SəADƏt davud qizi məMMƏdova


Həyat tərzinin sosial layihəsinin işlənib hazırlanması texnologiyaları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə113/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   116

 
 
272 
Həyat tərzinin sosial layihəsinin işlənib hazırlanması texnologiyaları  
Həyat  tərzinin  sosial  layihəsinin  işlənib  hazırlanması  prosesi  bir  sıra 
mərhələdən  ibarətdir.  Problem  yönümlü  sosial  layihənin  işlənib 
hazırlanmasının  ən  vacib  və  mürəkkəb  mərhələsi  ilkin  kəşfiyyat  proqnoz 
mərhələsidir.  Bu  mərhələdə  sosial  problemlərin  qarşılıqlı  əlaqəsi  «ağacı», 
yaxud modeli qurulur. Bu «ağacı» qurmaq üçün bir çox «torlar» (matritsalar) 
müqayisə  edilməlidir.  Belə  matritsalar  fərqli  informasiyalar,  lakin  oxşar 
prinsiplər  və  metodlar  əsasında  qurulur.  Bu  sırada  aşağıdakıları  qeyd  etmək 
olar: 
1.Sosial kartoqrafiya tədqiq olunan empirik obyektin matritsasının təşkili 
vasitəsi  kimi  çıxış  edir.  Sosial  kartoqrafiya  gedişində  mövcud  statistik 
göstəricilər,  həmçinin  əvvəlki  tədqiqatların  nəticəsi  kimi  əldə  edilmiş 
göstəricilər istifadə edilir.  
2.  Matritsanın  qurulması  üçün  istifadə  edilən  anket  sorğuları  cari  və 
perspektiv  problemlərə  əhalinin  münasibətinin  öyrənilməsinə  yönəlir.  Bu 
metod  əsasında  vətəndaşların  qəzetlərə  və  idarəetmə  orqanlarna  məktubları 
təhlil edilir. Belə analiz əhalinin imitasion sorğusu funksiyasını yerinə yetirir. 
3.  Matritsanın  qurulması  üçün  idarəetmə  qərarlarının  qəbul  edilməsində 
iştirak  edən  vəzifəli şəxslərin  və  peşəkarların ekspert  sorğusu  keçirilir  və  bu 
əsasda cari və perspektiv problemlərin qarşılıqlı əlaqəsi müəyyənləşdirilir. 
4.  Problemlərin  qarşılıqlı  təsiri  ilə  bağlı  matritsaların  müqayisəli  analizi 
əsasında onların əlaqəliliyini əks etdirən cədvəl qurulur.  
Mövcud ehtiyatların qiymətləndirilməsi, həmçinin bu əsasda problemlərin 
həlli  «alqoritmlərinin»  hazırlanması  layihənin  işlənməsinin  ikinci  və  üçüncü 
mərhələsini təşkil edir.   
Ehtiyatların qiymətləndirilməsi və sosial problemlərin həlli alqoritmlərinin 
qurulması bir sıra prinsiplərə əməl olunmasını tələb edir: 
- qərarın elmi əsaslandırılmış normativ modeli prinsipi
- məqsədəuyğunluq və məqsədyönümlük prinsipi;  
-  sosial  təkrar  istehsal  edilən  dəyərlər  və  layihələşdirmə  göstəricilərinin 
insanla uyğunlaşdırılması prinsipi; 
- modifikasiyanın «böhran həddi» prinsipi; 
- insanın öz ətraf mühitilə qarşılıqlı fəaliyyət istiqamətlərinin komplekslilik və 
əhəmiyyətlilik prinsipi;   
- reallıq və reallaşdırma prinsipi.  
Sosial  layihələşdirmə  idarəedilən  sosial  proseslərin  miqyasını 
genişləndirir,  belə  ki,  insanların  həyat  vəziyyəti  və  həyat  şəraiti  əsasında 
mikrososial prosesləri də analiz edir. Bu zaman aşağıdakılar nəzərə alınır: 


 
 
273 
1.sosial  problemlərin  və  innovasion  idarəetmə  tədbirlərinin  mümkün 
nəticələri  analiz  edilərkən,  ictimai  inkişafın  şəxsiyyət  əsaslarının  nəzərə 
alınması; 
2.problemli  həyat  vəziyyətlərilə  nəticələnən  həll  edilməmiş  sosial 
problemlərin  genişlənməsinə  səbəb  olan  «gərginlik  nöqtələrinin»  tədqiq 
edilməsi; 
3.perspektiv idarəetmə qərarları kompleksini hərtərəfli tədqiq etmək və bu 
zaman  həmin  qərarların  nəticələrini  mikro  və  makro  sosial  proseslərə  uyğun 
olaraq, qiymətləndirmək.  
Sosial  idarəetmə  qərarlarının  həqiqi  səmərəliliyi  bu  qərarların  insanların 
həyat  tərzinə,  fiziki,  psixoloji  və  sosial  vəziyyətlərinə  təsiri,  vacib  və  sosial 
dəyərli problemlərin həllinə imkan yaratması ilə müəyyənləşdirilir. Həyat tərzi 
sosial  həyat  fəaliyyətinin  subyekti  olan  insana  təsir  edir,  yəni  həyat  tərzi 
necədirsə, insan  da  elədir. İnsan  özünütənzimləyən,  təkmilləşdirən sistemdir. 
Şəxsiyyət isə, şəraitin məhsuludur, şəraiti insanların yaratdığını nəzərə alsaq, 
demək  olar  ki,  şəxsiyyət  sosial  varlıq  kimi  ictimai  inkişafın  yaradıcısıdır. 
İnsan  özünüidarəetmə  vasitəsilə  həyat  tərzini  nizamlayır,  hər  bir  işi 
dərkedilmiş  şəkildə  yerinə  yetirir.  İnsanın  özünütənzimləməsi  erkən  yaş 
dövrlərindən  başlayaraq  formalaşan  xüsusi  «Mən»  sistemi  vasitəsilə  həyata 
keçirilir.  Özünüqiymətləndirmə  həm  şəxsi  ola  bilər,  həm  də  ətrafdakı 
insanların  təsirilə  formalaşa  bilər.  Yetkin  yaşlarında  şəxsiyyət  özünü 
idarəedən sistem kimi aşağıdakıları həyata keçirir: 
- psixi fəaliyyətə istiqamətlənmə; 
- onun sürətlənməsi, yaxud fəaliyyətinin zəifləməsi
- niyyətlərin uyğunlaşdırılması; 
- fəaliyyətə nəzarət edilməsi
- fəaliyyətin əlaqələndirilməsi.  
Bu  qərarları  yerinə  yetirmək  üçün  «Mən»in  aşağıdakı  mexanizmləri 
formalaşdırılır: 
1.nəzarət; 
2.razılıq; 
3.icazə vermə; 
4.qüvvətləndirmə. 
«Mən» strukturunda aşağıdakılar uyğunlaşdırılıb: 
1.»Mən» haqqında real və ideal təsəvvürlər
2.Real davranışla ideal davranışın uyğunlaşdırılmasına yönələn vicdan. 
İnsanın özünü idarəetməsinin iki forması fərqləndirilir: 
1.operativ;  
2.perspektiv.  


 
 
274 
Özünüidarəetmənin aşağıdakı tipləri fərqləndirilir: 
1.Əxlaqi-iradi – müsbət tip olub, güclü, zəhmətkeş və bütöv şəxsiyyətə xas 
olur. 
2.Qeyri əxlaqi-iradi – eqoist fərdiyyətçi tip qeyri sosialdır. 
3.Abulist (iradəsiz) tip – ləng və passiv, hər şeyə laqeyd olan şəxsdir. 
4.İmpulsiv tip – qeyri-iradi hərəkətlərə, meyllərə malik olur, lakin özünü 
reallaşdıra bilmir.  
Şəxsiyyət  malik  olduğu  xüsusiyyətlərə  əsasən  ictimai  inkişafın  subyekti 
kimi çıxış edir. Şəxsiyyətin əsas xüsusiyyətləri aşağıdakılar müəyyənləşdirilib: 
- ideyalılıq; 
- məqsədyönümlük; 
- əxlaqi tərbiyə; 
- mənəvi zənginlik; 
- tamlıq, şəxsiyyətin fəallığı; 
- orijinallıq və fərdilik.  
İnsanın  potensialının  fəallaşdırılıması  əsasında  cəmiyyətin  inkişafı 
sürətlənir.   
YOXLAMA SUALLAR 
1.Həyat tərzinin əsas kateqoriyaları hansılardır? 
2.Proqnozlu sosial layihələşdirmədə insanın həyat vəziyyəti və həyat təminatı sistemini izah edin. 
3.Həyat tərzinin sosial layihəsinin işlənib hazırlanması texnologiyalarını izah edin.  
REFERAT MÖVZULARI 
1.Həyat tərzinin sosial layihəsinin işlənib hazırlanması texnologiyaları  
2.Proqnozlu sosial layihələşdirmədə insanın həyat vəziyyəti və həyat təminatı sistemi   
3.Həyat tərzinin formalaşması xüsusiyyətləri 
4. Həyat tərzi sosial layihələşdirmənin obyekti kimi  
         ƏDƏBİYYAT: 
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным развитием. Минск: Наука 
и техника, 1936. 
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совершенствования 
распределительных отношений /Тематический сборник/. Баку, БФ ЛФЭИ, 1988. 
3.Беккер Т. Экономический анализ и человеческое поведение. М., 1993. 
4.Бергер П., Лукман Т. Социальное конструирование реальности. М., 1995.  
5.Гасанов Г.А. Проблемы занятости населения в сфере личного труда в условиях трансформации 
форм хозяйствования в Азербайджане. Автореф. дис. канд. экон. наук. Баку, 1998. 
6.Гасанов Р.М. Формирование гражданского общества в условиях трансформации. Б., Изд-во БСУ 
«Китаб алями», 2003. 
7.Генисаретский О.И. Регионализм, средовое проектирование и проектная культура // Экологическая 
культура. М., 1991. 
 
 
 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə