S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə165/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   157   158   159   160   161   162   163   164   165

seçkilər  təyin  edir.  Bununla  yanaşı,  hər  ştatın  qanunverici  məclisi,  icra 

orqanına, əhalinin bu boşluqları doldurması üçün məclisin müəyyən etdiyi 

qaydada seçkilər keçirilənə qədər, müvəqqəti təyinatlar həvalə edə bilər. 

Bu dəyişiklik Konstitusiyanın bir hissəsi olaraq qüvvəyə min- məzdən 

öncə  seçilmiş  bir  senatorun  seçkisinə  və  ya  səlahiyyət  müddətinə  təsir 

göstərəcək şəkildə başa düşülə bilməz. 



XVIII

 

dəyişiklik 

(16fevral 1919-cu il)' 

Bölmə  1.  Bu  dəyişikliyin  təsdiqlənməsindən  bir  il  sonra.  Birləşmiş 

Ştatlarda  və  onun  yurisdiksiyasındakı  bütün  ərazilərdə  spirtli  içikilərin 

istehsalı,  nəql  edilməsi,  satışı  və  ya  bu  cür  içkilərin  idxalı  və  ixracı 

qadağandır. 



Bölmə 2. Konqres və ayrı-ayn ştatlar, bu maddənin tətbiq olunmasını 

birgə  təmin  etmək  məqsədilə,  müvafiq  qanun  çıxarmaq  səlahiyyətinə 

malikdir. 

Bölmə  3.  Bu  maddə  konqres  tərəfindən  ştatların  təsdiqinə  verildiyi 

gündən  başlayaraq  yeddi  il  ərzində,  konstitusiyada  göstərilən  qaydada, 

bütün ştatların qanunverici məclisləri tərəfindən bir konstitusiya dəyişikliyi 

kimi təsdiqlənməyincə etibarsızdır. 



XIX

 

dəyişiklik 

(18 avqust 1920-ci il) 

Birləşmiş Ştatların bütün vətəndaşlarının səsvermə hüququ. Birləşmiş 

Ştatlar və ya hər hansı ştat tərəfindən cinsi fərqinə görə məhdudlaşdırıla və 

ya ləğv oluna bilməz. 

Konqres,  bu  maddənin  tətbiq  olunması  üçün  müvafiq  qanunlar 

çıxarmaq səlahiyyətinə malikdir. 



I.Bu dəyişiklik XXI dəyişikliklə ləğv edilmişdir 

506 


XX

 

dəyişiklik 

(23 yanvar 1933-cü il) 

Bölmə  1.  Prezident  və  vitse-prezident  səlahiyyət  müddəti  yanvarın 

20-də  günorta,  senator  və  nümayəndələrin  səlahiyyət  müddəti  isə,  -  bu 

maddə  təsdiqlənməmiş  olsaydı,  hansı  illərdə  bitəcəkdirsə,  -  həmin  illərin 

yanvar  ayının  3-də  günorta  üstü  sona  çatır  və  bu  andan  varislərinin 

səlahiyyət müddəti başlayır. 

Bölmə  2.  Konqres  ilə  ən  azı  bir  dəfə  toplanır  və  onun  sessiyaları, 

konqres  qanunuyla  başqa  bir  gün  müəyyən  edilməyincə,  yanvarın  3-də 

günorta başlayır. 

Bölmə  3.  Əgər  prezidentin  inaqurasiya'  anına  qədər,  yeni  seçilən 

prezident  ölərsə,  yeni  seçilən  vitse-prezident  prezident  olur.  Əgər 

prezidentin  inaqurasiya  anına  qədər,  yeni  prezident  seçilə  bilməmişsə,  ya 

prezident seçilən şəxs, prezidentlik üçün tələb olunan xüsusiyyətlərə malik 

deyilsə,  vitse  prezident,  zəruri  xüsusiyyətlərə  malik  bir  prezident 

seçilincəyə qədər prezident sifətilə fəaliyyət göstərir. Nə prezident, nə də 

vitse-prezident  bu  vəzifələrə  cavab  verən  xüsusiyyətlərə  malik  olmadığı 

hallarda, konqres bir qanun çıxararaq, kimin prezidentlik edəcəyini və ya bu 

sifətlə fəaliyyət göstərəcək şəxsin necə seçiləcəyini elan edir; belə bir şəxs 

tələb  olunan  xüsusiyyətlərə  malik  bir  prezident  və  ya  vitse-prezident 

seçilincəyə qədər bu vəzifəni icra edir. 

Bölmə  4.  Konqres,  prezident  seçmək  hüququnun  Nümayəndələr 

palatasına  keçdiyi  zamanlarda,  palatanın  seçəcəyi  şəxslərdən  hər  birinin 

ölməsi  halında  nə  vitse-prezident  seçmək  hüququ  senata  keçdiyi 

zamanlarda,  senatın  seçəcəyi  şəxslərdən  hər  birinin  ölməsi  halında  zəmri 

qanunlar qəbul edə bilər 

Bölmə 5. və 2-ci bölmələr, bu maddənin təsdiqindən sonrakı oktyabrın 

15-dən qüvvəyə minir. 



Bölmə 6. Bu maddə konqres onu ştatların təsdiqinə göndərdiyi tarixdən 

başlayaraq yeddi il ərzində ştatların dörddə üçünün qanun- 



l.iıwııgıırcıtion-prezidentin vazifəyə başlaması 

507 


verici  məclisləri  tərəfindən  bir  konstitusiya  dəyişikliyi  kimi  təsdiq- 

lənməyincə etibarsızdır. 



XXI

 

dəyişiklik 

(5 dekabr 1933-cü il) 

Bölmə 1. Birləşmiş Ştatlar Konstitusiyasının 18-ci dəyişiklik maddəsi 

bu bölməylə ləğv edilir. 



Bölmə 2.  Hər hansı ştat və ya Birləşmiş Ştatların yurisdiksiya- smda 

olan  əraziyə  mövcud  qanunlara  rəğmən,  təhvil  verilmək  və  ya  istifadə 

olunmaq üçün spirtli içkilər daşınması və ya idxalı qadağan edilir. 

Bölmə 3. Bu maddə, konqres onu ştatların təsdiqinə göndərdiyi gündən 

başlayaraq  yeddi  il  ərzində.  Konstitusiyada  müəyyən  edilən  qaydada, 

ayrı-ayrı  ştatların  quracaqları  konventlər  tərəfindən  bir  Konstitusiya 

dəyişikliyi kimi təsdiqlənməyincə etibarsızdır. 



XXII

 

dəyişiklik 

(27 fevral 1961-ci il) 

Bölmə 1. Heç kim, prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz 

və prezident seçilmiş bir şəxsin yerinə prezident səlahiyyətini 2 ildən artıq 

icra edən və ya prezident sifətilə 2 ildən çox fəaliyyət göstərən heç bir şəxs 

bir  dəfədən  çox  prezident  seçilə  bilməz.  Ancaq  bu  maddə,  konqres 

tərəfindən təklif edildiyi zaman prezident vəzifəsini tutan şəxstə tətbiq edilə 

bilməz  və  bu  maddənin  qüvvəyə  minməsindən  başlayaraq,  prezident 

vəzifəsində  olan  və  ya  prezident  sifətilə  fəaliyyət  göstərən  bir  şəxs  üçün 

qanuni səlahiyyət müddəti tamam olmayınca maneə ola bilməz. 



Bölmə  2.  Bu  maddə,  konqres  onu  ştatların  təsdiqinə  göndərdiyi 

tarixdən  başlayaraq  yeddi  il  ərzində  ştatların  dörddə  üçünün  qanunverici 

məclisləri  tərəfindən  bir  Konstitusiya  dəyişikliyi  kimi  təsdiqlənməyincə 

etibarsızdır. 



508 


XXIII

 

dəyişiklik 

(29 mart 1961-ci il) 

Bölmə 1. Birləşmiş Ştatlar hökumətinin yerləşdiyi bölgə, ayrıca bir ştat 

kimi,  ən  az  əhalisi  olan  ştatın  seçdiyi  seçicilərdən  çox  olmamaq  şərtilə, 

konqresdəki senator və nümayəndələrin sayına bərabər sayda Prezident və 

vitse-prezident seçicilərini. Konstitusiyanın göstərdiyi prosedura üzrə təyin 

edir. Bu seçicilər digər ştatların təyin etdiyi seçicilərə əlavə olunurlar, lakin 

onlar prezident və vitse- prezident seçkilərində, ayrıca bir ştatın seçiciləri 

sifətilə  bu  bölgədə  toplanaraq  Konstitusiyanın  12-ci  dəyişikliyində 

müəyyən edilən vəzifələri yerinə yetirirlər. 



Bölmə 2. Konqresin müvafiq qanunlar çıxararaq bu maddənin tətbiqini 

təmin etmək səlahiyyəti vardır. 



XXIV

 

dəyişiklik 

(23 yanvar 1964-cii il) 

Bölmə 1.  Birləşmiş Ştatlar vətəndaşlarının hər hansı ilkin və ya digər 

seçkilərdə,  prezident  və  ya  vitse-prezident  seçkilərini  və  ya  konqresdəki 

senator və nümayəndələri seçmə hüququ, Birləşmiş Ştatlar və ya hər hansı 

ştat  tərəfindən  seçki  vergisi  və  ya  başqa  bir  verginin ödənməsi  səbəbiylə 

məhdudlaşdırıla, yaxud ləğv edilə bilməz. 

Bölmə 2. Konqresin, müvafiq qanunlar çıxararaq bu maddənin tətbiqini 

təmin etmək səlahiyyəti vardır. 



XXV

 

dəyişiklik 

(10 fevral 1964-ci il) 

Bölmə  1.  Prezidentin  vəzifəsindən  kənarlaşdırılması,  ölməsi  və  ya 

istefası halında, vitse-prezident prezident olur. 



Bölmə  2.  Hər  dəfə  vitse-prezident  postu  vakant  olduqda.  Prezidentin 

vitse-prezidentliyə  təyin  etdiyi  şəxs  konqresin  hər  iki  palatasının  səs 

çoxluğu ilə təsdiqləndikdən sonra vəzifəsinin icrasına başlayır. 

509 



Bölmə  3.  Hər  dəfə  prezident,  Senatın  rro  temrore  sədrinə  və 

Nümayəndələr Palatasının spikerinə prezidentlik səlahiyyət və vəzifələrini 

icra  etməyə  qadir  olmadığını  yazılı  şəkildə  bəyan  edərsə,  bunun  əksinə 

yazılı  olaraq  onlara  bəyan  etməyincəyə  qədər  bu  səlahiyyət  və  vəzifələri 

prezident sifətilə hərəkət edən vitse-prezident həyata keçirir. 

Əgər vitse-prezident və icra departamentlərinin əksər yüksək vəzifəli 

şəxsləri,  yaxud  konqresin  qanunla  müəyyən  edəcəyi  digər  bir  orqanın 

əksəriyyəti  Senatın  rro  temrore  sədrinə  və  Nümayəndələr  Palatasının 

spikerinə  prezidentin  vəzifə  və  səlahiyyətlərini  icra  etməyə  qadir 

olmadığını  yazılı  şəkildə  bəyan  edərlərsə,  vitse-prezident,  Prezident 

vəzifələrinin  icraçısı  sifətilə  dərhal  həmin  vəzifə  və  səlahiyyətləri  öz 

üzərinə götürür. 

Prezident,  Senatın  rro  temrore  sədrinə  və  Nümayəndələr  Palatasının 

spikerinə  iqtidarsızhğın  artıq  mövcud  olmadığını  yazılı  şəkildə  bəyan 

etməsindən  sonrakı  dörd  gün  ərzində,  vitse-prezident  və  icra 

departamentlərinin əksər yüksək vəzifəli şəxsləri, yaxud konqresin qanunla 

müəyyən edəcəyi digər bir orqanın əksəriyyəti Senatın rro temrore sədrinə 

və  Nümayəndələr  Palatasının  spikerinə  Prezidentin  öz  vəzifə  və 

səlahiyyətlərini  icra  etmək  iqtidarında  olmadığını  yazılı  şəkildə  bəyan 

etmədiyi  təqdirdə,  prezident,  vəzifəsinin  səlahiyyət  və  məsuliyyətini 

yenidən bərpa edir. Bu halda konqres, əgər toplantı halında deyilsə, həmin 

məsələ üzrə qərar vermək məqsədilə qırx səkkiz saat ərzində toplanır. Əgər 

konqres, ərizəni aldıqdan sonra iyirmi bir günün ərzində və ya əgər toplantı 

halında  deyilsə,  toplanmaq  üçün  çağırıldıqdan  sonrakı  iyirmi  bir  gün 

ərzində, hər iki palatasının üçdə iki səs çoxluğu ilə prezidentin prezidentlik 

səlahiyyət və vəzifələrini icra etmək iqtidarında olmadığına qərar verirsə, 

vitse-prezident,  prezident  sifətilə  bu  vəzifə  və  səlahiyyətlərin  icrasına 

davam edir; əks halda isə prezident, prezidentlik vəzifə və səlahiyyətlərini 

yenidən bərpa edir. 

510 



XXVI

 

dəyişiklik 

(26 iyul 1971-ci il) 

Bölmə  1.  On  səggiz  və  daha  çox  yaşı  olan  Birləşmiş  Ştatlar  və- 

təndaşlannın  səsvermə  hüququ,  yaş  səbəbilə,  Birləşmiş  Ştatlar  və  ya  hər 

hansı ştat tərəfindən məhdudlaşdırıla, yaxud ləğv edilə bilməz. 

Bölmə  2.  Konqresin,  müvafiq  qanunlar  çıxararaq,  bu  maddənin 

tətbiqini təmin etmək səlahiyyəti vardır. 



XXVII

 

dəyişiklik 

(1992-ci il) 

Bölmə  1.  Nümayəndələr  palatası  üzvlərinin  növbəti  seçkiləri  ke- 

çirilməyincə senatorlann və nümayəndələr palatası üzvlərinin xidmətlərinin 



ödənilməsini dəyişdirən heç bir qanun qüvvəyə minməməlidir. 

511 


MUNDƏRICAT 

GİRİŞ .................... : ............................................................................. 3 

I

 

FƏSİL 

QƏDİM İRANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ ........................... 

5

 

II

 

FƏSİL 

CƏNUBİ QAFQAZ XALQLARININ 

DÖVLƏT VƏ HÜQUQ TARİXİ ........................................................ 24 

GÜRCÜSTANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ ......................... 24 

ARTAŞESLƏR VƏ RUBENİLƏR 

SÜLALƏSİ HAKİMİYYƏTİ ...........................................................   57 

DAĞISTAN XALQLARININ 

DÖVLƏT VƏ HÜQUQ TARİXİ ........................................................ 78 

III

 

FƏSİL 

MƏRKƏZİ ASİYA XALQLARININ DÖVLƏT 

VƏ HÜQUQ TARİXİ 

(XIX 9srin ortalarına qədər)

 ...................... 88

 

QAZAXISTANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ ...................... 131 

IV

 

FƏSİL 

BALTİKYANI XALQLARIN 

DÖVLƏT VƏ HÜQUQ TARİXİ ...................................................... 149 

BÖYÜK LİTVA KNYAZLIĞININ 

DÖVLƏT VƏ HÜQUQ TARİXİ ...................................................... 149 

LATVİYA VƏ ESTONİYA ƏRAZİSİNDƏ 

DÖVLƏT VƏ HÜQUQ ...................................................................   174 

512 


VFƏSIL 

ŞƏRQ SLAVYANLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ ... 189 

UKRAYNANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ ............................. 189 

BELARUSİYA ƏRAZİSİNDƏ 

DÖVLƏT VƏ HÜQUQ 

(XVI-XIX əsrbr)

 ......................................... 201 

VI

 

FƏSİL 

MOLDOVANIN DÖVLƏT VƏ HÜQUQU 

(XVI-XIX əsrlər)

 212 

VII

 

FƏSİL 

QƏRB SLAVYANLARININ 

DÖVLƏT VƏ HÜQUQ TARİXİ ............................................................ 224 

POLŞANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ ...................................... 224 

ÇEXİYANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ .................................... 244 

VIII

 

FƏSİL 

CƏNUB SLAVYANLARININ 

DÖVLƏT VƏ HÜQUQ TARİXİ ..........................................................   262 

BOLQARISTANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ ......................... 262 

SERBİYANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ .................................. 273 

IX

 

FƏSİL 

ROMA KATOLİK KİLSƏSİ (VATİKAN) 

VƏ KANON HÜQUQU .......................................................................... 284 

Əlavə I 

BÖLMƏ 

QULDARLIQ DÖVRÜ QANUNLARI (xrestomatiya) ....................... 294 

QƏDİM MİSİRDƏ XOREMXEB QANUNLARI ................................ 294 

513 



MİSİRDƏ BAKXORİS QANUNLARI ................................................. 298 

MESSOPOTAMİYA ŞƏHƏR 

DÖVLƏTLƏRİNİN QANUNLARI ....................................................... 300 

EŞNUNN ŞƏHƏR-DÖVLƏTİ QANUNLARI ...................................... 303 

QƏDİM НЕТ QANUNLARI ................................................................. 309 

QƏDİM BABİLSTAN ............................................................................ 316 

QƏDİM HİNDİSTAN MANU QANUNLARI - 

MAHABA DHARMA-ŞASTRA ............................................................ 345 

QƏDİM ROMADA XII CƏDVƏL QANUNLARI .............................. 374 

QƏDİM ROMA QAY İNSTİTUSİYALARI ........................................ 382 

II

 

BÖLMƏ 

FEODAL HÜQUQU (xrestomatiya) ..................................................... 408 

İLKİN FRANK FEODAL DÖVLƏTİ 

SALİK PRAVDALARI (LEX SALİCA) ............................................... 408 

EPİLOQ 

SALİK QANUNLARI QURTARDI ...................................................... 434 

SAKSONİYA PRAVDALARINDAN .................................................... 435 

ALEMANN PRAVDALARINDAN ....................................................... 443 

BURQUND PRAVDİYALARINDAN ................................................... 444 

RİPUAR PRAVDASINDAN .................................................................. 445 

BAVARİYA PRAVDALARINDAN ...................................................... 446 

514 



FRANSA FEODAL HÜQUQU BOVEZİ KUTYUMLƏRİ................ 447 

ALMANİYA FEODAL HÜQUQU SAKSON ZERSALI .................... 454 

ALMANİYA FEODAL HÜQUQU KAROLİNA 

(1532)

 ...................... 465 

LİTVA STATUSU 

(1529-cu il)

 ................................................................ 472 

III

 

BÖLMƏ 

BURJUA HÜQUQU (xrestomatiya) ...................................................... 482 

İNGİLTƏRƏ BURJUA QANUNVERİCİLİYİ .................................... 482 

İNGİLTƏRƏDƏ KONSTİTUSİYALI 

MONARXİYANIN YARANMASI ........................................................ 482 

İNGİLTƏRƏDƏ HÜQUQLAR 

HAQQINDA BİLL 1689-CU İL ............................................................. 484 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ 

KONSTİTUSİYASI 

(17 oktyabr 1787-ci U)

 .............................................. 486

 

MERİKA BİRLƏŞMİŞ ŞTATLARI KONSTİTUSİYASINA 

'YİŞİKLİKLƏR 

(sonstitııtional amendments)

 ................................. 500 

   


515 


 

 

Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə