Şəhərlər və kəndlər qəbilə və tayfaların dağılmasına səbəb olur



Yüklə 15,41 Kb.
Pdf görüntüsü
tarix07.12.2017
ölçüsü15,41 Kb.
#14354


 



Şəhərlər və kəndlər qəbilə və 



  

  

 

tayfaların dağılmasına səbəb olur  

 

İlk  qəbilə  və  tayfaların  yaranması,  insan  toplumlarının 



meydana  gəldiyi  dövrə  təsadüf  edir.  Qəbilə  qan  qohumlarının 

birliyi,  tayfa  isə  paralel  şəkildə  mövcud  olan  eyni  qandan  olan 

qəbilələrin  birləşməsindən  və  ya  bölünməsindən  yaranan  birlik 

formasıdır.  Eyni  və  müxtəlif  soylu  qəbilə  və  tayfaların 

birləşməsindən  isə  qəbilə  və  tayfa  ittifaqları  birliyi  meydana 

gəlmişdir. 

Azərbaycanda  mezolit  dövründən  başlayaraq  digər 

canlıların  təsərrüfat  münasibətlərinə  cəlb  olunması,  bununla 

bərabər  ibtidai  dəmyə  əkinçiliyinin  meydana  gəlməsi  qəbilə  və 

tayfaların  bir  qisminin  köçəri  və  yarımköçəri  həyat  tərzinə 

keçməsini  şərtləndirmiş,  digər  qəbilə  və  tayfalar  üçünsə 

oturaqlaşması  üçün  zəmin  hazırlamışdır.  Məhz  bunun 

nəticəsində, paleolit dövrü də daxil olmaqla, mezolit dövründən 

başlayaraq  qəbilə  və  tayfaların  oturaqlaşma,  köçəri  və 

yarımköçəri  həyat  tərzində  yerdəyişmə  prosesləri  eneolit  dövrü 

də daxil olmaqla sonrakı dövrlərdə də davam etmişdir. 

Sənətkarlığın  inkişaf  etməsi,  dəmyə  əkinçiliyi  ilə  yanaşı, 

toxa  əkinçiliyinin  yaranması,  metaldan  və  saxsıdan  hazırlanan 

məhsulların meydana gəlməsi xüsusi mülkiyyətin inkişafı qəbilə 



 

və  tayfaların  qorunmasını  labüd  etmiş,  bu  dövrdən  başlayaraq 



ərazisi, ordusu, atributları olan tayfa ittifaqları, dövlət qurumları 

və  dövlətlər  yaranmağa  başlamışdır.  Dövlətlərin  yaranması  ilə 

qəbilə  və  tayfa  münasibətləri  sıradan çıxmamış, həm  quldarlıq, 

həm feodalizm, həm də kapitalizm dövründə mövcud olmuşdur. 

Məhz  bunun  nəticəsidir  ki,  orta  əsrlər  dövrü  də  daxil  olmaqla 

XX  əsrdə  də  yaranan  dövlətlərin  içərisində  qəbilə  və  tayfa 

münasibətlərinə əsaslanan dövlətlər mövcud olmuşdur. 

Hazırda dünya dövlətlərinin əksəriyyətində qəbilə və tayfa 

münasibətləri qalmaqdadır. 

 

XX  əsrdə  dünya  ölkələrində  pasportlaşma  prosesi  baş 



tutduqdan  sonra,  qəbilə  və  tayfaların  mövcudluğu  daha  bariz 

surətdə meydana çıxdı. 

  Ancaq  burada  bir  amil  qaçılmaz  hal  oldu  ki,  obalarda 

qəbilə  və  tayfaların  mövcudluğu  qorunsada  kəndlərdə  və 

şəhərlərdə  qəbilə  və  tayfalar  dağılmağa  məruz  qalırlar.  Buna 

səbəb  olan  amillər  içərisində  qəbilə  və  tayfa  nümayəndələrinin 

müxtəlif ərazilərdə yerləşməsi, o cümlədən nəsillərin dəyişməsi 

şərait  yaradır.  Buradan  çıxarış  edərək  bir  amili  xüsusi  qeyd 

etmək  lazımdır  ki,  həm  kəndlərdə,  həm  də  şəhərlərdə  bu  gün 

mövcud olan qəbilə və tayfa münasibətləri daimi deyil bir neçə 

nəsili əhatə etməkdədir. 



 

 



Qəbilə və tayfaların dağılmasına səbəb olan digər bir amil 

isə  miqrasiya  problemlərinin  mövcud  olmasıdır.  Kütləvi 

miqrasiyalar  nəticəsində  müxtəlif  regionlara  dağılan  qəbilə  və 

tayfa  üzvləri  zaman  keçdikcə  aralı  düşmüş  bunun  nəticəsində 

qəbilə və tayfaların kompakt şəkildə mövcud  olmaması onların 

süqutuna səbəb olmuşdur. 

 

Qərbi  Azərbaycandan  və  Dağlıq  Qarabağdan  qaçqın  və 



köçkün  düşmüş  Azəri  türkləri,  o  cümlədən  Özbəkistandan 

köçürülən  Axıska  türkləri  bu  problemlə  üzləşmiş,  bunun 

nəticəsində  mövcud  olan  qəbilə  və  tayfalar  dağılmağa  məruz 

qalmışdır. 

 

Hazırda  da  kəndlərdə  və  şəhərlərdə,  qəbilə  və  tayfaların 



birgə  yaşamamsı  bu  ailə  institunun  dağılmasına,  bununla 

bərabər  yeni  qəbilə  və  tayfaların  da  yaranmasına  səbəb 

olmaqdadır. 

 

Bakı  Dövlət  Universitetinin 



müəllimi  Əmirov  İsrail  Calal 

oğlu


 

Yüklə 15,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə