Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Neft-mexanika fakultəsi “Sənaye maşınları” kafedrası İxtisas: 050638 «Sənaye mühəndisliyi»



Yüklə 296,34 Kb.
səhifə1/7
tarix21.05.2023
ölçüsü296,34 Kb.
#111789
növüReferat
  1   2   3   4   5   6   7
Kurs isi prototip 2


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

Neft-mexanika fakultəsi


“Sənaye maşınları” kafedrası


İxtisas: 050638 - «Sənaye mühəndisliyi»
Кurs: III
Qrup: 441.20


KURS LAYİHƏSİ
«Avadanlıqların quraşdırılması və təmiri» fənni üzrə
Mövzu: « U-varı boru dəstli buxar fəzalı buxarlandırıcının quraşdırılması və təmiri texnologiyası »

Tələbə: İsayev.R.M


Rəhbər: dosent Hacıyeva.L.S
Kaf. müdiri: t.ü.f.d., dosent Aslanov C.N.


Bakı – 2023

.

REFERAT


"U-varı borulu istilikdəyişdiricinin quraşdırılması və təmiri texnologiyası" mövzusunda kurs işi 23 səhifə hesabat-izahat yazısından ibarətdir.


Hesabat-izahat yazısına giriş, üç bölmə, nəticələr va istifada edilmiş ədəbiyyatların siyahısı daxildir.
Girişdə aparatın quraşdırma və təmir işlərinin müasir neft emalı va kimya müəssisələrində yeri qısa şərh edilmişdir.
Birinci bölmədə aparatın konusturuksiyasının təsviri və quraşdırılma xarakteristikası, quraşdırma meydançasının hazırlanması, aparatın quraşdırılma üçün hazırlanması və aparatın quraşdırılması qaydaları verilmişdir.
İkinci bölmə takelaj vasitələrinin, konkret olaraq, kranın seçilmasi və istilikdəyişdiricini qaldırmaq üçün bağlanma kanatının hesabı va seçilməsinə həsrolunmuşdur.
Üçüncü bölmədə istilikdəyişdiricinin təmiri və sınağı ilə əlaqəli qaydalar verilmişdir. Kurs işini yerinə yetirərkən alınmış nəticələr üzərində yekunda dayanılmışdır.
Sonda isə istifadə olunmuş ədəbiyyatların siyahısı verilmişdir.
MÜNDƏRİCAT

Giriş......……………………….....……………………………………………5


1. Aparatın quraşdırılma üsulunun seçilməsi......…………..…………………9
1.1.Aparatın konstruksiyasının təsviri və quraşdırılma xatakteristikası….........9
1.2.Quraşdırma meydançasının hazırlanması....………………………………11
1.3.Aparatın quraşdırılma üçün hazırlanması..………………………………..12
1.4.Aparatın quraşdırılması……………………………………………………12
2. Takelaj tərtibatının hesabı və seçilməsi.……………………………………15
2.1. Kranın seçilməsi.........…………………………………………………….15
2.2. Kanat asqısının hesabı və seçilməsi..…………. …………………………15
2.3. Traversin hesabı və seçilməsi………………………………………….….17
2.4. Aparatı bağlamaq üçün kanatın hesabı və seçilməsi………………….…..17
3. Aparatın təmir texnologiyası və sınağı..…………………………………….19
3.1. Aparata texniki xidmət və onun təmir.……………………………………19
3.2. Aparatın sınağı..........……………………………………………………...22
Nəticələr...................………………………………………………………….. 23
Ədəbiyyat..................………………………………………………………......24
GİRİŞ

Müasir neft-kimya zavodlarında istilikdəyişdirici aparatlar ən çox istismar olunur aparatlardandır biridir. İstilikdəyişdirici aparatlar texnoloji prosesi saxlayaraq, çıxan axınların istiliyinin regenerasiyasını təmin edir, bununla da yanacağın, buxarın, həmçinin soyuducu agentlərin (su, hava və s.) sərfini azaltmaq imkanı verir. İstilikdəyişdiricilər aparatlar korrozion, toksiki, yüsək özlülü, yanğın və partlayış təhlükəli müxtəlif mühitlərdə istismar olunurlar. Onları 600°C temperatura və 16 Mpa təzyiqə qədər şəraitlərdə istismar edilirlər.


Neft emalı və neft-kimya zavodlarının tikintisində quraşdırma işləri ümumi işlərin 40-50 %-ni təşkil edirlər. Quraşdırılan avadanlıqların ixtisaslaşdırılmış zavodlardakı hazırlanma dərəcəsinin yüksəldilməsi quraşdırma işlərinin yerinə yetirilmə müddətinin azaldılmasına, onların keyfiyyətinin yüksəldilməsinə və istismar zamanı avadanlığın etibarlılığının artırılmasına imkan verir. İstilikdəyişdiricilərin texnoloji təyinatını nəzərə almaq vacibdir. İstilikdəyişdiricilərdə aparılan proseslərin xarakteri əhəmiyyətli dərəcədə onların konstruksiyasını təyin edir. Məsələn, buxarlandırıcılarda yaranmış buxarların tamamilə kənarlaşdırılmasını təmin etmək lazımdır:
Əgər istilik mübadiləsi buxarların kondensləşməsi ilə müşayiət edilərsə, onda kondensatın istilik mübadiləsi səthindən kənarlaşdırılmasını nəzərdə tutmaq lazımdır. Kurs işi U-varı borulu istilikdəyişdiricinin quraşdırılması və təmiri texnologiyasının işlənməsinə həsr olunmuşdur. Gövdəborulu istilikdəyişdiricilərin bu konstruksiyasında boruların sərbəst uzanması təmin edilir, nəticədə temperatur gərginliklərinin yaranma ehtimalı aradan qaldırılır.
Bu cür aparatlar gövdə və bir ədəd boru şəbəkəsi ilə U-şəkilli borulardan ibarət olan boru dəstindən ibarətdir. Boru şəbəkəsi, paylayıcı kamera ilə birlikdə aparatın gövdəsinə flǝns vasitəsilə bağlanır. Borularla axan istilikdaşıyıcının girişi və çıxışını ayırmaq məqsədilə, paylayıcı kamerada arakəsmə nəzərdə tutulmuşdur. Kurs işinin yerinə yetirilməsi gövdə-borulu tipli aparatların quraşdırılması və təmir texnologiyası ilə əlaqəli məsələləri daha dərindən öyrənməyə imkan verəcəkdir.

U-varı boruları olan gövdə - borulu aparatlarda boruların sərbəst deformasiyası təmin edildiyindən, gövdə və borular arasında temperatur gərginliyinin yaranma mümkünlüyü aradan qaldırılır. Aparat (Şəkil.1.1) gövdədən 2, bir şəbəkəli 3 boru dəstindən və U-varı borulardan 1 ibarətdir. Boru şəbəkəsi bölüşdürücü kamera ilə 4 birlikdə aparatın gövdəsinə flansla bərkidilir.


Borularla ikigedişli axın yaratmaq üçün bölüşdürücü kamerada uzununa arakəsmə 5 yerləşdirilmişdir. U-tipli istilikdəyişdirici borularla ikigedişli, borulararası fəza ilə isə bir- və ya iki gedişli ola bilərlər. Sonuncu halda aparatda (Şəkil.1.2) boru dəsti ilə birlikdə gövdədən 1 çıxarılan uzununa arakəsmə 2 yerləşdiilir.
Bu tip aparatlarda boruların sərbəst uzanmaları təmin edilir: hər bir boru gövdədən və qonşu borulardan tam asılı olmayaraq genişlənə bilirlər, ancaq gedişlər üzrə boru divarlarının temperaturlar fərqi 100 -dən artıq olmamalıdır. Əks halda şəbəkənin iki hissəsinin qovuşma xəttində temperatur sıçrayışı nəticəsində qorxulu temperatur gərginlikləri yarana bilər.
U-varı tipli aparatların üstünlüklərinə boruların xarıcı səthinin təmizlənməsi və boru dəstinin gövdədən dövri olaraq çıxarılma mümkünlüyünü aid etmək olar. Ancaq bu aparatların borularının xarici səthinin mexaniki təmizlənməsi rahat deyildir.
U-varı boruların əyilmiş hissələrinin daxili səthləri mexaniki üsulla təmizlənmədiklərindən, boruların içinə təmiz mühit verilir.
Boruların daxili səthlərini su, su buxarı, qaynar neft məhsulları və ya kimyəvi reagentlərlə təmizləyirlər. Bəzən hidromexaniki üsuldan (tərkibində abraziv material olan maye axını ilə təmizləmə) da istifadə olunur.
Quraşdırmanın rahatlığı və boruların şəbəkəyə birləşdirilmə düyünündə boruların və onların içilə axan mühitin kütlələrindən yaranan əyici gərginlikləri azaltmaq məqsədilə diametri 800 mm və artıq olan üfqi U-tipli istilikdəyişdiricilərin boru dəsti diyircəkli dayaqlarda yerləşdirilirlər.
Bu aparatların çatışmazlıqlarına boruların əyilməsinə görə gövdənin borularla nisbətən pis doldurulmasını aid etmək olar.



Şəkil 1.1. Borulararası fəzada ikigedişli U-varı borulu istilikdəyişdirici:


1-gövdə; 2-uzununa arakə



Yüklə 296,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə