S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə16/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   12   13   14   15   16   17   18   19   ...   165

qu təsbit olunurdu. İanə edilmiş torpaqlar adətən məqsədli xarakter daşıyır 

və ondan təyinatı üzrə istifadə etmək nəzərdə tutulurdu. Torpaqlardan irsi 

istifadə  etmək  də  məhdudlaşdırılırdı.  Çünki,  feodal  dövləti  nəsli  əyanları 

müflis olmaqdan qommağa çalışırdı. 

XVI-XVIII  əsrlərdə  votçina  mülkiyyət  hüququnun  inkişafı  davam 

edirdi. Xüsusilə çar VI Vaxtanqın qanunları ümumi feodal malikanə torpaq 

mülkiyyəti ilə onun ayrı-ayrı üzvlərinə məxsus olan torpaqları fərqləndirirdi. 

Ümumi feodal mülkiyyətindən, yalnız bütün feodal ailə üzvlərinin razılığı 

əsasında  istifadə  etmək  təsbit  edilirdi.  Feodal  malikanəsinin  ümumi 

mülkiyyətinin bölünməsinə nadir hallarda və çıxılmaz vəziyyət yarandıqda, 

özü  də.  şəxsən  çarın  nəzarəti  altında  icazə  verilirdi.  Çünki  malikanə 

(votçina) mülkiyyəti iqtisadiyyatın özəyi olmaqla həm ona gəlir gətirir, həm 

də imtiyaz hüququ verirdi. Feodal malikanəsinin ayrı-ayrı üzvlərinə məxsus 

olan xüsusi əmlak isə öz pulu və zəhmətilə əldə olunmuş mülkiyyət hesab 

edilirdi.  Bu  əmlakları  istədiyi  kimi  istifadə  etmək:  satmaq,  bağışlamaq, 

dəyişmək,  hədiyyə  etmək,  ianə  vermək  və  s.  mülkiyyətçinin  müstəsna 

hüququ  olsa  da,  onun  vərəsəliyə  verilməsi,  əmlakın  ümumi  mülkiyyətə 

keçməsilə  nəticələnirdi  ki,  bu  da  yuxarıda  qeyd  etdiyimiz  kimi,  ümumi 

mülkiyyətdən istifadə hüququnu xeyli dərəcədə məhdudlaşdırırdı. 

Bəxşiş edilmiş mülkiyyət şərti xarakter daşıyırdı. Çar hərbi və ya mülki 

xidmət  müqabilində  feodala  mülkiyyət  bəxşiş  edirdi.  Adətən  xidmət 

əvəzində verilmiş mülkiyyət ömürlük verilsə də çar istədiyi zaman onu geri 

ala  bilərdi.  Lakin  zaman  keçdikcə  şərti  mülkiyyət  vərəsəliklə  örtülərək 

faktiki olaraq irsi mülkiyyətdən heç nə ilə fərqlənmirdi. 

Gürcüstanda  hələ  qədim  dövrlərdən  başlayaraq  kilsəyə  məxsus  iri 

torpaq mülkiyyəti olmuşdur. Xüsusilə çariça Tamaranın atası III Georginin 

və VI Vaxtanqın qanunları ilə statusu daha da artırılmış gürcü katolikosu və 

onun dini müəssisələri saysız hesabsız mülkiyyət və əmlak əldə edirdilər. 

Gürcüstanda  kənd  icmalarının  sahibliyində  də  torpaqlar  mövcud 

olmuşdur. XVIII əsrdə feodal məhdudiyyətləri (çar və ya knyaz 



48 


qarşısındakı öhdəliklər) tətbiq edilməyən tacirlərə məxsus torpaq mülkiyyəti 

də inkişaf etməyə başlayır. 



Öhdəlik  hüququ.  Öhdəlik  hüququ  müqavilələrdən  və  deliktlər-  dən 

(hüquq  pozuntuları)  yaranan  öhdəliyə  ayrılırdı.  Daşınmaz  əmlak  və  digər 

mühüm müqavilələr yazılı və şahidlərin iştirakı ilə bağlanılırdı. 

Dəyişmə  müqaviləsinə  görə  istənilən  əşya  və  heyvan  müqavilənin 

obyekti  ola  bilərdi.  Müqavilə  bağlandıqdan  sonra  onu  pozmaq  və  ya 

şərtlərinə yenidən baxmaq qadağan edilirdi. 

Öhdəlik  hüququnda  alqı-satqı  müqaviləsi  aparıcı  mövqeyə  malik  idi. 

Alqı-satqı müqaviləsinin obyekti istənilən daşınar və daşınmaz əmlak ola 

bilərdi.  Alqı-satqı  müqaviləsi  xüsusi  sənəd  olan  kupçi  kağızında  (mülk 

kağızı), mötəbər şahidlərin iştirakı və  möhürlə təsdiq olunurdu. Kəndlilər 

feodalın  icazəsi  olmadan  öz  torpaqlarını  sata  bilməzdilər.  Hər  hansı  bir 

kəndi və kəndliləri almaq istəyən knyaz və ya zadəgan çardan icazə almalı 

idilər. İtmiş əşyanın satılması qadağan edilirdi. Digər əşyanın sahibi məlum 

olardısa,  ondan  sahibinə  qaytarılmış  əşyanın  dəyərinin  yarısını  satan, 

yarısinı isə alan ödəməli idi. Başqasına məxsus əmlakın alqı-satqısı qadağan 

edilirdi. Xəbərdarlıqsız olaraq harın (dəlisov) atı satan şəxs, onun qüsurları 

barədə məlumat verməzdirsə, atın yetirdiyi hər hansı xəsarət və ya ziyanın 

ödənilməsi satıcının üzərinə düşürdü. 

Borc müqaviləsi də geniş yayılmışdı. Müqavilələrin təmin edilməsində 

pul, taxıl, çaxır və s. girov qoyulurdu. Borc faizi maksimum 20% müəyyən 

edilmişdi. Borc vaxtında ödənilmədikdə borclu öz əmlakı və şəxsiyyəti ilə 

cavab  verirdi.  Kreditor  borclunu  qul  kimi  sata  bilərdi.  VI  Vaxtanqın 

Qanunnaməsi  sələmçilərdən  aşağı  borc  faizi  almağı  və  beləliklə  də  sinfi 

ziddiyyətləri  azaltmağı  nəzərdə  tuturdu.  Borc  faizlərdən  də  faiz  almaq 

qadağan  edilirdi.  Digər  tərəfdən  faizi  ödəmək  üçün  vaxtın  uzadılması  da 

qanunla təsbit olunurdu. Hətta əsir alınmış şəxs ailəli olardısa, ona borcu 

güzəştli müddətdə qaytarmaq hüququ verilirdi. Əgər övlad atasının razılığı 

olmadan  borc  alardısa,  valideyn  məsuliyyət  daşıyırdı.  VI  Vaxtanqın 

Qanunnaməsində göstərilirdi: “30%-lə pul borc verən 

49 



ədalətsizdir və öz ruhunu qəti sevmir, 24% verən az sevir, 18% verən bir az 

çox sevir və 12% verən tam sevir”. 

Saxlanc  müqaviləsindən  də  geniş  istifadə  edilirdi.  Əşyanı  saxlamağı 

öhdəsinə  almış  şəxs  onun  bütöv  qorunmasına  cavabdehdir.  Əgər  yenicə 

saxlanılmağa verilmiş əşya qəsdən oğurlanardısa və ya yanğın zamanı məhv 

olardısa və ya saxlamağa verilmiş digər əşyalarla birlikdə oğurlanırdısa, bu 

zaman saxlanc sahibi məsuliyyət daşıyırdı. 

Kirayə hüququna görə iş heyvanları, əşyalar və adamlar müqavilənin 

obyekti  ola  bilərdi.  XVI-XVIIl  əsrlərdə  kəndlilərin  torpaq-  sızlaşması  ilə 

əlaqədar olaraq onların əməyindən kirayə hüququ əsasında istifadə edilirdi. 

Beki  və  Aqbuqanm  qanunları  isə  onların  əməyini  qoşqu  heyvanlarının 

qüvvəsinə bərabər tuturdu. Qanunna- mənin 79-cu maddəsində göstərilirdi 

ki,  əgər  muzdlu  kəndli  iş  zamanı  vəfat  edirdisə,  kirayəçi  yalnız  kirayə 

əməyinin  pulunu  ödəyir  və  heç  bir  cinayət  məsuliyyəti  daşımırdı.  Onun 

ölümü iş heyvanın tələf olmasına bərabər tutulurdu. 

Gürcüstan  feodal  hüququnda  dəyişmə,  yoldaşlıq,  zaminlik  və  s. 

müqavilələrdən istifadə edilirdi. 

Nikah-ailə  hüququ,  nikah-ailə  hüququnda  pravoslav  kilsənin  rolu 

böyük  idi.  Nikaha  daxil  olmaq  üçün  tərəflərin  razılığı  tələb  olunmurdu. 

Nikah  müqaviləsi  tərəflərin  valideynləri  və  ya  qəyyumları  tərəfindən 

bağlanılırdı.  Qızlar  üçün  nikaha  daxil  olma  12  yaş  müəyyən  edilmişdi. 

Yaxın qohumlar arasında və başqa dindən olanlarla nikaha girmək qadağan 

idi. Azad şəxslərin (feodallardan başqa) təh- kimli və ya qulla nikaha daxil 

olması onun azadlığının itirilməsilə nəticələnirdi. Lakin əsilzadə nəslindən 

olan  qadının  digər  aşağı  silkdən  olan  kişi  ilə  nikaha  gimıəsi  ərin  sosial 

statusunu artırır və hüquqlarını feodal nəslinin hüquqlarına bərabər tuturdu. 

Qız ərə gedərkən valideyinlərinin sosial vəziyyətindən asılı olmayaraq cehiz 

aparmalı idi. Nikah hədiyyəsi və cehiz qadının sərəncamında olmaqla, ər 

vəfat etdikdən sonra tamamilə onun mülkiyyətinə keçirdi. Lakin daşınmaz 

əmlak  mərhumun  oğlanlarına  çatırdı.  Arvad  və  övladlar  tamamilə  atanın 

tabeçiliyində idilər. Qadın ərin razılığı olmadan mülki müqavilələr bağlaya, 

ailə  əmlakı  üzərində  sərəncam  verə,  övladlarının  taleyini  həll  edə  və  ya 

məhkəmədə çıxış edə bilməzdi. 



50 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə