S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə8/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   4   5   6   7   8   9   10   11   ...   165

CƏNUBİ QAFQAZ XALQLARININ* 

DÖVLƏT VƏ HÜQUQ TARİXİ 

GÜRCÜSTANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ 

ÜMUMİ TARİXİ İCMAL 

Gürcüstan ərazisində ən qədim insan məskənləri daş dövründə mövcud 

olmuşdur.  Arxeoloji  qazıntılarla  bu  dövrdən  başlayaraq  dəmir  dövrünə 

qədər olan müddətdə ibtidai sürüdən qəbilə quruluşuna və sinifli cəmiyyətə 

keçidi sübut edən çoxlu maddi mədəniyyət nümunələri (Udabno, Kaxetiya) 

müəyyən edilmişdir. 

E.ə.  ikinci  minilliyin  sonu,  birinci  minilliyin  əvvəllərində  Gürcüstan 

ərazisində  iri  tayfa  ittifaqları  meydana  gəlmişdi.  Assuriya  və  Urartu 

abidələrində  adı  çəkilən  diaoxu  tayfa  birlikləri  Çorox  çayının  yuxarı  və 

aşağı axarlarında məskunlaşmışdılar. 

E.ə.  VIII  əsrin  ortalarında  Cənub  Qərbi  Gürcüstanda  Kulxa  tayfa 

ittifaqı gücləndi. Lakin e.ə.VIII əsrin əvvəllərində Urartu və kimmerilərin 

şimaldan  başlayan  hücumları  davam  edərək  Kulxa  tayfa  ittifaqına  son 

qoydu.  E.ə.  VI  əsrdə  Qərbi  Gürcüstanda  Kolxi-  da,  e.ə.  III  əsrin 

əvvəllərində  Şərqi  Gürcüstanda  İberiya  çarlığı  təşəkkül  tapdı.  Bu 

dövlətlərdə  mosxaklar,  tubalaxlar,  kasaxlar  və  ya  kolxaxlar  adlanan 

tayfalar üstünlük təşkil edirdilər. Mənbələr vaxtilə meşex (mesxi, mosxi) və 

fuval  (tubal)  tayfalarının  finikiyalılarla  ticarət  etdiyi  barədə  məlumat 

verirlər.  “Kartlis  Tsxovreba”  adlanan  Gürcü  salnaməsi  (“Gürcüstanın 

həyatı”)  dövlət  və  hüquq  təsisatları  haqqında  məlumat  verən 

mənbələrdəndir. 



*Az3rhaycanın  dövlət  və  hüquq  tarixi  ayrıca  kitah  şəklində  nəşr 

edildiyindən harada verilmir (Bax: R.Əkhərov, S.SəUnwv. Azərbaycanın dövlət 

və hüquq tarixi. Bakı, Qanun, 2003). 

24 


Gürcüstanda  quldarlıq  dövrünün  ictimai-siyasi  quruluşu  barədə 

məlumat  verən  yunan  coğrafiyaşünası  Strabon  göstərirdi  ki,  Gürcüstanın 

İberiya  tayfalarına  daxil  olan  əhalisi  hüquq  və  səlahiyyətlərinə  görə  dörd 

qmpa bölünürlər. Əhalinin birinci qrupu qohumluq və yaş həddini nəzərə 

almaqla vəfat etmiş çann əvəzinə yeni çan təyin edir və çardan sonra ikinci 

şəxs hesab edilən nümayəndəni də seçərək ədalət mühakiməsini və orduya 

komandanlığı icra etməyi ona həvalə edirdi. İkinci qrup qonşular arasında 

mübahisələri araşdıran kahinlərdən ibarət olmuşdur. Üçüncü qrupu hərbi 

işlər və əkinçiliklə məşğul olanlar təşkil edirdi. Dördüncü qrupa isə “sadə 

insanlar” adlanan çarın qulları daxil edilmişdir. Qullar tamamilə hüquqsuz 

olmaqla  çara  qulluq  edirdilər.  Əhalinin  bütün  qruplanmn  əmlaklarının 

ümumi olduğu göstərilsə də, bu əmlaklar üzərində sərəneam vermək hüququ 

əhali qrupunun ağsaqqallarına həvalə edilmişdi. İberiya tayfala- nnda nəsli 

qəbilə  quruluşunun  dağılması  prosesi  və  dövlətin  ictimai-  iqtisadi 

qumluşunda  quldarlıq  cəmiyyətinin  təşəkkül  tapması  yeni  ictimai 

münasibətlərin möhkəmləndiyini göstərirdi. Nəsli qəbilə əyanlarının ^ıTilak 

və  torpaq  üzərində  hüquqlarının  mövcudluğu  ilk  quldarlıq  dövlətlərində 

xarakterik cəhətlərdəndir. Şübhəsiz ki, qullar yalmz çara deyil, kahinlər və 

nəsli qəbilə əyanlarına da məxsus olmuşdular. 

İberiyada ali dövlət hakimiyyəti və idarəçiliyi çara məxsus olmuşdur. 

Çar  hakimiyyəti  çardan  sonra  ikinci  şəxs  sayılan  və  çar  nəslindən  olan, 

məhkəmə  fimksiyası  və  hərbi  komandanlığı  həyata  keçirən  (Sparta 

dövlətində olduğu kimi) digər (ikinci) çara da məxsus olmuşdur. Spartadan 

fərqli  olaraq  ikinci  çar  digər  tayfadan  deyil,  hakimiyyətdə  olan  çarın  ən 

yaxın qohumlarından olurdu. Kahinlər də dövlət idarəçiliyində iştirak edir, 

qonşu  xalqlarla  münasibətlərin  qumimasma  kömək  edirdilər.  İlk  gürcü 

çarları mamasax- lisi, yəni ağsaqqal adlanırdı. 

E.ə. 66-cı ildə İberiyaya daxil olan Roma sərkərdəsi Pompey gürcü çarı 

Artakesi məğlub edərək Roma hakimiyyətinin tanınmasına nail olur. 

Bu  dövrdə  quldarlıq  münasibətləri  inkişaf  edərək  yüksək  mərhələyə 

daxil olur. Sənətkarlıq və ticarət inkişaf edir, qullann sayı artır. 

25 



indi ancaq çar, onun nəsli və  kahinlər deyil, nəsli tayfa ağsaqqallarından 

olan  torpaq  sahibləri  də  qullara  sahib  olurdular.  Cəmiyyətin  silklərə 

ayrılması  prosesi  daha  da  güclənir,  əhalinin  azad  silkə  (az-  naurlar)  və 

qullara (ıiaznolar) bölgüsü formalaşırdı. Azad əhali təbəqəsi də iki qrupa - 

sadəcə  azadlar  və  “böyük  azadlara”  (aznaur  did  didni)  ayrılırdı.  “Böyük 

azadlar” daha imtiyazlı olmaqla əyanlardan ibarət idilər. Qullar sinfi də öz 

növbəsində  iki  qrupa,  xidmətdə  olan  qullara  (msaxurilərə)  və  kənizlərə 

(nona, mxevala) bölünürdülər. 

Gürcüstanda  quldarlıq  cəmiyyətinin  inkişafı  və  sinfi  ziddiyyətlərin 

güclənməsi,  dövlət  aparatının  daha  da  təkmilləşməsi,  həm  çarlar 

institutunun unitar və irsi çar hakimiyyəti ilə əvəz olunması ilə nəticələndi. 

Cəsur Farsmanın çarlığı dövründə irsi monarxiya inistitutu yaranırdı. 

E.ə. 36-cı ildə və e.ə. 15-ci ildə Romahlar əleyhinə iki böyük üsyan baş 

verdi.  Roma  və  Parfıyanın,  sonralar  isə  İranın  apardığı  mübarizə 

Gürcüstanın zəifləməsinə səbəb oldu. 

III-IV  əsrlərdə  Kolxida  da  Lazika  çarlığı  güclənir.  Eramızın  368-ci 

ilində Gürcüstan, İran və Bizans arasında bölünür. Sasanilər Gürcüstanın 

qədim paytaxtı olan Msexeti də daxil olmaqla Kartili- ni tuturlar. Bizansın 

işğal  etdiyi  qərbi  Kartilidə  eristavi  hakimiyyəti  (dairə  inzibati  ərazi 

vahidinin başçısı), Msexeti Kartilidə isə Sasanilərin çar üsul idarəsi qurulur. 

Gürcüstanda feodal münasibətlərinin yaranması və inkişafı. Eramızın 

III  əsrindən  başlayaraq  Gürcüstanda  feodal  münasibətləri  yaranmağa 

başladı.  Bu  dövrdə  Gürcüstan  Roma  imperiyasının  hakimiyyətini  qəbul 

etmişdi.  IV-V  əsrlərdə  Sasanilər  və  Bizansla  mübarizədə  ölkədə 

feodallaşma  prosesi  inkişaf  etməyə  başladı.  Aznaur  adlanan  “böyük 

azadlar” tədricən iri torpaq sahiblərinə çevrilirdilər. Onlar nəinki asılı əhali 

qrupuna  daxil  olan  msaxurilərı  (qulları)  istismar  edir,  həmçinin  azad 

kəndlilərə məxsus olan torpaqları tutub özgəninkiləşdirirdilər. Gürcü çarları 

aznaurları öz vassallarına çevirir, onlara əlavə torpaqlar paylayırdılar. 

Gürcüstanda feodal dövlətinin yaranması və inkişafı üç əsas mərhələni 

əhatə edir: feodal knyazlıqlarının yaranması və inkişafı 



26 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə