S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə7/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   2   3   4   5   6   7   8   9   10   ...   165

mümkün  idi.  Herodot  göstərirdi  ki,  şah  Kambiz  atabir,  anabir  doğma 

bacısını sevir və onunla evlənmək istəyir. Lakin qanun bunu qadağan edirdi. 

Bunun üçün Kambiz şah hakimlərini toplayaraq onlardan qanunun doğma 

bacısı ilə evlənməsinə icazə verməsi barədə sonışur. Hakimlər öz xalqının 

adətlərinin  əksinə  getmək  istəməsə  də  öz  həyatlarından  qorxaraq  şaha 

istədiyini etməyə hüququ olduğunu bildirirlər - qanun şahın idarəsinə zidd 

ola bilməz. Hər il şah çoxuşaqh ailələrin valideynlərinə hədiyyələr verirdi. 

Farsların  ailə  hüququna  görə  yeni  evlənən  gənclər  qılıncla  iki  yerə 

bölünmüş  çörəkdən  yeyir,  çaxırdan  içib  nəvaziş  edirdilər.  Əhəmənilər 

imperiyasının əyalətində ailə hüququnun xarakterik cəhəti kimi qadınların 

kifayət  qədər  azad  hüquqlannın  olmasında  idi.  Ərə  gedən  qadın  əmlaka 

sahib  olmaq,  onun  üzərində  sərəncam  vermək,  yəni  bağışlamaq,  hədiyyə 

vermək, dəyişmək, icarəyə vermək və s. hüquqlara malik olmuşdur. 

Ərin  vəfatından  sonra  hətta  övladları  olmayan  dul  qadınlar  üçün 

əmlakın bir hissəsi ayrılırdı. Qadınlar əqidlərin bağlanmasında şahid kimi 

iştirakdan  məhrum  olsalar  da  öz  adlarından  müqavilə  bağlamaq  hüququ 

malik  idilər.  Boşanma  hüququndan  kişilər  daha  çox  istifadə  edirdilər. 

Qanunlar  qadınların  boşanma  hüququnu  məhdudlaşdırırdı.  Arvadını 

boşayan ər təşəbbüskar kimi ona əmlakın bir hissəsini verməli idi. 

Bir  çox  mənbələr  Əhəməni  şahlarının  yəhudilərə  öz  qanunları  ilə 

yaşamağa  icazə  verdiyini  göstərirdi.  Belə  ki,  daxili  mübahisələr 

mülki-məbəd  icmaaları  tərəfindən  araşdırılırdı.  Nigah  müqaviləsində  şərt 

kimi  qadınların  eyni  zamanda  ikinci  ərinin  olmaması  təsbit  olunurdu. 

Adaxlı oğlan qayınataya baş pulu verməli idi. Ərin və ya arvadın vəfatından 

sonra  tərəflərdən  biri  əmlaka  varis  olurdu.  Talmud  qanunlarına  görə 

(yəhudilərin dini kanonları) yəhudi qadınların geniş əmlak və nigah hüququ 

mövcud  olmuşdur.  Qadınlar  öz  adından  müqavilə  bağlamaq,  mülkiyyətə 

sahib  olmaq  və  boşanmaq  hüququna  malik  idilər.  Ziyankarhğa  görə  hər 

hansı bir cəza verilmir, yalnız boşanma həyata keçirilirdi. 

Cinayət  və  cəza.  Qədim  İran  hüququnda  cinayətin  növləri  və  verilən 

cəzalar dövlət qanunlan və Avestanm göstərişlərinə müvafiq 

21 



müəyyən edilirdi. Behiştim yazılannda I Daranın verdiyi qanundan məlum 

olur ki, şah yeni qanunlar verərkən Ahura-Məzdanm istəyinə uyğun hərəkət 

edir. Bu qanunların əsas prinsiplərində göstərilir ki, mənə sədaqətli insanları 

mən  mükafatlandırıram,  mənə  xəyanət  edənləri  ağır  cəzalandırıram. 

Ahura-Məzdanm mərhəməti ilə bu ölkələr (işğal olunmuş dövlətlər) mənim 

qanunlanmia  hərəkət  edirlər.  Əhəməni  sənədlərində  “qanun”  sözü  “data” 

termini  ilə  ifadə  edilirdi.  Erkən  dövrlərdə  fars  tayfaları  xalq  yığıncağına 

toplaşaraq ən ağır cinayət işlərinə baxırdılar. Mənbələrə görə ən ağır cinayət 

işlərinə  I  Dara  şəxsən  baxırdı.  Digər  mühüm  cinayətlərində  araşdırılması 

üçün şah  tərəfindən  şəxsən  təyin  edilən  hakimlər  kollegiyası  da  fəaliyyət 

göstənnişdir.  Bu  kollegiyanın  hökümündən  kassasiya  şikayəti  qəbul 

olunmurdu. Yalnız şah hökmü ləğv edə bilirdi. 

Adi cinayətlər şah hakimləri tərəfindən araşdırılırdı. İlk dəfə II Kambiz 

dövründə hakimlər - databaralar (qədim fars dilində “qanun daşıyıcıları”) 

barədə məlumat verir. Databaralar fars əyanları arasından ali vəzifəyə təyin 

olunurdu. Onlar farslar arasındakı mübahisələri həll edir, həmçinin qanun 

və adətləri təfsir edirdilər. II Kambiz rüşvət almış databaranı cəzalandırmaq 

barədə  əmr  verir.  Onun  dərisini  soyduraraq  əyləşdiyi  kürsünün  üzərinə 

çəkirdirir. Qətlə yetirilmiş hakimin oğlu atasının yerinə təyin edilir və ona 

həmin kürsüdə əyləşmək və hökmlər çıxarmağı əmr edir. 

Digər databar rüşvətxor I Daranın qəzəbinə gələrək çarmıxa çəkilməsi 

barədə əmr  verir,  lakin  hökümün  icrası  zamanı  şah  databa-  ranm  əvvəlki 

xidmətlərini nəzərə alaraq onu əfv edir. 

Şah və onun ailəsi əleyhinə olan cinayətlərə görə ölüm cəzası verilirdi. 

Bu cinayətə görə bütün ailə üzvləri elliklə cəzalandırılırdılar. 

Farslann  adət  hüququna  görə  ilk  dəfə  törədilən  cinəyətə  görə  ölüm 

cəzası verilmirdi. Təkrar cinayətlərə görə o halda ölüm cəzası verilirdi ki, 

müqəssirin əvvəlki xidmətləri onun cinayət əməllərini ötmüş olsun. 

Qədim İran hüququnda cəzalar sərtliyi ilə fərqlənirdi. Başın kəsilməsi, 

diri  basdırmaq,  əlin,  ayağın  kəsilməsi,  gözlərin  çıxardılma-  sı  və  s. 

Adamları zəhərləyən cinayətkann başına iri daşlar yığıb onun başı əzilənə 

qədər cəzanı davam etdirirdilər. 



22 


Avestanın  Vendidad  bölməsində  dini-əxlaq  və  digər  cinayətləri 

tənzimləyən normalar təsbit olunmuşdur. Dini cinayətləri araşdırmaq kahin 

maqupatlarm  səlahiyyətində  idi.  Din  əleyhinə,  şəxsiyyət  əleyhinə, 

heyvanlar  əleyhinə,  əmlak  əleyhinə,  əxlaq  əleyhinə  və  təbiət  qüvvələri 

əleyhinə olan cinayətləri özündə birləşdirən Avesta Əhəmənilər dövlətində 

əsas kanon qanunları olmuşdur. 



Məhkəmə  prosesi.  Proses  zərərçəkmişin  və  ya  onun  yaxınlarının 

şikayəti  əsasında  başlayırdı.  Məhkəmə  hakimləri  müttəhimin  günahını, 

günahın  forması  (qəsdən  və  ya  qəsdən  olmadan),  həmçinin  müttəhimin 

ictimai  və  dini  mənsubiyyətini  müəyyən  etməli  idilər.  Məhkəmə 

istintaqında  işgəncədən  geniş  istifadə  edilirdi.  Hökm  şahın  adından 

çıxarılırdı.  Databara tərəfləri  şaha and içmək  və  ordahyaya  (ilahi  sınağa) 

məcbur edə bilərdi. 

23 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə