S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə11/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   7   8   9   10   11   12   13   14   ...   165

iri  torpaq  sahiblərinin  Gürcüstanı  parçalaması  Səfəvilər  və  Türkiyə 

tərəfindən  təhlükəni  daha  da  artırırdı.  XVI-XVIII  əsrlərdə  Gürcüstan 

qonşiınların  təcavüzünə  məruz  qaldı.  Gürcüstanda  1625-  ci  ildə 

G.Saakadzenin başçılığı ilə işğalçılara qarşı üsyan baş verdi. 

XVIII əsrin II yarısında Gürcüstan iqtisadi, siyasi və mədəni cəhətdən 

xeyli inkişaf etdi, Azərbaycan xanlıqları ilə münasibət sabitləşdi. İmerete 

çarı  I  Solomon  (1752-1784)  rus-türk  müharibəsində  Rusiya  tərəfindən 

döyüşlərdə iştirak edirdi. 1783-cü ildə Geor- giyevskidə Rusiya ilə Kartli 

Kaxeti çarlığı arasında “Dostluq müqaviləsi” bağlandı və Şərqi Gürcüstan 

Rusiyanın  protektoratı  oldu.  1801-ci  ildə  Şərqi  Gürcüstan,  XIX  əsrin 

ortalarında isə Qərbi Gürcüstan Rusiyaya birləşdirildi. 

ICTİMAİ QURULUŞ 

Gürcüstan  ərazisində  yaşayan  əkinçi  tayfalar  arasında  əmək 

bölgüsünün sonrakı inkişafı, sənətkarlığın və ticarətin artması ibtidai icma 

qalıqlarının  aradan  çıxması  sinifli  cəmiyyətin  formalaşması  prosesini 

sürətləndirirdi.  Quldarlıq  cəmiyyətində  əsas  siniflər  quldarlardan  və 

qullardan  ibarət  olmuşdur.  Gürcüstan  cəmiyyətinin  yuxarı  pilləsini  təşkil 

edən aznaurlar sinfi iki  qrupa:  aznaur did-  didnilərə  (böyük azadlar) və 

sadəcə  aznaurlara  bölünürdü.  Gürcüstan  ərazisində  quldarlıq  qunıluşu 

klassik  formada  inkişaf  etməsə  də,  hər  halda  mənbələrdə  adı  çəkilən 

uaznolar  adlanan  qullar  təbəqəsi  mövcud  olmuşdur.  Qullar  həm  dövlətə, 

həm də xüsusi quldarlara məxsus olmuşdur. Msaxuri adlanan qullar daha 

çox imtiyazlı olmaqla dövlət qulluğunda idilər. Nona və mxevali adlanan 

kənizlər  və  qullar  isə  ayrı-ayrı  qul  sahiblərinə  tabe  olmuşdular.  Bununla 

belə  kənd  icmalarının  mövcud  olması  quldarlıq  institutlarının  klassik 

formada inkişaf etməsinə mane olurdu. 

IV-V  əsrlərdən  başlayaraq  quldarlıq  quruluşu  zəminində  feodal 

təsərrüfatı inkişaf edirdi. İlk vaxtlar bütün feodal silki aznaurlar (“azadlar”, 

“adlı-sanlılar”) adlanırdı. V əsrin ikinci yansı və VI əs 

33 



rin  əvvəllərində  aznaurlann  mtavari  adlanan  kateqoriyası  çar  nəslindən 

olan  əyanlarla  birlikdə  hakim  feodal  sinfinin  ən  yuxarı  hissəsini  təşkil 

edirdilər.  XVIII  əsrin  əvvəllərində  mtavarilər  iri  torpaq  sahibləri  olan 

knyazlara  çevrilir  və  dövlət  hakimiyyəti  tərəfindən  təyin  edildikləri 

vilayətlərin  eristavisi  (hakimi)  olaraq  vilayətdə  irsi  hakimiyyətlərinin 

tanınmasına nail olurlar. 

XVIII  əsrdə  isə  feodallar  sinfinin  difserensasiyası  bitməklə  gürcü 

feodal  cəmiyyətinin  iki  əsas  qrupa:  knyazlara  (tavadlar)  və  zadəganlara 

(aznaurlara) bölgüsü başa çatır. Öz növbəsində tavadlar üç təbəqəyə: baş, 

orta  və  üçüncü  dərəcəli,  zadəganlar  isə  baş,  ikinci  dərəcəli  və  üçüncü 

dərəcəlilərə bölünürdülər. 

Aznaurlann  digər  yuxarı  təbəqəsini  xidmət  müqabilində,  çardan 

kəndlərlə  birlikdə  torpaq  payı  almış  didebulilər  (“dideba”,  böyük, 

əzəmətli)  təşkil  edirdi.  İri  torpaq  sahibləri  olan  mtavari  və  didebulilər 

adətən  yaşadıqları  möhkəmləndirilmiş  qəsrlərdə  çoxsaylı  vas-  salara  və 

xidmətçilərə malik olmaqla hərbi dəstələr saxlayırdılar. 

Feodal  silkinin  aşağı  təbəqəsini  msaxuri  adlanan  qulluqçular  təşkil 

edirdi.  Msaxurilər  özləri  də  torpaq  sahibləri  olmaqla  iri  feodal  torpaq 

sahiblərinin  vassaları  kimi  öz  ağalarının  xeyrinə  hərbi  və  mülki 

mükəlləfiyyətli  hesab  olunurdular.  Hərbi  səfərlər  zamanı  msaxurilər 

senyorlarını  müşayiət  edir,  qoşunun  azuqə  və  s.  hərbi  təchizatını  yerinə 

yetiridilər. Msaxurilər torpaq payına malik olmaqla torpağı öz əmək alətləri 

ilə  becərirdilər.  Çarlara,  knyazlara  və  ya  aznaurlara  təhkim  edilmiş 

msaxurilər  adətən  vergilərdən  azad  edilirdilər.  Qeyd  etmək  lazımdır  ki, 

mükəlləfiyyətlərin həddən artıq ağır olması tədricən msaxurilərin təhkimli 

kəndlilərə çevrilməsi ilə nəticələnirdi. 

Qədim  Gürcüstanın  ictimai  quruluşunda  xristianlığın  qəbuluna  qədər 

kahinlər  xüsusi  imtiyazlı  mövqedə  olmuşdular.  IV  əsrdən  başlayaraq 

xristianlıq Gürcüstanda möhkəmlənir və aıhanilərin rolu böyük əhəmiyyət 

kəsb  edir.  Varlı  ruhani  feodallar  təbəqəsi  formalaşır.  Gürcü  kilsəsinə 

başçiıq edən katolikos özü iri feodal idi. Mtsxeta rayonunda onun yüzdən 

artıq  irili-xırdalı  kəndi  olmuşdur.  Feodal  münasibətlərinin  inkişaf  etdiyi 

XI-XII  əsrlərdə  katolikosun  mövqeyi  daha  da  güclənir.  Hətta  çar  VI 

Vaxtanqın verdiyi Qa- 

34 



nunnamədə (1707-1709-cu illər) katolikosun hüquqi statusu çara bərabər 

tutulurdu.  Gürcü  katolikosu  ali  kilsə  məhkəməsinə  başçılıq  edirdi. 

Katolikosa təhkim edilmiş çoxsaylı kəndlilər və torpaq mülkləri mövcud idi. 

Dünyəvi feodallar onun vassaları hesab edilirdi. Katolikosun sərəncamında 

onun  özü  tərəfindən  təyin  edilən  sərdarın  (generalın)  komandanlığı  ilə 

xüsusi seçilmiş qoşun növü mövcud olmuşdur. Dini yeparxiyanı idarə edən 

yepiskopun  tabeçiliyində  həm  ağ,  həm  də  qara  (monaxlar,  rahiblər) 

ruhanilər var idi. Ruhanilərin aşağı təbəqəsi daha az əhəmiyyətli olmaqla 

xüsusi imtiyazlara malik olmamışdılar. Gürcü çarları ilə mübarizədə kilsə 

əyanları çox vaxt iri dünyəvi feodallarla ittifaq bağlayırdılar. 

Dünyəvi  və  dini  feodalların  mübarizəsi  Gürcüstanın  siyasi 

pərakəndəliyini gücləndirirdi. Hər bir iri torpaq sahibliyi  (“satavado”)  öz 

suverenliyi  (“xelimtsipoba”)  uğrunda  mübarizə  aparırdı.  Bütün  bu 

çəkişmələrdən  əziyyət  çəkən  xalq  kütlələri,  xüsusilə  də  kəndlilər  tez-tez 

mübarizəyə qoşulurdular. Çar III Georginin (1156-1184) dövründə verilmiş 

“Kiçik Nomokanon” (nomo - dünyəvi və kanon - kilsə nonualarmı özündə 

birləşdirən  külliyyat)  adlı  qanunnamə  (“kiçik  yeni  kilsə  qanunu”) 

“quldurluq”, “soyğunçuluq” və hər cür feodal mülkiyyəti əleyhinə yönəlmiş 

hərəkətlərə  görə  və  dövlət  “qaydalarına”  qarşı  əməllər  üstündə  çox  ağır 

cəzalar  müə)^ən  edirdi.  “Quldurluq”  cinayəti  kimi  təsnif  edilən  hərəkətə 

görə  dar  ağacından  asmaqla  ölüm  cəzası  verilirdi.  Əslində  isə  kəndlilərin 

feodal  istismarına  və  feodal  mülkij^əti  əleyhinə  yönəlmiş  mübarizəsi 

hakimiyyət orqanları tərəfindən “quldurluq” kimi tövsif edilərək kəndlilərin 

narazılığına və çıxışlarına qarşı təşkil edilmiş bir akt idi. 

III-IV əsrlərə qədər quldarlıq dövləti kimi xarakterizə edilən Gürcüstan 

cəmiyyəti əsasən iki sinifdən: quldarlardan və qullardan ibarət idi. Bu dövrə 

qədər  olan  müddətdə  əsasən  üç  torpaq  sahibliyi:  dövlət  (çar),  kollektiv 

(kənd icmaları) və xüsusi (məbəd, hərbi və mülki qulluqda olanların) torpaq 

mülkiyyəti üstünlük təşkil edirdi. Bəzi dövlətlərdən (Albaniya, Orta Asiya) 

fərqli  olaraq  gürcü  çarları  dövlətdəki  bütün  torpaqların  baş  mülkiyyətçisi 

hesab edilirdi. Qullar sinfini təşkil edən uaznolar xidmətdə olan msaxurilərə, 

nona (kəniz 

35 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə