SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə107/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   116

 
 
255 
2.işlə əlaqədar yerdəyişən mühacirlər;  
3.daimi yaşayış yerinə köçən mühacirlər
4.ailələrin birləşdirilməsilə bağlı köçən mühacirlər;  
5.humanitar baxışlardan ölkəyə buraxılan mühacirlər (qaçqınlar, sığınacaq 
axtaran qaçqınlar). 
Müasir sosial iqtisadi şəraitdə miqrasiya aşağıdakı mahiyyətləri kəsb edir:   
1.millətlərarası  münaqişələr  nəticəsində  miqrasiyaya  Milli  və  etnik 
xüsusiyyətlər qazanır; 
2.miqrasiya daha geniş miqyaslı və intensiv olub
3.miqrasiya axınının istiqamətləri dəyişib. 
Müasir  dövrə  qaçqınlar  və  məcburi  köçkünlərin  yerdəyişməsi 
miqrasiyanın  fərqli  forması  kimi  geniş  miqyas  alıb.  Belə  ki,  bu  zaman 
miqrasiya  xarici  qüvvələrin  təsirilə  baş  verən  yerdəyişmə  kimi  məcburilik 
xüsusiyyəti  daşıyır.  Məcburi  miqrasiya  kimi  müəyyənləşdirilən  bu 
yerdəyişmənin siyasi, iqtisadi, sosial, ekoloji səbəbləri fərqləndirilə bilər.   
Miqrasiya  siyasəti  miqrasiya  davranışına  və  bu  davranışı  əmələ  gətirən 
şəraitə təsir sistemi kimi çıxış edir. Miqrasiya siyasəti miqrasiya davranışının 
əmələ  gəlməsilə  bağlı  olan  səbəbləri  –  iş  yerləri  bölgüsü,  əhalinin  həyat 
şəraitindəki  fərqlər,  həyat  tərzi  müəyyənləşdirməli,  bu  əsasda  əhalinin 
yerdəyişməsinə  təsir  göstərməli,  məhdudlaşdırıcı  tədbirlər  görməlidir. 
Miqrasiya siyasətinin nəticələrinə dair iki istiqaməti fərqləndirmək olar:  
1. miqrasiya davranışının genişlənməsi ilə bağlı nəticələr;  
2. əhalinin ərazi bölgüsünün mütləq və nisbi həcminə dair nəticələr.  
Miqrasiya  siyasətinin  əsas  mahiyyəti  miqrasiyanın  təbii  inkişafı  ilə  bağlı 
olub, bu prosesə təsir mexanizmlərinin hazırlanmasına və cəmiyyət və dövlətə 
dair  mənfi  nəticələrin  aradan  qaldırılmasına,  mühacirlərin  potensialının 
səmərəli  istifadə  edilməsinə  yönəlir.  Miqrasiya  siyasətinin  əsas  prinsipi  bu 
siyasətin  reallaşdırılması  və  miqrasiya  qanunvericiliyinin  hazırlanması 
gedişində  dövlətin  maraqlarının  üstün  mövqeyi  ilə  bağlıdır.  Miqrasiya 
siyasətinin  və  onun  realaşdırılması  mexanizmlərinin  aşağıdakı  istiqamətləri 
fərqləndirilir: 
1.mühacirlərin iqtisadi fəal hissəsinin qəbulu və yerləşdirilməsi və onların 
mövcud sosial iqtisadi vəziyyətə uyğunlaşması üçün şərait yaradılması;  
2.məcburi,  zəif  müdafiə  olunan  köçkünlərin  dövlət  tərəfindən  müdafiə 
olunması; 
3.məcburi köçkünlərin yaşayış təminatı mexanizmlərinin dəyişdirilməsi
4.miqrasiya  proseslərinin  tənzimlənməsinin  iqtisadi  mexanizmlərinin 
hazırlanması,  ərazilərin  dəstəklənməsi  və  mühacirlərin  müəyyən  ərazilərə 
axınının tənzimlənməsində dövlət maraqlarının nəzərə alınması.  


 
 
256 
I.  Miqrasiya  siyasəti  konsepsiyasının  elmi  və  iqtisadi  əsasları  işlənib 
hazırlanmalıdır.  Bu  konsepsiya  –  bu  və  ya  digər  regionda  əhalinin  sayı, 
demoqrafik  tərkibi,  əhalinin  sayca  çox  olduğu  ərazilərdən  köçürülməli 
olanların  müəyyənləşdirilməsi  və  köçürmənin  təşkili,  iqtisadi,  inzibati 
üstünlüyə  malik  olan  bölgələrin  bu  məqsədlə  istifadə  edilməsi  ilə  bağlı 
məsələlərin həllinə yönəlməlidir.  
II. Miqrasiya proseslərinin tənzimlənməsi və layihələşdirilməsi üçün vahid 
dövlət  siyasətinin  reallaşdırılması  mexanizmləri  hazırlanmalıdır.  Bu 
mexanizmlər aşağıdakı kimi müəyyənlədirilir: 
1) Kompleks miqrasiya qanunvericiliyi. 
2)  Miqrantlar  kateqoriyasının  vahid  təsnifatı  və  onların  hesaba  alınması 
sistemi. 
3)Dövlət  və  regional  məsuliyyətin,  həmçinin  müəssisələrin  miqrasiya 
problemlərilə bağlı məsuliyyətlərinin  məhdudlaşdırılması mexanizmi. 
4)Miqrasiya problemlərinin dövlət tənzimlənməsini təmin edən iqtisadi və 
inzibati sisteminin yaradılması mexanizmi.  
5)  Məcburi  miqrantların  və  xüsusi  rayonların  dövlət  tərəfindən  müdafiə 
edilməsi sistemi.   
Miqrasiya cəmiyyətin inkişafının sosial iqtisadi və siyasi amili kimi həm 
nəzəriyyəçilərin,  həm  də  icra  və  qanunverici  hakimiyyət  orqanlarının 
diqqətindədir.  Miqrasiya  prosesi  ilə  bağlı  əsas  anlayışlar  kimi  aşağıdakıları 
göstərmək olar: 
1.Miqrasiya  –  fərqli  səbəblərdən  bu  və  ya  digər  ərazinin  sərhədlərini 
keçərək, yaşayış yerinin dəyişdirilməsidir. Miqrasiya səbəblərinə (könüllü və 
məcburi) və tiplərinə (xarici və daxili) görə fərqləndirilir. 
2.Könüllü  miqrasiya  –  insanların  daimi  yaşadıqları  dövlət  ərazisini  tərk 
etməsi və digər dövlətin ərazisində yeni yaşayış yerinə köçməsidir. 
3.Məcburi  miqrasiya  –  insanların  sığınacaq  yeri  tapması  məqsədilə 
yerdəyişməsidir.  Xarici,  yaxud  daxili,  dönən,  yaxud  dönməz  məcburi 
miqrasiya fərqləndirilir. 
4.Daxili  miqrasiya  –  bir  dövlətin  ərazisində  insanların  daimi,  yaxud 
müvəqqəti olaraq, yaşayış yerinin dəyişdirilməsidir. 
5.Xarici  miqrasiya  –  insanların  öz  dövlətlərinin  ərazisindən  digər 
dövlətin ərazisinə köçməsi (emiqrasiya), yaxud digər dövlətin ərazisindən öz 
dövlətinin ərazisinə köçməsidir (imiqrasiya). 
6.Qeyri  qanuni  miqrasiya  –  insanların  vətəndaşları  olmadıqları 
dövlətlərin ərazisinə köçməsi ilə bağlı yerdəyişmədir. 


 
 
257 
7.Mühacir  –  yaşayış  yerini  dəyişən  şəxsdir.  Yeni  yaşayış  yerinə  köçüb 
gələn  şəxs  –  immiqrant,  yaşadığı  yeri  tərk  edən  şəxs  isə,  emiqrant 
adlandırılır.  
8.Məcburi  köçkünləri  ilk  qəbul  edən  məntəqə  –  dövlət  miqrasiya 
müəssisəsi  kimi,  köçüb  gələnlərin  qəbulu  və  müvəqqəti  yerləşdirilməsi 
xidmətini yerinə yetirən məntəqədir.  
9.Məcburi  köçkünlərin  müvəqqəti  yerləşdirilməsi  mərkəzi  –  məcburi 
olaraq,  yaşayış  yerini  tərk  etməli  olan  insanların  yeni  dövlət  ərazisində 
yerləşdirilməsilə məşğul olan müəssisələrdir.  
10.  Miqrasiya  nəzarəti  məntəqəsi  –  ərazi  miqrasiya  xidməti  ilə  bağlı 
orqanın  alt  bölməsi  olan  və  dövlət  sərhəddində  yerləşən  nəzarət 
müəssisələrindən ibarətdir. 
11.  Məcburi  köçkünlərin  yerləşdirilməsi  –  məcburi  köçkünlərin  iş  və 
yaşayış  yeri  ilə  təmin  olunmasına,  sosial  adaptasiyasına  köməklik 
göstərilməsidir. 
12.  Sıx  məskunlaşma  –  məcburi  köçkünlərin  50  ailədən  az  olmayaraq, 
eyni ərazidə məskunlaşmasıdır. 
Miqrasiyanın səbəbləri                    
Miqrasiya  prosesinin  əsas  səbəbləri  ailə  vəziyyəti,  iş  yerinin 
dəyişdirilməsi,  təhsillə  bağlı  yerdəyişmə,  iqtisadi  (işsizlik),  ekoloji  (iqlim 
dəyişiklikləri,  ekoloji  böhranlar),  siyasi  (Milli  münaqişələr,  siyasi 
dəyişikliklər) proseslərlə bağlıdır. 
Miqrasiya axınlarının müasir təsnifatı  
1.Məcburi miqrasiya; 
2. Xarici miqrasiya
3. Xarici əmək miqrasiyası;  
4.Qeyri qanuni miqrasiya; 
5.Daxili miqrasiya. 
Məcburi miqrasiya 
Məcburi  miqrasiya  əsasən  qaçqınlar  və  məcburi  köçkünlərin  axının 
tənzimlənməsinə  yönəlir.  Məcburi  mühacirlərin  aşağıdakı  kateqoriyaları 
fərqləndirilir: 
1.hərbi qulluqçular və onların ailələri, muzdlu hərbçilər
2.ekoloji böhran zonasının əhalisi. 
Qaçqınlara kömək məqsədilə aşağıdakı tədbirlər görülür: 
- immiqrantların müvəqqəti yerləşdirilməsi mərkəzi; 
-qaçqınların  daimi  yaşayış  məntəqələrində  yerləşdirilməsi,  onlara  ev 
almağa köməklik göstərilməsi ilə bağlı təşkilatlar.  
Xarici miqrasiya  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə