S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə13/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   9   10   11   12   13   14   15   16   ...   165

D

ÖVLƏT QURULUŞU

 

Gürcüstan  ərazisində  ibtidai-icma  quruluşunun  dağılmasından  sonra 

yaranmış  dövlət  qurumlarının  dövlət  quruluşunu  xarakterizə  edərək 

göstərmək olar ki, bu dövlətlərdə çarın başçılıq etdiyi monarxiya quruluşu 

üstünlük təşkil etmişdi. Monarx ieraedici, qanunverici, məhkəmə və hərbi 

hakimiyyəti özündə birləşdirirdi. Onun şəxsiyyəti ilahiləşdirilirdi. Dövlətin 

idarə edilməsində monarx məmurlara və hərbi qulluqda olanlara arxalanırdı. 

“Kartlis  Tsxovreba”  salnaməsi  Gürcüstanda  dövlətin  yaranmasını 

e.ə.rV-III əsrlərdə çar Famavazın adı ilə bağlayır. Çar Famavaz nəsli qəbilə 

qunıluşunun dağıldığı dövrdə Kartlis (Gürcüstan) dövlətini yaradaraq onu 

inzibati dairələrə bölür və eristaviləri dairələrə hakim təyin edir. E.ə. I əsrdə 

mövcud olmuş İberiya dövləti haqqında Strabonun verdiyi məlumata əsasən 

dövləti  iki  çar  idarə  edirdi.  Hər  iki  hökmdar  çar  nəslindən  olmaqla 

mamasaxilisi  (ağsaqqal)  adlamrdı.  Məhkəmə  hakimiyyəti  və  hərbi 

komandanlıq  səlahiyyətinə  malik  çarlar  dövlətin  idarə  olunmasında 

kaliinlərin də köməyindən istifadə edirdilər. 

Gürcüstanın  feodallaşması  prosesində  dövlət  quruluşunda  da 

təkmilləşmə  baş  verir.  Çarlardan  vassal  aslılığında  olan  iri  feodallar 

dövlətin idarə olunmasında fəal iştirak edirlər. 

Bütün  feodalizm  dövründə  Gürcüstanda  daim  feodal  pərakəndəliyi 

davam  etmişdir.  Hətta  XI-XIII  əsrin  əvvəllərindən,  o  cümlədən 

Q

URICU 


Davidin  hakimiyyəti  illərində  (1089-1125),  çar  hakimiyyətinin  ən  güclü 

dövründə,  mərkəzləşmiş  dövlətin  qüvvətləndiyi  vaxtlarda  Gürcüstan 

mənbələrdə vahid çarlıq deyil “çarlıqlar” adlandmlırdı. Sonralar mənbələr 

“yeddi çarlıq” haqqında məlumat verirdi. Gürcü çarlan həmişə, o cümlədən 

birləşmədən sonra da didebullarm öz to- paqlarındakı sahiblik və idarəçilik 

hüququ ilə hesablaşmalı olurdular. 

XV  əsrin  sonlarında  knyazların  separatizmi  çox  güclənir.  XVI  əsrdə 

Gürcüstan  qəti  olaraq  müstəqil  çarlıqlara  və  knyazlıqlara  bölünür.  Öz 

növbəsində  onlar  da  müstəqil  feodal  sahibliyi  olan  sata-  vadolara 

bölünürdülər. Son feodalizm mərhələsində Gürcüstanda üç çarlıq: Kartli, 



Kaxetiya və İmeretiya və bir neçə knyazlıq: 

39 


Samsexe-Saatbaqo,  Menqereliya,  Quriya,  Svanetiya  və  Abxaziya 

mövcud olmuşdur. XVI-XVIII əsrlər hüdudunda onlar ayrı-ayrı çarlıqlarda 

və  knyazlıqlarda  birləşsələr  də  sonradan  yenidən  ayrılırdılar.  XVIII  əsrin 

ikinci  yarısında  Kartli  və  Kaxetiya  çarlıqları  vahid  Kartli  Kaxetiya 

çarlığında birləşərək sonralar ilk olaraq Rusiya imperiyası tərkibinə daxil 

olurdular. 

Feodalizm  dövründə  Gürcüstanda  ali  hakimiyyət  çara  məxsus 

olmuşdur. Dövlətə başçılıq edən çar “çarlar çarı” titulunu qəbul etmişdi. XII 

əsrin  sonlarında  gürcü  çarı  David  “şahənşah”  (Sasanilər  titulu)  və  qısa 

müddət  ərzində  Şirvanı  tabe  etdiklərinə  (1116-cı  ildə)  görə  şirvanşah 

titulunu qəbul etmişdi. Gürcüstanda çar hakimiyyəti irsi xarakter daşıyırdı. 

Qanunla ali hakimiyyət bütövlükdə çara məxsus olsa da, əslində o, yalnız öz 

domenini (mülkünü, malikanəsini) idarə edirdi. Ümumdövlət əhəmiyyətli 

məsələləri  həll  edərkən  çarın  hakimiyyəti  iri  dünyəvi  və  kilsə  feodalları 

tərəfindən  məhdudlaşdırılırdı.  Belə  ki,  çar  qanunvericilik  fəaliyyətində 

Dövlət  Şurası,  xarici  siyasət  məsələlərində  isə  Vəzirlər  Şurası  ilə 

hesablaşmalı olurdu. 

Q

URICU 


Davidin hakimiyyəti illərində çox güclənmiş 

və qiyamçı didebulları təslim etmiş mərkəzi hakimiyyət tam səlahiyyətləri 

daxilində fəaliyyət göstərirdi. 

Gürcüstanın ali dövlət idarəçiliyinin mühüm orqanlarından, biri çariça 

Tamaranın  dövründən  daimi  fəaliyyət  göstərən  Dövlət  Şurası  (Darbazi) 

olmuşdur. 

Darbazinin  tərkibinə  ali  dünyəvi  və  dini  feodallar,  həmçinin  vilayət 

hakimləri  olan  erstavilər  daxil  idi.  Albaniyadakı  Dərəcə  fərmanında 

(“Qaxnamak”) olduğu kimi, Dövlət Şurasının yığıncaqlarında da onun hər 

bir  üzvü  vəzifəsindən  və  mənsubiyyətindən  asılı  olaraq  masa  arxasında 

onlar  üçün  çox  ciddi  olaraq  müəyyən  edilmiş  yerdə  əyləşirdilər.  Burada 

feodal patronomiyasmın  əhəmiyyəti,  çar ailəsilə  qohumluğ  əlaqələri,  dini 

mövqeyi  və  s.  nəzərə  alınırdı.  XVIII  əsrdə  Kartli  Kaxetiya  çarlığında 

darbazi bÖ

30İk və kiçik şuralara bölünərək fəaliyyət göstərirdi. Böyük Şura 

təntənəli mərasimdə çara tacqoyma, xarici səfirləri və ya hörmətli qonaqları 

qəbul edərkən, həmçinin çox mühüm məsələlər müzakirə edilərkən top 

40 



lanırdı. Kiçik Şura isə çann yanında daimi fəaliyyət göstərən orqan olmaqla 

onun az sayda yaxın adamlanndan ibarət idi. Darbazinin səlahiyyətləri çox 

geniş  olmaqla,  onlara  qanunlann  verilməsi,  hərbi  işlər,  yüksək  vəzifələrə 

təyinatlar, şərti və şərtsiz torpaqların verilməsi, hakim sinfin imtiyazlarını 

müəyyən etmək və s. daxil idi. 

Gürcüstanın  ali  dövlət  idarəçiliyində  mühüm  orqanlardan  biri 



Vəzirlər Şurası (“Savaziro”) idi. Əvvəlcə dörd, XII əsrdən isə Şurada altı 

vəzir  fəaliyyət  göstərirdi.  Onlar  çar  yanındakı  Savaziro  Şurasında 

birləşirdilər.  Vəzirlər  dövlət  idarəçiliyinin  müxtəliif  sahələri  üzrə,  0 

cümlədən  hərbi,  daxili,  maliyyə,  saray  və  s.  fəaliyyət  göstərirdilər.  Vəzir 

başçılıq  etdiyi  nazirliyin  işlərini  təşkil  edir,  tabeliyində  olan  məmurları 

istiqamətləndirirdi. Savazironun (Vəzirlər Şurası) tərkibinə çar, altı vəzir və 

onun  iki  köməkçisi  daxil  idi.  Vəzirlər  Şurasına  “vəzirlər  vəziri”  başçılıq 

edirdi. O, “Savaziro”ya sədir- lik edir, dəftərxananın işini təşkil edirdi. İlk 

vaxtlar  Vəzirlər  Şurası  çar  hakimiyyətinin  dayağı  olmaqla  ölkənin 

möhkəmlənməsinə  çalışırdı.  Ayn-ayrı  vəzirliklərin  köməyi  ilə  çar 

hakimiyyəti  Darbazini  özündöıi  asılı  etməyə  çalışırdı.  Lakin,  vəzir 

vəzifəsinin  özünə  böjdik  hakimiyyət  səlahiyyəti  olan  iri  feodalların  təyin 

edilməsi  mənfi  nəticələr  verirdi.  Belə  ki,  zaman  keçdikcə  Vəzirlər  Şurası 

özü tavadların (iri knyazlar) senaratçıhğına dəstək verərək irticaçı kimi çıxış 

edirdi. 

Son feodalizm mərhələsində (XVI-XVIII əsrlər) Gürcüstan çarlığında 

və  knyazhqlannda  mərkəzi  idarəçilik  aparatı  əsasən  saray-malikanə 

xarakteri  daşıyırdı.  Saray  hakimi  vəzifəsinin  (franklardakı  ma-  yordoma 

oxşar)  rolu  artaraq  mərkəzi  və  yerli  idarəçilik  üzrə  bütün  səlahiyyətləri 

özündə  birləşdirmişdi.  Saray  hakiminin  tabeçiliyində  baş  xəzinadar  və 

xəzinadar masabəyi, katib və s. ştatlar olmuşdur. 

Son feodalizm dövründə Gürcüstan dövlətində ali inzibati, maliyyə və 

məhkəmə  orqanı  səlahiyyətlərini  icra  edən  Şura  fəaliyyət  göstərirdi.  Çar 

yanında yaradılmış Şuranın tərkibinə vəliəhd (varis), xüsusi təyinatlar üzrə 

şahzadə, Kartli və Kaxetiya tavadlarmdan təyin edilən baş hakimlər divan 

bəyləri daxil idilər. Çar və Şura yanında eyni zamanda məhkəmə hakimləri 

funksiyasını  icra  edən  xüsusi  təyinatlı  məmurlar  -  mdivan  və  yasaullar 

fəaliyyət göstərirdi 



41 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə