S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə15/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   11   12   13   14   15   16   17   18   ...   165

HÜQUQUN ƏSAS CƏHƏTLƏRİ 

Hüququn  mənbələri.  Hüququn  ilk  mənbəyi  uzun  müddət  adətlər 

olmuşdur.  Kanon  (kilsə)  hüququ  və  məhkəmə  təcrübəsi  (məhkəmə 

presedenti)  hüquq  mənbəyi  kimi  onun  zənginləşməsində  əhəmiyyətli  rol 

oynamışdır. Adət hüququ və kanon hüququ əsasında ailə  - nikah hüququ, 

vərəsəlik  hüququ  və  qismən  də  cinayət  hüququ  formalaşırdı. 

Qanunyaratmada  hakim  praktiklər  də  fəal  iştirak  edirdilər.  VI  Vaxtanqm 

Qanunnaməsi  isə  yaranmış  “boşluqla-  rı”  aradan  qaldırmağı  məhkəmə 

hakimlərinə həvalə edirdi. 

Gürcüstan feodal hüququnun ən qədim abidələrindən biri IV Baqratın 

(1027-1072) qanunları idi. Qanunnamədə o dövrün məhkəmə orqanları və 

məhkəmə prosesi öz əksini tapmışdı. 

XIV  əsrin  əvvəllərində  tərtib  edilmiş  “Çar  sarayının  nizam 

qaydaları”  və  “Dəstür-ül-əməl”  (nizamnamə,  təlimat)  adlı  hüquq 

toplularında  o  dövrdə  hüququn  tətbiq  olunması  barədə  məlumat  verilir. 

XVIII  əsrin  əvvəllərində  hazırlanmış  digər  “Dəstürüləməf’də  dövlətin 

vəzifəli  şəxsləri  və  onların  çar  əmlakından  istifadə  edilməsində 

səlahiyyətləri,  həmçinin  kəndli  mükəlləfiyyətlərinin  yerinə  yetirilməsi  və 

dövlət vergilərinin alınması tənzimlənirdi. 

Gürcüstanda  feodal  hüququnun  mühüm  mənbələrinə  Əzəmətli  V 

Georginin  qanunlar  toplusu,  Samtsexe-Satabaqo  knyazı  Beki  və  onun 

nəvəsi  Aqbuqanm  Qanunnaməsi  və  çar  VI  Vaxtanqm  Su-  debnikini 

(qanunlar külliyyatı) daxil etmək olar. 

Əzəmətli  V  Georginin  (1318-1346)  qanunlar  toplusu  1335-ci  ildə 

hazırlanmışdı. Georginin qanunları dağ ərazilərində yaşayan əhali arasında 

ictimai münasibətləri tənzim etməli idi. Çar Georgi qanunların hazırlanması 

şərtləri barədə göstərirdi ki, o dağlıq ərazi olan Araqvi və Ksaniyə səyahət 

edərkən  bu  qanunların  tərtib  olunması  zərurəti  ilə  qarşılaşmışdı.  Belə  ki, 

əvvəlki gürcü çarları bu ərazidə olan xalqlar üçün xüsusi qanun verməmiş, 

onlar adət hüququna əsaslanan qanunlarla yaşayırdılar. Lakin bu qanunlar 

çoxsaylı  özbaşınalıqlar  və  zorakarlıqlarla  pozulurdu.  Bu  xalqlar  arasında 

birbirinə xəyanətkarcasına basqın etmə, qəsrlərdə soyğunçuluq, quldurluq 

45 



törətmək,  qətllər,  başqasının  arvadını  oğurlamaq,  zorakarlıqla  əmlakı  ələ 

keçirmə  və  digər  çoxsaylı  qanıınsıızlııq  və  bir-birinə  nifrət  və  s. 

ədalətsizliklər  mövcud  idi.  V  Əzəmətli  Georgi  dağlı  tayfalar  arasında 

özünün  verdiyi  Qanunnamənin  tətbiq  edilməsinə  çalışmışdı.  V  Georginin 

qanunları əsasən cinayət hüququ sahəsinə aid normaları özündə birləşdirirdi. 

V Georginin Qanunnaməsi bu tayfalar arasında mövcud olan qan intiqamını 

nəinki  ləğv  edir,  əksinə  onu  qanuniləşdirirdi.  Belə  ki,  qanun  ərə  onun 

arvadını oğurlamış adamdan qisas almağa icazə verirdi. Arvadı oğurlanmış 

kişi, öz düşmənini tapıb qətlə yetirər və onun evini, əmlakını talayıb yandıra 

bilərdi. 

Çar  V  Georginin  Qanunnaməsi  feodal  hüququnun  səciyyəvi  olan 

prinsipni silki bərabərsizlik və feodalların imtiyaz hüququnu təsbit edirdi. 

Əhalinin, ayrı-ayrı şəxslərin hüquqları onun sosial vəziyyətindən asılı olaraq 

qorunurdu. 

Qanunnamə qan intiqamını qan pulu ilə əvəz edilməsinə icazə verirdi. 

Əsas cəzalar kimi cərimələrdən geniş istifadə edilirdi. 

Gürcüstan hüququnun digər mənbəyini Samtsxe-Saatabaqo knyazlan 

Beki (1361-1391-ci illər) və onun nəvəsi Aqbuqanın (1444-1451-ci illər) 

tərtib etdiyi Qanunnamələr təşkil edir. Samtsxe Saatabaqo feodal sahibliyi 

uzunmüddət knyazlıq olaraq Gürcüstan çarından asılı deyildi, müstəqil idi. 

Osmanlı  imperiyasının  işğalına  qədər,  yəni  XVI  əsrədək  ən  nüflızlu 

müstəqil  knyazlıq  olan  Samtsxe  Sa-  atbaqo  hökmdarı  Beki  müstəqil 

qanunvericilik  fəaliyyəti  ilə  məşğul  olmuş  və  onun  nəvəsi  Aqbuqa 

Qanunnaməyə  əlavələr  edərək  V  Georginin  Qanunnaməsi  ilə  müqayisədə 

feodalizmin  daha  çox  inkişaf  etmiş  mərhələsi  üçün  daha  mükəmməl 

qanunvericilik  bazasını  yarada  bilmişdi.  Cinayət,  mülki  və  məhkəmə 

hüququnu  özündə  birləşdirən  170  maddədən  ibarət  Beki  və  Aqbuqanın 

Qanunnaməsi  bütün  Gürcüstan  çarlığına  şamil  edilməsə  də  bütövlükdə 

Gürcüstan  hüquq  qanunvericiliyi  tarixində  böyük  əhəmi}^ətə  malik  idi. 

Digər tərəfdən Qanunnamə hazırlanarkən onun müəllifləri bu və ya digər 

halda Gürcüstanda qüvvədə olmuş hüquqi aktlan da nəzərə almışdılar. 

Gürcüstan  feodal  hüququnun  mənbəyinə  Kartli  çarı  VI  Vaxtan-  qın 

təqribən 1707-1709-cu illər ərzində tərtib etdiyi Qanunnaməni 



46 


daxil  etmək  olar.  Çar  VI  Vaxtanqın  Qanunnaməsi  7  bölmədən  ibarət 

olmaqla 270 maddəni və giriş hissəsini özündə birləşdirirdi: 

1.

 

Musa  qanunları  (yəhudi  qanunları)  Tövratdan  (Bibliyanın  ilk  beş 



kitabı) çıxarış; 

2.

 



Bizans qanunları; 

3.

 



Mixtar  Qoşun  Alban  qanunnaməsindən  və  erməni  qanunlarından 

çıxanş; 


4.

 

Gürcü katolikoslarının qanunları; 



5.

 

V Georginin qanunları 



6.

 

Beki və Aqbuqanm Qanunnaməsi 



7.

 

VI Vaxtanqın özünün hazırladığı Qanunnamə. 



Çar VI Vaxtanqın özünün hazırladığı Qanunlar, yerli adət hüququ və 

məhkəmə  praktikası  bu  və  ya  digər  konkret  işlərdə  tam  normaları  əhatə 

etmədiyi  halda  çox  ehtimal  ki,  məhkəmə  hakimlərinə  digər  yuxarıda 

göstərilən  qanunlardan  istifadə  etməyə  icazə  verilirmiş.  Vaxtanq 

qanunnaməsi bütün gürcü çarlıqlarında və knyazlıq- larında istifadə edilirdi. 

Gürcüstan  Rusiya  imperiyasına  birləşdirildikdən  sonra  VI  Vaxtanqın 

Qanunnaməsi mülki işlərdə hüququ qüvvəsini saxlamaqla Rusiya İmperiya 

qanunlar külliyyatının X cildinə daxil edilmişdi. 



Mülkiyyət  hüququ.  Gürcüstanda  feodal  torpaq  mülkiyyəti,  dövlət 

mülkiyyəti  (divan),  çar  domeni  (xassə),  əsilzadə  əyanlara  məxsus  irsi 

mülkiyyət (malikanə, xüsusi), xidmət müqabilində olan mülkiyyət (iqta) və 

kənd icmalarına məxsus torpaqlardan ibarət olmuşdur. 

Dövlət mülkiyyətinə dövlət xəzinəsinə məxsus torpaqlar, fəth olunmuş 

ərazilər,  dövlətin  maliyyə  ehtiyatları  (qızıl,  qiymətli  əşyalar),  strateji 

əhəmiyyət  kəsb  edən  yollar,  körpülər,  meşələr,  Tiflis  və  Kutaisi  kimi 

“qədim şəhərlər” və s. aid idi. 

Çar domeninə, çar və onun ailəsinə məxsus olan torpaqlar daxil edilirdi. 

Malikanə (votçina) mülkiyyətinə aid olan torpaqlara irsi, satın alınmış, 

bağışlanmış, ianə edilmiş torpaqlar aid idi. Bu torpaq mülkiyyətinin hər biri 

müəyyən  hüquqi  rejimə  malik  idi.  Satın  alınmış  və  bağışlanmış 

votçinalardan (mülklər) sərbəst istifadə etmək hüqu 

47 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə