S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə5/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   2   3   4   5   6   7   8   9   ...   165

müş  və  mis  sikkə  kəsilməsinə  nəzarəti  həyata  keçirirdi.  Məhkəmə 

funksiyası da satrapa həvalə edilirdi. İslahata görə dinc dövrdə sat- rapın 

sərəncamında kiçik şəxsi mühafizə dəstəsi saxlanılırdı. 

I Daranın islahatının mühüm  yenliyi satraplardan asılı olmayan hərbi 

rəis vəzifəsinin təsis edilməsi olmuşdur. Hərbi rəislər yerli satrapa deyil, 

birbaşa şaha tabe edilirdi. 

Satraplıqlar  daha  kiçik  inzibati  ərazi  dairələrinə,  onlar  isə  kəndlərə 

bölünürdülər. Dairə canişinləri fratarak titulu daşıyırdılar. Şəhər və kənd 

rəisləri frataraka tabe idilər. Mənbələr bu rəisləri pekid adlandırırdı. Adətən 

pekid vəzifəsi irsi müəyyən edilirdi. 

Yerli satraplıqların dəftərxanası mərkəzi aparatı təkrarlayırdı. Satrapın 

tabeçiliyində  çoxsaylı  məmurlar  və  mirzələr  fəaliyyət  göstərirdi. 

Satraplığın  dəftərxana  rəisi  rəsmi  sərəncamların  icra  olunmasına  nəzarət 

edir,  qanzabara  xəzinə  müdiri  olmaqla  dövlət  vergilərini  və  rüsumlarını 

qəbul  edir,  azdakara  (çarçı)  rəsmi  sərəncamları  elan  edir,  hamarakara 

(hesabdar)  satraplığın  maliyyə  hesabatını  aparır,  frasaka  (müstəntiq) 

məhkəmə  istintaqını  keçirirdi.  Çoxsaylı  mirzələr  ştatı  bütün  yazı  işlərini 

icra edirdilər. Göstərilən dəftərxana sistemi daha kiçik inzibati ərazilər, o 

cümlədən şəhərlər üçün xarakterik idi. 

Kiçik Asiya əyalətinin idarəçiliyində xalq yığıncaqlarının rolu 

qalmaqda davam etmişdir. Xalq yığıncağı idarəçilik və məhkəmə , 

funksiyalarını yerinə yetirirdi. Məbəd icmaları muxtariyyatlarmı qoruyub 

saxlaya bilmişdilər. Bəzi məbəd kahinləri satrap statusuna malik olmaqla 

hakimiyyəti idarə edir, sikkə kəsirdilər. 

Satraplıqların  idarə  olunması  üçün  müntəzəm  və  çevik  poçt  xidməti 

yaradılmışdır.  İri  yollarda  bir-biri  ilə  bir  gün  gediş  məsafəsində  olan  və 

dövlət tərəfindən qomnun karvansa dayanacaq məntəqələri tikilmişdir. Ən 

mühüm  keçidlərdə  isə  gücləndirilmiş,  mühafizə-gözətçi  dəstəsi 

yerləşdirilmişdir. 

İran  dövələti  çapar  poçt  xidmətini  anqar  adlandırırdılar.  Hər  30  km 

(təxminən  4  fərsəx)  bir  atları  dəyişirdilər.  Bir-birindən  xəbərçilik  edən 

məmurlar  xəbəri  təcili  mərkəzə  -  Suza  çatdırırdılar.  İmperiyanın  hər 

yerindən çaparlar şaha mühüm xəbərlər yetirməyə çahşır- 

15 



dılar. Məntəqələrdə çaplara və digər dövlət məmurlarına xidmət etmək üçün 

şah ərzaq anbarları yaradılmışdır. Məntəqə rəisinin şah və ya digər yüksək 

rütbəli  məmur  tərəfindən  verilmiş  “möhürlü  sənədi”  olurdu.  Çaparlara 

azuqə  almaları  barədə  möhürlü  qəbzlər  verilirdi.  Məntəqə  rəisləri  ərzaq 

ehtiyatı toplamağa  görə  məsuliyyət  daşıyırdılar.  Ərzaqdan istifadə  barədə 

hesabatlar Perspola göndərilirdi.) 

Əhəmənilər  imperiyasının  əsas  yolları  təkcə  poçt  xidmətini  yerinə 

yetirmirdi.  Bu  yollardan  tacirlər  və  ayrı-ayrı  şəxslərdə  istifadə  edirdilər. 

Gözətçilər  təhlükəsizliyi  qorumaqla  yanaşı,  gömrük  xidmətini  icra  edir, 

daşman yükləri yoxlayırdılar. 

Xüsusi  təcili  xəbərlər,  müəyyən  edilmiş  məntəqələrdə  tonqallar 

yandırmaqla çatdırılırdı. 

Satraplar və hərbi rəislər dövlət aparatı ilə sıx bağlı olmaqla daim şahın 

və onun məmurlarının nəzarətində idilər. 

Əyalətlərdə, satrap və yerli hakimiyyətdən asılı olmayan, yalnız şaha 

tabe  olan,  satraplıqda  gizli  nəzarəti  həyata  keçirən  və  baş  verə,  biləcək 

sui-qəsdlər və xəyanətlər barədə birbaşa şah məlumat verən, şahın “gözləri” 

və “qulaqları” adlanan məxfi orqan fəaliyyət göstərirdi. Mənbələrdə şahın 

“qulaqları”  “qauçka”,  “gözləri”  isə  “patiaxşa”  terminləri  kimi  ifadə 

olunmuşdur. 

Satrapa  təhkim  edilmiş  katib  mərkəzi  hakimyyətin  nümayəndəsi 

olmaqla,  mərkəzi  hökumətlə  və  müvafiq  əyalətin  dəftərxanası  arasında 

yazışma aparan şahın xüsusi məmuru olmuşdur. Əyalətin canişini və hərb 

rəisi bir-birilərindən şaha məlumat verirdilər. 

Əhəmənilər  dövlətində  mirzələr  hazırlayan  məktəblər  mövcud 

olmuşdur.  Şah  sarayında,  satraplıqlarda  və  orduda  bir  neçə  dil  bilən 

tərcüməçilər  fəaliyyət  göstərmişdilər.  Rəsmi  dövlət  sənədləri  ara-  mey 

dilində aparılırdı. Perspolda aramey dili ilə yanaşı elam dili də geniş istifadə 

edilirdi. 

Ordu.  Nəhəng  Əhəməni  imperiyasının  mövcudluğu  əhəmiyyətli 

dərəcədə ordudan asılı idi. Dövlət hərbi toparxiyalara bölünmüşdür. Böyük 

hərbi  birləşmələr  olan  toparxiyaların  sayı  əvvəllər  7,  sonra  isə  4-ə  qədər 

azaldılmışdır.  Toparxiyalann  tərkibinə  nəinki  qum  qoşunları,  həmçinin 

hərbi dəniz qüvvələri də daxil idi. Əhəməni ordusunun 

16 



sayı 1 milyon nəfərə çatırdı. Şahən-şah hər il orduya baxış keçirirdi. Orduya 

xüsusi  ilə  süvari  qoşuna  hazırlıq  5  yaşından  20  yaşına  qədər  apanlırdı. 

Uşaqlara  at  sürməklə  yanaşı  ox  atmaq,  kaman  tutmaq,  miz-  raq  atmağı 

öyrədirdilər.1 Hərbi xidmət 20 yaşından başlayırdı. 

Hərbi  komandanlıq  farsların  səlahiyyətində  idi.  Orduda  saklar, 

midiyalılar,  əsas  hərbi  qüvvəllərdən  idilər.  Süvari  qoşunlar  əyanlardan, 

piyada isə əkinçilərdən təşkil edirlirdi. Orduda döyüş arabalarından istifadə 

edilirdi. Bu arabaların təkərlərinin oxlarına iri oraq keçirilirdi. Bu oraqların 

biri yuxarı, digəri isə aşağı baxırdı. Sürətlə düşmən piyada qoşununa daxil 

olan bir nəfərlik arabanın təkərinə bağlanmış oraqlar rəqibin döyüşçülərinə 

böyük  xəsarət  yetirirdi.  Nizəçilərdə  mühüm  əhəmiyyət  kəsb  edirdi. 

Əhəmənilər ordusunda oxatanlar xüsusi yer tuturdular. 

Əhəmənilər  qoşununda  10  min  nəfər  döyüşçünün  daxil  olduğu 

“anauşa”  (ölməzlər)  dəstəsi  olmuşdur.  Bu  orduda  öldürülən  döyüşçülər 

dərhal  əvəz  olunduqlanna  görə  “ölməzlər”  adlandınrdılar.  “Anauşa” 

dəstəsinə daxil olan ilk min nəfər şahın şəxsi qvardiyasını təşkil edirdi və 

onlar  adlı-sanlı  fars  əyanlannın  nümayəndələri  olmuşdur.  Bu  dəstə  qızıl 

naxışla bəzədilmiş nizələrlə silahlanmışlar. Ölməzlər (“anauşa”) tərkibində 

olan  qalan  9  min  nəfər  döyüşçü  müxtəlif  tayfa-  lanndan  toplanmışdılar. 

“Anauşa”lann  hər  bir  alayına  bir  nəfər  hazara-  pat  “minbaşı”  sərkərdəlik 

edirdi. Əhəmənilərin son dövrlərində sarayın baş vəziri bütün mühüm işləri 

hazarapata həvalə etmişdir. 

Məhkəmə quruluşu. Əhəmənilər imperiyasında məhkəmə hakimiyyəti 

inzibat  hakimiyyətindən  ayrılmamışdır.  Şah  özü  ən  ali  məhkəmə 

instansiyası olmaqla ən ağır cinayət işlərində son hölonü verirdi. Cinayət 

əfv  etmək  hüququ  şaha  məxsus  idi.  Bəzi  hallarda  şah  mühüm  məhkəmə 

işlərini araşdırmaq üçün əyanlar şurasını toplayırdı. 

Əyalətlərdə  satraplar  ali  məhkəmə  instansiyası  idilər.  Straplar 

mənbələrdə  “şah  hakimləri”  adlandırılmaqla  mühüm  işləri,  o  cümlədən 

qətllərlə  bağlı  cinayətləri  araşdırmaq  hüququna  malik  olmuşdular. 

Əyalətlərə  göndərilən  digər  hakimlər  -  databarlar  yalnız  farsların 

nümayəndələrindən  ibarət  idi.  Databarlar  vəzifəsi  irsi  müəyyən  edilirdi. 

İmperiyanın ayrı-ayrı ybdərində sahiblik əldə, e.tmis 

17 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə