S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə10/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   6   7   8   9   10   11   12   13   ...   165

Qurucu  Davud  Gürcüstanın  xaricdə  möhkəmləndirilmiş  mövqeyini 

daxildə də həyata keçirmək məqsədi ilə dini islahat keçirir. Onun mühüm 

tədbirlərindən biri ali ruhani idarəni yenidən təşkil etmək olmuşdur. Belə ki, 

onsuz da öz mənşəyi etibarı ilə əsasən di- debullar sülaləsindən olan ali dini 

iyerarxiya  daim  feodalları  (dide-  bulları)  müdafiə  edirdilər.  Bu  məqsədlə 

1103-cü  ildə  çağırılmış  kilsə  məclisi  dini  ieararxiyada  dəyişiklik  edərək 

aznauarlar  nəslindən  olan  nümayəndələri  də  ali  dini  rütbələrə  təyin  edir. 

Gürcüstan çarı Qurucu Davud ölkənin inkişafı üçün çox işlər görərək yeni 

şəhərlər  (o  cümlədən  Qori)  salır,  körpülər  tikir,  elmə,  təhsilə  qayğı 

göstərirdi. Didebullar öz narazılıqlarını göstərsələr də, ona qarşı açıq çıxış 

etməyə cürət etmir, gizli olaraq qəsd etməyə çalışırdılar. 

Çar  III  Georginin  hakimiyyəti  illərində  (1156-1184)  iri  feodallann 

mübarizəsi davam edirdi. İri kilsə ieararxiyasının iqtisadi və siyasi gücünü 

zəiflətməkdən  ötrü  III  Georgi  kilsə  immuntetini  ləğv  edərək,  bütün  kilsə 

torpaq sahibliyinə vergi təyin edir. Çar çox çətinliklə olsa da didebulların 

özbaşınalığının  qarşısım  ala  bilirdi.  III  Georginin  dide-  bullarm 

mövqelərinin  zəiflədilməsinə  yönəlmiş  islahatları  knyaz  Or-  belinin 

başçılığı ilə didebullann böyük üsyanına səbəb olur. Üsyançılar Gürcüstan 

taxt-tacına öz tərəfdarları olan III Georginin bacısı oğlu şahzadə Deminanı 

irəli  sürürlər.  Lakin  üsyan  yatınlır.  Knyaz  Orbeli  qətlə  yetirilir,  şahzadə 

Deminanın isə gözləri çıxanhr. III Georgi öz müşavirləri olan didebulların 

ona xəyanət etdiyini görərək onlan az- naurlardan, xüsusilə də azad kəndli 

təbəqəsindən təyin edir. 

Knyaz  Orbelli  ilə  mübarizədə  III  Georginin  mövqeyi  zəifləyir.  Kilsə 

rəhbərliyi  yaranmış  əlverişli  şəraitdən  istifadə  etməyə  çalışaraq  vergi 

müəyyən edilməsi və kilsə immuntetinin ləğv edilməsi barədə 1103-cü il 

antikilsə qanununa yenidən baxılması tələbi ilə çıxış edir. III Georgi kilsə ilə 

münaqişənin  daha  da  dərinləşməsi,  həmçinin  taxt-taca  varis  kimi  qızı 

Tamaranın  təyin  edilməsinə  xeyir-dua  verilməsi  faktını  nəzərə  alaraq, 

güzəştə getməyə üstünlük verir. Çar nəinki ali kilsə nümayəndələri əleyhinə 

verilmiş qanunu ləğv edir, hətta katolikos Mikelin (Gürcü kilsəsinin başçısı) 

birinci vəzir təyin edilməsinə razılıq verir. 

30 



Çariça Tamaranın hakimiyyəti (1184-1213) illərində Gürcüstan güclü 

dövlətə  çevrildi.  Hakimiyyəti  möhkəmləndirmək  məqsədilə  Tamara 

katolikos Mikeli birinci vəzir vəzifəsindən kənarlaşdırmağa çalışır. Lakin 

çariçanın  təşəbbüsü  ilə  çağrılmış  kilsə  məclisi  buna  razılıq  vermir. 

Tamaranın  bu  müvəffəqiyyətsizliyindən  istifadə  edən  didebullar  vəzir 

vəzifəsinə  öz  nümayəndələrini  təyin  etməyə  cəhd  göstərirlər.  Tələblərini 

həyata  keçirmək  üçün  çalışan  didebullar  Tiflisdəki  çarın  olduğu  qəsri 

mühasirəyə alırlar. Çariça Tamara məcburiyyət qarşısında güzəştə gedir. 

Didebulların əldə etdikləri nailiyyət onların iddialarını daha da artırır. 

Didebulların bəzi qrupları çar hakimiyyətinin məhdudlaşdırılması tələbi ilə 

çıxış  edirlər.  İri  feodallar  çara  təqdim  etdikləri  pe-  tisiyada  (ərizə,  tələb) 

qanunvericilik  səlahiyyətlərini  yaradılacaq  Dövlət  Şurasına  vermək,  onun 

səlahiyyətlərini isə icraedici hakimiyyətlə məhdudlaşdırmaq və oliqarxiya 

idarəçilik  forması  yaratmaq  ideyasına  varlı  tacjr  ailəsindən  çıxmış  Qutlu 

Aslan  başçılıq  edirdi.  Çariça  oliqarxlara  qarşı  qəti  tədbirlər  görməyə 

başlayır  və  Qutlu  Aslan  həbs  olunur.  Lakin  feodal  əyanları  ilə  yeni 

münaqişələr  yaratmamaq  məqsədilə  Tamara  didebullardan  ibarət  yeni 

vəzirlik  yaradır,  digər  tələblərini,  yerinə  yetirir  o  cümlədən  şərti  torpaq 

sahibliyində olan mülklərin irsi verilməsini müəyyən edən qərar qəbul edir. 

Beləliklə,  çariça  Tamaranın  apardığı  siyasət  ölkənin  möhkəmlənməsinə 

xidmət edirdi. 

XIII  əsrin  30-40-cı  illərində  monqollar  Gürcüstanı  işğal  etdilər.  İlk 

vaxtlar  monqollar  əhalidən  xərac  toplamaq,  monqol  ordusu  üçün 

mükəlləfiyyətlər yerinə yetirmək və ərzaqla təchiz etməklə kifayətlənirdilər. 

Lakin sonralar Gürcüstanın daxili işlərinə müdaxilə edilməsi, xüsusilə də 

1253-cü  ildə  əhalinin  siyahıya  alınması  istismarı  daha  da  gücləndirirdi. 

Özgə ərazilərinin zəbt edilməsinin başa çatması və bununla əlaqədar olaraq 

hərbi  qənimətlərin  azalmasının  əvəzi  əsarətə  alınmış  xalqların  hesabına 

ödənilirdi.  Kəndlilər  xərac  ödəməklə  yanaşı  uzaq  yürüşlərdə  feodallarla 

birlikdə  ağır  hərbi  xidmət  keçirdilər.  Monqol  baskaklarınm  və  vergi 

iltizamçılarınm özbaşınalıqları tamamilə cəzasız qalırdı. 



31 


Monqol  xanı  Gürcüstan  dövlətini  tamamilə  parçalamaq  məqsədilə 

taxt-taca  eyni  zamanda  çariça  Tamaranın,  didebullarm  müxtəlif  qruplarını 

müdafiə  edən  iki  nəvəsini  təyin  edir.  Məhz  bu  iki  çarın  olması  sonralar 

Qərbi  Gürcüstandakı  Mextmer  və  Şərqi  Gürcüstandakı  Lixatmer 

çarlıqlarının  yaranması  ilə  nəticələnir.  Gürcüstanın  feodal  dövlətlərinə 

parçalanmasında “incu” inistutunun da böyük rolu olmuşdur. Belə ki, ölkə 

ərazisindəki “incu” altında olan ərazilərində monqol idarə üsulu yaradılır və 

didebulular  onların  tabeliyində  olurdu.  “İncu”  hüququnda  olan  torpaq 

sahibliyi  gürcü  çarlarından  asılı  olmayan  tam  müstəqil  feodal  qurumları 

idilər. 

Elxanilər dövlətinin zəifləməsi ilə Gürcüstanın birləşməsi üçün əlverişli 

şərait  yaranır.  VI  Georginin  (1318-1346)  başçılığı  ilə  Gürcüstanın 

birləşməsi  baş  verir.  Lakin  təsərrüfatın  bərpa  edilməsi  və  siyasi  cəhətdən 

möhkəmlənmə  prosesi  Əmir  Teymurun  yürüşləri  ilə  dayanır.  Bu  dövrdə 

didebullarm (artıq mtavari) bir çoxu müstəqil siyasət yeridərək işğalçılara 

kömək edirdilər. 

Teymur  imperiyası  dağıldıqdan  sonra  Gürcüstanın  birləşməsi  üçün 

əlverişli şərait yaranır. Gürcüstan çarı Aleksandr (1412- 1442) dağıldılmış 

qalaların, saraylann və məbədlərin bərpasına başlayır. Ölkənin birləşməsi və 

aparılan  işlər  təhkimçi  kəndlilərin'  istismarının  güclənməsi  ilə  müşayiət 

olunurdu. 

XV  əsrdə  iri  feodalların  -  mtavarilərin  siyasi  hüquqlan  daha  da 

genişlənir.  Hətta  ən  iri  mtavarilər  çar  tərəfindən  xidmətə  görə  onlara 

bağışlanmış ərazilərdə immunitet hüququ əldə edərək müstəqil çarlıqlara və 

knyazhqlara  çevrilərək  mərkəzi  hakimiyyətə  qarşı  çıxırdılar.  Belə  ki, 

müstəqil knyazhqlann mübarizəsi onlann qələbəsi ilə nəticələnir və mərkəzi 

hakimiyyət  Kartli,  Kaxeti,  İmereti  çarlıqlarım  və  Samtsxe  Saatabaqo 

knyazhğının müstəqilliyini tammağa məcbur oldu. 

Gürcüstanın  siyasi  cəhətdən  parçalanması  bu  proseslə  başa  çatmadı. 

Hər bir iri torpaq sahibliyi (satavado) özlərinin tam siyasi müstəqilliyini və 

suverenliyini (“xeimtsinoba”) tələb edir və buna çoxları nail ola bilərdilər 

ki,  bu  da  Almaniya  feodal  dövlətində  mövcud  olmuş  cəngavər  torpaq 

sahibliyinə  (Almaniyada  324  feodal  dövlət  quruluşu  və  1475  cəngavər 

sahibliyi olmuşdur) oxşayırdı. 



32 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə