S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə1/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
  1   2   3   4   5   6   7   8   9   ...   165


 


Az2 

Elmi 

redaktor: 

Rəyçilər: 

h.e.n. dos. S.M.SəIimov 

h.e.d. prof. C.İ.Süleymanov 

h.e.n. dos. İ.D.Səlimov 

t.e.n. dos. F.İ.Vəliyev 

Əkbərov Rahib Abdulla oğlu, Nəzirov Cəlal Qədir oğlu. Xarici 

ölkələrin dövlət və hüquq tarixi. 

Azərbaycan dilində.

 Qanun 2005, 516 

səh. 

Kitaba  İranın,  Cənubi  Qafqazın,  Mərkəzi  Asiyanın,  Qazaxıstanın, 

Baltikyanı,  şərqi,  qərbi,  cənubi  slavyanların  dövlət  və  hüquq  tarixi, 

həmçinin  quldarlıq,  feodalizm  və  erkən  burjua  dövründə  mövcud  olmuş 

bəzi qanun külliyyatları daxil edilmişdir. 

Dərslik  tələbələr,  müəllimlər,  aspirantlar,  idarəetmə  strukturunda 

çalışanlar və geniş oxucular üçün nəzərdə tutulmuşdur. 

^1300013005 - 081 

AB 022051 

Az2 


© Qanun, 2005 

© Əkbərov R. 

Nəzirov C. 



Xarici ölkələrin dövlət və hüquq tarixi fənni çərçivəsində hazırlanmış 

bu  vəsaitdə  müstəqil  Azərbaycanın  daxil  olduğu  regional  və  beynəlxalq 

təşkilatların üzvü olan, bizim üçün əhəmiyyət kəsb edən qonşu və ya dost 

ölkələrin dövlət idarəçiliyi və hüquq institutlarının öyrənilməsi, zənnimizcə, 

labüd  tarixi  elmi  prosesin  tərkib  hissəsidir.  Belə  ki,  keçmişin  baş  vermiş 

dövlət  hüquqi  proseslərinin  inkişafını  izləmədən,  dərk  etmədən  və  nəticə 

çıxarmadan gələcəkdə daha böyük uğurlara nail olmaq çətindir. 

Son illərdə AMEA-nın müxbir üzvü h.e.d. prof M.F.Məlikova- nm və 

h.e.n. dos. E.Q.Nəbiyevin müəllifliyi ilə vətən və xarici ölkə dövlətlərinin 

dövlət  və  hüquq  tarixinin  öyrənilməsində  xeyli  müvəffəqiyyətlər  əldə 

edilmiş, dərsliklər, dərs vəsaitləri və elmi məqalələr nəşr olunmuşdur. Bu 

kitaba  daxil  edilmiş  Qədim  İranın,  Cənubi  Qafqazın,  Mərkəzi  Asiya  və 

Qazaxıstanın, Baltikyanı dövlətlərin, Şərqi slavyanların, Moldovanın, Qərbi 

slavyalarm  və  Cənubi  slavyanların  dövlət  və  hüquq  tarixi  ana  dilində  ilk 

dəfə  nəşr  edilir.  Kitabda  quldarlıq  və  feodalizm  dövründə  göstərilən 

ölkələrdə mövcud olmuş dövlətlər və bu dövlətlərdə ictimai münasibətləri 

tənzimləyən hüquq sahələrinin adət hüququ və qanunvericilik normalarının 

tarixinin  öyrənilməsinə  cəhd  edilmişdir.  Xüsusilə  feodalizm  dövründə 

mövcud olmuş (məlumdur ki, Avropa dövlətlərinin bir çoxu ibtidai icmadan 

birbaşa  feodalizm  quruluşuna  keçmişdilər)  dövlətlər  və  onların  ictimai 

quruluşu, dövlət quruluşu, hüquq mənbələri, mülkiyyət və öhdəlik hüquq 

münasibətləri, ailə nikah və vərəsəlik hüququ, cinayət və cəza sistemi və 

məhkəmə  prosesi  araşdırılmışdır.  Feodalizm  dövründə  təkcə  dünyəvi 

hakimiyyətin  deyil,  katolik  və  pravoslav  kilsəsinin,  kanon  hüququnun  və 

inkivizasiya  məhkəmə  prosesinin  feodal  zülmünə  bəraət  qazan-  dırnıaq, 

azad fıkirliyə qarşı çıxmaq, feodalların torpaq mülkiyyəti üzərində inhisar 

hüququnu təsbit etmək və s. proseslərin də müstəsna rolu olmuşdur. Bütün 

hüquq institutları - adət hüququ, kral 




qanunvericiliyi  və  kilsə  hüququ  feodalların  siyasi  və  məhkəmə 

hakimiyyətini  müəyyən  edir  və  beləliklə,  feodal  özbaşınalığı  üçün  şərait 

yaradırdı.  Feodal  kəndlinin  şəxsiyyəti  üzərində  tam  hakimdir,  hətta  ev 

dustaqxanası - karser icad edir, görünməmiş işgəncə növləri tətbiq edirdi. 

Orta  əsrlərdə  dövlətin  mərkəzi  və  yerli  idarəetmə  orqanlarının, 

həmçinin,  özləri  də,  ən  iri  feodallar  olan  kral  və  knyazların  hakimiyyəti 

feodal sinfinin  tam  nəzarətində  olmuşdur.  Feodal  pərakəndəliyi  dövründə 

hökmdardan  vassal  asılılığında  olan  yerli  hakimlər  öz  sahibliklərində 

“dövlət  içərisində  dövlət”  yaradaraq  hərbi,  inzibati  və  məhkəmə  aparatı 

təşkil  edirdilər.  Torpağın  əsas  istehsalçıları  olan  kəndlilər  torpaqdan 

məhrum edilərək şəxsi azadlıqlarını da itirməklə təhkimçiyə çevrilirdilər. 

Qədim  və  orta  əsr  qanunlar  külliyyatının  mətinləri  və  onlann  şərhi  0 

dövrün  qanunvericilik  və  hüquq  qaydalarının  öyrənilməsində  əvəzsiz 

mənbələrdəndir.  Qədim  Şərqdə  -  Misir  hökmdarı  Bak-  xorisin  qanunları, 

İkiçayarası  dövlətlərindən  olan  Eşnunn  -  şəhər  dövləti  qanunları,  Het 

şahlığının  qanunlar  külliyatı.  Antik  dövlətlərdən  Romanın  XII  cədvəl 

qanunları  hüquq  mənbəyi  olaraq  dövlət  təsisatları  və  hüquq  institutları 

barədə  geniş  məlumat  verir.  Orta  əsr  feodal  hüququ  və  onun  mühüm 

mənbələrinə  daxil  olan  Almaniya  imperiyasının  1532-ci  ildə  hazırladığı 

“Karolina” - cinayət və cinayət prosessual məcəlləsi represiya hüquq kimi 

təsbit  edilmişdir.  1529-cu  ildə  hazırlanmış  Litva  statutu,  həmçinin  erkən 

burjua  dövrünün  qanunvericilik  aktları  o  dövrün  ictimai  münasibətlərin 

tənzimlənməsində,  yeni  qaydaların  yaranmasında  əhəmiyyətli  hüquqi 

aktlardandır. 

Beləliklə,  dövr  ardıcıllığı  ilə  öyrənilən  ölkələrin  dövlət  və  hü-^  quq 

tarixi 


tələbələrin 

biliklərinin 

artmasına, 

fənnin 


daha 

yaxşı 


mənimsənilməsinə kömək etməklə yanaşı, keçmiş dövrün dövlət idarəçiliyi 

təcrübəsinin öyrənilməsinə'də şərait yaradacaqdır. 




QƏDIM 

İRANIN

 

DÖVLƏT

 



 

HÜQUQ

 

TARİXİ 

ÜMUMİ TARİXİ İCMAL 

Eramızdan  əwəl  III  minilliyin  əvvəllərində  müasir  İranın  cənub- 

qərbində 

ilk 


sinifli 

cəmiyyət 

yaranmışdır. 

Ənənəvi 


olaraq 

şəhər-dövlətlərdən  ibarət  olan  bu  qurumlarda  quldarlıq  münasibətləri 

inkişaf  etmişdir.  II  minilliyin  sonlannda  hind-iran  dillərində  danışan  ari 

tayfa-  lan  bu  ərazilərdə  məskunlaşır.  Mənbələrin  məlumatına  görə  onlar 

Mərkəzi  Asiya  ərazisindən  gələrək  yerli  əhali  ilə  qanşmışdılar.  İran 

ifadəsinin  ari  sözündən  yarandığı  güman  edilir.  Qədim  İran  dilində 

Aquanam “arilər ölkəsi”, “arilər padşahlığı” mənasını bildirirdi. 

Qədim  İranın  tarixi  barədə  yazılı  mənbələrdə  çox  ötəri  məlumatlar 

verilir. Assuriya çarı III Salmanasarm e.ə. 843-cü ildə tərtib etdiyi yazıda 

Parsu  vilayətinin  adı  çəkilir  və  onların  “27  çar”ından  vergi  alındığı 

bildirilir.  E.ə.  IX  əsrdən  iran  tayfalarının  məhsuldar  Fars  vilayətində 

məskunlaşması başa çatır. E.ə. VII əsrin 40-cı illərinə qədər farslar Elam 

dövlətinin,  daha  sonra  isə  qısa  müddətə  Assuriyanın  təbəəlinə  keçir,  VII 

əsrin sonlarında Pars padşahlığı Midiyanın tabeçiliyində idi. 

E.əvvəl  VII  əsrin  əvvəllərində  İranın  cənub-şərqində  Əhəmən  yeni 

sülalə  hakimiyyətinin  əsasını  yaradır.  Midiya  dövlətindən  asılı  olan  Fars 

padşahlığına  Əhəməndən  sonra  Çişpiş  (e.ə.675-640)  başçılıq  edir.  Onun 

oğlu I Kir (e.ə. 640-604) Assuriyaya qarşı ittifaqda iştirak etmişdir. I Dara 

(e.ə.604-584)  dövründə  Əhəməni  sülaləsinin  hakimiyyəti  möhkəmlənir. 

Midiya  hökmdarının  qızı  ilə  evlənmiş  I  Kambiz  (e.ə.584-558)  bu 

qohumluqdan  istifadə  edərək  gələcək  böyük  imperiya,  Əhəminilər  üçün 

yaxşı zəmin yarada bilmişdir. 

E.ə. 558-ci ildə hakimiyyətə gəlmiş II Kir fars tayfalarını birləşdirməyə 

başlayır.  II  Kir  (e.ə.558-530)  Midiya  hökmdan  Astiqa  qarşı  üsyan 

qaldıraraq vassal aslılığma son qoymağa cəhd göstərir. 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə