S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə9/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   5   6   7   8   9   10   11   12   ...   165

(VI-X  əsrlər);  knyazlıqlarm  vahid  Gürcüstan  dövlətində  birləşdirilməsi 

(XI-XV  əsrlər);  son  feodalizm  mərhələsində  vahid  dövlətin  müstəqil 

çarlıqlara və knyazlıqlara ayrılması (XVI-XVIII əsrlər). 

Güclənmiş iri feodallar tez-tez mübarizəyə qoşularaq Sasanilərə qarşı 

çıxıış  edirdilər.  Çar  Vaxtanqm  başçılığı  ilə  484-cü  ildə  Sasanilərə  qarşı 

böyük üsyan baş verdi. 523-532ci illərdə üsyanlar təkrar edildi. Lakin hər 

iki  üsyan  amansızlıqla  yatırıldı.  Nəticədə  Sasanilər  çar  üsulidarəsini  ləğv 

edib  Gürcüstanı  öz  satraplığına  (əyalət)  çevirdilər.  İran  canişinin  Tiflis 

şəhərində mərzbanlıq üsul idarəsi bir əsrə qədər mövcud olaraq qalmışdı. 

Sasanilər ilk vaxtlar öz hakimiyyətlərinin dayağı kimi aznaura- lardan 

deyil,  hələ  aznaurlar  tərəfindən  zəbt  edilməmiş  icma-tayfa  özünüidarə 

vahidlərindən  və  şəhər  əhalisinin  ticarət  və  sənətkarlıqla  məşğul  olan 

təbəqələrindən  istifadə  edirdi.  İran  hakimiyyətinin  apardığı  siyasət  son 

olaraq  571-ci  ildə  mamasaxilis  (çarağsaq-  qal)  Qurgenin  başçılığı  ilə 

aznaurların  üsyanına  səbəb  oldu.  Üsyan  aznaurlarm  məğlubiyyəti  ilə 

nəticələnir  və  onların  başçısı  Bizansa  qaçır.  Lakin  Sasanilər  öz 

hakimiyyətlərini qorumaq üçün aznaur- larla ittifaqa girməyin vacibliyini 

anlayaraq  580-cı  ildə  barışıq  elan  edirlər.  Qurgen  yenidən  mamasaxilis 

təyin edilir. Vilayət hakimləri olan eristavilərin irsi hakimiyyəti qəbul edilir. 

Aznaurlar  isə  Sasani  hakimiyyət  orqanlarından  immunitet  əldə  edərək 

icmaçı kəndliləri daha çox istismar edirdilər. 

Sasani  hakimiyyətinin  zəiflədiyi  dövrdə  Gürcüstan  üçün  daha  bir 

təhlükə  Ərəb  xilafəti  tərəfindən  yarandı.  643-645-ci  illərdə  ərəblər 

Gürcüstanı  işğal  edərək  müqavilə  bağladılar.  Müqavilənin  şərtlərinə  görə 

Gürcüstan ildə hər evdən bir dinar pul ödəməli və lazım gəldikdə ərəblərə 

hərbi  yardım  etməli  idilər.  Bu  dövrdə  Qərbi  Gürcüstan  Bizansın 

protektorluğuna daxil edilmişdi. Şərqi Gürcüstan isə  əyalətlərə bölünərək 

ərəb  əmirləri  tərəfindən  idarə  olunurdu.  Bu  əyalətlərdə  yerli  aznaurlar 

böyük rol oynayır və ərəb əmrlərinə kömək edirdilər. 

Ərəb  hökmranlığı  dövründə  Gürcüstanda  feodal  münasibətlərinin 

inkişafı prosesi davam edirdi. Feodal silkinin yuxarı təbəqəsi olan di- 

27 



debullar  və  aznaiırlar  azad  icma  üzvü  olan  kəndlilərinin  istismanm 

gücləndirir, kənd əhalisini hüquqi cəhətdən özlərindən asılı etməyə məcbur 

edirdilər.  Feodal  münasibətlərinin  inkişafı  yoxsul  kəndliləri  borc  köləliyi 

təhlükəsi ilə qarşılaşdırırdı. Digər tərəfdən mərkəzi hakimiyyətin olmaması 

hakim  feodal  silkinin  özbaşınalığı  azad  kiçik  torpaq  sahiblərinin  istismar 

edilməsi  və  öz  torpaq  paylannm  iri  feodallar  tərəfindən  mənimsənilməsi 

üçün şərait yaradırdı. Frank  monarxiyasında olduğu kimi patronat sistemi 

yaranır, kiçik feodallar iri feodalların himayəsinə keçirdi. Feodal asılılığının 

güclənməsi  təh-  kimçilik  sisteminin  yaranması  və  inkişafı  üçün  əlverişli 

şərait yaradırdı. Qlexlər adlanan təhkimli kəndlilər qmpu meydana gəlirdi. 

Feodal  münasibətlərinin  inkişafı,  feodal  silkinin  hökmranlığı 

Gürcüstanın iri və xırda feodal sahibliyinə bölünməsi ilə nəticələnir. Adətən, 

gürcü  feodallarına  məxsus  olan  möhlcəmləndirilmiş  qəsrlər  tikilirdi.  İri 

feodallar olan didebullar isə dağın zirvəsində tikilmiş qəsrlərdən başqa dağ 

ətəklərində salınmış şəhərlərə də yiyələnirdilər. 

IX  əsrdən  başlayaraq  Gürcüstanın  ictimai-iqtisadi  inkişafının  artması 

müşahidə edilir, istehsal münasibətlərinin inkişafı şəhərlərdə sənətkarlığın 

güclənməsinə səbəb olur, şəhər əhalisinin sayı artır, daxili və xarici ticarət 

əlaqələri genişlənirdi. 

Məhsuldar  qüvvələrin  artması  Gürcüstanın  birləşdirilməsi  və  vahid 

mərkəzləşdirilmiş  dövlətin  yaranması  üçün  şərait  yaradırdı.  Orta  və  kiçik 

feodallar  olan  aznaurlann  çox  hissəsi  iri  feodallardan  -  di-  debullardan 

vassal  asılılığını  qəbul  edərək  onlar  üçün  hərbi  xidmətə  daxil  olurdular. 

Mərkəzləşmiş  dövlətin  yaranmasında  kiçik  feodallar  daha  maraqlı  idilər. 

Çünki aznaurlar daha güclü mərkəzi çar hakimiyyətinə xidmət etməyi üstün 

tuturdular. Sənətkarlar və tacirlər də ölkənin birləşdirilməsi tərəfdarı kimi 

çıxış edirdilər. Belə ki, yalnız mərkəzləşmiş dövlət ticarətin və sənətkarlığın 

inkişafına kömək edə və ticarət yollarının təhlükəsizliyini təmin edə bilərdi. 

Gürcüstanda  mərkəzləşmiş  dövlətin  yaranması  təşəbbüsü  Ərəb 

Xilafətinin  Qafqazda  zəifləməsi  və  ümumilikdə  müstəqil  feodal 

əmirliklərinin yaranması, yeni feodal sahibliklərinin formalaşması dövrü ilə 

eyni vaxta düşürdü. IX əsrin ortalarında Gürcüstan ərəb 



28 


lərə  xərac  verməkdən  imtina  etdi.  Yaranmış  əlverişli  xarici  geosiyasi 

vəziyyətdə  dörd  iri  feodal  sahibliyi  yarandı.  Yeni  yaranmış  Abxaziya, 



Kartili,  Kaxeti  və  Tao-Klarceti  knyazlıqları  arasındakı  mübarizəyə 

baxmayaraq  gürcü  torpaqlarının  vahid  feodal  dövlətində  birləşdirilməsi 

prosesi XI əsrdə başa çatır. 

X  əsrin  birinci  yarısında  dörd  iri  knyazlıqlar  arasındakı  mübarizədə 

Tao-Klarceti  üstünlük  əldə  edir.  Tao-Klarceti  knyazı  Davud  Kurpalat 

erməni  əsilli  Baqratı  özünün  varisi  elan  edir.  Digər  tərəfdən  isə  Abxaz 

çannm  övladı  olmadığı  üçün  ana  tərəfdən  ona  qohum  olan  Baqrat 

Abxaziyanın da vəliəhdi elan edilmişdi. 980-cı ildə III Baqrat özünü Abxaz 

çarı  elan  edir.  Davud  Kurpalatın  vəfatından  sonra  Tao-Klarcetinin  bir 

hissəsi  (digər  isə  Bizans  tərəfindən  işğal  edilir)  Abxaziyaya  birləşdirilir. 

Beləliklə 1001-ci ildə Gürcüstanın vahid dövlətdə birləşməsi başa çatır. 

Qurucu  Davudun  hakimiyyəti  illərində  (1089-1125)  Gürcüstanda  çar 

hakimiyyəti  əsaslı  olaraq  möhkəmlənir.  Belə  ki,  mərkəzləşmiş  dövlətin 

yaranması iri feodallar olan didebullarm müqaviməti ilə rastlaşırdı. 1057-ci 

ildə  Liparidlər  sülalələsindən  olan  iri  feodalların  başçılığı  ilə  üsyan  baş 

verir. Lakin bu üsyan didebullarm məğlubiyyəti ilə nəticələnir. Didebullar 

öz mübarizələrində Bizans kilsəsinə arxalanırdılar. 

Didebullarm  davam  edən  müqaviməti  mərkəzi  çar  hakimiyyətini 

zəiflədirdi. Nəticədə Gürcüstan çarı II Georgi Səlcuq türklərinə müqavimət 

göstərə bilməyərək onların təbəəliyini qəbul edir. 

Gürcü çarı Qumcu Davud Səlcuq türklərində mövcud olmuş hərbi len 

sistemini Gürcüstana tətbiq edərək islahat keçirir. İslahat nəticəsində hərbi 

mükəlləfıyyətli feodalların ümumi sayını artırır. Digər tərəfdən çar Davud 

Şimali Qafqazdan qıpçaqları (polo- vestləri)  muzdlu qoşuna cəlb edərək 

daimi ordu saxlamağa nail olur. Kifayət qədər qoşun toplamış Davud artıq 

zəifləməkdə olan Səlcuq türklərini sıxışdıracaq çalışırdı. 1112-ci ildə Tiflisi 

Səlcuq- lardan geri almarla oranı özlərinə paytaxt elan etdilər. Bu dövrdə 

əhəmiyyətli  dərəcədə  güclənmiş  Qurucu  Davud  Şirvana  və  Dərbəndə 

basqınlar edir və böyük xərac alırdı. 

29 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə