S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə6/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   2   3   4   5   6   7   8   9   ...   165

əyanlar müstəqil məhkəmə hakimiyyətinə malik idilər. Şah məhkəmələrinin 

tərkibinə 5-7 nəfər kollegiya daxil olurdu. 

İmperiyanın ordusunda frataraklar məhkəmə funksiyasını icra edirdilər. 

Frataraklar eyni zamanda hərbi qarnizona da komandanlıq edirdilər. 

Məbədlərdə  baş  kahin  -  maqupat  məhkəmə  hakimiyyətinə  malik 

olmuşdular.  Məbəd  məhkəmələri  nəinki  məbəd  kahinlərinin,  həmçinin, 

mülki şəxslərində mübahisələrinə baxırdılar. Məbəd məhkəmələri şaha tabe 

idilər.  Maqupatlarm  qərarından  şah  məhkəmələrinə  apellyasiya  vennək 

olardı.  Ən  mühüm  məbəd  məhkəmə  işləri  barədə  kahinlər  şah 

məhkəmələrindən göstəriş alırdılar. 



HÜQUQUN ƏSAS CƏHƏTLƏRİ 

Hüququn  mənbələri.  Əhəmənilər  dövlətində  hüququn  mənbəyi 

adətlərlə  yanaşı,  şah  qanunları,  Avesta,  işğal  olunmuş  xalqlara  məxsus 

adətlər  və  hüquq  normaları  olmuşdur.  Zərdüştlüyün  müqəddəs  kitabı 

“Avesta”  xüsusilə  də  “Vendidad”  Əhəmənilərin  hüquq  institutlarının 

öyrənilməsində əvəzsiz mənbələrindəndir. I Daranın şahlığı dövründə fəth 

olmuş 


dövlətlərdə 

yaşayan 


xalqların 

hüquq 


normalarının 

məcəlləşdirilməsinə və qədim qanun külliyatlannm öyrənilməsinə cəhdlər 

edilmişdir.  Qanunun  tətbiqində  müvafiq  xalqlann  hüquq  normaları  şah 

hakimiyyətinin siyasətinə uyğunlaşdmlırdır. Fars tayfalarının isə çox sadə 

hüquqi adətləri mövcud olmuşdur. Farsların qədim adətlərinə görə şah öz 

işlərində  7  nüfuzlu  fars  nəslin  nümayəndəsi  ilə  məsləhətləşməli  idi.  Şah 

zərdüştlüyə  istinad  edərək  Hörümüzün  arzusuna  müvafiq  olaraq  yeni 

qanunlar qəbul edə bilirdi. Şahın qəbul etdiyi qanunlar qəti idi və dəyişdirilə 

bilməzdi. 

Hüququn  mənbəyi  kimi  I  Dara  tərəfində  qəbim  Misir  hüququn  mə- 

cəlləşdirilməsi  təqdirə  layiqdir.  E.ə.  518-ci  ildə  şah  I  Dara  “fironların, 

məbədlərin  və  hərbçilərin  qanunlannı”  toplayaraq  məcəlləşdirmək  barədə 

əmr verir. Qanunlann məcəlləşdirilməsi 22 il davam etmiş, e.ə. 495-ci ildə 

başa çatmışdır. I Daranın bu qanunlara əlavə və dəyişiklik 



18 


lər etdiyini ehtimal edilir. Bu qanunlar bizim dövrə qədər gəlib çatmışdır. 

Diodorun məlumatına görə I Dara Qədim Misirin dövlət və hüquq tarixinə 

VI qanunverici hökmdar kimi daxil olmuşdur. 

Mülkiyyət  hüququ.  Əhəmənilər  imperiyasının  torpaq  mülkiyyəti 

üzərində  yeganə  sərəncam  vermək  hüququ  şahənşaha  məxsus  idi.  Şah 

mülkiyyəti  eyni  zamanda  dövlət  mülkiyyəti  əhatə  edirdi.  Əhəmənilər 

dövləti,  torpağin  dəqiq  ölçüsünü  apararaq  ən  məhsuldar  torpaqları  şah 

mülkiyyətinə  daxil  etmişdilər.  Şahdan sonra ən  yaxşı  torpaqlar  məbədlər, 

hərbi  əyanlar,  şah  məmurları,  iri  tacirlər  birliyi  sahibliyində  idi.  İcma 

mülkiyyəti kollektiv mülkiyyət olaraq klassik formasını davam etdirirdi. İri 

mülkiyyətçilər olan mə- dəbdlər torpaqlarını icarə verirdilər. Zəbt olunmuş 

yeni torpaqlar farslara itaət edən əyanlara və yaxud onlara yaxın olanlara 

verilirdi. Torpaqlar böyük mülklər şəklində şah ailəsi üzalərinə, əyanlara, 

hərbçilərə paylanırdı. 

Öhdəlik  hüququ.  Əhəmənilər dövründə müqavilə öhdəlikləri inkişaf 

etmişdir. Alqı-satqı, borc, kirayə, icarə, şərik, müqavilələri barədə mənbələr 

kifayət qədər məlumat verirdi. İmperiyanın inkişaf etmiş əyalətlərindən olan 

Babilistanda müqavilələr yazılı formada bağlanılırdı. Əqd peşəkar mirzələr 

tərəfindən 3-7 nəfər şahidin iştirakı ilə iki nüsxədə tərtib olunaraq hər iki 

tərəfə verilirdi. 

Sənədlərdə  əqdlərin  könüllü  bağlanması  və  qüvvəyə  minməsi  qeyd 

olunurdu.  Daşmar  və  daşınmaz  əmlak  müqavilələri  müxtəlif  qaydalarda 

hazırlanırdı. Şifahi müqavilələrdən geniş istifadə olunurdu. Müqavilələrin 

tərtib  olunma  tarixi,  onun  şərtləri,  müqavilələrin  şərtlərinin  pozulmasına 

görə  cərimənin  alınması  nəzərdə  tutulurdu.  Müqavilə  bağlayanların  və 

şahidlərin möhürləri və ya barmaqlarının izləri sənədə əlavə edilirdi. 

Müqavilə öhdəliklərinin təmin olunmasında fiziki cəzadan da istifadə 

olunurdu.  Torpağın  şumlanması  barədə  razılığa  gəlmiş  tərəflər  müqavilə 

bağlayırdılar.  Əgər  müqavilədə  müəyyən  olunmuş  müddətdə  iş  başa 

çatmırdırsa, onda işi tam icra etmədiyinə görə cavabdehi 100 çubuq cəzası, 

başının və xəttinin tüklərinin yolunması və məcburi ev işlərinə cəlb edilməsi 

gözləyirdi. 



19 


Xüsusi hüquqi sənədlərdə qulların və torpağın satılması, həmçinin borc 

verilməsi  təsbit  olunurrdu.  Müqaviləyə  canişinin  möhürü  vurulurdu. 

Sənədlərdə  torpağın,  qulların  və  mal-qaranın  satışında  obyektin 

eveksiyasından  qorunması  barədə  müqaviləyə  xüsusi  şərt  daxil  edilirdi. 

Əgər satıcı əşyanın ona məxsus olduğunu sübut edə bilmirsə, onda onun iki 

qat dəyərini ödəməli idi. 

I  Dara  dövründə  yazılmış  sənəddə  göstərilirdi  ki,  borc  almış  şəxs 

müəyyən  olunmuş  müddətdə  borcu  qaytara  bilmirsə,  borclunun  taxılı, 

sahəsi, qullan, kənizləri, oğullan və qızlan əvəz olaraq götürülürdü. 

Əhəmənilər  dövründə  dini-hüquqi  göstərişləri  özündə  birləşdirən 

Avestanm  Vendidad  hissəsində  öhdəlik  müqavilələri  təsbit  edilirdi. 

Avestada  müqavilələrin  altı  növü  müəyyən  edilmişdir.  Müəyyən  sözlərin 

oxunması  ilə  bağlanan  və  dəyəri  çox  mühüm  olmayan  əşyalar  içərisində 

bağlanan  birinci  müqavilə  növləri  sifahı  (verbal)  bağlanılırdı,  ikinci 

müqavilə  daha  böyük  qiyməti  olan  şeylər  haqqında  idi.  Bu  müqavilə 

tərəflərin  razılığı  ilə  (real)  bir-birinin  əlini  sıxmaları  ilə  bağlanılırdı.  III 

müqavilə  bir  baş  heyvan  qiymətlərində  olan  əşya  üçün,  IV  bir  qoşqu 

heyvanı dəyərlərində əşya üçün, V insan dəyərində olan əşya, VI müqavilə 

isə torpaq dəyərlərində olan şeylər üçün bağlanılırdı. 

Müqavilə öhdəlikləri pozulduqda onun aradan qaldırılması yolları da 

müəyyən  edilirdi.  Əgər  müqavilənin  I  növü  pozulmuşdursa,  onun  II 

növünün  bağlanması  bu  pozuntunu  aradan  qaldırır,  yaxud  birbaş  qoşqu 

heyvanı  dəyərində  müqavilə  bağlanması  bir  baş  heyvan  dəyərində 

pozulmuş müqaviləni əvəz edə bilərdi. 



Ailə-nigah hüququ. Nigah müqaviləsi evlənənlərin valideynlərinin və 

yaxud qəyyumlarının razılığı ilə bağlanılırdı. Nigah yaşı tərəflər üçün 15 

yaş  müəyyən  edilirdi.  Avestaya  görə  birinci  arvadın  sağlığında  ikinci 

nigaha daxil olmaq qadağan idi. Ailədə uşaqların tərbiyəsinə xüsusi diqqət 

verilirdi.  Qızların  tərbiyəsinə,  əxlaq  və  dini  göstərişlərə  əməl  etmələrinə, 

peşələri  öyrənmələrinə  ciddi  nəzarət  olunurdu.  Ərə  gedən  qızlara 

valideynlər cehiz verirdilər. 

Qədim  farsların  adətlərində  poliqamiyaya  (çoxarvadhhq)  icarə 

verilirdi. Bir neçə arvad almaq və ya istənilən qədər kəniz saxlamaq 

20 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə