Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə17/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

55
Məhdəviyyət haqqında nəzərlər
Əhli-sünnə iman bəsləyir ki, Mehdi Alul-Beytdən (əleyhi-
mussəlam) olan saleh bir kişidir. O, Axirəzzamanda doğulacaq
adi insan ömrü yaşayacaq, camaat arasında təbii həyat sürəcək, 
onların  məktəb  və  universitetlərində  dərs  oxuyacaq.  Ancaq 
onun məsum olmasına, səma ilə əlaqəsinə inanmırlar. Əksinə, 
onu  adi,  bir  sıra  günah  və  üsyankarlıqlara  bulaşan  bir  insan 
kimi qəbul edirlər. Necə ki, digər insanlar bu cürdür. Əgər Al-
lah-təala Mehdini xilafətə seçmiş olsa, tövbəsini qəbul edib onu 
azğınlıq və günahdan xilas edərək hidayət edəcək. Allah onun 
məsələsini bir gecədə həll edəcək. Bu  ikri əsaslandırmaq üçün 
aşağıdakı rəvayəti dəlil gətirirlər: “Mehdi biz Əhli-beytdəndir, 
Allah onun işini bir gecədə qaydasına salacaq”.
32
 Əhlül-ammə 
belə düşünür ki, Mehdi doğulacaq, təbii həyat sürəcəkdir. Onlar 
etiqad bəsləyir ki, Mehdi idarəçiliyi öhdəsinə almamışdan, xi-
lafətə yiyələnməmişdən bir neçə il öncə dünyaya gələcək.
33
 On-
ların alimlərinin ictihadına əsasən, hədislərdə qeyd edilməyib 
ki, hansısa bir şeyə görə Mehdi digər insanlar üzərində - istər 
bu imtiyaz uzunömürlülük olsun, yaxud uzun qeyb dövrü, ya 
da camaatdan gizlənmək – imtiyaza sahib olsun.
Əhli-sünnə nəzərində Mehdinin kimliyi, xüsusiyyət və 
sirəsi
İmam  Mehdinin  kimliyi.  Onlar  inanır  ki,  Mehdi  (əleyhis-
salam)  Peyğəmbərin  (sallallahu  əleyhi  və  alih)  ailəsindəndir. 
Həmçinin Qüreyş soyundan, Bəni-Haşimdən və Fatimə ilə Əli-
nin (əleyhiməssəlam) övladlarındandır. Onun adı Peyğəmbərin 
(sallallahu əleyhi və alih) adı Muhəmməd, yaxud Əhməd, atası-
32
 Sunənu İbn Macə, c.2, 4085; Əl-Havi lil-fətava, 2:78. Ancaq “Onun işini bir 
gecədə qaydasına salacaq” ifadəsinin mənası onlardan gizli qalıb. Belə ki, 
bu ifadədə məqsəd odur ki, bir gecədə Hicaz ölkələrində dövlətin təchizat-
larına idarəçiliyi əlinə almaq imkanı qazanacaq.
33
 İyirmi ilə bərabər zaman.


56
Müctəba Sadət
nın adı isə Abdullahdır.
34
 Burada Əhli-sünnədən onun Hüseyn 
ibn  Əlinin  sülaləsindən  olmasını  üstün  bilənlər  də  var.  Onun 
künyəsi Əbu Abdullahdır. O, Allah Rəsulunun (sallallahu əleyhi 
və alih) Buxarinin rəvayət etdiyi hədisdə qeyd etmiş olduğu on 
iki qüreyşli xəlifələrdən biridir.
35
Xüsusiyyətləri.  Əhlül-ammənin  sələ lərinin  kitablarında 
qeyd edilən bir sıra müxtəlif rəvayətlərdə onun xüsusiyyətləri 
belə qeyd olunub: Mehdi zahiri və əxlaqi baxımdan Peyğəmbərə 
bənzəyir, onun siması parlaq ulduz kimidir, alnı açıq, burnu dik-
dir, ön dişləri daha fərqlidir (yaxud iridir). Xüsusiyyətlərindən 
digəri,  budlarının  geniş  və  bir-birindən  aralı  olmasıdır.  Rəngi 
ərəblərə  xas  rəngdir,  üzərində  iki  qətvani  əba  vardır.  O  zühur 
edərkən başı üzərində bir bulud olar. Həmid buludda bir mələk 
belə nida çəkər: Bu, Mehdi Allahın xəlifəsidir, ona tabe olun”.
Sirəsi:  Məkkədə  ona  beyət  olunar,  sonra  Şama,  Xorasana 
və  s.  yerlərə  doğru  gedər.  Sonra  onun  qərarlaşdığı  yer  Bey-
tül-müqəddəs  olar.  Rükn  və  məqam  arasında  tələb  etmədiyi 
halda  ona  beyət  olunar.  Məşriq  tərəfdən  qəlbləri  dəmir  par-
çasıtək olan qara bayraqlar arasında gələr, zaman (ümid) kə-
sildikdə və  itnələr üzə çıxdıqda zühur edər. Onun bəxşişi xoş 
olar, xəzinələri çıxarar, yer üzü öz bitkilərini çıxarar və səma öz 
qətrələrini yağdırar. Allah leysan yağışla onu sirab edər. Hey-
vanlar çoxalar, yer və göy əhli, göydəki quşlar onun xilafətin-
də razı qalar. Allah camaata bol yağış göndərər. Ümmət onun 
zamanında elə bir nemətə qərq olar ki, heç vaxt beləsi onlara 
34
 Sünəni-Əbu Davuda istinadən, “Onun adı mənim adım, atasını adı isə, ata-
mın adıdır”. 
35
 Cabir ibn Səmurədən nəql olunan hədisdə deyilir: “Allah Rəsulunun (sal-
lallahu əleyhi və alih) belə buyurduğunu eşitdim: “On iki nəfər onlara ha-
kimlik etməyənədək camaatın işi irəli getməz”. Buyurdu: “Onların hamısı 
Qüreyşdəndir”. Bunu Buxari öz Səhihində (3/311), Səhihi-Müslim (3/1452, 
1453, 1454), Sunəni-Əbi Davud (4/106), Cameut-Tirmizi (5/501), Musnə-
du Əhməd (5/86-108) qeyd etmişdir.


57
Məhdəviyyət haqqında nəzərlər
verilməyib. Malı tam verər, onu bəxşişlə paylayar. Kimsə onu 
saya  bilməz.  Onları  bərabər  şəkildə  bölüşdürər.  İlk  zühuru 
Məkkədə  olar.  Peyğəmbər  edən  ki,  o  da  Axirəzzamanda  dini 
bərqərar  edəcək.  Böyük  hadisələr  onun  əli  ilə  baş  verəcək, 
İslamı üzə çıxarıb yer üzünü ədalətlə dolduracaq. Beş, yeddi, 
yaxud doqquz il hakimiyyət edəcək, Zülqərneyn və Süleyman 
kimi dünyaya sahib olacaq. O, elə bir tayfanın əmiri olacaq ki, 
haqq  üzərində  daim  müharibə  aparacaq,  nəhayət,  Məsih  İsa 
ibn Məryəm nazil olacaq, onun arxasında sübh namazını qıla-
caq, sonra Dəccalı öldürəcək.
Əhli-sünnədə Mehdi barədə hədis və rəvayətlər
Axirəzzamanda Mehdinin gəlişiylə bağlı Mustafadan (sal-
lallahu əleyhi və alih) nəql olunan rəvayətlər çoxluq təşkil edir, 
xəbərlər də təvatürdür. Habelə buyurmuşdur ki, o, öz əhli-bey-
tindəndir, yer üzünü ədalətlə dolduracaq. Mehdi barədə nəql 
olunan  hədis  və  əsərlər  əhli-sünnədə  olduqca  çoxdur.  Belə 
ki, əhli-sünnədən olan hədis imamlarından bir dəstəsi Mehdi 
barədə hədisləri çıxarış edib. Onlardan bəziləri bunlardır: Əbu 
Davud,  Tirmizi,  İbni  Macə,  Əhməd,  Bəzzar,  Hakim,  Təbərani, 
Əbu Yə`la Mosuli. Həm də bu xəbərləri səhabələrdən olan bir 
dəstəyə istinad etmişlər. Hətta Hakim, Mehdi barədə iki şeyxə 
(Buxari və Müslim) görə bir sıra hədisləri tamamlamağa çalı-
şıb. O deyib: İki şeyxin şərtinə əsasən, səhihdir, ancaq onu qeyd 
etməyib. Bunu Zəhəbi öz Təlxisində təsdiqləyib.
36
 Bir çox alim-
lər düşünür ki, Mehdi barədə hədislər mənəvi təvatür həddinə 
yetişib.
37
 Əbdüləlim Əbdüləzim Bəstəvi “Əl-Əhadisul-varidətu 
36
 Gözlənilən Mehdi kitabı, İbrahim Məşuxi, s. 35.
37
 Mənəvi təvatür odur ki, hətta adətin qarşısını alan, yalanda sözü bir yerə 
qoyan kəslər tərə indən rəvayətlər ixtila lı olsa belə, mənanın deyilməsi ilə 
qaneedici olur. Hədislər müxtəlif olur, lakin istədiyimiz məna üzərində itti-
faq edir. Bunun misalı qarşımızdadır. O da Mehdinin axirəzzəmanda zühu-
runa dair hədisdir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə