SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə108/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   116

 
 
258 
Xarici  miqrasiya  –  emiqrasiya  və  immiqrasiya  kimi  müəyyənləşdirilir. 
Emiqrasiyanın sosial strukturu əsasən ziyalılar, yüksək ixtisaslı mütəxəssislər, 
tələbələrin; Millətlərin mühacirəti ilə bağlıdır.  
Xarici  miqrasiya  axınının  tənzimlənməsi  məqsədilə  aşağıdakı  tədbirlər 
həyata keçirilir: 
- emiqrasiya və imiqrasiya axınlarının, onların səbəblərinin, dəyişikliklərinin, 
nəticələrinin,  sosial  şəraitə  və  miqrasiya  vəziyyətinə  təsirinin  elmi 
əsaslandırılması və proqnozlaşdırılması; 
-  xarici  miqrasiyanın  bütün  komponentlərini  nəzərə  alan  vahid  sistemin 
yaradılması;  
- yerli diaspora ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi
- «beyin axınının» qarşısını almaq məqsədilə təkliflərin hazırlanması; 
- mühacirət edən vətəndaşlarla münasibətlərin humanistləşdirilməsi məqsədilə 
xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulması. 
Qeyri qanuni miqrasiya  
Qeyri qanuni mühacirlər əsasən qeyri qanuni fəaliyyətlə (silah, narkotiklər 
və  s.  alveri)  bağlı  ölkəyə  daxil  olan  insanlardır.  Miqrasiyanın  bu  forması 
ölkədə  cinayət  hadisələrinin  genişlənməsinə,  ölkənin  təhlükəsizliynin 
pozulmasına, bir sıra regionlarda sosial iqtisadi vəziyyətin zəifləməsinə səbəb 
olur.  
Xarici əmək miqrasiyası 
Əmək miqasiyası prosesi Milli əmək bazarının qeyri sabitliyi, qeyri qanuni 
əmək  miqrasiyasının  genişlənməsi,  xaricdə  işləyən  əhalinin  sosial 
müdafiəsinin  təmin  olunmaması,  xarici  əmək  miqrasiyasının  imkanlarının 
istifadə  edilməməsi  kimi  bir  sıra  mənfi  hallarla  bağlıdır.  Xarici  əmək 
miqrasiyasının dövlət tərəfindən tənzimlənməsi aşağıdakılarla bağlıdır:  
- xaricdə işləyən mühacirlərin hüquqlarının müdafiəsini təmin etmək; 
- daxili əmək bazarında vəziyyətin yaxşılaşdırılması; 
-  xaricdə  işləyən  mühacirlər  vasitəsilə  ölkəyə  daxil  olan  valyutanın 
köçürülməsinə şərait yaradılması və onların səmərəli istifadə edilməsi.  
Daxili miqrasiya      
Daxili  miqrasiya  regionlar  arası  və  region  daxili  formalara  malikdir. 
Regionlar  arası  miqrasiya əsasən ilkin  yaşayış  yerinə  qayıtma  ilə bağlı  olub, 
daimi  gəlirin,  sosial  güzəştlərin  olmaması,  işsizliyin  genişlənməsilə  əlaqədar 
meydana gəlir.   
Şəhər – kənd miqrasiyası 
Şəhər  –  kənd  mübadiləsi  daxili  miqrasiya  forması  kimi  tənzimlənə  bilər. 
Sosial  iqtisadi  islahatlar  dövründə  kənd  əhalisinin  şəhərə  və  şəhər  əhalisinin 
kəndə axını güclənir. Çoxmilyonlu sənaye şəhərləri, həmçinin bu şəhərlərdəki 


 
 
259 
daha  inkişaf  etmiş  infrastruktur  kənd  əhalisinin  şəhərə  axınının  əsas  səbəbi 
kimi çıxış edir. Eyni zamanda şəhərlərdə yaşayışın bahalaşması yerli əhalinin 
kəndlərə  miqrasiyasına  səbəb  olur.  Bu  prosesi  sabitləşdirmək  üçün  dövlət 
əhalinin az məskunlaşdığı ərazilərin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaq 
məqsədilə tədbirlər görməlidir.  
Represiyaya uğramış xalqların yerdəyişməsi  
Müasir  dövrdə  vaxtı  ilə  represiyaya  uğramış  xalqların  əvvəlki  yaşayış 
yerlərinə qaytarılması məqsədilə dövlət tərəfindən tədbirlər hazırlanır. 
 
YOXLAMA SUALLAR 
1.Miqrasiya siyasəti hansı əsaslarda həyata keçirilirI.  
2.Dönən və dönməz miqrasiya nədir? 
3.Miqrasiya axınlarının müasir təsnifatı necədir? 
4. Məcburi miqrasiya nədir? 
 
REFERAT MÖVZULARI 
1.Miqrasiya davranışının layihələşdirilməsi prinsipləri. 
2. Miqrasiya siyasəti konsepsiyası 
3.Miqrasiya proseslərinin tənzimlənməsi və layihələşdirilməsi 
 
ƏDƏBİYYAT: 
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным 
развитием. Минск: Наука и техника, 1936. 
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совер-
шенствования распределительных отношений /Тематический сборник/. Баку, БФ 
ЛФЭИ, 1988. 
3.Беккер Т. Экономический анализ и человеческое поведение. М., 1993. 
4.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по 
социологии знания. М., 1995.  
5.Гасанов Г.А. Проблемы занятости населения в сфере личного труда в условиях 
трансформации форм хозяйствования в Азербайджане. Автореф. дис. канд. экон. 
наук. Баку, 1998. 
6. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
7.Попов С. А. Стратегическое управление. М., 1999.  
8.Рагимов А.А., Гасанов Р.М. Трансформационные процессы и проблема 
национальной безопасности в Азербайджане. Б., Нурлан, 2003. 
9.Разу М. Л. Управление программами и проектами. М., 2000.  
10.Румянцев С.Ю. Основные аспекты демографической ситуации современного 
Азербайджана. Авт….т дис. канд. социол. наук. Баку, 2004. 
 


 
 
260 
18.6 SEÇİCİ  DAVRANIŞININ LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
Seçici  davranışının  sosial  layihələşdirilməsi  seçicilərin  davranışının 
öyrənilməsi  və  proqnozlaşdırılması,  səsverməyə  təsir  edən  amillərin  aşkar 
edilməsilə bağlıdır. Bu amillər sırasında aşağıdakılar fərqləndirilir: 
- maddi şəraitinin bu və ya digər yönümdə dəyişməsi
- seçkilərin təsviri, analizi və qiymətləndirilməsi; 
-ayrı-ayrı  partiyaların  və  liderlərin  seçici  xüsusiyyətlərinin,  ərazilərə  təsir 
səviyyəsinin aşkar edilməsi;  
-ayrı-ayrı  əhali  qruplarının  seçicilik  yönümü  və  davranışlarının  müqayisə 
edilməsi. 
Bu  əsasda  seçici  davranışınının  strukturu  müəyyənləşdirilir.  Bütün 
seçicilər üç dərəcəyə bölünür:  
1.həmişə seçkilərdə iştirak edənlər, sabit seçici tipi; 
2.heç vaxt seçkilərdə iştirak etməyənlər, abstinent (imtina edən) tip; 
3.aralıq vəziyyət tutanlar – situativ tip. 
Seçkilərdə zəif iştirakın aşağıdakı səbəbələri fərqləndirilir: 
1.ümummilli  və  ümumsiyasi  xüsusiyyəli  səbəblər  (siyasətə  marağın 
olmaması, vətəndaşların dövlətə özgələşməsi); 
2.xüsusi  seçki  kampaniyası  ilə  bağlı  səbəblər  (maraq  doğurmayan 
namizədlər, zəif təbliğat və s.);  
3.qanunvericiliyin natamamlığı və seçki komissiyasından narazılıq; 
4.təsadüfi xüsusiyyətli səbəblər (hava, sağlamlıqla bağlı və s.). 
Seçici  davranışının  layihələşdirilməsinin  əsasında  aşağıdakı  fəaliyyət 
istiqamətləri durur: 
1.Əhalinin 
sosial 
demoqrafik, 
sosial 
peşə, 
dini 
tərkibinin 
müəyyənləşdirilməsi; 
2.İqtisadi  vəziyyətin,  əhalinin  məşğulluq  və  rifah  səviyyəsinin 
müəyyənləşdirilməsi; 
3.Mövcud  sosial  mədəni  zonaların  müəyyənləşdirilməsi  və  onların  seçici 
məntəqələri  ilə  müqayisə  edilməsi,  özünəməxsus  ənənələrin  və  problemlərin 
aydınlaşdırılması; 
4.Seçkilərdə əhalinin iştirak xüsusiyyətlərinin aşkar edilməsi. 
  
Bu  məsələlərin  həlli  ilə  bağlı  tədqiqatçılar  statistik  məlumatlara 
müraciət edirlər. Seçici davranışını layihələşdirənlər sorğu, intervü, müşahidə, 
sənədlərin təhlili, ekspert qiymətləndirməsi, fokus qruplarda iş kimi sosioloji 
metodlar əsasında lazımi göstəriciləri toplamalıdırlar. Bu tədqiqatlar əsasında 
aşağıdakı xüsusiyyətdə məlumatlar əldə edilir: 
1.seçicilərin seçkilər və iddiaçılar haqqında məlumatlılıq səviyyəsi


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə