SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə110/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   116

 
 
264 
18.7 
SOSİAL 
TƏHSİL: 
TƏHSİL 
PROSESİNİN 
LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
Təhsil  prosesinin  tədqiqi  təhsilin  dinamik  inkişafını  müəyyənləşdirməyə 
yönəlir.  Bu  məqsədlə  təhsilin  sosiologiyası  sahəsi  dəqiqləşdirilməli,  təhsil 
prosesinin  obyekti  öyrənliməlidir.  Təhsilin  sosiologiyasının  obyekti  təhsil 
sahəsi  və  burada  insanlar,  sosial  institutlar  arasındakı  xüsusi  qarşılıqlı 
münasibətlərdir. Təhsilin sosiologiyasının predmeti təhsilin yayılma məkanını 
və  sosial  məkana  təsirini,  təhsil  fəaliyyətinin,  onun  forma  və  mahiyyətinin, 
təhsilin  fərqli  sosial  strukturlara  inteqrasiyası  xüsusiyyətlərinin  analizinə 
yönəlir.  Təhsillə  sosial  stratifikasiya  və  sosial  mobillik  arasındakı  qarşılıqlı 
əlaqə,  həmçinin  cəmiyyətdə  təhsilin  şəcərəli  bölgüsü  kimi  çıxış  edən  sosial 
ədalət problemləri təhsil sosiologiyasının predmetinin əsas aspektlərindən biri 
kimi  təzahür  edir.  Təhsil  sosiologiyasının  predmeti  aşağıdakı  kimi  təsnif 
edilir:  
1.təhsil sahəsində sosial mədəni proseslərin vəziyyəti və dinamikası; 
2.sosial  mədəni  fəaliyyət  konsepsiyasının  qanunları  və  prinsipləri, 
mexanizmləri və texnologiyaları; 
3.təhsil sahəsinin ictimai həyatın digər sahələrilə qarşılıqlı təsiri; 
4.təhsilin  sosial  subyektin  harmonik  inkişafına,  sosial  mahiyyətli  digər 
fəaliyyət növlərinə təsirinin öyrənilməsi. 
Təhsilin  sosiologiyasının  əsas  kateqoriyaları  –  təhsil,  təlim,  tərbiyə, 
sosiallaşma, mədəniyyət, təhsil prosesi, təhsil məkanı ilə bağlıdır.  
Tədqiqatın əsas istiqamətləri  
Təhsil  prosesinin  tədqiqatının  əsas  istiqamətləri  aşağıdakı  kimi 
müəyyənləşdirilir: 
- təhsilin sosial səbəb-nəticə əlaqəliliyi; 
- təhsil sahəsinin sosial mədəni təşkili
- təhsilin səmərəliliyi; 
- təhsil modelləri; 
- təhsildə yeniliklər
- təhsil səviyyələrinin tədqiqi; 
- təhsilin ənənəvi və yeni formaları arasında münasibətlər;  
- təhsilin cəmiyyətin sosial strukturunun dinamikasına təsiri. 
Təhsil prosesinin problem-tematik mahiyyətinin layihələşdirilməsi  
Təhsil  prosesinin  problem  tematik  mahiyyəti  aşağıdakılar  əsasında 
müəyyənləşir: 
- təhsil prosesi şəxsiyyətin formalaşmasının mədəni əsasları kimi; 
- təhsil sahəsinin dinamikası amilləri; 


 
 
265 
- təhsilin məzmunu, təhsillənmə sosial mədəni fəaliyyət kimi; 
- tədris fəaliyyətinin metod və texnologiyaları; 
- cəmiyyətin sosial strukturunun dinamikasına təhsilin təsiri. 
Təhsilin sosiologiyasının strukturu     
Təhsilin  sosiologiyasının  strukturu  idrak  fəaliyyətinin,  təhsil  prosesinin 
texnoloji  modellərinin  formalaşdırılması  fəaliyyətinin  mərhələ  və  nəticələri 
kimi  müəyyənləşdirilə  bilər.  Bu  əsasda  təhsilin  sosiologiyasının  strukturu 
aşağıdakı kimidir: 
-      Nəzəri  konsepsiyalar  (təhsil,  tərbiyə,  mədəni  mənşə,  şəxsiyyət  və  peşə 
inkişafı ilə bağlı konsepsiyalar). 
-  Təhsil  prosesinin,  təhsil  müəssisələrinin  və  bütövlükdə  təhsil  sisteminin 
təkmilləşdirilməsi haqqında hipotezlər. 
-  Təhsil  sisteminin  və  bütövlükdə  sosial  sistemin  qarşılıqlı  əlaqələrinin 
təkmilləşdirilməsi haqqında hipotezlər.  
-  Hipotezlərin  formalaşdırılması,  dəqiqləşdirilməsi  və  yoxlanılması  ilə  bağlı 
konseptual nəzəri aparat (anlayışlar, prinsiplər, kateqoriyalar, qanunlar). 
-  Həqiqi  material  (sosioloji,  pedaqoji,  politoloji  və  psixoloji  tədqiqatlar, 
diaqnostika, monitorinq).  
 -  Sosial  layihə  və  modellər  (hipotezlərin  təsdiq  edilməsi,  sosial 
texnologiyaların, sosial ssenarilərin işlənib hazırlanması).     
- Alınan nəticələrin qiymətləndirilməsi və yeni hipotezlərin irəli sürülməsi. 
Təhsilin əsas funksiyaları 
Təhsil  prosesini  sistemli  şəkildə  layihələşdirmək  üçün  təhsilin  əsas 
funksiyalarını fərqləndirmək vacibdir. Təhsil biliklərin ötürülməsi, qəbulu və 
mənimsənilməsi  prosesidir.  Bu  proses  müəllim  və  tələbələrin  qarşılıqlı 
fəaliyyəti əsasında həyata keçirilir. Təhsilə sosioloji yanaşma aşağıdakılardan 
ibarətdir: 
1.təhsil  prosesi  sosial  strukturun  alt  sistemi  kimi  sosial  qarşılıqlı  təsir 
əsasında inkişaf edir; 
2.sosial  təşkilat  tipi  kimi  təhsil  sistemi  qarşılıqlı  əlaqəli  mövqelər,  alt 
sistemlər, müəssisələr məcmusu olan xüsusi sosial struktura malikdir;  
3.təhsil  cəmiyyətin  əsas  institutlarından  biri  olub,  bir  sıra  sosial 
funksiyaları yerinə yetirir.    
Təhsilin funksiyalarını aşağıdakı kimi təsnif etmək olar: 
1.Mədəniyyətin ötürülməsi və yayılması funksiyası əsasında sosial institut 
olan təhsil vasitəsilə mədəni dəyərlər nəsildən nəsilə ötürülür.  
2.Dəyər  yönümlərinin  və  təmayüllərinin  formalaşdırılması  funksiyası 
əsasında gənclər sosiallaşır və sosial sistemə inteqrasiya edir.  


 
 
266 
3.Sosial diferensiasiya və seleksiya funkiyasına görə təhsil sistemi təhsil 
alanlara  diferensial  münasibət,  yəni  üfiqi  (fərdi  imkanlara,  maraqlara, 
bacarıqlara  əsaslanan,  peşə  yönümünə  görə  fərqlənən  təhsil  müəssisələri)  və 
şaquli  (ibtidai,  natamam  orta,  tam  orta,  ali,  ali  təhsildən  sonrakı  təhsil) 
yanaşma əsasında qurulur və sosial mobilliyin əsasını təşkil edir. 
4.Peşəkar-iqtisadi  funksiya  əmək  sahəsi  ilə  sıx  bağlıdır.  Bu  funksiyaya 
görə,  məhz  təhsil  sistemi  vasitəsilə  cəmiyyət  yüksək  ixtisaslı  kadrların 
hazırlanmasına  olan  tələbatını  ödəyir.  Peşə-texniki,  orta,  xüsusi  təhsil, 
kadrların  təkmilləşdirilməsilə  bağlı  müəssisələr  bu  funksiyanın  yerinə 
yetirilməsinə yönəlir.  
Təhsil  sisteminin  əsas  problemlərindən  biri  də  təhsil  sahəsində  sosial 
qrupların fərqləndirilməsidir. Təhsilin sosiologiyasında makro və mikro sosial 
qruplar fərqləndirilir.  
Təhsilin sosial təşkilati modeli  
Təhsilin sosial təşkilati (struktur) modeli təhsil prosesində əmək bölgüsünə 
görə formalaşan üç əsas (makro) sosial qrupdan ibarətdir:  
1.təhsil alanlar;  
2.təhsil verənlər; 
3.təhsil  prosesinə,  onun  texnologiyalarına  və  təhsil  sisteminin 
infrastrukturuna xidmət və kömək edənlər. 
Təhsil  sistemində  formal  və  qeyri-formal  təhsil  formaları  fərqləndirilir. 
Formal təhsil dedikdə, xüsusi təhsil müəssisələri və təşkilatları (məktəb, litsey, 
kollec, texnikum, institut, kadrların təkmilləşdirilməsi kursları və s.) vasitəsilə 
həyata  keçirilən  və  cəmiyyətdə  mövcud  olan  standartlara  uyğun  olan  tədris 
nəzərdə  tutulur.  Bu  təhsil  forması  attestasiya  fəaliyyəti  və  təhsilə  uyğun 
diplomlar verilməsi ilə müəyyənləşir.   
Qeyri-formal təhsil dedikdə, institutlaşmamış təhsil forması, fərdi cəhdlər 
əsasında  biliklərə  yiyələnmə,  cəmiyyətdəki  standartlara  əsaslanmayan  qeyri 
ənənəvi təhsil nəzərdə tutulur.   
Təhsil sahələri       
Təhsilin 
layihələşdirilməsi 
prosesində 
təhsil 
sahələrinin 
müəyyənləşdirilməsi vacibdir. Bura aşağıdakı təhsil sahələri daxildir: 
1.məktəbəqədər təhsil; 
2.məktəb təhsili; 
3.peşə təhsili; 
4. orta ixtisas təhsili;  
5.ali təhsil.  
Bu  və  ya  digər  təhsilə  yiyələnmə  şəxsiyyətin  cəmiyyətdə,  sosial 
stratifikasiyada  mövqeyinin  müəyyənləşməsində  əsaslı  rol  oynayır.  Peşə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə