S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə4/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   2   3   4   5   6   7   8   9   ...   165

Dövlət  məmurlarının  bütün  dərəcələrinin  istifadə  etməsini  nəzərdə 

tutan torpaq nadeli “baqa” (“pay”) adlanırdı. Bu nadellərin sahibləri şah və 

satrapa  vergi  ödəməli,  özləri  isə  yalnız  dövlət  sərəncamı  ilə  torpağa  irsi 

sahib ola bilərdilər. 

E.ə.  518-ci  ildə  Dara  dövlət  vergilərinin  yeni  sistemini  müəyyən 

etmişdir.  Torpaqlar  fərsəxlə  ölçülərək,  məhsulun  həcminin  bölgüsü 

aparılmışdır.  Hər  bir  satraplığ  ciddi  qaydada  müəyyən  edilmiş  vergini 

gümüş pulla ödəməli idi. Torpaq kadastrında onların məhsuldarlığının orta 

səviyyəsinin bir neçə il götürməklə vergi alınırdı. Dövlət vergisi qədim iran 

dilində barra (bar-”aparmaq”) termini ilə ifadə edilmişdir. Mənblər farsların 

vergidən azad olduqlarını bildirir. Belə ki, Perspol mətinlərində vergi verən 

xalqlar arasında farsların adma rast gəlinmir. 

Dövlət  vergi  sistemində  “peşkeş”lərində  olduğu  barədə  məlumat 

verilir.  Bəxşiş  adı  ilə  verilən  “peşkeş”lər  natura  ilə  ödənilirdi.  Pul 

rentasından  azad  edilmiş,  həmçinin  imperiyanın  sərhədlərində  yaşayan 

xalqlar (kolxlar, efıopiyalılar, ərəblər və bəzi sak tayfaları) bəxşiş verməli 

idilər.  İmperiyanın  süqutu  ərəfəsində,  e.ə.IV  əsrdə  vergilər  açıq 

soyğunçuluq xarakteri almışdır. Vergilər ordunun, inzibati aparatın və şah 

sarayının saxlanılmasına yönəlmişdir. 

D

ÖVLƏT QURULUŞU

 

Mərkəzi  idarəçilik.  Əhəmənilər  imperiyasına  şah  başçılıq  edirdi. 

Əhəməni hökmdarları işğal etdikləri dövlətlərində şahlan olduğuna təsdiq 

əlaməti  olaraq  “şahlar-şahı”  titulunu  qəbul  etmişdilər.  Bəzi  şərq 

dövlətlərindən (Qədim Çin, Yaponiya və s.) fərqli olaraq Əhməni şahları 

allah  hesab  olunmurdular. Şaha  müraciət  edərkən torpağa  əyilməklə  itaət 

etmək etiraf edilirdi. İranda fars adətlərinə görə yeniyetmələrə kamandan ox 

atmağı və həqiqəti deməyi öyrədirdilər. Siyasi həyatda həqiqəti söyləmək 

şaha  sədaqət  rəmzi  hesab  edilirdi.  Şah  hərbi  5dirüşə  çıxmamışdan  əvvəl 

tax-tacın varisini elan etməli idi. Fars adətinə görə şah öz oğlanlarından hər 

12 



hansı birini, əsasən, böyük oğlunu varis elan edirdi. Antik mənbələr isə şah 

tax-tacına  çıxdıqdan  sonra  doğulmuş  övladın  varis  olmasını  göstərirdilər. 

Qaçqoyma  ümumdövlət  bayramı  olaraq  bir  neçə  gün  davam  edirdi.  7 

adlı-sanlı  fars  əyanları  nəslinin  üzvləri,  həmçinin  şahın  anası  və  birinci 

arvadı  şahın  çağırışı  olmadan  onun  hüzuruna  gedə  bilərdilər.  Şah 

hakimiyyəti  qanunlarına  görə,  şahdan,  onun  yaxın  qohumlarından  və 

hərəmlərindən başqa heç kim şahın arvadlanm və kənizlərini görə bilməzdi. 

Hətta  şah  hərbi  yürüşlərə  çıxarkən  hərəmxanasının  hərtərəfdən  bağlı 

arabalarda  özü  ilə  apa-  nrdı.  Şahlar  daxil  olduqları  şəhərlərə  qızıl  pul 

paylayırdılar. 

Qanunvericlik,  icraedicilik,  məhkəmə,  hərbi  və  qismən  dini 

hakimiyyətə malik olan İran şahları güclü mərkəzi hakimiyyət  yaratmağa 

müvəffəq  olmuşdular.  Əhəmənilər  dövlət  idarəçiliyin  təşkilində  misir, 

assuriya,  babil  təcrübəsindən  istifadə  edərək  dövlətdə  ali  nəzarəti  qura 

bilmişdilər.  Digər  tərəfdən  Midiyanı,  Babilistanı  və  Misiri  işğal  edən 

Əhəməni şahları öz işğallarına fərdi yanaşaraq ona şəxsi xarakter verib yerli 

xalqlarla  uniya  (ittifaq)  bağlamağa  üstünlük  vermişdilər.  Onlar  yerli 

adətlərə  uyğun  olaraq  tacqoyma  mərasimi  keçirir,  ənənəvi  olaraq 

formalaşmış tarixi idarəçilik  metodlarından bəhrələnmişdilər. Əhəmənilər 

çevik  siyasi-idarəçilik  apararaq  işğal  edilmiş  ölkələrdə  iqtisadiyyatın  və 

tranzit ticarətin inkişafı üçün normal şərait yaratmışdılar. İran şahları Kir və 

Kam- biz fəth edilmiş ölkələrin daxili idarəçilik quruluşunu demək olar ki, 

dəyişməyib  yerli xalqlara daxili idarəçilik  muxtariyyatı vermişdir. Yalnız 

dövlətdəki məlum üsyanlardan sonra şah I Dara inziba- ti-maliyyə islahat 

keçirərək  daha  etibarlı  dövlət  idarəçiliyi  quraraq  işğal  edilmiş  ölkələrdə 

qoşunun  sayını  artırmış,  vergilərin  və  xəracın  toplanmasını  qaydaya  sala 

bilmişdir. I Daranın e.ə. 518-ci ildə keçirdiyi dövlət idarəçiliyinin yenidən 

təşkili və unfıkasiyası, yəni vahid şəkildə qurulması, əyalətlərin idarəçilik 

sistemini  mərkəzdən  idarə  olunmasını  asanlaşdırırdı.  Yeni  inzibati 

idarəçilik  sistemi  Əhəmənilər  imperiyasının  sonuna  kimi  dəyişilməmiş 

qaldı. 

I  Daranın  islahatı  ilə  şah  dəftarxanası  başda  olmaqla  böyük  mərkəzi 



aparatı yaradılırdı. Mərkəzi idarəçilik aparatı Əhəməni impe 

13 


riyasının inzibati paytaxtı Suz şəhərində yerləşirdi. İmperiyanın mərkəzində 

yerləşən Suz şəhərindən əyalətlərə sərəncamlar göndərilir, geri qayıdanda 

isə satraplar və digər şah məmurları barədə məxfi məlumatlar gətirilirdi. 

Dövlət işləri ilə əlaqədar Misirdən başlayaraq Hindistana qədər bütün 

ali  rütbəli  məmurlar  Suz  şəhərinə  gəlirdilər.  İmperiyanın  mühüm  əyalət 

şəhərləri Babil, Ekbatan, Memfes və digər iri şəhərlərində də böyük ştatları 

olan dəftərxanalar fəaliyyət göstərirdi. 

Dövlət  idarəçilik  aparatına  və  bütün  məmurlara  nəzarət  etmək  üçün 

hazarapat  (“minbaşı”)  vəzifəsi  təsis  edilmişdir.  Şahdan  sonra  mühüm 

vəzifəli şəxs olan hazarapat, həm də şahın şəxsi mühafizə dəstəsinin rəisi 

olmuşdur. Hazaparat dövlət dəftərxanasının da rəisi idi. Yalnız onun razılığı 

və iştirakı ilə qonaqları şahın hüzuruna aparırdılar. Şahdan sonra dövlətdə 

ikinci şəxs olan hazarapatın razılığı olmadan heç kim şahın otağına daxil ola 

bilməzdi. 

Əhəmənilər imperiyasında mühüm dövlət vəzifələrindən “ganza- bara” 

(“xəzinəqoruyucusu”), 

“hamarakara” 

(“hesabdar”), 

“qitepata” 

(“xəzinədar”),  “databara”  (“hakim”)  və  s.  göstərmək  olar.  Şah 

dəftərxanasının idarə olunmasında bu məmurlann mühüm rolu olmuşdur. 

I  Dara  imperiyanı  yerli  idarəçilik  -  satraplıq  adlanan  inzibati-ver-  gi 

dairələrinə  bölmüşdür.  20  satraplığın  əksəriyyəti  imperiya  ərazisinə  daxil 

edilmiş dövlətlərin sərhədlərinə uyğun olumuşdur. Lakin ərazi baxımından 

bu bir çox hallarda həmin sərhədləri aşırdı. Yeni inzibati ərazi vahidlərinə 

satraplar  (“şah  nəzarətçiləri”)  başçılıq  edirdilər.  Əhəməni  hakimiyyətinin 

ilk illərində yerli şahların bir çoxu satrap təyin edilirdilər. I Daranın islahatı 

bütün  satrap  vəzifələrinin  fars  əyanlarının  səlahij^ətində  cəmləşməsi 

məqsədini  güdürdü.  Lakin  Əhəmənilərin  erkən  hakimiyyəti  dövründə 

satraplar  mülki  və  hərbi  funksiyalara  malik  olduqları  halda,  I  Dara 

satraplann  hakimiyyətini  məhdudlaşdıraraq  səlahİ5^ətlərin  dəqiq  həddini 

müəyyən edirdi. Belə ki, satraplar mülki canişin olmaqla inzibati əyalətdə 

təsərrüfatın idarə olunmasına, vergi və mülkiyyətlərin yerinə yetirilməsinə, 

öz  sərhədləri  daxilində  əyalətin  təhlükəsizliyinin  təmin  edilməsinə,  yerli 

məmurların fəaliyyətinə nəzarət edilməsinə, gü- 

14 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə