S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə14/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   10   11   12   13   14   15   16   17   ...   165

lər. Şuranın rəsmi akt və sənədlərini mühafizə edən xüsusi vəzifəli şəxs  - 

tavilidar  mövcud  olmuşdur.  Digər  feodal  dövlətlərində  olduğu  kimi, 

Gürcüstanda  da  məhkəmə  hakimiyyəti  ilə  inzibati  hakimiyyətin 

səlahİ3^ətləri  dəqiq  müəyyən  edilməmişdi.  Məmurlar  eyni  zamanda 

məhkəmə orqanı kimi də fəaliyyət göstərirdilər. XVIII əsrin ikinci yarısında 

Kartli çarı II İrakli (1762-1798) mərkəzi dövlət idarəçiliyini yenidən təşkil 

etməyə cəhd edəcək xarici əlaqələr, hərbi və maliyyə üzrə mərkəzi orqanlar 

yaradır.  Yerlərdə  uşel  rəisi,  qala  rəisi  və  kənd  starşinası  (ağsaqqalı) 

vəzifələri olmuşdur. 

XVIII  əsrin  ikinci  yarısında  Kartli-Kaxetiya  çarlığında  eristave 

vəzifəsi  ləğv  edilir  və  dövlət  məmuru  olan  mourovinin  başçılıq  etdiyi 

mourovluqlar  yaradılır.  Kəndlərdə  mourovlara  kənd  starşinaları 

(ağsaqqalları) kömək edirdi. 

Gürcüstanın  yerli  idarəçiliyində  çar  tərəfindən  təyin  edilən  əyalət 



hakimləri eristavilər  çox geniş səlahiyyətlərə malik olmuşdular. Eristavi 

hərbi,  inzibati  və  məhkəmə  işlərini  təşkil  edir,  vergiləri  bölüşdürür  və 

toplayır, onların bir hissəsini öz xeyrinə yığırdı. Eristavi vəzifəsinə ən varlı 

əyanların nümayəndəsi təyin edilirdi. Eristavilərin çox geniş səlahiyyətləri 

onlara  başçılıq  etdikləri  əyalətlərin  idarəçiliyində  mərkəzi  hakimiyyətdən 

asılılığa son qoymağa və ona qarşı mübarizəyə qoşulmağa imkan verirdi. 

Ayrı-ayrı knyazlıq və feodal domenlərində knyazlar və zadəganlar öz 

təbəələrinə qarşı amansız məhkəmələr quraraq ağır cəzalar verirdilər. Çar 

domeneninə daxil olan şəhər və kəndlərdə inzibati və məhkəmə hakimiyyəti 

xüsusi vəzifəli çar məmurlarına mourovlara  həvalə edilirdi. Mourovlarm 

məhkəmə səlahiyyətləri də ən aşağı instansiya kimi mövcud olmuşdur. Bəzi 

çar  domenlərində  məhkəmə  səlahiyyətləri  olmayan  mourovları,  xüsusi 

məhkəmələr  əvəz  edirdi.  Xüsusi  məhkəmələr  Kartli  və  Kaxetiya 

knyazlarının  mdivanbəylərindən  ibarət  olurdu.  Digər  tərəfdən  mdivan- 

bəylər  məhkəməsi  daha  yüksək  instansiya  olmaqla  mourovlarm 

səlahiyyətlərinə daxil olmayan daha ciddi işləri araşdırırdılar. 

Gürcüstanda  şəhər  idarəçiliyi  feodalizmin  inkişaf  etməyə  başladığı 

IX-X əsrlərdə daha da təkmilləşir. Qədim dövrlərdən mövcud 



42 


olan  Gürcüstan  şəhərləri  tədricən  iri  ticarət-sənətkarlıq  mərkəzlərinə 

çevrilirdilər.  Çara,  iri  feodala  və  kilsəyə  məxsus  olmasından  asılı  olaraq 

şəhərlərin müxtəlif kateqoriyalan fərqləndirilirdi. Şəhərlərdə çar tərəfindən 

ayn-ayrı  feodallara  və  ya  ruhanilərə  müvəqqəti  və  ya  vərəsəliklə  torpağa 

sahiblik  hüququ  verilirdi.  Çar  hakimiyyətinə  aid  edilən  Tiflis  və  Kutaisi 

qədim şəhərlər kimi istisnahq təşkil etməklə feodallara bağışlanıla bilməzdi. 

Bu şəhərlərin idarə edilməsi vəzirlərdən birinin (xəzinadarlann ağsaqqalına) 

səlahiyyətinə daxil ediilirdi. Tifılis şəhərində ticarətin düzgün aparılmasına 

məsuliyyət  daşıyan  xüsusi  vəzifəli  polis  -  məlik  başçılıq  edirdi. 

Gürcüstanda  şəhər  hakimləri  əmirlər  əmiri  adlanırdı.  Onlar  aşağı 

instansiyalı vəzifəli şəxslərin və şəhər ağsaqqallarının köməyi ilə idarəçiliyi 

təşkil  edirdilər.  XVIII  əsrdə  şəhər  hakimləri  olan  mouro-  vilərin  yanında 

xüsusi  aparat  yaradılırdı  ki,  onun  tərkibinə  tacirlərin  nümayəndəsi  olan 

mamasaxilisi  və  şəhər  polisi  -  məlik  daxil  idi.  Varlı  şəhərlilər  öz  fəxri 

nümayəndələri  olan  kəndxudalan  (“şəhərin  atası”)  mourovilərin 

məsləhətçisi kimi göndərirdilər. 

Gül  ..  ustanda  bütün  vəzifələr  irsi  və  əvəzi  ödənilməklə  müəyyən 

edilirdi. Bu ya toplanan dəbbə pulu və rüsumlardan və ya əhalidən toplanan 

vergi  və  töyçülər  hesabına  ödənilirdi.  Rüsum  və  dəbbə  pulu  məhkəmə 

işlərindən və ya hər hansı mübahisələr həll edilərkən (barışıq pulu) alınırdı. 



Gürcüstan ordusu feodal qoşunundan ibarət idi. Ordu 6 hərbi dairəyə 

(sərdarhğa)  bölünürdü.  Hərbi  dairələrə  sərdarlar  komandanlıq  edirdi. 

Bütün  aznaur  və  knyazlar  müvafiq  sərdarhqdakı  qoşunun  tərkibinə  daxil 

olaraq həmin sərdarın komandanlığım qəbul edirdi. 

Məhkəmə  orqanları  dövlət,  malikanə  və  kilsə  məhkəmələrində 

birləşirdi.  Hakim  vəzifəsi  irsi  müəyyən  edilirdi.  Çar  istənilən  işləri 

araşdırmaq səlahiyyətinə malik idi. Xəyanət, çar fərmanlarını əldə etmək və 

onları  məhv  etmək,  çar  xəzinəsindən  oğurluq  etmək  kimi  cinayətlər 

müstəsna olaraq çar məhkəməsinin səlahiyyətinə daxil idi. Bəzi hallarda çar 

özü  katolikosla  birlikdə  mühakimə  edirdi.  Dövlət  Şurası  iri  feodallar  və 

monastırlar  arasındakı  torpaq  iddiaları,  mühüm  siyasi  cinayət  işləri  və  s. 

əhəmiyyətli məsələləri 



43 


araşdırırdı.  Qurucu  Davidin  məhkəmə  islahatına  müvafiq  olaraq  ali 

məhkəmə flınksiyasım icra edən vəzifəli şəxs kimi “baş vəzir”, apellyasiya 

instansiyası və vəzifəli şəxs kimi məhkəmə qərarlarından edilən şikayətlərə 

baxırdı. 

XVI-XVIII  əsrlərdə  ali  məhkəmə  orqanlarına  daha  bir  orqan  xüsusi 

məhkəmə heyəti əlavə edilir. Yeni orqan çar və ya knyaz tərəfindən xüsusi 

hallarda  təyin  edilirdi.  Yerlərdə  məhkəmə  hakimiyyətini  divanbəyi  (baş 

hakim),  mouravi  və onun müavinləri,  xevistavi,  seçilmiş  kənd hakimləri 

icra edirdilər. Məhkəmə kollegiyasına başçılıq edən divanbəyi qətl, zorlama 

və s. bu kimi ağır cinayət işlərinə baxırdı. Onun sərəncamında köməkçi və 

məhkəmə qərarlarının icrasını yerinə yetirən yasaullar olmuşdur. Kəndlərdə 

oğurluq  və  soyğunçuluq  kimi  cinayətlərlə  mübarizə  aparan  xüsusi 



məhkəmə orqanına xevistavi başçılıq edirdi. Mouravilər kəndlərdə xırda 

mülki və cinayət işlərini araşdırırdılar. Kəndlərdə kiçik torpaq mübahisələri 

və s. əhəmiyyətsiz işlərə kənd əhalisi tərəfindən seçilən hakimlər  (“kənd 

kişiləri”) baxırdılar. Kənd starişnala- rınmda məhkəmə səlahiyyəti mövcud 

olmuşdur.  Onlar  qonşular  arasında  mübahisələri  həll  edir,  mouravi, 

xevistavi və kənd məhkəmələrinə kömək edirdilər. 

Votçina  (malikanə)  məhkəməsi  feodalın  özü  və  onun  təyin  etdiyi 

hakim  tərəfindən  aparılırdı.  Lakin  votçina  məhkəmələrindən  mühüm 

cinayət  işləri  alınaraq  dövlət  ədliyyə  orqanlarına  verilirdi.  Feodallar 

arasında  mübahisə  və  iddiaları  həll  etmək  üçün  münsiflər  məhkəməsi 

yaradılırdı. 

Kilsə  məhkəmələrinin  də  əhəmiyyəti  bÖ3dik  idi.  Onlar  kilsə 

mübahisələrini,  din  və  kilsə  əleyhinə  olan  cinayətləri,  həmçinin  ailə  və 

mənəvİ5^at  əleyhinə  olan  işləri  araşdırırdılar.  VI  Vaxtanqın  qanunlarına 

görə  ali  dini  məhkəmə  instansiyası  katolikos  məhkəməsi  idi.  Burada 

allahsızhq, kafirlik, atanın öldürülməsi, oğlun öldürülməsi kimi cinayətlər 

araşdırılırdı. 



44 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə