S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə17/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   13   14   15   16   17   18   19   20   ...   165

VI Vaxtanqın qanunları və pravoslav kilsəsi feodal ailəsinin bütövlüyü 

üçün  çalışaraq  nikahın  sərbəst  pozulmasını  qəti  qadağan  edirdi. 

Qanunnamənin 66-cı maddəsində göstərilirdi ki, ər və arvad  bir-birinə nə 

qədər nifrət etsələr də onların boşanmasına yol vermək olmaz. Əgər tərəflər 

xəstəliyə görə boşanmaq qərarına gələrdilərsə, ər arvadı üç il müddətində, 

arvad  isə  beş  il  ərzində  kişinin  müalicəsini  gözləməli  idi.  Ər  tərəfindən 

arvadın,  arvad  tərəfindən  isə  ərin  tərk  edilməsi  çox  ciddi  cinayət  hesab 

edilirdi. Günahkar ər və ya arvad tam qan bahasım ödəməli idi. Boşanma, 

müstəsna hallarda, qadın zinəkarhq etdikdə, tərəflər xəstə olduqda, ərin cinsi 

təqatsizliyi (xədim) və s. vəziyyətlər olduqda icazə verilirdi. 

Vərəsəlik hüququ. Gürcüstan feodal hüququnda qanun üzrə vərəsəlik 

və vəsiyyət üzrə vərəsəlik fərqləndirilirdi. İstənilən əmlak vərəsəliyə verilə 

bilərdi.  Feodallara  məxsus  əmlakın  vərəsəliyə  verilməsinə  xüsusi  diqqət 

verilirdi.  Beki  və  Aqbuqanın  qanun-  naməsində  bir  sıra  maddələr  miras 

qoyana öz vəsiyyətnaməsini dəyişmək hüququ verirdi. Təhkimli kəndlilərin 

də  daxil  olduğu  mülk  bölünərkən  böyük  qardaşa  bərabər  saydan  artıq 

təhkimli  kəndli  verilirdi.  İri  feodallara  məxsus  miras  bölünərkən  isə 

qardaşlar  arasında  böyük  qardaşa  ən  yaxşı  kənd,  digərlərinə  isə  bərabər 

sayda  kəndlər  verilirdi. Kəndli  vəfat etdikdə  isə  qalmış  miras  bölünərkən 

böyük qardaşa (o eyni zamanda ata əvəzi kimi evdə böyük hesab edilirdi) ev 

və ya bağ və ya ən böyük çaxır küpü çatırdı. VI Vax- tanqın qanunlarına 

görə böyük qardaş hər 20 kəndli həyətinə 2 ev, ortancıl qardaş bir ev artıq 

alırdı. Kiçik qardaş isə ata evinə malik olmaq hüququ əldə edirdi. Kəbinsiz 

doğulan ögey qardaşlar miras almaqdan məhrum idi. Qızlar ərə gedərkən 

(ata vəfat etmişdirsə) qardaşlarından cehiz alırdılar. Əri vəfat etmiş arvad 

gətirdiyi  cehizə  və  nişanlı  olduğu  vaxtda  aldığı  hədiyyələrə  malik  olmaq 

hüququ  var  idi.  VI  Vaxtanqın  qanunlarında  vəfat  etmiş  kəndlinin  mirası 

göstərilən qaydada bölünürdü: böyük qardaşa ev və ot-ələf, kiçik qardaşa 

xırman  samanla  birlikdə  çatırdı.  Kotan  və  ona  aid  olan  ləvazimat  isə  0 

qardaşa  çatırdı  kı,  adətən,  o  həmin  kotanla  daimi  olaraq  əkib-becərirdi. 

Çobana aid olan əşyalar və o cümlədən qoyunlar 0 qardaşa çatırdı ki, həmin 

qardaş evin çobanı idi. Nəhayət silah 



51 


və  at  isə  dÖ5äişçü  qardaşa  verilirdi.  Göstərilən  əşyalardan  kənarda  qalan 

miras qardaşlar arasında bərabər bölünürdü. 

Gürcüstan feodal hüququ kişi xətti üzrə övladı olmayan şəxsə oğulluğa 

götürdüyü adamı öz mirasına vərəsə müəyyən etmək hüququ verirdi. Digər 

adətə  görə  isə  oğlu  olmayan  şəxs  yeznəni  (qızının  ərini)  oğulluğa  götürə 

bilərdi.  Müəyyən  hallarda  vəsi)^ət  üzrə  vərə-  səlikdən  istifadə  edilsə  də, 

Gürcüstan  feodal  hüququnda  əsasən  qanun  üzrə  vərəsəliyə  üstünlük 

verilirdi.  Vəsiyyət  üzrə  kənar  şəxsə  öz  pulu  ilə  alınmış  əmlak  o  zaman 

vəsiyyət  edilə  bilirdi  ki,  qanuni  vərəsələr  kənarda  qalmasınlar  və  onların 

mənafeyləri də nəzərə alınsın. 



Cinayət  hüququ.  Gürcüstan  feodal  qanunvericiliklərində  cinayət 

hüquq nomıalanna geniş yer ayrılırdı. Cinayət və cəza məsələlərində sinfi 

yanaşma,  feodal  üstünlüyü  açıq-aydın  təsbit  olunurdu.  Dövlət  əleyhinə, 

dövlət  idarəçiliyi  əleyhinə,  din  əleyhinə,  mülkiyyət  əleyhinə,  şəxsiyyət 

əleyhinə, ailə və mənəviyyat əleyhinə olan cinayətlər fərqləndirilirdi. 

Gürcüstan  cinayət  hüququ  cinayəti  yüngülləşdirən  və  ağırlaşdıran 

halları, xırda cinayətləri və ağır cinayətləri, cinayətin subyektiv cəhətlərini 

fərqləndirirdi. Cinayəti yüngülləşdirən hal kimi yetkinlik yaşına çatmamaq, 

zəruri müdafiə həddi cinayətə məcburet- mə və s. müəyyən edilirdi. Sərxoş 

vəziyyətdə cinayət etmək ağır- laşdırıcı hal kimi qəsdən cinayət etməyə aid 

idi. Ağır cinayətlərə kəndli tərəfindən öz ağasını öldürmək, atanı və ya ata 

tərəfindən  övladı  öldürmək,  mülki  və  ya  hərbi  rəislərə  müqavimət 

göstərmək,  soyğunçuluq,  əsir  alınmış  və  ya  özündən  asılı  adamları 

alçaltmaqla  müşahidə  olunan  qətl  aid  edilirdi.  Cinayətlərin  subyektiv 

cəhətləri  kimi  qəsdən  və  dolayısı  törədilən  cinayətlərin  fərqləndirilməsi, 

cinayətin  əsas  iştirakçıları  və  sövq  edilənlər,  cinayətdə  əlbir  olmaq, 

təhrikçilik, həm icraçı (“asabia”) və s. daxil idi. 

Dövləti cinayətlərə çara və vətənə xəyanət, düşmən tərəfə keçmək, çara 

qarşı  sui-qəsd,  hərbi  sirləri  xəbər  vermək  daxil  edilirdi.  V  Georginin 

qanumıaməsinə  görə,  yerli  hökmdar  vilayət,  kənd  və  ya  aşırım  (keçid) 

əhalisi tərəfindən (qiyam və üsyan nəticəsində) öldürülərdisə, həmin dairə 

6.000 gümüş və hər ailə dövlət işləri üçün bir 



52 


at  verməli  idilər.  Əgər  hökmdar  bir  nəfər  tərəfindən  öldürülərdisə,  qan 

bahası (“sisxli”), əmlakın müsadirəsi və sürgün cəzası verilirdi. 

Beki və Aqbuqanm qanunlarında dövləti cinayətlərə aid edilən vətənə 

xəyanətə görə gözlərin çıxarılması cəzası verilirdi. 

VI  Vaxtanqın  qanunlarında  xəyanət  və  hərbi  sirrin  yayılmasına  görə 

müqəssirin ayaqları kəsilirdi. 

Dövləti  cinayətlərə  görə  əsas  cəza  kimi  ölüm  cəzası  vermək  nəzərdə 

tutulurdu. 

Əmlak  əleyhinə  olan  cinayətlərə  oğurluq,  soyğunçuluq,  quldurluq, 

yanğın,  mərz  sərhədlərinin  (otlaq  və  digər  yerlərə  çəkilən  sərhəd), 

nişanlarının  pozulması  və  s.  aid  idi.  Ev  oğurluğu,  hərbi  səfərlər  zamanı 

döyüşçünün  at  və  silahının  oğurlanması  ağır  cinayət  sayılırdı.  Bu 

cinayətlərə görə oğurlanmış əşyanın 7 qat dəyəri və “qan pulunun” (“sisxli”) 

yarısının alınması müəyyən edilirdi. 

V

 

Georginin qanunlarında oğurluğa görə əşyanın üç qat dəyəri alınırdı. 



Oğru təqib edilərkən və ya oğurladığı əşyanı qaytarmaqdan imtina etdikdə 

öldürülərdisə və ya xəsarət alardısa, bu əmələ görə heç bir cəza verilmirdi. 

Qəsrdən oğurluq etmiş müqəssirdən “qan pulunun” yarısı alınırdı. 

Beki və Aqbuqanm qanunları oğurluğa, quldurluğa və soyğun- çuluğa 

görə intiqam almağı nəzərdə tuturdu. At və ya mal-qara və ya digər əşya 

oğrularını cinayət başında tutan adamlar həmin heyvan və əmlakların ikiqat 

dəyərində  mükafatlandırılırdılar.  Beki  və  Aqbuqanm  qanunları  kilsənin 

yandırılmasına görə 30.000 gümüş, kilsədən oğurluğa görə isə 5.000 gümüş 

pul cərimə müəyyən etmişdi. Soyğunçuluq məqsədilə hücum etməyə görə 

6.000 gümüş pul alınırdı. Zadəgan tərəfindən zadəgan soyğunçuluğa məruz 

qalardısa, günahkar tərəf ona 12 nəfər kəndlisini verməli idi. 

VI

 



Vaxtanqın  qanunlarında  təkrar  oğurluğa  görə  7  qat  oğurlanmış 

əşyanın dəyəri və qan pulunun yarısı alımırdı. Qəsdən yanğına görə isə tam 

sisxli və dəymiş ziyan alınırdı. 

Şəxsiyyət  əleyhinə  olan  cinayətlər  sırasında  qətl  cinayətlərinə  gürcü 

qanunnamələri  xüsusi  diqqət  verirdi.  Ağır  cinayətlərə  vəzifəli  şəxslərin 

öldürülməsi, pusquya salaraq qətlə yetirmək, atanın və ya oğulun qətli və s. 

daxil idi. Qəsdən olmayan cinayətlərə gö 

53 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə