SəADƏt davud qizi məMMƏdova


HƏYAT TƏRZİ SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN OBYEKTİ



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə112/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   116

 
 
270 
18.8 HƏYAT TƏRZİ SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN OBYEKTİ 
KİMİ 
 
Həyat  tərzi  müəyyən  şəraitlə  bağlı  həyat  fəaliyyəti  vasitəsi  kimi  başa 
düşülür.  Həyat  fəaliyyəti  –  həyat  tələbatlarının  ödənilməsinə  yönəlmiş 
fəaliyyətdir  (iş,  istirahət,  yuxu  və  s.),  şəarit  isə,  xarici  amil  kimi  fəaliyyəti 
stimullaşdırır.  Həyat  tərzinin  xüsusiyyətləri  insan  fəaliyyətinin  sosial  təbiəti 
əsasında  müəyyənləşir.  Bu  və  ya  digər  həyat  tərzi  bir  çox  amillərin  təsirilə 
formalaşır.  Bu  əsasda  həyat  tərzinin  təsnifatı  və  tipologiyasını 
müəyyənləşdirmək  olar.  Həyat  tərzinin  əsas  kateqoriyalarının  təsnifatı 
aşağıdakı kimidir: 
1.obyekt  –  həyat  tərzi  tədqiqat  obyekti  kimi.  Bu  meyar  əsasında  həyat 
tərzinin  tədqiqi  və  qiymətləndirilməsilə  bağlı  normativ-müqayisəli  və 
konkrtet-tarixi  yanaşmalar  fərqləndirilir.  Birinci  mənada  cəmiyyətin  aparıcı 
sinfinin  həyat  tərzi  ideal  həyat  tərzi  kimi  müəyyənləşdirilir.  İkinci  halda 
bütövlükdə  cəmiyyətin  mürəkkəb  konkret-tarixi  reallıqla  bağlı  həyat  tərzi 
nəzərdə tutulur. 
2.subyektiv – həyat tərzi subyektləri. Fərdlər, sosial qruplar və bütövlükdə 
cəmiyyət həyat tərzi subyektləri kimi müəyyənləşdirilir. 
3.davranış – universal xüsusiyyət daşımayan və yalnız fərdin və bəzi sosial 
qrupların  həyat  tərzinin  təsnifatı  ilə  bağlıdır.  Bu  meyarın  əsasında insanların 
fərqli  davranış  fomaları  (nizamlı-nizamsız,  qapalı-açıq,  tüfeyli-zəhmətkeş, 
oturaq-hərəkətli və s.) durur. Həyat səviyyəsi anlayışı həyat tərzi anlayışından 
fərqlənir  və  həyat  tərzinin  tərkib  hissəsi  kimi  çıxış  edir.  Bu  sırada  sosial 
iqtisadi  anlayış  olan  həyat  forması  xüsusi  yer  tutur.  Həyat  forması  müəyyən 
istehsal  münasibətləri  sistemi  kimi,  istehsal,  ictimai  həyat,  mədəniyyət, 
məişət, sosial nizamla bağlı həyat tərzini nəzərdə tutur.   
«Həyat  tərzi»  sosial  psixoloji  kateqoriya  kimi  insanların  davranışının 
qiymətləndirilməsinə  yönəlir.  Həyat  tərzinin  formalaşması  xüsusiyyətlərilə 
bağlı aşağıdakılar müəyyənləşdirilib: 
1.Bir sıra fərdlər, sosial qruplar, yaxud cəmiyyətlərin oxşar həyat tərzində 
fərqli keyfiyyətlər və əksinə fərqli həyat şəraitində eyni keyfiyyətlər ola bilər. 
Bununla yanaşı eyni həyat şəraiti və həyat keyfiyyətləri çərçivəsində insanlar 
fərqli  həyat  üslubuna  malik  olurlar.  Bu  əsasda  insanların  davranışlarının 
mahiyyəti, strukturu və göstəriciləri müəyyənləşir. 
2.  İnsanların  davranışının  obyektiv  və  subyektiv  tərəfləri  fərqləndirilir. 
Şərait  insanları bu  və  ya  digər  şəkildə  hərəkət  etməyə  vadar  edir.  Lakin çox 
zaman  insanlar  öz  dəyər  yönümləri  əsasında  müəyyən  hərəkətlər  edirlər. 
Bununla əlaqədar olaraq, həyat tərzi ilə yanaşı həyat şəraiti və düşüncə tərzi 


 
 
271 
də  öyrənilməlidir.  Bu  prosesin  tərkib  hissələri  kimi  həyat  şəraiti  və  həyat 
fəaliyyətinin  tədqiqi  əsasında  həyat  tərzi  problemi;  davranış  və  düşüncə 
tərzinin  öyrənilməsi  əsasında  həyat  üslubu  problemi  ayrılıqda  təhlil 
edilməlidir. Çox zaman «həyat standartları» anlayışı «həyat şəraiti» və «həyat 
tərzi»  anlayışları  ilə  eyniləşdirilir.  Həyat  standartları  –  həyat  səviyyəsi, 
keyfiyyəti, üslubu, tərzi və üsulu normativləri əsasında müəyyənləşir.   
Sistemli  analiz  metodu  əsasında  həyat  tərzinin  aşağıdakı  komponentləri 
fərqləndirilir: 
1.obyektin (əməyin) dəyişməsi; 
2.subyektin (təhsil, mədəniyyət) formalaşdırılması; 
3.subyektlər arası münasibətlərin (ictimai siyasi fəaliyyət, hüquq qaydalarının 
təmin olunması, Milli münasibətlər) təşkili; 
4.subyektin təkrar istehsalı (məişət, ailə və nigah) və s.             
Bu əsasda həyat tərzinin əsas və alt bölmələri fərqləndirilir.   
Proqnozlu  sosial  layihələşdirmədə  insanın  həyat  vəziyyəti  və  həyat 
təminatı sistemi   
Proqnozlu  sosial  layihələşdirmə  hissəli  (parsial)  insana  deyil,  hiss  edən, 
düşünən  və  qarşılıqlı  fəaliyyətdə  olan  insana  ünvanlanmalıdır.  Sosial 
proseslərin  sosial  subyektlərin  təbiətinin  tamlığı  əsasında  analizi  və 
layihələşdirilməsi  situasion  yanaşma  adlanır.  Sosial  tipik  olandan  fərdiyə 
doğru  yönələn  bu  analiz  sosial  proseslərə  konkret-tarixi,  sosial  və  şəxsi 
vəziyyətlərdən  yanaşır.  Vəziyyətlər  bir  ölçülü  və  çox  ölçülü,  sabit  və 
problemli  ola  bilər.  Məhz  problemli  vəziyyətlər  sosial  layihələşdirmə 
fəaliyyətinin diqqət mərkəzində olur. Şəxsiyyətin fərdi meylləri, məqsədləri və 
imkanları  (sosial  ehtiyatları)  əsasında  onun  həyatının  problem  və  gərginlik 
meyarları  müəyyənləşdirilir.  Şəxsiyyətin  dəyər  yönümü  sistemli  yazılmamış 
fəaliyyət,  davranış,  ünsiyyət  və  insanlarla  qarşılıqlı  fəaliyyət  normaları 
əsasında  müəyyənləşir.  Sosial  rabitə  prosesində  bu  normalar  başqa  insanlara 
ötürülür. İnsanın sosial təcrübi varlığı çoxölçülüdür. Bu çoxölçülülük, zaman 
və məkan xüsusiyyətləri daşıyır və şəxsiyyət bir tərəfdən, ən azı dörd zaman 
çərçivəsində  (xronoloji,  sosial-tarixi,  psixoloji  və  bioloji  zaman),  digər 
tərəfdən  isə,  ən  azı  üç  ölçülü  məkanda  (sosial  iqtisadi,  sosial  ekoloji,  sosial 
mədəni,  yaxud  ideoloji)  mövcud  olur.  İnsanın  sosial  təcrübi  varlığı  sosial 
idarəetmə  obyekti  olan  həyat  təminatı  sisteminə  xüsusi  tələblərlə  yanaşır. 
Həyat  təminatı  sistemi  cəmiyyətin  sosial  strukturu  və  sosial  infrastrukturu 
kimi  çoxhəlqəli  tamdır.  Bu  sistem  insanın  ekoloji  vahid  və  müəyyən  sosial 
mədəni  xüsusiyyətlərə  malik  olan  şəxsiyyət  kimi  mühafizəsi,  istirahəti  və 
təkrar  istehsalına  imkan  yaradır  və  onun  fiziki,  psixi  və  sosial  sağlamlığını, 
mənəvi, yaradıcılıq və sosial ehtiyatlarını təmin edir.   


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə