SəADƏt davud qizi məMMƏdova


Mövzu 19. FƏRDİ LAYİHƏNİN HAZIRLANMASI



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə114/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   116

 
 
275 
Mövzu 19. FƏRDİ LAYİHƏNİN HAZIRLANMASI 
 
Bu  gün  sosial  proqramlar  və  layihələr  bazarı  istehlakçı  olan  əhalinin, 
ictimai,  kommersiya  və  dövlət  institutlarının  ehtiyaclarının,  tələbatlarının  və 
maraqlarının  reallaşdırılmasına  yönəlmiş  mövcud  və  potensial  layihələr 
əsasında  qurulur.  Bu  və  ya  digər  proqram  və  layihənin  bazara  çıxarılması 
zərurəti həmin fəaliyyət formasına olan tələbat əsasında müəyyənləşir.  
Layihənin  hazırlanmasının  digər  vacib  şərtlərindən  biri  də  dövlət  sosial 
sifarişidir. Bu sifarişin məqsədi ictimai təşəbbüs əsasında sosial problemlərin 
səmərəli və qənaətcil həlli ilə bağlıdır. Bu və ya digər sosial layihənin uğuru 
müəyyən  fəaliyyət  istiqamətinin  təşkilatlandırılmasına  olan  tələbat  və  həmin 
layihənin  reallaşdırılması  ilə  bağlı  daha  çox  insanın  faydalanmasına  görə 
müəyyənləşir.  Layihənin  rəqabətə  dözümlülüyündə  əsas  şərt  cari  layihənin 
istiqamətləndiyi  fəaliyyət  formasının  və  müəssisənin  peşəkar,  təşkilati-
maliyyə imkanlarının reallaşdırılmamış tələbatlara uyğunluğu ilə bağlıdır.  
Layihə  təkmilləşdirilməsi  nəzərdə  tutulan  konkret  vəziyyətin  təsviri  və 
problem  məqsədin  müəyyən  metodlarla  reallaşdırılmasına  yönəlir.  Layihə 
idarəetmə  fəaliyyəti  kimi,  daha  praktik,  konkret  və  həyata  keçirilə  bilən 
idarəetmə  sənədidir.  Layihənin  sənədləşdirilməsi  onun  konsepsiyasının  və 
proqramının müəyyənləşdirilməsilə bağlıdır. 
Layihənin  konsepsiyanın  əsas  mahiyyəti  –  fəaliyyətə  ümumi  yanaşma; 
vəziyyətin  analizi;  arzu  edilənin  təsviri;  təsis  etmə  təyinatı;  təsisatın  əsas 
məqsəd  və  istiqamətləri;  proqram  və  layihələrin  qısa  xülasəsi  ilə  bağlı  olub, 
təşkilatın  fəaliyyətinin  mahiyyəti,  təyinatı  və  əsas  istiqamətləri  haqqında 
təsəvvürlər  əldə  etmək  üçün  zəruridir.  Konsepsiya  müəyyənləşdirilərkən 
«Vizitka» bədii təsvir forması istifadə edilir. 
1.Konsepsiya  bütün  əməkdaşlar  və  maraqlı  şəxslərin  təşkilatın 
fəaliyyətinin mahiyyəti haqqında vahid, tam təsəvvürlər əldə etməsinə imkan 
yaradır. 
2.Konsepsiya  istiqamətləndirici  kimi,  təşkilatın  məntiqi  fəaliyyətini 
müəyyənləşdirir.  Konsepsiya  əsasında  fəaliyyəti  nizamlayan  proqramlar  və 
layihələr qurulur. 
Layihə  proqramının  mahiyyəti  –  analitik  qeyd;  aktuallıq;  konseptual 
əsaslar; məqsəd və vəzifələr; kadrlar; reallaşdırma mexanizmi; maddi-texniki 
təminat  və  maliyyələşdirmə;  gözlənilən  nəticələrlə  bağlı  olub,  gələcək 
fəaliyyətin  tam,  yaxud  bir  və  ya  bir  neçə  istiqamət  modelinin  təsviri  kimi, 
gələcəkdə  müəyyən  nəticələrin  əldə  edilməsinə  yönəlir.  Proqram  qurularkən 
«Xəritə,  yaxud  Kompas»  bədii  təsvir  formasından  istifadə  edilir.  Proqramın 
aşağıdakı formaları fərqləndirilir:    


 
 
276 
- müddətinə görə (uzun müddətli, orta müddətli, qısa müddətli və s.); 
- strategiyasına görə (inkişaf, fəaliyyət proqramları və s.). 
Proqram strateji sənəd kimi, maliyyələşdirmə üçün əsas ola bilməz, çünki 
nəzərə çarpacaq qədər sosial əhəmiyyətə malik olmur. Adətən proqram bu və 
ya digər layihənin işlənib hazırlanması və həyata keçirilməsi üçün əsas olur. 
Layihə  –  dəyişdirilməli  olan  vəziyyətin  təsviri  və  təkmilləşdirilməsi 
məqsədilə tətbiq edilməli olan metod və mərhələlərin müəyyənləşdirilməsinə 
yönəlir. Layihədə «Hədəfə dəymiş ox» bədii təsvir forması istifadə edilir.    
Layihə aşağıdakılardan ibarətdir: 
1.Giriş  (analiz,  aktuallığın  və  yeniliklərin  izah  edilməsi,  tətbiq  etmə, 
funksiyalaşma  sahələrinin  müəyyənləşdirilməsi,  konkret,  lokal,  həll  edilməli 
olan problemin aşkar edilməsi). 
2.Fəaliyyət məqsədinin və konkret, ölçülə bilən və əldə edilən məsələlərin 
qoyuluşu. 
3.Kadr  –  idarəetmə  aspekti  (idarəetmə  mexanizmi,  personalın  təsnif 
edilməsi). 
4.Reallaşdırmanın  mahiyyəti  və  mexanizmləri  (modulları,  mərhələləri, 
forma və metodları, təşkilati strukturu, konkret fəaliyyət planı). 
5.Planlaşdırılan nəticələrin xüsusiyyətləri və qiymətləndirmə vasitələri. 
6.Büdcə. Maddi-texniki təminat.  
Sosial  layihələşdirmə  ətraf  mühitin  təkmilləşdirilməsilə  bağlı  müəyyən 
ideyalar,  məqsədlər,  ölçülər  və  onların  reallaşdırılması  fəaliyyətinə,  bu 
fəaliyyət  üçün  zəruri  ehtiyatların  təsviri  və  müəyyən  müddət  ərzində  təsvir 
edilən məqsədlərin həyata keçirilməsinə yönəlir.  
Sosial layihə  – yaxın sosial mühitdə nəzərdə tutulan dəyişikliklər modeli 
kimi aşağıdakıları nəzərdə tutur: 
1.nəzərdə  tutulan  dəyişikliklərin  reallaşdırılması  istiqamətində  həyata 
keçiriləcək fəaliyyətin sözlərlə təsviri
2.qrafik təsvirlər (çertyoj, cədvəl və s.); 
3.planlaşdırılan  fəaliyyətin  həyata  keçirilməsi  üçün  zəruri  olan  rəqəmli 
göstəricilər və hesablar.  
Hər  hansı  bil  layihə  reallaşdırılarkən  tədqiq  olunan  problemli  vəziyyətlə 
bağlı bir sıra mərhələli fəaliyyət yerinə yetirilməlidir:  
1.İctimai rəyin öyrənilməsi; 
2. Aktual sosial problemin qısa xülasəsi; 
3. Layihələşdirilən lokal birliyin imkanlarının tədqiqi; 
4. Sosial layihənin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; 
5. İş planının hazırlanması; 


 
 
277 
6. İş cədvəlinin hazırlanması; 
7.  Vəzifələrin müəyyənləşdirilməsi və komandada bölüşdürülməsi;  
8. Ehtiyatların və onların əldə olunması mənbələrinin 
müəyyənləşdirilməsi;  
9. Büdcənin tərtib edilməsi; 
10. Layihənin qiymətləndirilməsi sisteminin hazırlanması; 
11. Komanda üzvlərinin təlimləndirilməsi; 
12. İctimai rəyin formalaşdırılması; 
13. Layihə təkliflərinin tərtib edilməsi; 
14. İşgüzar ortaqların axtarışı; 
15. Rəsmi danışıqların aparılması; 
16. Zəruri ehtiyatların əldə edilməsi; 
17. Planlı tədbirlərin həyata keçirilməsi;  
18. Planın yerinə yetirilməsinin qiymətləndirilməsi və nəzarət edilməsi;  
19. Layihənin reallaşdırılması gedişinin islah edilməsi;  
20. Layihə üzərində işin nəticələrinin analizi;  
21. İşin nəticələri haqqında ictimaiyyətə məlumat vermək.   
Aşağıdakı cədvəllərdə göstərildiyi kimi, bu mərhələlər yerinə yetirilərkən 
hər  bir  mərhələyə  dair  xüsusi  məqsəd  və  vəzifələr,  gözlənilən  nəticələr 
müəyyənləşdirilir.  
 
I.BÖLMƏ 
Addım № 1. İctimai rəyin öyrənilməsi 
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
Yerli  icma  daxilində  sosial 
vəziyyətin öyrənilməsi  
Yerli  icmada  mövcud  sosial 
vəziyyət 
haqqında 
obyektiv 
təsəvvürlər  
2. 
Keçirilən  tədqiqat  haqqında 
əhatəli 
hesabatın 
hazırlanması  
Hesabat 
materiallarının 
sistemləşdirilməsi  
3. 
Əldə 
edilən 
materialın 
tədqiqi  əsasında  nəticələrin 
ümumiləşdirilməsi  
Vəziyyətin  dəyişməsilə  bağlı 
konkret nəticələr  
 
Addım № 2. Aktual sosial problemin qısa xülasəsi 
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
Sosial 
problemin 
(yaxud 
problemlərin) qısa ifadəsi  
Problemin  (yaxud  problemlərin) 
dəqiq ifadəsi 
2. 
Sosial  problemin  mövcud  Problemin 
meydana 
çıxma 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə