Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə23/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

73
Məhdəviyyət haqqında nəzərlər
dinin bəzi məziyyət və kəramətlərini inkar edib fərqliliyini şə-
kildən-şəklə salırlar. Məsələn, uzunömürlülük, erkən imamlıq 
və qeyb dövrü, onun Allah övliyalarından biri olması... Mehdi 
onların nəzərlərində Dəccaldan daha yüngül biridirmi?!! Alla-
ha sığınıram, lakin təssəü lər olsun ki, məzhəbi məsləhət bura-
da da belədir.
Həqiqətən də dəhşətdir ki, əhli-ammənin tezisində Dəcca-
lın uzunömürlülük və qeyb dövrünün olmasına iman və təsdiq 
var. Halbuki, o, Axirəzzamanda şirk, küfr, zəlalət başçısı olacaq. 
Habelə onun həyatının qorunmasında və ömrünün uzun olma-
sında Allahın lütf və inayəti ortaya çıxır ki, bundan sonra xüruc 
edərək insan cəmiyyətinin azdırılmasında rolu olsun... Ancaq 
bu  sırada  Allah-taala  Allah  Rəsulunun  (sallallahu  əleyhi  və 
alih) oğlu, bəşəriyyəti zülm, haqsızlıq və zəlalətdən xilas edən, 
yer üzünü haqq-ədalətlə dolduran və tövhidi yayan kəsin həya-
tının qorunmasını boş verir! Qeyb və uzunömürlük düşüncəsi 
möcüzə  və  qeybə  iman  əqidəsi  üzərində  dayanıb.  Gözlənilən 
Mehdinin (əccələllahu fərəcəh) ömrünün uzun olması isə ila-
hi qüdrətin müdaxiləsi olmadan baş tuta bilməz. Əlavə olaraq 
bu iş həm də ağıla uyğundur və bunun imkansızlığına, imtina 
olunmasına hansısa bir şəri və elmi dəlil yoxdur. 
Allah  övliyalarından  birinin  məziyyət  və  kəramətlərini 
inkar etmək, ancaq Allah düşməninin qəribəlik və xariqüladə 
işlərinə iman bəsləmək qəribə deyilmi?! Onlara nə olub, necə 
hökm  verirlər?!  Habelə  qəribədir  ki,  onlar  gözlənilən  Mehdi 
barədə şiə tezisini nöqsanlı sayır, məsələni istehza və məsxərə 
ilə qarşılayırlar. Ancaq eyni halda allahlıq iddiası edən azğın, 
sapqın birinin məziyyət və qəribəliklərini ciddi hesab edirlər.
Bir neçə elmi və  ikri məqam və problemlər vardır ki, bəhs, 
tədqiqat  və  müzakirə,  həmçinin  nəzəriyyəni  tənqid  etmək 
mümkündür. Məsələn:


74
Müctəba Sadət
*  Əhli-sünnə  toplumu  arasında  həm  müasir  dövrdə,  həm 
də  tarix  boyunca  təkrarlanan  yalançı  Məhdəviyyət  iddiaları 
üçün davamlı düşüncə genişliyi;
* Səhihi-Buxari və Səhihi-Muslim kitablarında Mehdi kəl-
məsinin aydın şəkildə işlənməməsi, Abbasi hökümətinin buna 
siyasi və əmniyyət basqısının olması;
* Məhdəviyyət məsələsi barədə bir sıra tarixi anlaşılmaz-
lıqların yararlanması, Mehdinin nəsəb və kimliyi barədə şəkkə 
salmaq;
*  Mehdinin  isməti,  zühur  əsnasında  bəşəriyyətin  gələcə-
yinə təsir etməsi məsələlərində şübhəyə salmaq.
Müzakirə  üçün  başqa  məqamlar  da  vardır  ki,  açıqlamaq 
olar. Lakin burada bu kimi məsələlərin münaqişə və irəli sü-
rülməsi ilə sözdən-sözə keçmək bizi maraqlandırmır. Çünki sa-
biq məsələlərin bəyanından, onların araşdırılması və müxtəsər 
şəkildə tədqiqatından, habelə qüvvədə olmayan və tənqidolu-
nan məqamlarla tanışlıqda məqsəd, sadəcə Mehdi barədə əh-
li-sünnə nəzəriyyəsinin əsaslandığı əsas və düşüncələrin izahı, 
həqiqətin görünməsi kontekstində gəlir.
Yekun nəticə
Məhdəviyyətlə  bağlı  sünni  təsəvvür  tərzi  xəlifələr  məktəbi-
nin, elə əvvəlcədən durmuş olduğu əsas kökü əks etdirir. Çünki 
bu əsas Səqifənin qanuniliyinə, xilafət və şura nizamına əsaslanır. 
Habelə imam və xəlifənin Allah-təala tərə indən seçilməsi və tə-
yin  edilməsini  rədd  edir.  Hərçənd  Mustafanın  (sallallahu  əleyhi 
və alih) sülaləsindən olsa belə, əhlil-ammə tezisində Məhdəviyyət 
adi, gizli bir şəxsiyyətdən ibarətdir. O, ictimai islahatçıdan artıq bi-
risi deyil. Sadəcə, ədalətlə hökm edən siyasi başçı, öz ictihadına 
əsaslanaraq İslam təlimlərini tətbiq edən kəsdir. Onun üçün bir 
fürsət yaranacaq ki, dünyanın böyük ərazisinə rəhbərlik edəcək. 
O, şəxsi imkanları sayəsində peyğəmbərlərin xəyallarını, rəsulla-
rın istəklərini və salehlərin ümidlərini formalaşdıraraq icra edə-


75
Məhdəviyyət haqqında nəzərlər
cək. Çünki onun səma ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, 
iman, elm, ali dəyərli rəhbərlik məziyyətlərinə malik deyil!
Mehdinin şəxsiyyətini bəlli etmək barədə təsəvvür və tezis 
bəhs, tədqiqat və müzakirə əsnasında sabit, möhkəm qalmadı. 
Çünki bu rəyin əsaslana biləcəyi dərin əqli məntiq və möhkəm 
şəri dəlil az idi. Həqiqətdə bu təsəvvür məktəb alimlərinin ic-
tihad  və  rəylərinə  əsaslanır.  Bundan  öncə  isə  məzhəbə  mü-
va iq əsas qaydalara əsaslanır ki, onun üzərində inkişaf edib. 
Məsələn, bircə şəri dəlil (istər səhih, istər zəif bir hədis) belə, 
yoxdur ki, desin: Mehdi gələcəkdə, yaxud Axirəzzamanda do-
ğulacaq.  Təkcə  bir  sıra  adamların  söz  və  rəyləri  mövcuddur. 
Həmçinin kimsə tapılmaz ki, belə desin: Mehdinin ixtiyarı (se-
çilməsi) ümmət tərə indən tamamlanacaq. Habelə onların elə 
bir dəlili yoxdur ki, belə bəyan etsin: Mehdi özünü tanıyacaq, 
yoxsa  onu  ümmət  tanıyacaq?  Başqa  təsəvvürlər  də  vardır  ki, 
məktəbin təsəvvürləri onun üzərində dayanıb. Lakin bunu sü-
but edəcək hansısa bir dəlil, yaxud bürhanlardan yoxsuldur. 
Gözlənilən  Mehdi  düşüncəsi  xəlifələr  məktəbinə  mədəni 
və  dini  irs,  həmçinin  pay  şəklində  keçib.  Əhli-sünnə  mə hu-
munda Məhdəviyyətin tarix və müasirlik baxımından insanlıq 
həqiqətində heç bir təsiri yoxdur. Həmçinin sünni toplumuna, 
yaxud fərdə hər hansı bir nəfsi və ya ruhi təsir bağışlamır. Ha-
belə dörd məzhəb məktəbinin  ikri və mədəni həyatında qeyd 
ediləcək heç bir təsiri yoxdur. Onlar həmişə etiqad bəsləyib ki, 
Məhdəviyyət gələcəkdən xəbər vermək, yaxud gələcəklə bağ-
lı məsələdən artıq bir şey deyil. Mehdi isə onların nəzərində 
xəlifədən artıq bir kəs deyil. Həmçinin bu, Qiyamət əlamətlə-
rindən biridir. Daha əhatəli cəmiyyət təlimləri və nəzər, yaxud 
bəşər fərdlərinin qurtuluşu üçün strateji baxış sayılmır. Odur 
ki, bu səbəbdən Məhdəviyyət həqiqətindən aşağı bir həddə la-
yiq görülüb.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə