Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə18/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

58
Müctəba Sadət
il-Mehdi  i  mizanil-cərhi  vət-tə`dil”  adlı  magistr  traktatında 
bunu aydınlaşdıraraq deyib: “Mehdi barədə varid olan hədis-
lərə  nəzər  saldıqdan,  onu  sənəd  və  mətn  baxımından  tədqiq 
etdikdən sonra bunlara gəlib çatır: Mehdinin Axirəzzamandakı 
xilafəti haqdır və bu səhih, yaxud həsən hədislər sübuta yetdiyi 
üçün onu inkar etmək mümkün deyil. Həmçinin bir sıra başqa 
hədislər də varid olub. Onlar təfsilatı barədə zəifdir. Lakin dü-
şüncənin əsasında səhihlə müştərək xüsusiyyət daşıyır. Bu isə 
Mehdinin xilafətinin mövcud olmasıdır. Habelə bu cür şəkildə 
bu məsələ mənəvi təvatür olaraq, mütəvatir şəkil alır”. Biz əh-
li-sünnə nəzərində səhih hədislərin bəzisini təqdim edirik və 
onlardan bir hissəsini seçir, say və qaynaq çoxluğuna görə isə 
bəhsi daha ağırlaşdırmaq istəmirik. Sadəcə onlardan bəzisini 
qeyd etməklə kifayətlənirik:
*  Abdullah  ibn  Məsud  deyib:  “Allahın  Rəsulu  (sallalla-
hu əleyhi və alih) buyurdu: “Mənim əhli-beytimdən olan, adı 
adımla eyni olan bir ərəb malik (hökmdar) olmayanadək dün-
ya nə aradan gedər, nə də sona çatar”.
38
 Magistr araşdırmasının 
nəticəsi, Bəstəvi, isnadı səhihdir. Albani “Səhihdir” – deyib. 
* Əbu Səid Xudri deyib: “Allahın Rəsulu (sallallahu əleyhi 
və alih) buyurdu: “Mehdi məndəndir, alnı açıqdır, burnu dikdir, 
yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dol-
duracaq. O, yeddi il hökmdarlıq edəcək”.
39
 Magistr araşdırma-
sının nəticəsi: Bəstəvi. Hədis şahidlərinə görə həsəndir. Albani 
deyib: “İsnadı həsəndir”.
*  Ümmü  Sələmədən  belə  nəql  olunub:  “Allah  Rəsulunun 
(sallallahu  əleyhi  və  alih)  belə  buyurduğunu  eşitdim:  “Meh-
38
  Sunəni-Əbi  Davud  (4/106);  Cameut-Tirmizi  (4/505);  Musnədu-Əhməd 
(1/447) və (1/376); Əl-Mu`cəmul-kəbir (10/164-167)
39
  Sunəni-Əbi  Davud  (4/106);  Əl-Mustədrək  (4/557);  Əl-Fitən,  İbn  Həm-
mad (s.99 və 100)


59
Məhdəviyyət haqqında nəzərlər
di  mənim  itrətimdən,  Fatimənin  övladlarındandır”.
40
  Magistr 
araşdırmasının nəticəsi: Bəstəvi. İsnadı həsəndir. Albani deyib: 
“Səhihdir”.
* Əli ibn Əbu Talibdən (əleyhissəlam), o da Allah Rəsulun-
dan (sallallahu əleyhi və alih) belə nəql edib: “Əgər dövrandan 
yalnız  bir  gün  qalmış  olsa  belə,  Allah  mənim  əhli-beytimdən 
bir nəfəri, mütləq göndərəcək ki, yer üzünü haqsızlıq dolduğu 
kimi ədalətlə doldursun”.
41
 Magistr araşdırmasının nəticəsi: İs-
nadı səhihdir. Albani deyib: “Səhihdir”.
Əhli-sünnədən olan alim və mühəddislər Mehdiylə əlaqə-
dar bütün hədislərə etina etmiş və öz kitablarında onları qeyd 
edib ki, nəbəvi irsi qorunub saxlansın. Qədim və müasir dövrdə 
Mehdi barədə ayrıca çoxlu əsərlər yazılıb. Orada ona aid hər 
bir şeyi qeyd ediblər. Həmin kitab və əsərlərdən bəziləri bun-
lardır:
1 – “Əl-Fitən” kitabı. Müəllif: Nəim ibn Həmmad Məruzi Xuzai. 
O, Buxarinin şeyxlərindəndir. Hicrətin 228-ci ilində vəfat edib.
2  –  “Əl-Bəyan  bi-əxbari  Sahibəz-zəman”  kitabı.  Müəllif: 
Muhəmməd ibn Yusif Kənci Şafei. Hicrətin 258-ci ilində vəfat 
edib. 
3 – “Əqdud-durər  i əxbaril-Muntəzər” kitabı. Müəllif: Yusif 
ibn Yəhya Şafei Silmi. Hicrətin 685-ci ilində vəfat edib.
4  –  “Əl-Urful-vərdi  i  əxbaril-Mehdi”  kitabı.  Müəllif:  Cəla-
luddin Əbdürrəhman ibn Əbubəkr Suyuti. Hicrətin 911-ci ilin-
də vəfat edib.
5 – “Əl-Qəulul-muxtəsər  i əlamatil-Mehdi əl-muntəzər” ki-
tabı. Müəllif: Əhməd ibn Muhəmməd ibn Həcər Məkki Hiytəmi. 
Hicrətin 974-cü ilində vəfat edib.
40
  Sunəni-Əbi  Davud  (4/107);  Sunəni-İbn  Macə  (2/1368,  h.4086); 
Əl-Mustədrək (4/557)
41
 Sunəni-Əbi Davud (4/107); Musnədi-Əhməd (1/99); Musənnəf İbn Əbi 
Şeybə (321/bə).


60
Müctəba Sadət
6 – “Əl-Burhan  i əlamati Mehdi axiriz-zəman” kitabı. Müəl-
lif: Əli ibn Hisamuddin Muttəqi Hindi, “Kənzul-ummal” kitabı-
nın müəlli i. Hicrətin 975-ci ilində vəfat edib. 
Əhli-sünnə nəzərində Mehdinin zühur əlamətləri
Xəlifələr məktəbinin nəzərində zühur əlamətləri çox say-
dadır.  Biz  “Əqdud-durər”,  “Urdul-vərdi”,  “Qəulul-muxtəsər”, 
“Əl-Burhan  il-əlamat” kimi bu babda olan məşhur tərtibat və 
məktəb  böyüklərinin  kitablarından  gələcək  xəbərlərlə  əlaqə-
dar  bir  hissə  seçdik.  Seçilmiş  əlamətlərin  hissələrə  ayrılma-
sında zaman ardıcıllığına riayət etməmişik. Həmçinin hər bir 
əlamət üçün rəvayət və dəlilə də işarə etməmişik
42
 ki, bununla 
tədqiqat və bəhs metoduna riayət etmiş olaq. Odur ki, az qis-
minə müxtəsər şəkildə diqqət edək:
Bu ümmətin başına gələcək bəla. O həddə qədər ki, kimsə 
zülmdən sığınacağı bir pənah yeri tapa bilməz.
Çoxlu  itnələr  və  can  sıxıntısına  səbəb  olacaq  hadisələr, 
Kufə və Hirə arasında faciəvi qətliam.
Altmış yalançı çıxar və onların hər biri iddia edər ki, Allah 
dərgahından göndəriliblər.
Xəzinənizin yanında üç nəfər qətlə yetirilər ki, onların ha-
mısı xəlifə oğludur. Sonra onlardan heç birinə yetişməz.
Şamda olacaq zəlzələ. Orada yüz min insandan çox adam 
həlak olacaq.
Kufə məscidinin divarının uçulması. (Abdullah ibn Məsu-
dun evinin aşağısından)
Türklərin Cəzirəyə enməsi, Rumun Rəmləyə enməsi.
Dəməşq çevrəsinə nida: Yaxınlaşan şərə görə vay olsun ərəblərə.
42
 Daha əlavə məlumat, bəhs və tədqiqat üçün, habelə Əhlül-ammənin nəzə-
rində zühur əlamətləriylə tanış olmaq üçün qeyd edilən dörd kitaba müra-
ciət edə bilərsiniz. Habelə hər bir əlamət və buna dəlalət edən hədislə də 
tanış ola bilərsiniz. Ondan əlavə bu barədə hədis və rəvayətləri də gözdən 
keçirə bilərsiniz.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə