Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü2,04 Mb.
#63587
növüYazı


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

Nurtəkin Atalının evinə “Qutsal Bitiqlərin 



Götürülməsi Törəni”nin 

 

Gediş Yazısı 

 

 İlsıra: 24 Günəş Ayı, 39-cu il; 

 

Yer: Nurtəkinin evi (Bakıxanov qəsəbəsi); 

 

Çağ: 15-00. 

 

 



 

Törən  odası  Ocaq  ruhuna  uyğun  biçimdə  hazırlanır:  stol  üstündə  çiçəklər,  qələm-



kağız, simgəsəl məşəl (şamlar), çəkiliş nəsnələri. İşə sorumlu: Nurtəkin, Güntay. 

 



Törən – “İnsan soluğlu, Bəşər Yönümlü Ata Ruhuna tapınırıq!” çağırışı ilə başlanır. 

 



“Ataya  Günorta  Ricası”,  “Təbiətdəki  Mütləqlə  Gündüz  Təması”  deyilir  –  Göylü, 

Güntay. 


 

Ocaq Yükümlüsünün Törən sözü dinlənilir. 

 

 



 

Göylü,  Nurtəkin  Bitiqləri  odaya  gətirib  söz  deyirlər.  Sonra  Soylu  Atalı  Bitiqləri, 

adlarını deməklə, bir-bir Nurtəkinə sunur. 

 



Ocaqçılar, başqa qatlımçılar qutlama sözü deyirlər. 

 



Törən Ataya səcdə ilə başa çatır. 

 

Günün carı: 



Qutsal Bitiqlərimizin ünvanlaşması – Yurdumuzun Ocaqlaşması! 

 

 

 Gediş Yazısını yazdı: Soylu Atalı. 

23 Günəş Ayı, 39-cu il. Atakənd. 

 

 



 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

Nurtəkin Atalının evinə “Qutsal Bitiqlərin 



Götürülməsi Törəni” 

 

 



 

Ocaq  Günsırası  ilə  24  Günəş  Ayı,  39-cu  ildə  (mart,  2017) Nurtəkin  Atalının  evinə  “Qutsal 

Bitiqlərin  Götürülməsi  Törəni” keçirildi. Törən  –  “İnsan  soluğlu,  Bəşər  Yönümlü  Ata  Ruhuna 

tapınırıq!” çağırışı ilə başlandı. Qurallar edildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə 

ilə sözünə başladı: Gələnəyimizin anlamı ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Biz qədim 

xalqıq. Bəşəriyyətin insani  mahiyyətini  özündə daha çox ifadə  edən bir  xalq  olmuşuq, bu gün bu 

azalsa  da.  Yəni  uca  keyfiyyətlər  insana  xasdır,  bəşərdən  gəlir,  o,  bizim  xalqımızda  çox  qabarıq 

şəkildə yaşayıb – birüzlülük, mərdlik, qeyrətlilik, ailəsevərlik, insansevərlik, bəşərsevrəlik. Xəyanət 

tanımayıb  babalarımız.  Hər  bir  xalqın  içində  əyri-üyrü  olanlar  var.  Bəzən  bu,  çoxluq  təşkil  edir. 

Ancaq əsas bir xətt olur. Bütövlükdə toplumun yönü o xəttə bağlı olur. Ona görə əyri də, doğru da o 

xəttə  tabe  olur.  Biz  xalq  haqqında  danışanda  onun  içində  doğru  olan  o  xətti  gözə  alırıq.  Yoxsa 

toplumda,  xalqda  o  qədər  əyri-üyrülər  var.  O  qədər  sarsaq,  xəyanətkar  var.  Ancaq  dediyim  kimi, 

xalqın  içində  bir  xətt  olur,  o  xətt  xalqı  ifadə  edir.  O  xətt  nədir  -  bu  xalqın  mayasında  xəyanət 

yoxdur. Siz də, mən də az-çox oxumuşuq, bilirik, bizim babalarımızda döyüşkənlik ruhu olub. Bu 

döyüşkənlikdə  mərdliklə  olub  hər  şey.  Arxadan  vurma,  aldatma,  hiyləgərlik  kimi  murdarlıqlar 

olmayıb.  Biz  o  xalqıq.  O,  bizim  üçün  ölçü  olub.  Onu  əsas  götürmüşük.  Əməl  edə  bilmişiksə, 

olmuşuq  o  ölçüyə  tabe.  Əməl  edə  bilməyənlərimiz  də  olub,  deyək,  əyri-üyrülərimiz. 

Mən  niyə  bunları  deyirəm?!  Biz  belə  bir  xalq  olmuşuq.  Sonra  bizim  bu  keyfiyyətlərimiz  sıradan 

çıxarılıb  zaman-zaman.  Qoruyub  saxlaya  biməmişik.  Nədən  o  keyfiyyətləri  qoruyub  saxlaya 

bilməmişik?  Çünkü  özümüzün  mədəniyyət  yönümüzü,  ruhsal  yönümüzü,  ruhsal  gələnəklərimizi 

qoruyub  saxlaya  bilməmişik.  Ruhsal  gələnəyi  qoruyub  saxlaya  bilmirsənsə,  zaman-zaman  milli 

keyfiyətlərini  də,  bireysəl  keyfiyyətlərini  də  (bunlar  hardasa  bir  şey  olsa  da)  itirəcəksən.  Bireysəl 

keyfiyyət üçün ölçü ruhaniyyatdır. O ruhaniyyatı qoruyursansa, yaşadırsansa, onda bireysəl keyfiy-

yətlər  ona  tapınacaq.  Onun  əsasında  qurulacaq.  Biz  ruhaniyyat  sistemimizi  qoruya  bilməmişik. 

Sistemimizi  qoruya  bilmədiyimiz  üçün  həmin  keyfiyyətlər  bireylərin  ömründən  silinib  gedir. 

Məsələnin əsas canı budur, gərək ruhaniyyat dediyimiz o sistemi qoruya bilək. Əgər qoruyarıqsa, 




onda xalq olarıq. Bireysəl keyfiyyətlər itdikcə, xalqın içi tamamilə sıradan çıxır. Xalq xalq olmaq 

gücünü  itirir.  Biz  Ruhaniyyat  Ocağıyıq.  Biz  bunu  görürük,  sorun  –  qıraqdan  bizə  gətirilən 

ruhaniyyat məsələsindədir. Bu da konkret olaraq, Azərbaycan toplumuna gətirilən, İslamdır. Başqa 

türk  boylarına  başqa  dünyabaxışlar  gətirildi.  Ancaq  bizə  İslam  gətirilib.  Biz  hesab  edirik,  istər 

xalqın,  istər  dövlətin,  istər  şəxsiyyətin  sorunu  ruhaniyyat  məsələsindədir.  Tərbiyəni  insana 

ruhaniyyat verir. 

Bu  günlərdə  Türk  Dünyasını  gəzən  bir  adamla  görüşdüm.  Onlar  hər  yerdə  türkləşməni  –

   qədimliyimizi  tanımaq,  tariximizi  bildirmək  səviyyəsində  aparırlar.  Bunun  da  kontekstində  ortaq 

türk  abesi  yaratmaq,  ortaq  dil-filan,  belə-belə  gedişlər  axtarışındadırlar.  Olsun!  O  mənə  deyir, 

(bilmədim)  Tuva  türküdür,  ya  Saxa  türküdür,  bir  qadın  ciddi  axtarışlar  edir.  Konkret  olaraq, 

ölügötürmə  məsələsi  ilə  bağlı  söz  düşdü.  Mən  dedim,  o,  ölügötürmə  ilə  bağlı  heç  nə  edə 

bilməyəcək. Eləsə də o, yeriməyəcək. Niyə? Çünkü ölügötürmə quralı birbaşa ruhaniyyat məsələ-

sinə  özgündür.  Yeni  dünyabaxış  sistemi  olmalıdır  bundan  ötrü.  Ümumən  əgər  sən  özümləşmək 

istəyirsənsə  İslamı  içindən  çıxarmalısan.  İslamı  içindən  çıxartmaq  istəyirsənsə,  bundan  ötrü  yeni 

dünyabaxış  sistemin  olmalıdır.  Dediyin  xanım  sıradan  bir  adamdır.  Dünyabaxış  yaradıcısı  deyil. 

Böyük mədəniyyətlər elə-belə həvəslə olmur. “Gəlin filan şeyi belə edək” deməklə yaranmaz. Elə 

şeylər var, onun arxasında bir ölçü, sistem olmalıdır. Şəxslərin  həvəsiylə, ən  yaxşı  halda, dövlətə 

himn yaza bilərsən. Ancaq xalqın yaşamında sən ölügötürmə quralı yarada  bilməzsən. Ya da xalqın 

həyatında  ailə  prinsiplərini  bəlli  edə  bilməzsən.  Bu,  birbaşa  ruhaniyyat  sisteminə  bağlıdır. 

Ruhaniyyat  sistemini  də  Asif  Ata  yaradıb.  Dağa-daşa  düşüb  papağı  günə  yandırmaq  nə  üçündür? 

İçinizdən  biriniz  nəsə  yaradıb  ortaya  çıxartmaq  istəyirsiniz?  Asif  Ata  yaradıb  da.  Niyə 

götürmürsünüz?  Azərbaycanda  belə  bir  şey  yaradılıb,  işlənir.  Abe  deyirsən  ortaya  qoymuşuq, 

ölügötürmə  quralı  istəyirsən,  ortaya  qoymuşuq.  Sən  nə  yaradacaqsan?  Ölünü  ortadan  götürmək 

üçün ayə gərəkdir. Ayin gərəkdir. O ayini də Asif Ata yaradıb. (Ruhaniyyat yaradır onu). 

 

 

 



 

 



Biz  az  sayda  adamlar  niyə  çabalar  göstəririk?  Bu  çabaları  ona  görə  göstəririk,  xalqın  içində  qiblə 

yaradaq. Xaqlın öz içində qibləsi olmasa, onun gözü ayda-çayda qalacaq. Gözü ayda-çayda qalan 

xalq gələcəyə getmir. Gələcəyə canı-cəmdəyi gedir. Mənliyi, kimliyi gələcəyə getmir. Onun-bunun 

basqısında,  kölgəsində  qalır.  Ona  görə  bizim  bu  çabalarımızın  hamısının  əsası  var.  Asif  Atanı 

insanlara  verməyə  çalışırıq.  Asif  Atanı  sunanda  –  Qasım  müəllimin  oğlu  olan  bir  alimi,  aydını 

sırımaq anlamına gəlmir bu. Xalqın gələnəyini veririk. Asif Ata gələnəkdir. “Mən Asif Ataya səcdə 

qılıram”  nə  deməkdir,  bilirsənmi?  Yəni  mənim  qibləm  öz  içimdədir.  Ziyarətim,  ziyarətgahım 

içimdədir. Ərəbistanda deyil, Məkkədə deyil. Balaca ağıllılıq eləmək, cırtdanlıq eləmək vaxtı deyil. 

Hərə  ağzına  gələni  deyir  –  “siz  şəxsiyyətə  pərəstiş  edirsiniz”.  Mən  yaxşı  bilirəm,  “şəxsiyyətə 

pərəstiş”  nə  deməkdir.  Mən  şəxsiyyətə  pərəstiş  eləmirəm,  şəxsiyyət  yaradıram.  O  şəxsiyyət  sənin 

əlindən  tutub  min  illər  qabağa  aparacaq.  Ruhaniyyat  odur.  Onun-bunun  qoltuğunda  sürünmə-

yəcəksən, kölgələnməyəcəksən. İndi hərənin ağzı bir yana baxır. Çünkü içində tapındığın özgəliyə 

sayğı  yoxdur.  Üzərində  yad  ruhaniyyat  etkisi  var,  ancaq  ona  sayğın  yoxdur.  Sayğın  ona  görə 

yoxdur, o ruhaniyyat (ərəb ruhaniyyatı) səni ifadə eləmir. Ancaq sənin özününkü olsa, ona sayğın 

olar. Balan kimi, anan kimi bəsləyərsən, sevərsən, tapınarsan. Ciddi məsələdir bu. Partiya məsələsi 

deyil.  Partiya  da  nədəsə  gərək  ola  bilər.  Ancaq  balaca  məsələdir.  Çıxırsan  meydanlara,  mitinq 

edirsən. Bu hakimiyyəti yıxaq, biz gələk. Bu, ayrı şeydir. Bu, balaca söhbətdir. Sən də gələcəksən, 

heç  bir  şey  edə  bilməyəcəksən.  Çünkü  bu  xalqın  ruhaniyyatı  yoxdur.  Bu  xalqın  Tanrısal  sistemi 

əyilib, pozulub. Mənliyini, Kimliyini tapmır. Kimliyini tapmağa ölçü  yoxdur. Partiya ilə sən ölçü 

yarada bilməzsən axı. Xalq yaratmaq ayrı şeydir. On illərin, yüz illərin məsələsidir xalq yaratmaq. 

Bunları deməkdə hədəfim nədir? Mən bir millət olaraq, bir milətin övladı olaraq, evimə qutsal 

kitab deyə Quran gətirirəm. Onu öpüb gözümün üstünə qoyuram, gözüm işıqlanmır, qaranlıqlaşır. 

Aydınlaşmır  ruhum.  İçini  açıb  oxuyursan,  ruhunu  qaranlığa  qərq  edir.  Kimliyini  məhv  edir. 

Göstərin mənə min neçə yüz ildə xalqı qurtaracaq bir şəxsiyyət  yaratsın din. Yoxdur. Ancaq mən 

Asif  Atanın  yazdığı  kitabı  götürdüm,  öpüb  gözümün  üstünə  qoydum,  Soylu  oldum.  Mən  bunu 

qürurla deyirəm sizə. Mən Soylu oldum. Özümü tanıdım, insanı tanıdım, ulusumu, vətənimi tanı-

dım, bəşəri tanıdım. Ancaq mən “Quran”la onu edə bilmədim. “Quran”la mən Soylu ola bilmirəm. 

“Quran”la mən insanı tanımıram,  Allahı tanımıram.  “Quran”da Allah da  əyridir, insan da əyridir, 

millət də əyridir. Əyri ümmət var, oğru insan var. Pozulmuş, sınırsız bəşər var. 

Bizim  bu  gün  çalışdığımız  odur,  xalqımızın  içindən  ayrı-ayrı  oğulları,  qızları  bir  arya  gətirək, 

onların  ağlına  bu  sözü  deyək,  əlimdən  tutsun,  yardımçı  olsun,  qeyrət  göstərsin.  Evinə  “Quran”ı 

deyil, Asif Atanın kitabını qoysun. Açsın, öpsün, gözünün üstünə qoysun, oxusun, onunla xalqının 

böyük şəxsiyyətinə çevrilsin. Oğluna, qızına çevrilsin. Onun ləyaqətini yaratsın, qorusun. 

Bu gələnəyi biz Asif Atanın ölümündən sonra elədik. Asif Atanın bütün kitabları çap olunacaq. 

Onun yarısı çap olunub, ayrı-ayrı tirajlarla. O kitablar hər kəsin evində ola bilər. Hər kəsin evində 

müəllif  kitabı  kimi  ola  bilər.  Ancaq  Asif  Atanın  kitabı  müəllif  kitabı  deyil.  Asif  Atanın  kitabı 

ruhaniyyat yaradanın kitabıdır, peyğəmbərin kitabıdır. Asif Ata Atalıq sistemi yaradıb. Min illərdən 

gələn bir məsələdir. Bundan ötrü deyirik, Ocaqçılar, evlərinizi Qutsal Bitiq ünvanına çevirin. Asif 

Atanın  Bitiqlərini  (arxasında  da  bəlgələr  yazmışıq)  çap  edirik  printerdə,  üzləyirik,  köynəklərə 

qoyuruq, onu beləcə törənlə sunuruq. Asif Atanın çap olunmuş Bitiqlərinin olduğu ev Qutsal Bitiq 

ünvanı olmayacaq. Ancaq bu cür törənləşən ünvanlar Qutsal Bitiq ünvanı olacaq. Bu, xalqın içində 

Qutsal  Bitiqlərin  ünvanlarının  yaranması  anlamına  gəlir.  Xalq  öz  içində  güvənc  tapır.  Xalq  öz 

içində inam, ümid tapır. Bu neçə ünvan olacaq, mən bilmirəm. Hara qədər olacaq, onu da bilmirəm. 

Hələ biz edirik bunu. 

Bu  Bitiqlər  ancaq  qəbul  olunan  evdə  olur,  evdən  qırağa  çıxarılmır.  Oxumaq  gərəkəndə  evdə 

oxunur. Ona özəl münasibət sərgilənir. Uca yerdə saxlayırsan. Qutsal deyə baxırsan ona. Mən bəlgə 

yazmışam  –  Qutsal  Bitiqlərin  olduğu  odada  artıq-əskik  danışmaq  olmaz.  Səsini  qaldırmaq, 

kobudluq eləmək olmaz. Bilməlisən sənin evində Qutsal Bitiq var, o Qutsal Bitiq sənin mənliyini, 

ruhunu yaradan Atanın Bitiyidir. O, ölçüdür sənin yaşamında. Öz içində sayğı duy. Özünü tərbiyə 

elə  onunla.  Yadında  saxla,  mənliyində  saxla.  Özünü  dəyiş,  insanlaş.  Böyük  ölçüdür  bu.  Kiməsə 

sıradan bir şey kimi görünə bilər, mənə elə görünmür. Mənə min illər yol gedəcək bir sistem kimi 

görünür. Kim nə deyir desin, hara istəyirsən get. Hansı ateistin kitabını oxuyursan oxu, hansı elmi 




zirvələr  fəth  edirsən  et.  Ancaq  nə  elm,  nə  ateizm  xalq  yaratmır.  Xalqı  ruhaniyyat  yaradır. 

Ruhaniyyatını da  yalandan-palandan arındır, içinə yalan qatma, əyri qatma, onunla özünü, xalqını 

qur.  Bax,  xalq  olmağın  yolu  budur.  Bu,  işin  bir  yanıdır.  Söz  yox,  Asif  Atanın  işi  təkcə  əyri 

ruhaniyyatla  döyüş  deyil,  kürəsəlləşmə  (qloballaşma)  deyilən  bir  eybəcərlik  də  var.  Bu  da  siyasi 

anlamda  xalqı  özgələşdirən  bir  prosesdir.  İdeoloji  özgələşdirən.  Asif  Ata  ona  da  dirəniş  göstərir, 

buna da. Bu gün konkret olaraq Bitiqlərlə bağlı olduğuna görə qonudan qırağa çıxmıram. O qonuya 

girmirəm. İstəyirəm əsasən bu qonunun içində düşüncələrimizi bəlli edək. 

 

 



 

İndi isə bir neçə kəlmə evinə Bitiq qəbul olunan amaldaşımız haqqında söz demək istəyirəm. Bu, 

olduqca  gərəkli  məsələdir.  Konkret  Nurtəkinlə  bağlı.  Xalqın  içi  dağılıb  gedir.  Özgələşib  gedir. 

Günlərin  bir  günü  onun  içindən  bir  ər  qopub  çıxır,  Asif  Ata  adında.  Bütün  əzabları,  zəhmətləri 

yükləyir  öz  üzərinə.  Deyir  ruhaniyyat  yaradıram.   Ruhaniyyat  yaradanda  ona  qarşı  hər  yandan 

addımlar  gəlir.  Hər  yandan  basqılar  gəlir.  Öz  çağdaşları  eləyir  bunu.  O  qədər  əyri  ürəklər  var, 

qısqanc  ürəklər  var.  Elə  ürəklərdə  xalq  haqqında  düşüncə  yetişmir.  Onun  nəyinə  gərəkdir  xalq. 

Elələri  var,  lağlağıdan  o  yana  getmir.  Ancaq  Asif  Ata  inadla  öz  işini  sürür.  Onun  Ocağının  içinə 

xalqın içindən insanlar seçilib gəlir. Bu insanlar Asif Atanın Ocağının içində asanlıqla insanlaşmır, 

asanlıqla  qurulmur.  Toplumda  nə  görürsənsə,  Asif  Atanın  Ocağında  da  olub.  Dedi-qodu,  qeybət-

filan. Hər kəs öz evindən, toplumdan hansı tərbiyəni görübsə, onunla gəlir Ocağa. Ancaq Asif Ata 

deyir,  gəl  Ocağın  içində  özünü  dəyiş,  şəxsiyyətə  çevril,  yük  götürənə  çevril.  Yük  olma  Ocağa. 

Sorun olma, yük götür. Yiyə çıx. Bu da bəzən illərlə başa gəlir. Bir gündə yaranmır hər şey. Ancaq 

zaman-zaman Ocağın içində bir ölçü yarandı. O ölçüyə tapınan şəxslər yarandı. Ortam formalaşdı. 

Bu  ortama  gələn  də  oldu,  gedən  də.  Bu  ortamda  balaca  da  olur,  uca  da.  Dedi-qoduçusu  da  olur, 

mənəvi yetgini də. Ancaq balaca əhvallar ortamın qurucularına girmir. Onların şüuruna, mənliyinə 

girmir.  Ondan  qıraqda  olur.  Ocağın  içi,  obrazlı  desək,  oddur,  alovdur.  Ocağın  içinə  girən 

yanmalıdır,  çərənləməli  deyil.  Odun  içində  yüklə  necə  dedi-qodu  yarada  bilərsən.  Belələri  içiylə, 

mənliyiylə  Ocağın  oduna  çevrilmir,  Ocağın  odunun  içinə  girmir,  yükünü  götürmür. 

Ortama gələn ya ömrünü dəyişib ortama girir, ya da elə özünün dedi-qodusuyla çıxıb gedir. Ortam-

da yenə 3-5 adam qalır. Sağlam bir mühit olaraq qalır. Asif Atanın Ocağında biz bunu yaratmışıq. 

Bu  ortamın  yaranmasında  Nurtəkinin,  bənzərsiz  olaraq,  rolu  var.  Qıraqdan  baxan  elə  düşünər, 




Ocağın tədbirini  yönətən, aparan, quran Soyludur, o birilər elə-belədir. Ancaq mən sizə əminliklə 

deyirəm, Asif Atanın Ocağının qurulmasında, yaşadılmasında Nurtəkinin özünəxas hünəri, qeyrəti 

oldu. 

Atanın  ölümündən  sonra  ayrı-ayrı  çağlar  olub.  Ata  20  ildir  ölüb.  20  ildir  biz  Ocağı  yaşadırıq. 



Ayrı-ayrı  çağlarda  mən  gərgin  yaşamışam,  çətin  yaşamışam.  Çünkü  təcrübə  yox  idi,  gələnək  yox 

idi. Asif Atanın ruhaniyyat yükünü götürmək asan deyil. Bütünlüklə mənliyinə çevirməlisən. Hətta 

mən  ayrı-ayrı  məqamlarda  özümlə  bağlı  (indi  bunu  demək,  əlbəttə,  doğru  olmaz)  öncələr  çaşa 

bilirdim.  Özümə  güvəncim  azalanda  belə,  Nurtəkinə  güvəncim  azalmayıb.  Ona  görə  Asif  Atanın 

Ocağı  ləyaqətini  qoruyub  yaşayıb.  Bundan  sonra  da  yaşayacaq.  Mən  bunu  bir  neçə  Ocaqçılar 

haqqında da deyə bilərəm. Məqsəd bu deyil. Burda söhbət Qutsal Bitiqlərin ünvanlaşmasından, onu 

ünvanlaşdıran Nurtəkindən gedir. 

Mən  ruhaniyyat  tarixini  öyrənən  adamam.  Çünkü  bu  mənim  birbaşa  həm  borcum  olub,  həm 

sorumluluğum  olub.  Bunu  öyrənməli  olmuşam.  Bunu  öyrənməliydim  də.  Çünkü  bizim  yaşatdı-

ğımız, yaratdığımız yön ruhaniyyat məsələsidir. Mən ruhaniyyat tarixində çox az rast gəlmişəm bu 

dərəcədə güvənc olsun. 

Bilirsiniz, Asif Atanın Ocağı parçalandı, başqa təşkilatlar kimi. O gün toplantıda idim. Bir gənc 

oğlan (Akademiyadan alimlik  diplomu alan biri) sevincək deyir, bunlar da parçalandı. Cılızdırlar. 

Nəyə  sevinirsən?  Azərbaycanın  düşdüyü  fəlakətdir  da  bu.  İki  insanı  bir  bayrağın  altına  yığa 

bilmirsən. Ocaq bundan  çıxmaq üçün var. Xalqın içindən onun balaları  gəlib Ocaqda parçalanma 

gələnəyinə  son  qoysun.  Məgər  xalqın,  toplumun  içindən  Asif  Atanın  yanına  gələnlər  kamil 

adamlardır? Özüylə gətirir qüsurları da. Birdən-birə alınır hər şey? Gəl yaradaq bir yerdə. Gəl bir-

birimizə çiyindaş olaq, söykənək. Sevək bir-birimizi, öyək bir-birimizi. Yoxsa sən gözləyirsən mən 

Allah olacam sənin üçün. Heç Allah olsam da, deməyəcəksən bu Allahdır. Çünkü ürəyin balacadır. 

Mən üzümü sizə tuturam. Ocaqçıların hamısı burda yoxdur. (Təbiidir, bütün tədbirlərdə hamını bura 

yığa bilmərik). Mənim dediyim məsələlərlə bağlı oturun ciddi düşünün. Görün bu ağrı nədir içimdə 

yaşayır?! Araşdırın, öyrənin. Asif Atanın Ocağı dədəm Qaranın məsələsi deyil. Nə də sizin dədəniz 

filankəsin  məsələsi  deyil.  Bu,  xalqın  məsələsidir.  Xalqın  məsələsinə  ciddi  yanaşın.  Ağına-bozuna 

baxmadan, məndən hünər umma, özün durub hünərin içinə gir. Girə bilirsən gir, girmirsən ağzını 

Allah yoluna qoyma. 

Tədbirlərimizə  gələnlər  bizə  yol  göstəriblər:-  Kadr  gərəkdir,  filan  şey  gərəkdir.  Filan  şey  belə 

olmalıdır. Adam özü bir çöpü qaldırıb burdan ora qoymur. Eləcə gərəkdir, gərəkdir deyir. Məgər biz 

bilmirik nə gərəkdir, nə gərək deyil?!- Əlimizdən gələni edirik. Sən də iş görmək yerinə ağıl verir-

sən. Ona görə deyirəm,  bu məsələni ciddi düşünün. Ortaya hünər, qeyrət qoymaq çağıdır. Mənim 

şəxsi işim deyil bu iş. Xalqın işidir. Hər kəsin burda ləyaqəti görünməlidir. Kimin nə qədər ləyaqəti 

çatır,  görünsün.  Biz  heç  kimə  əngəl  olmuruq.  Bizim  işimizi  siyasi  təşkilata  bənzədərsiniz,  əngəl 

olarıq.  Partiyaya bənzədərsiniz əngəl  olarıq.  Ancaq ruhaniyyatı sevənlərdən, onun uğrunda addım 

atanlardansınızsa, çiynimizi verərik ayağınızın altına. Ocaqçı olan, ya Ocaqçı olmayan hər kəsin. 

Mənim deyəcəyim söz bu qədər. İndi isə istəyərdim Bitiqləri sunaq. Bitiqlərimizi sunmaq üçün 

gələnəyimizə görə Nurtəkinlə Göylü Bitiqləri gətirsin bura. 

 

Nurtəkinlə Göylü Bitiqləri odaya gətirir. 

 

Soylu Atalı: Bu, bizim haqqında danışdığımız Qutsal Bitiqlərin həmin variantıdır. Latın qrafikalı 

abe  ilə,  eləcə  də,  Ocaq-türk  abesi  (Orxun-Yenisey  əsasında  yaradılmış)  ilə  yazılmış  variantlardır. 

Məncə,  gələcəkdə  Bitiqlərin  yalnız  türk  abesindəki  variantı  olacaq.  Türk  abesi  qəbul  olunacaqsa, 

“latın”a  gərək  qalmayacaq.  Bu  iki  variant  ona  görədir,  oxumaq  istəyən  latın  qrafikası  ilə  yazılan 

Bitiqləri oxuya bilsin. Türk abemizi hamı bilmir, latın qrafikasını bilirlər. 

Gördüyünüz  Bitiq  Ocaq-türk  abesində  yazılmış  birinci  Bitiqdir.  Asif  Atanın  “Mütləqə  İnam” 

bitiyidir.  Asif  Atanın  dünyagörüşünün  adı  Mütləqə  İnamdır,  ruhaniyyat  sisteminin  adı  Mütləqə 

İnamdır, Ruhsal Dirçəliş (Ruhani  İntibah) sisteminin birinci ideyasının adı Mütləqə İnamdır. Asif 

Ata  dünyabaxışının  qutsal  baş  kitabının  adı  Mütləqə  İnamdır.  Bu,  onun  baş  ktabıdır.  O  birilər 



yardımçıdır. 10 əsas, 3 yan bitiq var. Yan bitiqlər ayrı-ayrı bəlgələrdir, Atanın ömrü, həyatı ilə bağlı 

yazılardır. 

İndi  Bitiqlərin adını deməklə, bir-bir Nurtəkinə sunuram. 

 

 



 

 

 



 

 

 


(Soylu  Atalı  Bitiqlərin  bir-bir  adını  deyərək  Nurtəkinə  verir.  Nurtəkin  kitabı  öpüb  gözünün 

üstünə qoyur. 

Sonra qutlama sözü deyilir). 

 

 



 

Nurtəkin  Atalı (Ataya  səcdə  edib  bayrağı  öpür  –  N.A.): Mən  21  ildir  Ocaqdayam.  Əslində 

mənim  evimə Qutsal  Bitiqlərin  götürülməsi  çoxdan olmalıydı.  Ancaq hər zaman başqalarını daha 

çox  düşündüyümdən  bu  olay  bu  gün  baş  verir.  Buna  olduqca  sevinirəm.  Atanın  kitablarının 

ünvanlaşması  böyük  sorumluluqdur.  Bu,  mənim,  insan  kimi,  Ocaqda,  millətdə  yerimi  bəlirləyir. 

Soylu  Atalı  dedi,  bu  kitablar  üzərində  hansı  zəhmətlər  çəkilib.  Bu  kitablar  ya  əlyazma  idi,  ya 

makina  yazısı  idi.  Ata  öldükdən  sonra  Soylunun  diqqəti,  ciddi  əməyi  ilə  bu  şəkildə  toplandı.  Bu 

kitabların hamısını bilgisayarda Göylü  yazıb. Mənsə düzəlişlərini eləmişəm. Bir neçə aylıq böyük 

zəhmətdən sonra başa gətirdik. Bunun özü də böyük fərəhdir. Bu kitabların bu şəkildə üzlənməsini, 

hazırlanmasını  əməyimizin  sonucu  hesab  edirəm.  Bu  işdə  əməyimin  olması  üçün  də  fərəhliyəm. 

Bu fərəhi sizlərlə bölüşürəm. Eyni zamanda mənim üçün yeni bir aşamadır. Düşünürəm, ömrümdə 

yeni ruhsal aşama başlayacaq. 

Atamız Var olsun! 

 

Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Bacımı bu törənlə bağlı qutlayıram. Onun 

ömrü qutsaldır, bu gündən başlayaraq evi də qutsallaşır. Bura qədər də Ocaq tədbirlərinin olduğu 

hər  bir  ünvan  özündə  qutsallıq  daşıyır.  Bu  gün,  Bitiqlərin  evinə  gəlişi  ilə,  Nurtəkinin 

Amallaşmasının, Özüylə döyüşünün yeni bir aşaması başlayır. Əminəm, Nurtəkin bu Bitiqlərin hər 

bir  kəlməsini  ömrünə  hopduracaq,  özüylə  döyüşünə  çevirəcək,  xalqlaşmaya  çevirəcək.  Bacımı 

qutlayıram. Atamız Var olsun! 

 



 

  

Soylu Atalı: Bir artırma edim. Onu deyim, Nurtəkinin özüylə döyüşü başlamır, çoxdan başlayıb. 

Özüylə döyüşündə böyük yol keçib. Əslində bir neçə Ocaqçılar var, onların özüylə döyüşü bu gün 

başlamır.  Nurtəkin  də  eləcə.  Nurtəkinin  mənəviyyatında  kallıq  yoxdur,  yetkinsizlik  yoxdur. 

Mənəviyyatı  yetkin  adamdır.  Nurtəkinin  özüylə  döyüşü,  ən  yaxşı  halda,  bundan  sonrakı  ömründə 

nizamlama apara bilər. 

 

 




Ocaqda  “özüylədöyüş”  məsələsi  çox  böyük  olaydır.  Asif  Atanın  çağlarında  Ocaqçılar  vardı, 

onlar  keçmişə  çevrildilər.  Çoxu  yoxdur  demək  olar.  Ocaqda  bir  fərd  qabağa  gedirdi,  onu  görmək 

istəmirdilər.  Dediyim  kimi,  min  illərdir  bizi,  millət  olaraq,  elə  duruma  gətiriblər,  bizim  içimiz 

əyilib.  Öz  içindəki  şəxsiyyəti  görmək  problemimiz  var.  Onlar  elə  indi  də  deyirlər  hamımız  kalıq, 

balacayıq,  kamil  adam  yoxdur.  Kal-zad  deyilik.  Neçə  ildir  yol  gəlirik.  Haçağ  yetişəcəyik  bəs?! 

Özüylə döyüş ömrün axırına qədər var, ancaq özüylə döyüşün mənəviyat quruculuğu əbədi proses 

deyil. Ona görə mən bunu inamla deyirəm: Nurtəkinin mənəviyyatı yetkin mənəviyyatdır. 

 

Üstün Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Bu gün qutsal bir gündür. Ata Bitiqlərinin 

qəbul törəni, bu gün olsa da, Atanı tanıyan gündən bu bitiqlər Nurtəkinin ömründəydi. Nurtəkinin 

üzü fərəh saçır, çünkü törənin mahiyyətini, anlamını yaxşı anlayır. İnanıram, bu yanğıyla, bu eşqlə 

Nurtəkin davam edəcək əməllərinə. Bu onun fərəhinə fərəh qatacaq.  

Atamız Var olsun! 

 

 



 

 

Ulusəs Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Bu bitiqlərin bu şəkildə əmələ gəlməsində 

Soylu Atalının əvəzsiz əziyyəti, əməyi olub. Eləcə də Nurtəkinlə Göylünün. Mənim də duyğularım, 

ümidlərim, arzularım hər dəfə kitab basılanda yenilənir, ruhlanıram. Doğrudan da, mənim üçün bu 

kitablar çox şeydir. Bitiqlərin burada ünvanlaşması, bu ünvanı qutsallaşdırması mənə sevinc gətirir. 

Nurtəkinin fərəhinə qoşuluram, onu qutlayıram. Yeni bir ünvan əmələ gəldi. Atamız Var olsun! 

 

Soylu  Atalı: Haşiyə  çıxım.  Bizim  bir  Ocaqçı  üçün  qutsal  ünvan  yaratmağımız  bir  dəfə  olur. 

Bizdən asılı olmayan səbəblər var. Nurtəkin də evini dəyişə bilər sabah. Ev dəyişər, ancaq yenidən 

Qutsal Bitiq Törəni gərək deyil. Bitiq hara gedirsə, o ünvan Qutsal Bitiq ünvanı sayılır. 




 

 

Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Ocağın çeşid-çeşid tədbirləri var. Hər bir 

tədbirin  özünəxas  anlamı,  gedişi  var.  Bu  törən  fərqli  bir  tədbirdir.  Bu  tədbirə  qatılanlar, 

Azərbaycanda  yaşanan  tarixi  prosesin  iştirakçılarıdırlar.  Soylu  bəy  bayaq  dedi,  biz  ruhaniyyatı 

dağılmış,  sıradan  çıxarılmış  bir  xalqıq.  Tarixin  hansı  aşamalarında  olub,  onları  deməyi  heç  gərək 

saymıram. Bununla hər şeyi itirmişik. Bütün həyat sistemimizdə əyriliklər, dolaşıqlıqlar bizi həmişə 

izləməyə başlayıb.  Biz buna bir yerdə “dur” deməsək, bu, bizimlə sabaha gedir. Sabahımız da  bu 

günümüzdən fərqli olmayacaq. 

Bu  yaxınlarda  televiziyada  Yəhudi  xalqından  söhbət  gedirdi.  Yəhudilərin  peyğəmbəri  Musa 

yəhudilər  üçün  böyük  iş  görüb,  böyük  ideya  qoyubdur.  Bu  gün  yəhudilər  hansı  münasibəti 

bəşəriyyətə  sərgiləyir,  ondan  asılı  olmayaraq.  5-3  adam  Musanın  ilk  ayələrini,  daş  lövhələrin 

üstündə,  Misirlilərin  hücumundan  istilasından,  eyni  zamanda  ərəblərin  istilasından  qorumaq  üçün 

on illərlə haralardan haralara aparıblar. Gəzdiriblər, qoruyublar. Həmin 5-3 adam gəzdirdiyi çağda 

da, onların  dövründə  yaşayan insanlar kamil  insanlar deyildi.  Onlara lağ edənlər də vardı. Onlara 

mənasız bir işin peşində olanlar kimi baxanlar da vardı. Ancaq o 5-3 adam bunu qorumaqla, sabaha 

yeridilər. 

Bu  gün  Nurtəkinin  evinə  götürülən  bitiqlər  Nurtəkinin  evini  Qutsal  Bitiq  ünvanına  çevirir. 

Nurtəkin, doğrudan, xoşbəxt bir insandır. O, Qutsal Bitiq ünvanı olan bir ünvanda yaşayır artıq. Bu 

bitiqlər bizi sabaha aparandır. Buna alternativ başqa heç nə yoxdur. Bu, bəşər xalqlarına dediyimiz 

sözdür.  Əslində  bəşər  xalqlarına  verdiyimiz  yöndür.  Böyüklüyümüzü  çatdıran  kitablardır.  Bu 

səbəbdən bacıma deyirəm, sənin evin qutlu olsun. Sən ləyaqətli bir ömür yaşamısan, bu gün bunlar 

sənin həyatında baş verir. O, ləyaqətinin göstəricisidir. Mən səni qutlayıram, sənə var ol deyirəm. 

Atamız Var olsun! 



 

Soylu Atalı: İllər öncə də Nurtəkinin yaşadığı ömür görünüb, görünməkdədir. Gözü olan həmişə 

görüb.  Hər  zaman  Ayaz  mənimlə  söhbət  edəndə  Nurtəkinlə  bağlı  öz  mövqeyini  sərgiləyib. 

Nurtəkinin  yetkin  bir  insan  olduğunu,  duyğularının  arı-duru,  səmimi  olduğunu  hər  zaman  vurğu 

edib. 



 

 

Ayaz  Şıxalıoğlu: Asif  Ata  irsi  bəşəriyyətin  simasıdır.  Bu  anlamda  bəşəriyyət  əsil  simasına 

çatmalıdır, ona layiq olmalıdır. Buna xeyirlə şərin mübarizəsi kimi baxmaq gərəkdir. Ata nə qədər 

xeyiri yaşatmaq üçün özü əzab çəkibsə, onun kitablarının ərsəyə gəlməsində, bilirəm, siz də  necə 

əzab  çəkmisiniz.  Çünkü  kitabı  araya  gətirmək  çox  ağır  işdir.  Bu  əzabları  çəkdikcə,  siz  bunu 

anlamısınız, bu əzablar nə üçündür. Necə Asif Ata bu müqəddəs əzabsız yaşaya bilməyib. Sizin də 

çəkdiyiniz əzab, gördüyünüz iş bütün bəşər uğrunda görülən bir işdir. Ona görə mən sizə çox sağ ol 

deyirəm. Sizin bu işinizi, əməyinizi yüksək qiymətləndirirəm. 

 

 



 

Elçin  bəy: Mən  də  bir  neçə  ildir  burdayam.  Burda  hər  kəsə,  əqidəsinə  görə,  vicdanına  görə, 

ləyaqətinə  görə  sayğı  duyuram.  Bu  dediklərmin  hamısını  Nurtəkin  xanımda  görmüşəm.  Onu 

tanımağıma  görə  fəxr  edirəm.  Bugünkü  gündə,  qatmaqarışıq  zamanda  insanlığı  görmək  yaxşı  bir 

şeydir. Ümid edirəm, bu törən gələcək üçün böyük örnək olacaq. Fəxr edirəm bu tarixi günə mən də 




qatılıram. Bu gün çətinliklər olsa da, inanıram, Asif Atanın bizə ərməğan elədiyi ideyaları gələcək 

soylar daha gözəl anlayacaqlar. 

Sizə həmişə bacı kimi baxmışam. Bir bacı kimi sizi qutlayır, Uğur arzulayıram. Böyük şərəfdir. 

 

 



 

Yasin  Türksoy: Qutsal  Bitiqlərin  Götürlməsi  Törəni.  Bunu  gələnəyə  çevirməyə,  törənə  çevir-

məyə  nə  ehtiyac  var?  Üzdən  belə  yanaşmaq  olar.  Ancaq  yeni  bir  dünyabaxışın,  inam  sisteminin, 

fəlsəfənin,  ruhaniyyatın sunulmasıdır. Bu  yolun  davamçısı olanlara Ocağın  hədiyyəsidir. Bu, həm 

də  onun  ömür  yolunu  bəlirləndirir.  Ölkəmizin  içərisində  yer  tapan  yad  baxışlara  dirənişdir.  Milli 

kimliyin  özünü  təqdim  etməsidir.  Biz  bu  formada  yaşamaq  istəyirik.  Sıradan  bir  yanaşma  olma-

malıdır.  Ocağın  yeni  uğurları  qutlu  olsun.  Nurtəkinin  evinə  Qutsal  Bitiqlərin  götürülməsini 

qutlayıram. Yeni Ocaqçıların da evlərinə Qutsal Bitiqlərin Götürülməsi törəni diləyirəm.   

Atamız Var olsun! 

 

 

 




Ulunur Atalı (Ataya səcdə edib  bayrağı öpür  – N.A.): Mən də səni  qutlayıram.  Bu gün fərəhli 

gündür, sənin üçün özəllikcə. Qutsal Bitiqlər sənin evinə götürülür. Bayaq Ocaq Yükümlüsü dediyi 

kimi, “Quran”ı öpüb alnımıza qoyuruq, ancaq başa düşmürük. Bizi bizə yetirən, içimizə fərəh verən 

Atanın kitablarıdır.  

Atamız Var olsun! 

 

 



 

Famil bəy: Nurtəkin xanımı qutlayıram. Mən özümü heç bir dində tapmadım. Tarixdən aldığım 

bilgilərə  əsaslanaraq  deyə  bilərəm,  Məhəmmədin  dini  hansı  tarixi  ocaqlardan  ona  qorxu  gəlibsə, 

oranı məhv etməyə çalışıb. Babəki, Hürufiliyi, Türkçülüyü – insançılığın yerlərini dağıtmağı ərəblər 

məqsədlərinə çevirib. Asif Atanın sayəsində özümüzə inamı yenidən qaytaran Bitiqlərin içindəyik. 

Bu yolda davam eləmək istəyim də var. Mən doğru yol bilirəm. Sizi bir daha qutlayıram. 

 

 



 

 

 


Soylu Atalı Qutsal Bitiqlərin sonunda yazılan Ruhsal Bəlgəni oxudu: 

 

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim 



Asif Ataya (İnam Ataya) Ali Səcdəylə! 

 

MÜTLƏQƏ  İNAM  RUHANİYYATI 

 

(Qutsal Bəlgə) 

 

Türkün  (ilk)  Ruhaniyyat  Ocağı  –  Asif  Atanın  (İnam  Atanın)  Mütləqə  İnam  Ocağı  30-ildə 



(Miladın 2008-2009-ili) Asif Ata İrsi’ndən özünün, ən uca ümumbəşəri ruhani dəyər kimi, tapındığı 

hissəni   “On  Qutsal  Bitiq  və  üç  Yan  Bitiq  (qısaca  Onluq)”  adı  altında  nəşrə  hazırladı.  “Onluq” 

Atamızın 45 Müqəddəs Kitabını və 7 Müqəddəs Kəlamını özündə birləşdirir. 

Bitiqlərin  təsnifatı  və  sistemləşdirilməsi  içlərindəki  Kitabların  Mütləqə  İnam  baxışında  yerinə 

görə aparılmışdır; hər Bitiq Ata Təlimindəki məna ifadəsinə əsasən adlandırılmış, Ata Mətnlərinin 

bütövlüyü,  ilkinliyi,  məzmunu,  dili,  üslubu,  cümlə  quruluşu  olduğu  kimi  saxlanılmışdır.  Asif  Ata 

İrsinə  yönəlik  bu  prinsip  həmişə  və  hər  yerdə  gözlənilməlidir.   Bitiqlərin  indi  təqdim  olunan 

quruluşu, biçimi, adları, sayı da  toxunulmazdır. 

Onluq (On Qutsal Bitiq) – hazırkı Mütləqə İnam Ocağı tərəfindən Mütləqə İnam Ruhaniyyatı  – 

Ata  Müqəddəsatı  sayılır;  Yan  Bitiqlər  (Əlavə  Cildlər)  –  “Qutsal  (Müqəddəs)  İrs”ə  daxil  edilir, 

məzmunlarına görə Onluğa daxil edilmirlər, çünki Onluq Mütləqə İnam Dünyabaxışının Cövhərini 

və  Meyarını  birbaşa,  Yan  Bitiqlər  isə  onun  ayrı-ayrı  məqamlarını  və  dolayısı  ilə  ifadə  edirlər. 

Bütövlükdə  Ata  Dilindən,  Ata  Qələmindən  nə  çıxıbsa,  Mütləqə  İnam  Dünyabaxışının  Kutsal  İrsi 

sayılır, ancaq Onluğa daxil edilmir. 

İrsin  yiyəsi,  qoruyucusu,  sorumlusu  Asif  Atanın  Mütləqə  İnam  Ocağıdır.  İrslə  bağlı  bütün 

hüquqlar bu Ocağa məxsusdur. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 



 

Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

 

 8 Köçəri Ayı, 30-il. Atakənd. 

 

 



Soylu Atalı: Bir də ayrıca Bitiqlərə münasibət haqqında Ruhsal bəlgə yazmışıq. O da Ocaqçının 

Atanın kitablarına yanaşmasını sağlayır. Ona yanaşma olduqca qeyrətli, ləyaqətli olmalıdır. Bitiqlər 

xalqyaratma işinə qulluq edir, ona yanaşmanı Ocaqçı uca tutmalıdır. İstər Ocaqçı olsun, istər xalqın 

Ocağı qəbul edən başqa övladı. 

Bununla da Nurtəkinin evinə Qutsal Bitiqlərin Götürülməsi Törəni başa çatır. Ləyaqətli, fədakar, 

gələcəkli  bir  addımdır  Qutsal  Bitiqlərin  Götürülmə  törəni.  Var  olun.  Həmişə  xalqın  ləyaqətini 

sevənlərdən, ləyaqət qurucularından, qoruyucularından olasınız. Asif Atanın xalqı olaraq, sevginiz 

ötə, başınız uca olsun! 




 

 

 

"Ata Ruhunu Ürəyimizdə aparırıq!", "Atamız Var olsun!" səcdəsilə Törən sona yetdi. 

 

 

Çiçək Ayı, 39-cu il. Atakənd. 

(aprel, 2017. Bakı). 

 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə