S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə22/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   18   19   20   21   22   23   24   25   ...   165

Kilikiya  erməniləri  üçüncü  səlib  yürüşündə  xüsusilə  fəallıq  gös- 

tənnişdilər.  Misir  məmlükü  Səlahəddin  Əyyubunin  1187-ci  ildə  Qüdsü 

tutması  ilə  üçüncü  səlib  yürüşü  (1189-1191)  başladı.  Səlib  yürüşündə 

Alman  imperatom  I  Fridrix  Barbarossa  Tavr  dağlarından  keçərkən 

qoşunu ilə birlikdə azmış və Kilikiya ermənilərinin çarı II Levonun göstərişi 

ilə onlara kömək edilmişdir. Əvəzində I Fridrix (1152-1190) ermənilərin çar 

hakimiyyətinə  layiq  olduğunu  bildirmiş  və  sonralar  bu  öz  nəticəsini 

vermişdir.  II  Levon  I  Fridrixin  sələfi  VI  Henrixə  və  papa  III  İnnokentiyə 

müraciət edərək onun hakimiyyətini tanımağı xahiş edir. Alman imperatom 

və Roma papası II Levonun xahişini qəbul edərək Kilikiya hakimiyyətini 

tanıyırlar. 

Avropa ölkələrindən dəstək alan II Levon ərazilərini genişlən- dimıəklə 

yanaşı sənətkarlığın və ticarətin inkişafına da diqqət yetirirdi. Kilikiyanın 

paytaxtı Tars, sonralar isə Sis şəhərləri olmuşdur. 

II  Levonun  kişi  varisi  olmadığına  görə  Rubenilərin  qadın  xətti  üzrə 

qohumları  arasında  hakimiyyət  uğrunda  mübarizə  başlayır.  Gərgin 

mübarizədə Hetumilər sülaləsinin nümayəndəsi qalib gələrək hakimiyyəti 

mənimsəyir. I Hetumun dövründə (1226-1270) Kilikiaya çarlığında daxili 

və xarici vəziyyət gərginləşir. 1204-cü ildə Konstantinopolun tutulması ilə 

nəticələnən  dördüncü  səlib  yürüşləri  zamanı  yaradılmış  Latın  imperiyası 

1261-ci ildə süqut edir. 1270-ci ildə səkkizinci Səlib yürüşü Avropalıların 

tam  məğlubiyyəti  ilə  nəticələnir.  Yenidən  bərpa  edilmiş  Bizans 

(1261-1453)  əvvəlki  qüdrətinə  çata  bilmədi.  Xaçlılara  arxalanan  Kilikiya 

erməni dövlətində sülalə daxili çəkişmələr daha da güclənirdi. 

Kilikiya  çarlığı  VI  Levonun  (1365-1375)  dövründə  tamailə  tənəzzül 

edir.  Kilikiyaya  hücum  etmiş  Misir  məmlükləri  ölkəni  tamamilə 



dağıdır və beləlikə, çarlıq süqut edir. 

XIV  əsrin  sonlarında  Qızıl  Orda xanı Toxtamış,  sonra  Əmir  Teymur 

(1370-1405)  bütün  Cənubi  Qafqazı,  o  cümlədən  müasir  Ermənistan 

ərazisini  işğal  edir.  Teymurun  vəfatından  sonra  Qaraqoyunlu  və 

Ağqoyunlu,  daha  sonra  isə  Azərbaycan  Səfəvilər  dövləti  bu  ərazilərdə 

hökmranlıq edirdilər. XIV-XV əsrlərdə Ararat vilayətinin və müsəlmanlar 

tərəfindən salınmış İrəvan şəhərinin əhəmiy 

66 



yəti artır. 1441-ci ildən erməni katolikoslıığu Eçmiədzinə (“üç məscidə”) 

köçürülür. 

Rusiya  imperatoru  I  Pyotr  (1682-1725)  ermənilərə  Cənubi  Qafqazda 

öz  strateji  müttəfiqi  kimi  baxırdı.  Bir  xristian  dövləti  olmaqla  ermənilər 

Rusiyanın  Qafqazdakı  maraqlarının təmin  edilməsində  əsas alət,  müttəfiq 

“forspost” (dayaq məntəqəsi) idilər. İsra- el Ori Rusiyaya gedərək I Pyotra 

müraciət  etmiş  və  dövlət  qurumu  olmayan  erməniləri  öz  himayəsinə 

götürməyi xahiş etmişdi. Rusiya imperiyası çoxdan arzuladığı, Qafqaz və 

Şərq siyasətinə rəvac verə biləcək bu çağrışı həvəslə qəbul edir. Hətta İ.Ori 

hərbi  xidmətə  götürülür  və  I  Pyotr  tərəfindən  Qafqazda  erməni  dövləti 

yaratmaq ümidilə İrana göndərilir. O, yolda ikən Həştərxan şəhərində ölür. 

1761-ci  ildə  daha  bir  erməni  İosif  Emin  Rusiya  imperiyasına  müraciət 

edərək  Ermənistan  dövlətinin  yaradılmasını  xahiş  edir.  Hindistandakı 

erməni koloniyaları da bu ideyanı müdafiə edirdilər. 

XVIII  əsrin  sonlarında  II  Yekaterina  Potyomkinin  komandanlığı  ilə 

Qafqaza  qoşun  göndərərək  ermənilərə  daha  bir  uğursuz  kömək  etməyə 

çalışır. Yalnız XIX əsrin I yarısında Rusiya təbəəliyinə keçmiş və ya zorla 

birləşdirilmiş  Azərbaycan  xanlıqlarının  tərkibində  Ermənistan  əraziləri 

Rusiyaya  ilhaq  edilir  və  gələcək  Ermənistanın  yaradılması  üçün  əlverişli 

şərait  yaranır.  İran  və  Türkiyə  ərazisində  minlərlə  erməni  ailələri 

Azərbaycana,  Yuxarı  Qarabağ  ərazisinə  köçürülür.  İrəvan  xanlığı 

ərazisində eyni siyasət davam etdirilir. 



ICTİMAİ QURULUŞ 

II  Tiqran  dövrü  istisna  olmaqla,  bu  və  ya  digər  böyük  dövlətlərin 

vassalhqlarma  və  ya  sadəcə  inzibati-ərazi  vahidlərinə  daxil  olmuş 

Ermənistanın ictimai, o cümlədən müstəqil dövlət quruluşundan bəhs etmək 

olmayan  haqqında  danışmaqla  müqayisə  etməyə  oxşasa  da,  hər  halda 

süzerenlik  münasibətləri  daxilində  ermənilərin  ictimai  quruluşunu 

öyrənmək zərurəti yaranır. Quldarlıq dövründə istehsal 

67 



vasitələrinə münasibətlərindən asılı olaraq əhali hakim quldar və qullardan 

(mşak)  ibarət  olan  iki  sinifə  bölünürdü.  Əhalinin  azad  təbəqəsini  icmaçı 

kəndlilər, sənətkarlar və tacirlər təşkil edirdi. Digər Şərq ölkələrində olduğu 

kimi, quldarlıq münasibətləri klassik formaya 3äiksəlməmiş, patriarxal, ev 

köləliyi səviyyəsində olmuşdur. 

Quldarlıq dövrü üçün xarakterik olan torpaq mülkiyyətinin üç forması: 

dövlət (çar), xüsusi (məbədlərin, hərbçi və məmurların) və kollektiv (kənd 

icmalarının torpaq mülkləri) mülkiyyəti üstünlük təşkil edirdi. 

Kənd  icmaları  quldarlıq  ictimai  münasibətlərinin  daha  da  inkişaf 

etməsinə  əngəl  törədirdi.  Şəx  əsən  azad  kəndlilərdən  ibarət  olan  kənd 

icması,  müəyyən  ərazi  daxilində  kollektiv  mülkij^ət  hüququna  malik 

olmaqla  fərdlərin  elliklə  bir-birinə  zəmanətlə  bağlanmasına  əsaslanırdı. 

Kənd  kollektivi  torpaqdan,  sudan,  yollardan,  körpülərdən  və  s.  istifadəyə 

görə çarın xeyrinə pul, natural, hərbi və s. mükəlləfiyyətlər icra etməli idilər. 

Kəndlərə komarxlar (yunanca ağsaqqal) adlanan ağsaqqallar başçılıq edirdi. 

Feodalizm  dövründə  olduğu  kimi  cəmiyyət  hakim  feodallardan  və 

feodaldan  asılı  kəndlilərdən  ibarət  idi.  İlk  erməni  feodallarını  kənd 

ağsaqqallarından  ibarət  olan  komarxlar  təşkil  edirdi.  Hər  bir  nəslin 

ağsaqqalan  hesab  olunan  terlər  həm  icma  üzvlərinin  torpaqlarını  zəbt 

etməyə  başlayır  və  tədricən  icma  üzvlərini  özlərindən  asılı  vəziyyətə 

salırdılar. 

Arşakilər  sülaləsi  dövründə  feodallaşma  prosesi  daha  da  sürətlənir. 

Onlar hərbi və məmurluq xidməti əvəzinə aristokratiyanı torpaq sahibliyi ilə 

mükafatlandırırdılar. Nəsli aristokratiyanın nümayəndələri olan terlər və ya 

sonralar  nahararlar  adlanan  iri  feodalların  mövqeyləri  daha  da 

möhkəmlənirdi.  Nahararlar  irsi  knyazlıq  hüququ  əldə  etməklə  asılı 

kəndlilərə,  feodal  qəsrinə,  qoşuna  və  bayrağa  malik  idilər.  Onların  geniş 

immunitet (üstünlük) hüquqlarına idarəçiliyin müxtəlif sahələri, o cümlədən 

əhalidən vergi toplamaq və məhkəmə hakimiyyətini həyata keçirmək də aid 

edilirdi. Nahararlarm çarlardan vassal asılılığı çox zaman nominal xarakter 

daşıyırdı. 

68 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə