SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə109/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   116

 
 
261 
2.respondentlərin seçicilik təcrübəsi: seçkilərdə iştirak, səsvermə ilə bağlı 
qərarları və s.; 
3.yaşadığı ölkə, regionun problemlərinin qavranılması, siyasi yönümləri; 
4.seçici məqsədləri: seçkilərdə iştiraka hazırlıq və bu və ya digər iddiaçıya 
səs vermə, bu davranışların səbəbləri, onların sabitlik səviyyəsi
5.seçkilər  qabağı  tədbirlərə  münasibət,  seçki  kampaniyasında  bu 
tədbirlərin səmərəlilik səviyyəsi.  
Sesiçi  fəaliyyəti  ilə  bağlı  tədqiqatlar  hakimiyyət  uğrunda  mübarizədə 
siyasi  sahə  və  institutların  funksiyalaşması  haqqında  cəmiyyətin  fasiləsiz 
məlumatlandırılmasına olan tələbatla bağlı meydana gəlib. Seçici davranışı ilə 
bağlı tədqiqatların dörd forması fərqləndirilir:  
1.Məlumatlandırma  –  cəmiyyətin  siyasi  institutlarını  mövcud  siyasi 
davranış haqqında həqiqi məlumatla təmin etmək; 
2.İslahedici  (korrektə)  –  qəbul  edilən  idarəetmə  qərarlarının 
yoxlanılmasını  təmin  etmək,  seçici  davranışının  xüsusiyyətlərinin  və 
istiqamətlərinin islah edilməsi; 
3.Proqnozlaşdırıcı  –  tədqiq  olunan  proses  və  təzahürlərin  inkişafına  dair 
proqnozların həyata keçirilməsi;  
4.Təbliğatçı – geniş ictimaiyyətin sosial meyarların nəticələri, seçki qabağı 
kampaniyanın gedişi ilə tanış edilməsi seçicilərin düzgün istiqamətlənməsinə 
və seçkilərə marağının yüksəlməsinə kömək edir. 
Seçici davranışın proqnozlaşdırılması        
Seçici  davranışın  prqnozlaşdırılması  iki  tədqiqat  məsələsi  əsasında 
müəyyənləşir.  Birinci  məsələ  seçkilərdə  iştirak  edənlərin  sayının,  ikinci 
məsələ səslərin son miqdarının müəyyənləşdirilməsi ilə bağlıdır. Əldə edilən 
məlumatlar  seçki  vəziyyətinin  və  seçki  gedişinin  prqnozlaşdırılmasına  şərait 
yaradır.  Seçkilərə  dair  tədqiqatın  üç  mərhələsi  fərqləndirilir:  seçki  qabağı 
tədqiqat,  seçki  günü  aparılan  tədqiqat,  seçkilərdən  sonrakı  tədqiqat.  Burada 
mövcud  siyasi  vəziyyətin  və  reytinqin  öyrənilməsilə  bağlı  seçki  qabağı 
tədqiqat əsas mərhələ hesab edilir, hər 5 – 6 gündən bir təkrar sorğular aparılır 
və  son  tədqiqat  seçkilərə  3  –  4  gün  qalmış  olur.  Alınan  nəticələr  müqayisə 
edilir və bu əsasda seçicilərin davranış xüsusiyyətləri müəyyənləşdirilir.  
Reytinq  müəyyənləşdirilərkən  əsasən  «tərəzi»  və  «xəlbir»  metodları 
istifadə  edilir.  «Tərəzi»  metodu  ilə  reytinq  fərqli  münasibətlər  və  «Əgər 
seçkilər  yaxın  bazar  günü  keçirilsə  idi,  siz  kimə  səs  verərdiniz?»  və  «Əgər 
seçkilər  yaxın  bazar  günü  keçirilsə  idi,  siz  kimə  səs  verməzdiniz?»  sualları 
əsasında müəyyənləşdirilir. «Xəlbir» metodu istifadə edilərkən, hər bir siyasi 
lider  və siyasi  partiyaya  münasibət  müəyyənləşdirilir və  bu  zaman  aşağıdakı 
göstəricilər istifadə edilir: 


 
 
262 
- liderin tanınması səviyyəsi; 
- partiyanın tanınması səviyyəsi;  
- nüfuz səviyyəsi; 
- siyasi etibarlılıq ölçüləri; 
- mövcud məqamda konkret fəaliyyətin qiymətləndirilməsi
- mövcud liderin gələcəyinə inam; 
- mövcud partiyanın gələcəyinə inam. 
Bu  ölçülər  təsadüfi  qiymətləndirmədən  uzaq  olduğu  üçün  daha  dəqiq 
proqnoz verməyə imkan yaradır.   
Seçkilər  günü  və  seçkilərdən  sonra  keçirilən  tədqiqatlar  zamanı  «Siz 
namizədlərdən  hansına  səs  vermisiniz?»  sualından  istifadə  edilir.  Bu 
tədqiqatın  məqsədi  seçkilərin  ümumi  nəticələrinin  seçkiqabağı  tədqiqat 
nəticələrini manipulyasiya etməsi imkanlarının qarşısını alınmaqla bağlıdır.  
Uğursuz  proqnozlaşdırmadan  sonra  səhvlər  üzərində  iş  aparılmalıdır. 
Bütün 
toplanmış 
təcrübə 
təhlil 
edilməli, 
seçici 
davranışının 
proqnozlaşdırılmasına 
dair 
etibarlılığı 
təmin 
edən 
yanaşmalar 
müəyyənləşdirilməlidir.  Proqnozlaşdırmanın  metodik  əsasları təmin  edilməli, 
informasiya mənbələri genişləndirilməli, keyfiyyət metodları istifadə edilməli, 
sorğuların  gedişi  bir  qədər  dəyişdirilməli,  riyazi  modellər  əsasında  modellər 
qurulmalıdır. 
Seçici  davranışının  sosial  layihələşdirilməsi  və  proqnozlaşdırılması 
istiqamətləri             
1.Cəmiyyətin  siyasi  parityalara  münasibətinin  və  vətəndaşların  seçici 
davranışının aydınlaşdırılması və prqnozlaşdırılması. 
2.Əhalinin  siyasi  partiyaların  proqramları  haqqında  məlumatlılıq 
səviyyəsi. 
3.Seçicilərin sosial strukturu. 
4.Partiya və hərəkatların potensial seçiciləri. 
5.Seçicilərin yaş strukturu. 
6.İki  partiyalılıq  sisteminin  tərəfdarları  ilə  çox  partiyalılıq  tərəfdarlarının 
partiya liderlərinə münasibətləri. 
7.Seçici göstəricilərinin etibarlılıq səviyyəsi. 
8. Partiyaların seçicilərlə yaxınlığı. 
9.Seçici davranışının mənfi və müsbət variantları.  
Cəmiyyətin siyasi partiyalara münasibəti və vətəndaşların seçici davranışı 
siyasi  partiyaların  fəaliyyəti  və  apardığı  siyasətin  analizi  əsasında 
müəyyənləşdirilir.  Cəmiyyətin  bu  və  ya  digər  siyasi  partiyaya  münasibəti 
seçicilərin  partiyaların  fəaliyyəti  və  siyasi  məqsədləri  haqqında  məlumatları 
əsasında  müəyyənləşir.  Seçicilərin  sosial  strukturunun  və  seçici 


 
 
263 
davranışlarının təhlili bu və ya digər siyasi partiyanın sosial əsasları haqqında 
proqnoz  verməyə  kömək  edir.  Partiyaların  potensial  seçiciləri  səs  verməyə 
hazır  olan  sosial  qrupları  müəyyənləşdirməyə  əsas  verir.  Proqnozlaşdırma 
zamanı seçkilərdə iştirak etmək fikrində olmayan qrup xüsusi qrup kimi çıxış 
edir. Seçici qruplarının vəziyyətilə bağlı fərqlər təsnif edilərkən, seçicilər dörd 
qrupa bölünür:  
- zəif mobilliyə malik olanlar (seçkilərdə iştirak etmək niyyəti olmayanlar); 
-  hissəli  mobilliyə  malik  olanlar  (şəxsi  təşəbbüs,  yaxud  seçici  vərdişinə 
əsaslanan iştirak);  
- yüksək mobilliyə malik olanlar (situativ səbəblərə əsaslanan iştirak); 
- son hədli mobilliyə malik olanlar (hər hansı bir partiyanın tərəfdarları). 
Bu 
bölgü 
seçicilərin 
seçkilərdə 
iştirak 
səviyyəsi 
əsasında 
müəyyənləşdirilib.  
Partiyaların  oxşarlığı  partiya  liderlərinin  oxşar  tərcümeyi-halı,  siyasi 
proqramların uyğunluğu, siyasi, sosial və ümumbəşəri dəyərlərin bənzərliyi və 
s.  ilə  əlaqədardır.  Seçici  davranışının  mənfi  və  müsbət  tərəfləri 
proqnozlaşdırmanın  əsası  kimi  çıxış  edir.  Seçici  şüuru  və  davranışının 
aşağıdakı xüsusiyyətləri fərqləndirilir:  
-  fəhlə  seçicilər  liberal  və  xalq  demokratik  partiyaların,  birliklərin  və 
hərəkatların uğurlarını qiymətləndirərək, onlara səs verirlər
-  mühəndis-texniki  seçicilər  tərəqqipərvər  və  millətçi  partiya  və  birliklərin 
uğurlarını qiymətləndirərək, onlara səs verirlər; 
- xidmət sahəsi işçiləri və sahibkarlar daha çox səs çoxluğu ilə çıxış etsələr də, 
əsl mövqelərini daha az təzahür etdirirlər. 
YOXLAMA SUALLAR 
1.Seçici davranışınının strukturunu izah edin. 
2.Seçkilərdə zəif iştirakı hansı səbəblərlə bağlıdır? 
3.Seçici davranışın proqnozlaşdırılması xüsusiyyətlərini izah edin.       
REFERAT MÖVZULARI 
1.Seçici davranışın proqnozlaşdırılması xüsusiyyətləri   
2.Seçici davranışının öyrənilməsinin tarixi kökləri 
3.Elektoral davranışın layihələşdirilməsi 
4.Seçici davranışının sosial layihələşdirilməsi və proqnozlaşdırılması istiqamətləri             
ƏDƏBİYYAT: 
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным развитием. 
Минск: Наука и техника, 1936. 
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совершенствования 
распределительных отношений /Тематический сборник/. Баку, БФ ЛФЭИ, 1988. 
3.Бергер П., Лукман Т. Социальное конструирование реальности/ М., 1995.  
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə