Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
  1   2   3   4   5   6   7   8   9   ...   22


Fərid Hüseyn 

 

 



 

 

 



 

 

 



 

 

Qandalı görməsin 



 

 

(həbsxana xatirələri) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Gənclik – 2013 



 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Qafqazinfo.az

 saytının kitabxanası 

 

 

 



 

 

 



 

      Redaktor: İlahə Ucaruh, Etimad Başkeçid 

               Nəşriyyat redaktoru: Günel Şamilqızı 

               Korrektor: Təranə Musayeva, Amid Mahmudov 

               Üz qabığının müəllifi: Etibar Lətifli 

               Eskizlərin müəllifi: Səkinə Zeynalova 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

04720600202 

M653 (07) -2013 qriftli nəşr 

İSBN - 5 - 8020 - 11 

 

 

 



© “Gənclik” – 2013 

  

© F.Huseyn – 2013 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



 

Bu kitabı anam Tahirə xanımın göz yaşlarına ithaf edirəm 

 

 

 



 

Azad olunmağımda zəhməti və xidməti olmuş hər kəsə minnətdaram  

 

 

 



 

 

Fərid Hüseyn 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Həbsxana  haqqında  yazdığım  xatirələr  bu  kitabla  yekunlaşmır,  gələcəkdə  yadıma  düşən 

hadisələri  yəqin  ki,  yazacam.  Amma  indiki  halımda,  əhvalımda  daha  bir  cümlə  yazmaq  da 

ağlıma gəlmir. Kitabın nəzərdə tutulan ikinci nəşri, yəqin ki, daha əhatəli olacaq. Kitabın çapına 

göstərdiyi maddi və mənəvi dəstəyə görə 



qafqazinfo.az

 saytına təşəkkür edirəm. 

 

Fərid Hüseyn 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



Şair  Fərid  Hüseyn  və  Şəhriyar  Del  Gerani  2012-ci  il  28  apreldə  4  günlük  poeziya 

günlərində  iştirak  etmək  üçün  İrana  gediblər.  May  ayının  2-də  həbs  olunaraq  127  gün  (4  ay) 

azadlıqdan  məhrum  ediliblər.  Xalqın,  Cənab  Prezident  İlham  Əliyevin,  dövlət  rəsmilərinin, 

media nümayəndələrinin, yazarların istəyi və böyük səyləri nəticəsində azadlığa qovuşublar. Bu 

kitabda  4  ay  günahsız  yerə  zindanda  qalan  iki  şairin  başına  gələn  dəhşətlərdən  və  ağrılı-acılı 

günlərdən bəhs olunur 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



Kitabı oxumağa başladığım tarix: 

 

Bitirdiyim tarix: 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

 

 



 

 

 



 

 

Həm də bir Tanrı işarəsi 

 

 



Fərid  Hüseyn  və  Şəhriyar  Del  Gerani  həm  də  Təbrizdə  həbs  olunmaları,  127  gün  həbsdə 

qalmalarıyla  Şimali  Azərbaycan  tarixində  yeni  bir  mərhələyə,  yeni  bir  ilkə  imza  atdılar.  Onlar 

şeirimizin sevimlisi Cənubi Azərbaycanda, Təbrizdə həbs olunan ilk Şimali Azərbaycan şairləri 

oldular. Beləcə, rəsmi şəkildə Şimali və Cənubi Azərbaycan bir bayraq altında yox, bir həbsxana 

içində  birləşdilər.  O  şairlərdən  birinin  adının  Şəhriyar,  o  birinin  soyadının  Hüseyn  olması  da 

təsadüfü  deyil.  Əslində,  soyadlar  elə-belə,  təsadüfü  olmur,  yadınıza  salın,  hər  iki  qadın  Milli 

Qəhrəmanlarımız  –  Salatın  və  Gültəkin  xanımların  da  soyadları  Əsgərdir.  Onlar  əsl  əsgər 

oldular. 

Hər  iki  şairimizi  –  Fəridi  və  Şəhriyarı  yaxından  tanıdığım  üçün  bilirəm  ki,  onların  hər 

ikisinin ruhu çox azaddır. Məncə, onlar Azərbyacan – türk şairləri olduqlarıyçün  yox, İrandakı 

azadlıqdan daha çox azad olunduqlarıyçün həbs edildilər. 

Fərid bəyin həbsxana xatirələrini oxudum, məncə, həm çox poetik yazıb, həm də çox sadə 

və  qeyrətlə.  Sadə  yazmaq  çox  çətindir.  Ən  əsası,  heç  bir  yerdə  özünü  və  dostunu  şişirdib 

qəhrəmana  çevirməyib.  Elə  bu  cür  yazmağı  Fəridin  qəhrəmanlığıdır,  hətta  bəzi  yerləri  o  qədər 

rahat, poetik yazıb ki, oxucu özündən asılı olmadan özünü o həbsxanaya düşmüş kimi hiss eləyir. 

Təki bütün həbsxanalarda belə azadlıq, sevgi, yazmaq eşqi olsun. 

Fəridin  bizim  doğma  azadlığımız,  mübarizəmiz  üçün  indidən,  –  gənc  ikən  belə  bir  həyat 

keçməsi bir insan və yazıçı kimi onun böyük gələcəyindən çox şey vəd edir.  

Həm də Allah Fəridi belə ağır vəziyyətlərə salmaqla bu çətin yaradıcı yolla sonacan gedə 

biləcəyi təqdirdə onunçün çox şərəfli və gözəl əbədi nəsə hazırladığına işarə edib. 

Bu işarə həm də bütün Azərbaycandır... 

 

Vaqif Bayatlı Odər 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə