S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə3/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   2   3   4   5   6   7   8   9   ...   165

nilər  dövlətində  də  mövcud  olmuşdur.  Bununla  yanaşı,  qullardan  kənd 

təsərrüfatında, şah karxanalarında və tikinti işlərində istifadə edilirdi. Qullar 

arasında peşəkar toxucular, dərzilər, çəkməçilər, dulusçular, arxitektorlar və 

digər  peşə  ustaları  da  mövcud  olmuşdur.  Qulların  qaçması  geniş 

yayılmışdır.  Qaçmış  qulları  axtarıb tapır,  damğalayır,  qandallayıb əvvəlki 

işlərinə qaytarırdılar. 

Əhəmənilər şahlığı dövründə bəzi ölkələrdə köləlik institutunda ciddi 

dəyişiklik  baş  verir.  Baxmayaraq  ki,  bu  dövrdə  qulların  sayı  əvvəlkinə 

nisbətən daha çox olmuşdur. 

Belə  ki,  köləlik  institutu  dağılmağa  başlayır,  qullann  azadlığa 

buraxılması və pekuliya institutunun üstünlük təşkil etməsi prosesi baş verir. 

Artıq sahibkarlar bacarıqlı və səriştəli qullara öz mülkiyyətlərindən istifadə 

etmək  hüququ  verirdilər.  Pekuliya  institutu  kölələyin  tənəzzül  etməsinə 

şərait yaradırdı. Babilistan sənədlərində və Eli- fant aramey papiruslarında 

öz ağasına xidmət etmək və ya onu azuqə ilə təchiz etmək şərti ilə qullann 

xidmət etmək və ya onu azuqə ilə təchiz etmək şərti azad adamlar və sahiblər 

tərəfindən  oğulluğa  götürülməsi  praktikası  da  mövcud  olmuşdur.  Qeyd 

olunan sənədlərə əsasən azad adamlara qullarla nigah bağlanmasına da icazə 

verilirdi. 

Əhəmənilər dövründə borc köləliyi çox zəifləmişdir. Girov qoyulması 

qismən qalsada, özünün köləliyə satılması aradan qaldırılmışdır. Müəyyən 

edilmiş  müddətdə  borcunu  ödəyə  bilməyənin  uşaqlannı  kreditor  köləyə 

çevirə bilərdi. Kreditorun borcunun üçücü şəxsə satılması qadağan edilirdi. 

Adətən  borclu,  kreditor  üçün  antixrezo  adlanan  əvəzsiz  işləməklə  öz 

azadlığını  qoruyub  saxlaya  bilirdi.  Əhəminəlr  dövründə  özünn  girov 

qoyulması və satılması praktikası* aradan çıxır. 

Əhəmənilər imperiyasında hərbi əsərlərdən ibarət kölələrin sayı kifayət 

qədər çox olmuşdur. Babilistan əyalətində Misirdən, Baktriyadan və digər 

ölkələrdən  gətirilən  qullar  satılırdı.  Bütövlükdə  isə  azad  adamların  sayı 

qullara  nisbətən  çox  olumuşdur.  Təsərrüfat  işlərində  əsasən  azad  əkinçi, 

sənətkarlıqda isə azad sənətkar əməyi üstünlük təşkil edirdi. Məbədlər və 

ayrı-ayrı quldarlar peşəkar sənətkar və işçilərin əməyindən kənd təsərrüfatı, 

xüsusilə də suvarma qurğuları və tikinti işlərində geniş istifadə edilirdilər. 



Əhəmənilər  imperiyasının  şərq  əyalətlərində,  Şərqi  İran  və  Mərkəzi 

Asiya  satraplığında  köləlik  institutu  zəif  inkişaf  etmişdir.  Əhə-  nıənilərin 

rəsmi dini olan zərdüştlüyün əsas dini ədəbiyyatı - Avesta- da qullar çox az 

xatırlanır.  Qərb  satraplığlanna  nisbətən  İranda  köləliyin  özünəməxsus 

cəhətləri  mövcud  olmuşdur.  İran  dövləti  yaranana  qədər  farslarda  qul 

institutu  patriarxal  xarakter  daşımış  və  ciddi  iqtisadi  təsir  əhəmiyyəti 

daşımamışdır. Digər Şərq ölkələrində olduğu kimi, Əhəmənilər dövlətində 

də nəinki təbəələr, həmçinin yüksək vəzifəli əyanlar, o cümlədən satraplar 

şahın qullan hesab edilirdi. 

Qədim  İranda  qul  “banda”  termini  ilə  ifadə  edilirdi.  “Bağlamaq” 

anlayışı  verən  bu  termin  həm  də  şahdan  və  ya  satrapdan  ümumi  asılılığı 

bildirirdi.  Fars  ailələnrində  qeyri-məhdud  hakimiyyətə  malik  olan  ata  öz 

uşaqlarından  qul  kimi  istifadə  etmək  hüququna  malik  idi.  Bu  baxımdan 

“qrda” termini ilə ifadə edilən qul ifadəsi ilk vaxtlar “ev köləsi” mənasını 

verirdi.  Aramey  və  babil  niətnlərində  “qarda”,  Perspoldakı  elam 

sənədlərində  “kurtaş”  kimi  ifadə  edilmişdir.  Göstərilən  mətnlərdə istifadə 

edilən  kurtaş  termini  şah  və  ya  əyanların  təsərrüfatında  çalışanlara  aid 

edilirdi. Adətən kurtaş sözü “yığıb-yığışdıran” mənasında da işlədilirdi. 

Mənbələrdə kurtaşlar ilk növbədə Perspol şəhərində, şəhəri sarayları ilə 

birlikdə tikən daşyonanlar, xarratlar, dəmirçilər, zərgərlər, heykəltaraşlar və 

digər  peşə  sahibi  olan  sənətkarlardan  ibarət  qrup  kimi  göstərilirdilər. 

Kurtaşlar  təsərrüfata  daxil  olan  heyvanlara  da  qulluq  edirdilər.  İranda  və 

Elamdakı iri şah təsərrüfatına daxil olan mal-qaraya baxan kurtaş-çobanlar, 

menhtərlər, həmçinin sərrabçılar çaxır hazırlayanlar mövcud olmuşdular. 

Əhəmənilər  dövlətində  ayrı-ayrı  əyanlara  məxsus  torpaq  sahələrində 

yaşayan  azad  əhali  yüksək  rütbəli  vəzifəli  şəxsin  saxlanılması  üçün  ilin 

müəyyən olunmuş müddətlərində onun təminatını icra etməli idilər. Perspol 

sənədlərində  göstərilirdi  ki,  yüksək  rütbəli  məmurlar  müxtəlif  şəhər  və 

kəndlərdən ərzaq alırdılar. 

Banalitet hüququna malik olan məmurlara hər bir yaşayış məntəqəsinin 

sakinləri ciddi olaraq müəyyən edilmiş qrafıkə uyğun olaraq ərzaq gətirməli 

idilər. Günlərin sayı və ərzağın həcmi kənd 



10 


və şəhərlərin iri və ya kiçik olmasından asılı idi. Şah fərmanları ilə imtiyaz 

hüququ  almış  əyanlara  töyçü  pulla  deyil,  natura  ilə  ödənilirdi.  Sıravi 

məmurlar dövlət təsərrüfatmdakı fəaliyyətinə görə nisbətən aşağı təminat 

kateqoriyasına aid edildikləri üçün natura olaraq arpa, xurma, at, meyvə və 

pivə alırdılar. 

İri  mülk  sahiblərinin  xüsusi  hərbi  qoşunu,  inzibat-məhkəmə  aparatı, 

polis  məmurlan  və  idarəetmə  stmkmrunda  çalışan  xəzinədarları, 

hesabdarları olmuşdur. Hakimiyyətlərinə toxunulmamış Kilikiya, həmçinin 

Finikiya şəhərlərinin hakimləridə iri torpaq mülkiyyətçiləri idilər. 

Əhəmənilər imperiyasının ən məhsuldar torpaqları faktiki olaraq şahın 

şəxsi  mülkiyyətində  olmuşdur.  Şah  torpaqlarının  icarəyə  verilməsi 

praktikası  mövcud  idi.  Şah  torpaqlarının  xüsusi  kateqoriyası  olan izbarru 

(“vergi qoyulan”) adətən şaha məxsus kanalların kənarlarında yerləşirdilər. 

Bu kateqoriyaya aid edilən torpaqlar suvarma kanalları ilə birlikdə icarəyə 

verilirdi. 

Əhəmənilər  dövründə  “hatm”  adlanan  torpaq  nadelləri  (“oxatanlar 

nadeli”)  hərbçilərə,  müəyyən  edilmiş  vergiləri  ödəmək  şərti  ilə  verilirdi. 

Döyüşçülər tərəfindən kollektiv şəkildə iri qruplarla becərilənlər torpaqdan 

yığılan məhsullar nabıra, bəzi hallarda qismən pulla şah xəzinəsinə daxil 

olurdu. Natura həm də dinc dövrdə hərbi mülkiyyətin yerinə yetirilməsinə 

xidmət  edirdi.  Torpaqdan  istifadənin  hatm  forması  hərbi  kolonların 

yerləşdirildiyi  ərazilərdə  nəinki  torpağın  əkib-becərilməsi,  həmçinin  də 

qmp  şəklində  sənətkarlıq,  dülgərçilik,  çəkməçilik,  dərziçilik  və  s.  işlərin 

yerinə yetirilməsinə də şərait yaradırdı. Torpaqdan istifadənin natura fonna- 

sının  icra  olunmasına  və  vergilərin  dövlət  xəzinəsinə  daxil  olunmasına 

məsuliyyət daşıyan məmur şaknu (“rəis”) adlanırdı. 

Əhəmənilər  imperiyasında  mövcud  olmuş  aspatum  -  “ilxı  nadeli” 

adlanan torpaq mülkiyyəti, nadelin bir hissəsinin əkib-becəril- məsini digər 

hissəsini isə dincə qoyulmasını və ya ilxının otarılma- smı nəzərdə tuturdu. 

Aspatum (“ilxı nadeli”) torpaqlarının icrayə verilməsi isə yəqin ki, onun bir 

hissəsinin  becərilməsini;  digər  hissəsində  isə  “qarayonca”lıqlarda  ordu 

üçün vacib olan döyüş atlarının bəslənilməsini nəzərdə tuturdu. 



11 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə