deyil, üç hakimiyyətdən kənarda dayanmaqla öz səlahiyyətlərini müstəqil olaraq 

bu  hakimiyyət  qolları  ilə  bərabər  həyata  keçirir.

6

   Əslinə  qalsa,  “Konstitusiya 



Məhkəməsi  haqqında”  AR  Qanununun  5.1-ci  maddəsində  onun  müstəqilliyi 

prinsipi  belə  açıqlanır:  “Konstitusiya  Məhkəməsi  müstəqil  dövlət  orqanıdır  və 

təşkilati,  maliyyə,  habelə  hər  hansı  cəhətdən  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyəti  orqanlarından,  yerli  özünüidarə  orqanlarından,  habelə  hüquqi  və 

fiziki  şəxslərdən  asılı  deyildir”.  Bu,  çox  mütərəqqi  norma  hesab  edilməlidir.  

Lakin  AR  Konstitusiyasının  125-ci  maddəsinin  II  bəndində  Konstitusiya 

Məhkəməsinin məhkəmə hakimiyyətinə aid olması qeyd edilir. Həmçinin onun 

hüquqi statusunu tənzimləyən norma da digər məhkəmə hakimiyyəti orqanları 

ilə  eyni  fəsil  daxilində  təsbit  olunub.  Bundan  əlavə,  İtaliya  Konstitusiya 

Məhkəməsinin  digər  hakimiyyət  qolları  ilə  həm  əlaqəli,  həm  də  ayrı  olmasını 

anlamağa əsas verən məqam onun təşkili qaydasında da özünü büruzə verir. Belə 

ki,  İtaliya  Konstitusiyasının  135.1-ci  bəndinə  görə  Konstitusiya  Məhkəməsi 

hakimlərinin  üçdə  biri  parlament,  üçdə  biri  prezident,  üçdə  birini  isə  Ali  və 

İnzibati  Ali  məhkəmələri  tərəfindən  təyin  edilir.  AR  Konstitusiyasının  130-cu 

maddəsinin  II  bəndinə  görə  AR  Konstitusiya  Məhkəməsinin  hakimlərini  AR 

Prezidentinin təqdimatı əsasında AR Milli Məclisi təyin edir. Burada hakimiyyət 

qollarının  hər  biri  iştirak  etsə  də,  heç  biri  müstəqil  şəkildə  seçmir.  Hətta  bu 

prosedur Ali Məhkəmə hakimlərinin seçilməsi qaydası ilə üst-üstə düşür. Bəli, bu 

cəhət onu məhz məhkəmə hakimiyyəti orqanı kimi dəyərləndirməyə əsas verə 

bilər. Lakin onu da qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin təyinatı 

digər məhkəmələrlə uzlaşmır. Onun təşkili qaydasının İtaliyadakı kimi olması AR 

Konstitusiyasının  130-cu  maddəsinin  III  bəndinin    8-ci  hissəsində  göstərilmiş 

olan  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri  arasında    səlahiyyətlər 

bölgüsü  ilə  bağlı  yaranan  mübahisələrin  həll  edilməsi  funksiyası  baxımından 

daha məqsədəuyğundur.  Əslində “məhkəmə” sözünü termindən əlavə, etimoloji 

aspektdən  təhlil  etdikdə  “mühakimə  edən  təsisat,  orqan”  başa  düşülür. 

Konstitusiya  Məhkəməsi  də  mühakimə  fəaliyyətini  realizə  edir.  Lakin  onu  da 

demək  lazımdır  ki,  bu  fəaliyyət  heç  də  məlum  olan  məhkəmə  hakimiyyəti 

orqanlarının funksiyaları ilə eynilik təşkil etmir. Belə ki, konstitusiya məhkəmə 

icraatında tərəflər arasındakı mübahisə həll olunmur. Burada iddiaçı tərəf yox, 

sorğu verən tərəf icraatın həyata keçirilməsinin səbəbkarı qismində çıxış edir. 

Həmçinin burada mühakimə olunan iddiaçı ilə cavabdeh arasındakı məsələ deyil, 

normativ-hüquqi  aktlardır.  Konstitusiya  Məhkəmsinin  digər  məhkəmələrlə 

iyerarxik  münasibəti  də  mübahisə  doğurur.  Onun  ali  məhkəmə  hakimiyyəti 

orqanı kimi qiymətləndirilməsi şəklində də düşüncə yaranır. Amma onu da qeyd 

                                                            

Marilisa D’Amico. Constitutional law of Italy, s. 209 (Kluwer Law International BV. The 



Netherlands, 2013) 

6

 Fərhad Abdullayev. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi 



mövqeləri, s. 36 (Bakı, 2013) 


 

 

Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 



[buraxılış № 1, 2015] 

12 


 

etmək  lazımdır  ki,  Konstitusiya Məhkəməsinə  edilən  müraciət  onun  dördüncü 

instansiya kimi çıxış etdiyini göstərmir. Çünki o, hər hansı aktı qüvvədən düşmüş 

elan  etsə  belə,  bu  norma  ilə  əlaqələndirilmiş  mübahisə  birbaşa  həll  olunmur. 

Konstitusiya  məhkəmə  icraatı  başladılarkən  mübahisə  hansı  instansiyada 

saxlanılıb, yaxud hansı instansiya həmin mübahisəni sözügüdən hüquq norması 

ilə  həll  edibsə,  iş  həmin  instansiya  məhkəməsinə  qərara  yenidən  baxması, 

dəyişdirməsi  üçün  geri  göndərilir.  Bu  minvalla  yenə  də  mübahisənin  həlli 

nəticəsi  digər  məhkəmələrin  fəaliyyətində əks olunur. Ancaq  bu,  Konstitusiya 

Məhkəməsinin  ədalət  mühakiməsini  həyata  keçirməsini  inkar  etmək  üçün 

yetərli sayılmaz. Çünki onun hüquq normalarını mühakimə etməsi məhz ədaləti 

təmin  etmək  məqsədi  daşıyır.  Və  bu  yolla    digər  məhkəmə  instansiyasında 

baxılan  məsələnin  necə  həll  olunmasına  əsaslı  təsir  göstərə  bilir.    Bu  da, 

baxmayaraq  ki,  işə  mahiyyəti  üzrə  baxmır,  Konstitusiya  Məhkəməsinin  dolayı 

üsulla ədalət mühakiməsini həyata keçirdiyini deməyə imkan verir. Lakin nəzərə 

almalıyıq  ki,  qanunverici  hakimiyyət  orqanının  da  qanun  qəbul  etmə, 

hüquqyaratma fəaliyyətinin təyinatı ədaləti bərpa etmək məqsədidir. Belə ki, o, 

qanunları  və  digər  hüquqi  aktları  məhz  hüquqtətbiqetmə  orqanı  olan 

məhkəmələr  üçün  qəbul  edir.  Xüsusilə,  kontinental  hüquq  sistemi  ölkələrində 

məhkəmələrin  mübahisələri həll etməsində məhz qanunvericilik ən əhəmiyyətli 

istiqamətləndirici kimi çıxış edir və onun fəaliyyətinin nəticələri böyük həcmdə 

məsələləri həll etməyə imkan yaradır. Bu isə onun ədalət mühakiməsini həyata 

keçirməsini, məlum olduğu kimi, göstərmir.  

İkinci olaraq, parlamentlə  Konstitusiya Məhkəməsi arasında bu aspektdə 

belə  bir  fərqləndirmə  də  irəli  sürülür  ki,  Konstitusiya  Məhkəməsində  icraatın 

başlanma  səbəbi əksər hallarda konkret mübahisələrdən  törəyir. Lakin bunun 

əksini iddia edərək demək mümkündür ki,  AR Ali Məhkəməsinin qanunvericilik 

təşəbbüsü  hüququndan  istifadə  edərək  Milli  Məclisə  göndərdiyi  qanun  layihə-

lərinin əksəriyyətinin  kökündə də səbəbkar olaraq çox zaman  konkret müba-

hisələr dura bilir. Yəni bu fərqləndirmə də Konstitusiya Məhkəməsinin məhkə-

mə hakimiyyəti orqanı kimi tanınması üçün güclü arqument sayılmamalıdır.  

Digər  tərəfdən  Konstitusiya  Məhkəməsində  icraatın  prosessual 

qaydalarla  həyata  keçirilməsi  onun  məhkəmə  kimi  dəyərləndirilməsini 

əsaslandırmağa imkan yaradır. Çünki, həqiqətən də, belə prosedur sırf məhkə-

mələr  üçün  xarakterikdir.  Belə  ki,  ədalət  mühakiməsinə  sosial  münaqişələrin 

xüsusi orqan tərəfindən qanunla müəyyənləşdirilmiş prosessual qaydada baxılıb 

həll  edilməsi  kimi  tərif  verilir.

7

 Yəni    bu  baxımdan  Konstitusiya  Məhkəməsini 



məhkəmə hakimiyyətinə aid olan orqan kimi qiymətləndirmək mümkündür.

Lakin  Konstitusiya  Məhkəməsinin  məhkəmə  hakimiyyəti  qoluna  aid 

olmamasını əsaslandıran belə bir arqument də irəli sürmək olar ki, Konstitusiya 

Məhkəməsinin  səlahiyyət  dairəsi  heç  də  digər  məhkəmə  hakimiyyəti 

orqanlarının səlahiyyətlərinin xarakteri ilə uzlaşmır. Sadəcə demək mümkündür 

ki, “bu institut məhkəmə hakimiyyəti ilə hibrid təşkil edir”.

8

 Hətta 1995-ci ildə 



Çexiya Konstitusiya Məhkəməsi müvafiq məsələyə baxaraq müəyyən etmişdir ki, 

Konstitusiya  Məhkəməsi  məhkəmə  sistemi  orqanı  deyildir  və  onun  xaricində 

fəaliyyət göstərir. 

9

 



                                                            

7

 Ziyafət Əsgərov. Konstitusiya hüququ, s. 427 (Bakı, 2012) 



8

 Abdullayev, s. 34 

9

 Constitutional courts and European integration, Science and technique of democracy № 36, 



s. 7 (2005)  


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış № 1, 2015] 

 

13 


 

Bir  sıra  müəlliflər  isə  Konstitusiya  Məhkəməsinin  digər  üç  hakimiyyət 

qolundan ayrılmasını məqsədəuyğun saymırlar. Onların fikrincə, belə olan halda 

Konstitusiya Məhkəməsi bu hakimiyyət orqanlarının fövqündə durur. Bu zaman 

isə  hakimiyyət  bölgüsü  prinsipinin  əhəmiyyəti  qalmır.  Lakin  sözügedən 

məsələdə  Konstitusiya  Məhkəməsinin  üstün  hakimiyyətə  malik  olması 

dəstəklənmir. Sadəcə onun fərqli xarakterinin konstitusion  hüquqi statusunda 

əks olunması daha məqsədəuyğun hesab edilir. 



III. Konstitusiya Məhkəməsinin həyata keçirdiyi funksiyanın 

qanunverici    hakimiyyətin fəaliyyət sferası ilə toqquşması 

Konstitusiya nəzarətinin daha effektiv olması üçün bir qrup alimlər onun 

elə  normativ-hüquqi    aktı  qəbul  edən  orqan  tərəfindən  həyata  keçirilməsinin 

tərəfdarıdır.  Belə  ki,  qanunverici  hakimiyyətin  səlahiyyətində  olan  məsələnin 

məhkəmə  hakimiyyəti  orqanı  tərəfindən  həyata  keçirilməsinin  parlamentin 

suverenliyinə xələl gətirdiyi düşünülür. Lakin Hans Kelzen bu məsələyə dair iki 

arqument  gətirir:  1)  dövlət  orqanının  suverenliyindən  danışmaq  düzgün  deyil, 

çünki suverenlik ancaq dövlətə xasdır; 2) Konstiutusiya Məhkəməsinin ayrıca bir 

hakimiyyət qolu hesab edilməsi məqsədəuyğun deyil. Burada yalnız qanunvericilik 

fəaliyyəti istisnalıq təşkil edir. Belə ki, Konstitusiyaya uyğun olmayan və ya zidd 

gələn  normaları  müəyyən  edib  onların  tətbiqini  məhdudlaşdıraraq  o,  bir  növ 

“neqativ  qanunverici”  kimi  çıxış  edir.

10

 Əslində  hakimiyyət  qolları  öz  funksi-



yalarını  həyata  keçirərkən  çəkindirmə  və  tarazlaşdırma  mexanizmi  əsasında 

fəaliyyət  göstərdiklərindən  onların  bir-birinin  imkanlarını  ağlabatan  həddə 

qədər məhdudlaşdırması müəyyən dərəcədə qəbul edilə bilər. Lakin bir-birinin 

fəaliyyət  sferasına  əsaslı  dərəcədə  təsir  göstərmələri  o  qədər  də  uğurlu  hesab 

edilməməlidir.  Belə  ki,  Konstitusiya  Məhkəməsi  hər  zaman  sorğu  əsasında 

baxdığı  normanı  təfsir  edərkən  ziddiyyət  və  ya  çatışmazlıq  gördükdə  onun 

tətbiqini  məhdudlaşdırmır,  bəzi  hallarda  ona  elə  formada  təfsir  verir  ki,  artıq 

orada yeni və ya dəyişdirilmiş hüquq normaları da öz əksini tapır. Belə hallar isə 

artıq Konstitusiya ədliyyəsinin yalnızca “neqativ qanunverici” kimi çıxış etdiyini 

söyləməyə  mane  olur.  Çoxları  bu  arqumenti  qəbul  etməsə  də,  Amerika 

hüquqşünası F. Lourens bildirir ki, “yalnız ən sadəlövh insanlar inanırlar ki, Ali 

Məhkəmə  yalnız  hüquq  normasını  təfsir  edir,  yəni  onu  yazan  insanların  nə 

demək  istədiklərini  tədqiq  edir.  Məhkəmə  sadə  təfsirdən  uzağa  gedərək 

Konstitusiya  doktrinasını  yaradır  və  genişləndirir”.

11

 Məsələn,  Konstitusiya 



Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci 

maddəsinin  (Mənzil,  bağ,  qaraj  və  ya  başqa  kooperativin  üzvü,  pay  yığımına 

hüququ  olan  digər  şəxslər  kooperativin  verdiyi  mənzil,  bağ,  qaraj  və  ya  ayrı 

qurğu  üçün  pay  haqqını  tam  verdikdə  həmin  əmlaka  mülkiyyət  hüququ  əldə 

edirlər)  şərh  edilməsinə  dair”  25  oktyabr  2010-cu  il  tarixli  Qərarında  qeyd 

olunur  ki,  “kooperativin  üzvü  və  pay  yığımına  hüququ  olan  digər  şəxslər 

kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam 

verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, Daşınmaz Əmlakın 

Dövlət Reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə 

edirlər”.  Burada  Konstitusiya  Məhkəməsi  sözügedən  normanı  məhdudlaşdırıcı 

                                                            

10

 Hans Kelsen. General theory  of law and state, s. 146-149 (1



st

 edn. Cambridge. Mas., Harvard 

U., 1945) 

11

 Friedman Meir Lawrence. American law, s. 154 (Yale University Press, 2004) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış № 1, 2015] 

 

14 


 

təfsir etməkdən daha çox dəyişdirmiş, hətta deyə bilərik ki, yenilik gətirmişdir. 

AR  Konstitusiyasının  29-cu  maddəsinin  III  bəndində  mülkiyyət  hüququnun 

sahiblik, istifadə və sərəncam haqlarından ibarət olduğu göstərilir. Bu səbəbdən 

Konstitusiya  Məhkəməsinin  mülkiyyət  hüququnun  əsasına  təsir  edən  belə  bir 

qərarını  sadəcə  “şərh”  olaraq  qiymətləndirmək  qəbul  edilən  deyil.  Hətta  bu 

qərarı  bir  çoxları  ədalətə  yaxın  hesab  etsələr  belə,  bu  onun  yeni  norma 

yaratmamalı olmasını istisna etmir. Hərgah bu şərhin Konstitusiyaya uyğun ol-

maması  da  nəzərə  çarpır.  Həmçinin  mülki  hüquq  nəzəriyyəsində  də  “məhdud 

mülkiyyət hüququ” anlayışına rast gəlinmir. 

Müasir  konstitusionalizmin  vətəni  olan  ABŞ-da  konstitusiya  nəzarətini 

həyata  keçirən  xüsusi  bir  orqan  yoxdur.  ABŞ  Ali  Məhkəməsi  konstitusiya 

nəzarətini xüsusi iddia qaydasında deyil, konkret işə məhkəmədə baxılması ilə 

əlaqədar  yalnız  sonrakı  konstitisiya  nəzarəti  qaydasında  həyata  keçirir. 

Konstitusiyaya  uyğun  olmayan  qanun,  yaxud  onun  bir  hissəsi,  məhkəmənin 

səlahiyyətində olmadığından, ləğv edilmir və qanunlar külliyyatında qalır. Lakin 

məhkəmələr tərəfindən tətbiq edilmir, yəni hüquqi qüvvəsini itirir.

12

  



Ümumi  hüquq  sistemli  ölkələrdə  onsuz  da  məhkəmə  hüquqyaratma 

fəaliyyətini  həyata  keçirir.  Bu  səbəbdən    Amerika  modeli  ölkələrində  konsti-

tusiya  nəzarətini  həyata  keçirən  məhkəmənin  həmçinin  hüquqyaratma 

fəaliyyətini həyata keçirməsi elə də qəribə qarşılanmalı deyil. Kontinental hüquq 

sistemi ölkələrində təzahür edən  Avropa modeli konstitusiya nəzarətini həyata 

keçirən  orqanın  isə  yeni  norma  yaratması  və  ya  dəyişdirməsi  haqlı  olaraq 

mübahisələrə səbəb olur. Hüquqyaratma fəaliyyəti özündə həm norma yaratma, 

həm  dəyişdirmə,  həm  də  ləğv  etmə  elementlərini  birləşdirsə  də,  konstitusiya 

nəzarəti  mexanizminin  zəruri  istiqaməti  Konstitusiyaya  zidd  olan  hüquqi 

aktların ləğvi ilə əlaqədardır. O ki qaldı yeniliyə, bunu qanunverici hakimiyyətin 

yerinə  yetirməsi  daha  məqsədəuyğundur.    Həmçinin  Konstitusiya  Məhkəməsi 

Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 

8.1  və  8.3-cü  maddələrinin  Azərbaycan  Respublikasının  Konstitusiyasına 

uyğunluğunun  yoxlanılmasına  dair  1  dekabr  2010-cu  il  tarixli  Qərarında 

Konstitusiya Məhkəməsinin norma yaratma səlahiyyətinin olmadığını göstərən 

müddəa  əks  olunmuşdur.  Burada  deyilir  ki,  Konstitusiyanın  7-ci  maddəsində 

təsbit  olunmuş  hakimiyyətlərin  bölünməsi  prinsipinə  görə  Konstitusiya 

Məhkəməsi  normayaradıcı,  yəni  hər  hansı  hüquq  münasibətlərinin  tənzim-

lənməsinə dair normativ-hüquqi akt qəbul edən, o cümlədən hər hansı normativ-

hüquqi  akta  əlavə  və  dəyişikliklərin  edilməsi  təşəbbüsünə  malik  orqan  deyil, 

səlahiyyətli  subyektlərin  sorğu  və  müraciətləri,  fərdi  şikayətlər  əsasında 

qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti  orqanları  və  yerli  özünüidarəetmə 

orqanları  tərəfindən  qəbul  olunmuş  aktlar  üzərində  konstitusiya  nəzarətini 

həyata  keçirən  ali  konstitusiya  ədalət  mühakiməsi  orqanıdır.

13

 Bu  da  Konsti-



tusiya Məhkəməsinin normayaratma fəaliyyətinin dəstəklənmədiyini sübut edir. 

Bununla yanaşı,  artıq son dönəmlərdə Konstitusiya Məhkəməsinin də qərarları 

mənbə kimi qəbul edilir. Məhkəmə qərarının mənbə qismində çıxış etməsi isə 

roman-german hüquq sistemi ölkələri üçün o qədər də xarakterik deyil. 

                                                            

12

 Veniamin Yevgeneviç Çirkin. Xarici ölkələrin Konstitusiya hüququ, s. 440-441 (Bakı, 2000) 



13

 Abdullayev, s. 77 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış № 1, 2015] 

 

15 


 

IV. Konstitusiya Məhkəməsinin fəaliyyətinin qanunvericiliyin 

təkmilləşdirilməsinə mənfi və müsbət təsirləri 

Konstitusiya nəzarətinin siyasi orqan olan parlament tərəfindən həyata 

keçirilməsi,  əlbəttə  ki,  düzgün  olmazdı.  Nəzərə  alsaq  ki,  Konstitusiyada  təsbit 

olunmuş  ən  dəyərli  müddəalar  insan  hüquq  və  azadlıqlarıdır,  siyasi  orqanlar 

tərəfindən  nəzarətin  həyata  keçirilməsinin  isə  insan  hüquqlarına  təminat 

yaratmadığı şübhəsizdir.

14

 Bu səbəbdən də Konstitusiya Məhkəməsinin hüquqi 



xarakter  daşıyan  bir  orqan  olaraq  bu  funksiyanı  yerinə  yetirməsi 

məqsədəuyğundur. Lakin onun bu fəaliyyəti səmərəli həyata keçirməsi, qanun-

verici  hakimiyyətin  səlahiyyətləri  ilə  toqquşmaması  üçün  onların  normalara 

təsir  aspektlərinin  uzlaşdırılaraq  müəyyən  olunması  gərəkir.  AR  Konstitu-

siyasının  96-cı  maddəsində  qanunvericilik  təşəbbüsü  hüququna  malik  olan 

dövlət orqanları sırasında AR Konstitusiya Məhkəməsinin adı keçmir. Əslində AR 

Konstitusiya  Məhkəməsinin  belə  bir  hüququnun  olmaması  onun  lazım  bildiyi 

halda  qanunverici  orqandan  asılı  olmayaraq  hər  hansı  aktı  ləğv  edə  bilmə  və 

təfsir  etmə  üsulu  ilə  normaya  təsir  göstərə  bilmə  səlahiyyətindən  irəli  gəlir. 

Lakin  Konstitusiya  Məhkəməsi  bunu  hər  nə  qədər  də  hüquqtətbiqedici  orqan 

üçün  etsə  də,  edilən  dəyişikliyin,  gətirilən  yeniliyin  qanunvericilik  qaydasında 

əks  olunmaması  onun  qeyri-təkmilliyinin  aradan  qalxmasını  təmin  etmir. 

Halbuki  belə  bir  halda  Konstitusiya  Məhkəməsinin  nəinki  təşəbbüs,  hətta 

göstərişinin  Milli  Məclis  tərəfindən  icra  edilməsi  ən  azından  qanunvericiliyin 

daha müntəzəm və sabit olmasına gətirib çıxara bilər. Doğrudur, bir hakimiyyət 

qolunun  digərinə məcburi göstəriş verməsi  “hakimiyyətin  bölünməsi”  prinsipi 

ilə  qətiyyən  uzlaşmır.  Lakin  onu  da  nəzərə  almaq  lazımdır  ki,  Konstitusiya 

Məhkəməsinin  qərarlarında  Milli  Məclisə  müəyyən  dəyişikliklərlə  bağlı  

tövsiyələr əks olunsa da, həmin qanunları tətbiq etməli olan məhkəmələr üçün 

parlamentin  bu  tövsiyələri  müsbət  qiymətləndirib-qiymətləndirməməsi 

əhəmiyyət kəsb etmir. Bu səbəbdən də qanunlardakı yeniliklər və düzəlişlərin 

belə  prosedural  qaydası  ən  azından  hakimiyyət  qolları  arasında  səlahiyyət 

bölgüsünün daha səmərəli olmasını təmin etmiş olar. 

Fransada konstitusiya nəzarətini həyata keçirən orqan olan Konstitusiya 

Şurasının qanunvericiliyin daha təkmil olmasına effektli təsir göstərə bilməsinin 

təmin  olunması  üçün  onun  fəaliyyət  mexanizmi  fərqli  qaydada  müəyyən 

olunmuşdur.  Bu orqan siyasi xarakterli dövlət orqanı olaraq ədalətliliyin daha 

müntəzəm  təmin  olunması  məqsədilə  elə  normayaradıcılığı  mərhələsində 

nəzarət  funksiyasını  həyata  keçirir.  Bu  əlamət  “kvazi  məhkəmələr"ə  xasdır  və 

onlar təkcə növbəti nəzarəti deyil, həmçinin ilkin nəzarəti də həyata keçirir.

15

 Bu 


təcrübə  -  Konstitusiya  Məhkəməsinin  hüquqyaratmadan  əvvəl  qanunvericilik 

prosesinə cəlb olunması bizim sistemdə AR Konstitusiyasının 153-cü maddəsinə 

əsasən  Konstitusiyaya  dəyişiklik  edilməsi  barədə  Milli  Məclis  və  yaxud  AR 

Prezidenti tərəfindən təklif irəli sürüldüyü halda baş verir. Lakin onun bu halda 

rəy  verməsi  həlledici  rol  oynamadığından  Fransa  Konstitusiya  Şurasının 

fəaliyyəti ilə uyğunluq təşkil etmir. Şura hələ qanun layihəsi qəbul edilməzdən 

əvvəl  onun  Konstitusiyada  göstərilən  prinsiplərlə,  normalarla  ziddiyyət  təşkil 

edib-etməməsini  yoxlayır  və  qanun  qəbul  edildikdən  sonra  bu  qanundan  irəli 

gələ biləcək ədalətsizliyin qarşısının alınması təmin olunur. Lakin  nəzərə almaq 

                                                            

14

 Ergün Özbudun. Türk anayasa hukuku, s. 342 (Ankara, 1995) 



15

 Qəfərov, Eyvazov, s. 140 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış № 1, 2015] 

 

16 


 

lazımdır ki, belə şəkildə həyata keçirilən prosedur olduqca  böyük çətinlik törədə 

bilir. Belə ki, konstitusiya nəzarət orqanının iş yükü kifayət qədər artır. Bundan 

əlavə deyə bilərik ki, qəbul edilən qanunun bir müddət sonra cəmiyyətə təsirinin 

nə dərəcədə və hansı aspektdə olacağını əvvəldən təxmin etmək bir çox hallarda 

mümkün və səmərəli şəkildə olmur. Yəni ictimai münasibətlər olduqca mürək-

kəb və dinamik dəyişmə, inkişaf etmə sürətinə malik olduğundan onun sonrakı 

dövrün tələbinə uyğunlaşdırmağın əhəmiyyəti vurğulanmalıdır. Həm də qanu-

nun cəmiyyətdə nə formada təzahür tapacağını əvvəlcədən güman etməklə onu 

əyani  şəkildə  müşahidə  etmək  arasında  böyük  fərq  var.  Bir  sözlə,  ikinci  halda 

həyata keçirilən tənzimləmə daha çox faydalı ola bilir. Bu baxımdan konstitusiya 

nəzarətinin  Azərbaycanda  üstünlük  verilmiş  formasını  dövrün  tələbinə  uyğun 

hesab etmək olar. 

Nəticə 

Dövlət və xalq üçün böyük əhəmiyyət və dəyər kəsb edən Konstitusiyaya 

nəzarətin  siyasi  deyil,  hüquqi  xarakterli  orqan  tərəfindən  həyata  keçirilməsi 

əslində    mütərəqqi  haldır.  Lakin  onun  hakimiyyət  sistemində  yerinə  nəzər 

saldıqda  konstitusiya  nəzarəti  orqanının  digər  hakimiyyət  qollarından  ayrı 

olması  daha  məqsədəuyğundur.  Bu,  Konstitusiya  Məhkəməsinin  digər 

hakimiyyət orqanlarından üstün olması kimi qiymətləndirilməməlidir.  Sadəcə 

olaraq  o,  digər  hakimiyyət  qolları  arasında  balanslaşdırılmış  nizamın  yaradıl-

masını  təmin  etdiyindən  konstitusion  hüquqi  statusunun  fərqləndirilməsi 

zəruridir. Və Konstitusiya Məhkəməsinin hüquqyaratma fəaliyyətinin yalnız ləğv 

etmə elementindən istifadə etməsi, yaxud normaya onu dəyişən xarakterdə şərh 

verdiyi  zaman  qısa  vaxt  ərzində  həmin  müddəaların  qanunvericilikdə  təsbit 

olunması  mexanizminin  formalaşması  daha  uğurlu  nəticələrə  gətirib  çıxarar. 

Belə ki, konstitusiya nəzarəti orqanının fəaliyyətinin nəticələrinin qanunvericilik 

sistemində  əks  olunması  onun  daha  da  mükəmməlləşməsini  təmin  etmiş  olar. 

Konstitusiya Məhkəməsinin qərarlarının mənbə kimi çıxış etməsinə zərurət də 

məhz  belə  bir  mexanizmin  mövcud  olmamasından  irəli  gəlir.  Bir  halda  ki,  AR 

Konstitusiyasında AR Konstitusiya Məhkəməsinin məhkəmə  hakimiyyəti qoluna 

aid olduğu göstərilir, bu zaman onun qərarlarının mənbə olaraq qəbul edilməsi 

doğru  olmaz.  Çünki  məhkəmə  qərarının  mənbə  sayılması  kontinental  hüquq 

sistemi  ölkələrinə  xas  cəhət  deyil.  Hətta  qeyd  etmək  lazımdır  ki,  Konstitusiya 

Məhkəməsinin  məhkəmə  sisteminə  aid  olmamasının  tərəfdarı  olan  müəlliflər 

belə onun hüquqyaratma funksiyasına malik olmasını dəstəkləmirlər. Bu səbəb-

dən  də  Konstitusiya  Məhkəməsinin  konstitusion  hüquqi  statusu  ilə  əlaqədar 

mübahisəli  aspektlər  ortaya  çıxır.  Halbuki    hakimiyyət  sistemində  olan  bu  tip 

problemlərin aradan qaldırılması onun funksiyasına və göstərdiyi təsirə  etimadı 

möhkəmləndirmək  üçün  çox  böyük  əhəmiyyət  kəsb    edir.  Ona  görə  də  buna 

diqqət yetirilməsi olduqca  vacib sayılmalıdır.



Yüklə 112,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə