S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə12/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   8   9   10   11   12   13   14   15   ...   165

lərə) və mxevalilərə bölünürdü. Gürcüstanda köləliyin əsas mənbəyi əsirlər 

olmaqla,  onların  əməyi  patriarxal  xarakter  daşıyaraq  ev  nö-  kərçiliyi  ilə 

məhdudlaşırdı.  Digər  tərəfdən  kənd  icmalarının  mövcudluğu,  elliklə 

zəmanət köləliyin inkişafının qarşısm alırdı. 

İlkin feodal monarxiyası dövründə (IV-IX əsrlər) əhalinin əksəriyyətini 

azad  əkinçi-hərbiçilər  olan  mudaburilər  təşkil  edirdi.  Mudaburilər 

feodallardan  vassal  asılılığında  idilər. XI-XII  əsrlərdə feodalizmin  sürətlə 

inkişafı  mudaburilərin  öz  azadlıqlarını  itirməsinə  və  onlara  məxsus 

torpaqlarda  asılı  kəndli  və  qul  əməyindən  istifadə  olunmasına  başlanılır. 

Torpaqlarda işlədilən qullardan, qul bazarlarından alınmış və ya zorla ələ 

keçirilmiş kəndlilərdən və əsirlərdən xüsusi feodaldan asılı kəndli təbəqəsi 

olan qlexlər yaranırdı. Qlexlər feodallar üçün biyar işləməyə, yaxud onlara 

töycü verməyə borclu idilər. 

XII  əsrin  sonu  və  XIII  əsrin  əvvəllərində  Gürcüstan  iqtisadi  inkişaf 

dövrünü  keçirirdi.  Məhz  bu  dövrdə  məhsuldar  qüvvələr  artmış,  Samqori 

kanalı  kimi  kanallar  çəkilməsi  kənd  təsərrüfatının  inkişafına  kömək 

etmişdir.  XIII  əsrin  II  rübündə  monqol  işğalları  Gürcüstanın  feodal 

təsərrüfatına  ağır  zərbə  vururdu.  Kəndlilərin  vəziyyəti  xüsusilə  ağır  idi. 

Vergi və töycüləri yerinə yetirmək üçün baskaklar (vergi yığanlar) əhalidən 

nağd  pul  toplayırdılar.  Pula  olan  ehtiyac  yüksək  faizli  sələmçiliyin 

yayılmasına kömək edirdi. Kəndlilər kütləvi olaraq öz yaşadıqları torpaqları 

tərk  edərək  “ba-  qona”  və  ya  “xizana”  adlanan  qaçqın  kəndlilərə 

çevrilirdilər. Kəndlilərin qaçqınlara çevrilməsi feodalların məsuliyyətini də 

müəyyən  edirdi.  Belə  ki,  feodallar  qaçqın  kəndlilərin  ödəmədiyi  xəraca 

görə  cavab  verməli  idilər.  Ona  görə  də  feodallar  kəndlilərin  tərk  etdiyi 

torpaqları  monqol  hakimiyyəti  orqanlarının  nümayəndələrinə;  tarxanlara, 

vergi  iltizamçılarına,  monqol  məmurlarına  və  s.  satırdılar.  Kəndlilərin 

qaçması  ilk  növbədə  orta  və  xırda  feodallar  olan  aznaurların  sosial 

vəziyyətinə  təsir  edirdi.  Hülakü  xanı  Qazan  xanın  1303-cü  ildə 

Azərbaycanda verdiyi fərmana müvafiq olan qanunu, gürcü çarları qaçqın 

kəndlilərə  qarşı  Gürcüstanda  da  vermişdilər.  Qanuna  görə  aznaurların 

müflisləşməsinin qarşısının ahn- 



36 


masına  kömək  edəcək  ciddi  tədbirlər  kimi  qaçqın  kəndlilərin  geri 

qaytarılması və onların cəzalandırılması nəzərdə tutulurdu. 

XIII-XIV  əsərlərdə  təhkimli  kəndlilərin  difserensiyasmdan  sonra 

onların  aşağıdakı  kateqoriyaları  fərqləndirilirdi:  irsi,  pulla  alman, 

bağışlanan,  hədiyyə  edilən,  “könüllü” özünü  təhkim  edənlər,  gəlmələr  və 

başqaları.  Təhkimli  kəndlilərdən  saray  çelyadına  (malikanəsinə)  daxil 

olanlar tamamilə hüquqsuz olmaqla ev nökərləri hesab olunurdular. Onlar 

torpaq payı (fuadze) almaqdan məhrum idilər. Lakin bəzi qlexlər normal 

torpaq payı olan fııdzeni öz qonşularından və ya feodallardan alırdılar. 

Qlexlər  çardan,  knyazlardan,  aznaurlardan  və  kilsədən  asılı  olanlara 

bölünürdülər.  XVI-XVII  əsrlərdə  iri  tacirlərə  məxsus  olan  təhkimli 

kəndlilər də mövcud olmuşdur. 

XVI-XVII  əsrlərdə  ardı-arası  kəsilməyən  müharibələr  nəticəsində  və 

təhkimçilik  hüququnun  güclənməsi  ilə  təhkimli  kəndlilərin  yuxarıda 

göstərilən  kateqoriyaları  arasındakı  fərqlər tamamilə  yox  olur.  “Qlixaki” 

adlanan və sosial nərdivanın ən aşağı pilləsində olan və ianələrlə dolanan 

təbəqə yaranırdı. 

XVIII  əsrdə  VI  Vaxtanqın  Qanunnaməsi  kəndliləri  tamamilə  təhkim 

etməklə  yanaşı,  digər  tərəfdən  kəndlinin  öz  azadlığını  pulla  almaq 

hüququnu da təsbit edirdi. Qlexlər əvvəlki kimi əsas mükəllifıy- yətli silk 

olmaqla, çoxsaylı vergi verir və feodalın, kilsənin və dövlətin xeyrinə ağır 

işləri  yerinə  yetirirdilər.  VI  Vaxtanqın  qanununa  əsasən  feodallar  30  il 

ərzində  qaçqın  kəndliləri  axtarıb  tapmalı  və  onları  məcburi  qaydada  geri 

qaytarmalı  idilər.  Qanunnamə  kəndlinin  daşmar  və  daşınmaz  əmlakını 

feodalın mülkiyyəti kimi təsbit edirdi. 

Gürcüstanın  ictimai  quruluşunda  əsasən  sənətkar  və  tacirlərdən, 

həmçinin  yoxsullardan ibarət  olan şəhər  əhalisi  fərqləndirilirdi.  İri  feodal 

torpaq sahibliyinin inkişafı, feodal pərakəndəliyi şəhərlərin böyüməsinə və 

əhalinin  artmasına  səbəb  olurdu.  Bu  şəhərlər  həm  də  siyasi  mərkəzlərə 

çevrilirdilər.  Orta  əsrlərdə  Tiflis  vilayət  mərkəzi  idi.  Gürcüstan  əmirinin 

idarəsi burada yerləşirdi. Toa-Klarce- ti vilayətinin paytaxtı Artanuci şəhəri 

Abxaziya  çarlığının  birləşməsindən  sonra  siyasi  mərkəz  olaraq  qalırdı. 

Qərbi Avropa ölkələ- 



37 


riində olduğu kimi, Gürcüstanda da şəhər əhalisi mərkəzi çar hakimiyyətini 

qətiyyətlə  müdafiə  edirdi.  XII-XIII  əsrlərdə  şəhərlərdə  ictimai  əmək 

bölgüsü  dərinləşmiş,  yeni  sənətkarlıq  ixtisasları  yaranmış,  ticarət-sənət 

mərkəzləri  sürətlə  artmışdı.  Sənətkar  və  tacir  birləşmələri  bir  qüvvə  kimi 

Gürcüstanın  siyasi  həyatında  özünü  göstərməyə  başladı.  Tiflis,  Axalsixe, 

Kutaisi,  Qori,  Helati  (Kutaisi  yaxınlığında  monastır)  və  s.  iri  şəhərlərdə 

ictimai-siyasi  fikir  tarixində,  dünyəvi  baxışlarda  böyük  irəliləmə  baş 

vermişdi. “Kartlis Tsxovreba” adlanan tarix külliyyatı hazırlanmışdı. 

Şəhər əhalisinin əsas hissəsini təşkil edən sənətkarlar müxtəlif peşələr 

üzrə birləşərək sex təşkilatları yaradırdılar. Şəhərlərdə onlarca sənətkarlıq 

ixtisası mövcud idi. Sərbəst fəaliyyət göstərən sənətkarlar da formalaşırdı. 

Məharətli ustalar yüksək keyfiyyətli məmulatlar hazırlayırdılar. Sənətkarlıq 

peşələri  irsi  olaraq  və  ya  şagirdlər  vasitəsilə  nəsildən-nəsilə  çatdırılırdı. 

Tacirlər silkinə başçılıq edən “didvarçi” adlananlar nəinki öz var-dövlətləri 

ilə, həmçinin də imtiyazları ilə fərqlənirdilər. Onlar xarici və daxili ticarətlə 

məşğul  olmaqla  yanaşı,  gürcü  çarlarının  mühüm  siyasi  və  diplomatik 

tapşırıqlarını da yerinə yetirirdilər. Siyasi təsir dairəsi və imtiyazlarına görə 

ikinci  yerdə  dayanan  tacirlərin  orta  təbəqəsi  (“mo-  kalake”)  əhəmiyyətli 

mövqe  tuturdu.  Tacirlərin  yuxarı  və  orta  təbəqələri  şəxsən  azad  olmaqla 

müəyyən  edilmiş  imtiyazlardan  istifadə  edirdilər.  Xüsusilə  Bekı  və 

Aqbuqanın  Qanunnaməsində  onların  əmlak  və  şəxsiyyətləri  aznaurlarmkı 

kimi  qorunurdu.  Şəhərdə  yaşayan  digər  tacirlər  hüququ  cəhətdən  çara, 

didebullara və kilsəyə təhkim edilmişdilər. 

İri  tacirlərin  hüquqi  statusu  XVII-XVIII  əsrlərdə  daha  da  artır.  VI 

Vaxtanqın  qanunları  tacirlərin  dörd  dərəcəsini  müəyyən  edirdi.  Yuxarı 

təbəqə aznaurlarm orta təbəqəsinə, aşağılar isə kəndlilərə bərabər tutulurdu. 

Şəhər əhalisinin yoxsul hissəsi hakim təbəqədən təhkimçi asılılığında idilər. 

38 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə