Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   2   3   4   5   6   7   8   9   ...   66

21
Məhdəviyyət haqqında nəzərlər
Xəvaric belə düşünür ki, İslam xilafəti bir qəbilə, yaxud ailə, ya 
da tayfa ilə məhdudlaşa bilməz. Müsəlmanların işini yalnız xid-
mət və işlərinin irəliləməsinə görə daha bacarıqlı və qüdrətli 
olan kəslər öz öhdəsinə götürə bilər. 
Xəvaricə  gəlincə,  İbaziyyənin  nəzərində  onlar  qədim  bir 
tayfadır. Tabeinlərin zamanından mövcuddur. Başçıları Nafe ibn 
Əzrəq, Nəcdət ibn Amir, Abdullah ibn Səffar və onları dəstək-
ləyənlərdir. Ona görə “xəvaric” adlanıblar ki, onlar həqiqətdən 
və ümmətdən xaric olublar. Şirk etməklə günaha mürtəkib ol-
maq hökmə görədir. Onların savaşçıları müşrikdirlər. Bununla 
belə müşriklə vuruşmaqda lazım olan şeylərə ehtiyac var. On-
lar üsyankarlıqla qan və əmlak kimi Allahın haram (möhtərəm 
hesab etdiyi) buyurduğu şeyləri halal edib. Bunu təvil barədə 
xətaya düşdükləri zaman etdilər. Sadəcə sözlə məhdudlaşmadı-
lar, əksinə əməldə göstərməklə həddi aşdılar. Onlar öz etiqad-
ları və əməlləri ilə İslamdan, haqdan çıxdılar. Belə ki, dindən 
çıxmaq hədisini onlara tətbiq etmək mümkündür.
İbaziyyə  hakimliyi  rədd  edən  tayfalardan  biridir.  Onlar 
İmam  Əlini  (əleyhissəlam)  bundan  uzaqlaşdırdı.  Odur  ki,  ək-
sər tarixçilər İbaziyyəni ümumi baxımdan xəvaricə nisbət ve-
rib. Bəzisi deyib: İbaziyyə xəvaricdən daha ədalətlidir. Başqa-
ları  deyib:  İbaziyyə  xəvaric  irqələri  arasında  əhli-sünnəyə 
daha yaxın olanıdır. Öncədən deyildiyi kimi bizə aydın oldu ki, 
İbaziyyə  (mötədil)  məzhəbi  xəvaric  irqələrindən  biridir.
6
  İlk 
6
  Şeyx  Cəfər  Sübhani  “Əl-Miləlu  vən-nihəl”  adlı  enskilopediyasında  (c.5, 
s.233) xəvaric  irqələrindən olmadıqlarına dair İbaziyyənin dəlil və inkar-
larına çatdıqda təkidlə qeyd edir ki, onların qeyd etdiyi hər bir şey xitabəyə 
bənzəyir. Çünki xəvaric adının Əzariqə, Nəcdat kimi radikallara aid edilməsi 
və heç bir xüsusiyyət olmadan xüsusiləşdirməyə gəlincə, bu ləfz İmam Əli-
nin (əleyhissəlam) dövründə ona qarşı çıxan kəslərə qarşı işlədilib. Onların 
bu  adla  adlandırılması  isə  Müaviyənin  dövründə  yayılıb.  Yəni  hicri  ili  ilə 
iki  il  öncə  Əzariqə  və  Nəcdat  başçılıq  kürsüsünə  çatmazdan  qabaq.  Bun-
dan belə nəticə çıxarmaq mümkündür ki, xəvaric bu gün Əmirəlmömininin 


22
Müctəba Sadət
məsələsi siyasi cərəyan kimi olub. Günlər keçdikcə isə digər İs-
lam məzhəbləri kimi  iqhi bir məzhəbə çevrilib. 
İbaziyyənin  nəzərində  şəriət  qaynaqları  Quran,  sünnə, 
icma və rəydir. Nəbəvi hədislərə gəlincə isə, onlar Rəbi ibn Hə-
bib Fərahidinin müsnədinə etimad bəsləyir və onu İbaziyyəyə 
salırlar (əl-Came`us-səhih). Habelə onu sənəd baxımdan hədis 
kitablarının  ən  səhihi  hesab  edirlər.  Çünki  hədislərin  çoxunu 
Rəbi öz Şeyxi Əbu Ubeydə Müslim ibn Əbu Kərimədən, o da Ca-
bir ibn Zeyddən, o isə səhabələrin birindən rəvayət edib. Rəbi 
ibn Həbib ibn Əmr Əzdi hicrətin 180 və 181-ci illərində vəfat 
edib və Omanda dəfn olunub.
Tarixi və müasir yayılması
Tarixin
7
  bizə  dediyi  kimi  İbaziyyə  nə  siyasi,  nə  də  dini 
baxımdan  Əməviyyə  dövlətinin  əleyhinə  çıxmayıb.  Lakin  on-
lar əməvi siyasətindən də razı olmayıblar. İbaziyyənin nisbət 
verildiyi  Abdullah  ibn  İbaz  Əməviyyə  dövlətinə  qarşı  qılınc 
qaldırmayıb. Sadəcə yazışma yolu ilə onların siyasətini tənqid 
etməklə  kifayətlənib.  Əbu  Bilal  Mirdas  da  həmçinin.  O,  əmə-
vilərin siyasətini dili ilə tənqid edər, ancaq qılınc qaldırmazdı.
8
* Hicrətin 132-ci ilində Omanda Əbül-Abbas Səffahın döv-
ründə İbaziyyə adlı dövlət qurulub. 
* Hicrətin 129-cu ilində Yəməndə, Afrikanın şimalı Trab-
lusda isə hicrətin 142-ci ilində imamət elan ediblər.
9
* Afrikanın şimalında Rüstəmiyyə dövləti adı ilə İbaziyyə 
dövləti  qurulub  ki,  onu  Əbdürrəhman  ibn  Rüstəm  Farsi  hic-
(əleyhissəlam) itaətindən çıxan, hakimliyini inkar edən kəslərə aid edilir. 
Onların əvvəl, yaxud sonradan gələnləri arasında heç bir fərq yoxdur.
7
 Doktor Əmr xəlifə Nami “Əcvibətu İbn Xəldun” kitabını təhqiq edərkən, 
müqəddiməsində. 
8
 Lakin İmam Əlinin (əleyhissəlam) dövründə Nəhrəvan döyüşündə iştirak 
edib.
9
 Əl-İmamətu  il- iqhil-islami, s.22. Ustad Əli ibn Hilal İbri. Magistr traktatı, 
m.1991. 


23
Məhdəviyyət haqqında nəzərlər
rətin 160-cı ilində təsis edib. O, Tahirət şəhərini paytaxt edir 
(Hal-hazırda Tiyarətdir və Əlcəzair şəhəridir). Hansı ki, 120 ilə 
yaxın müddətdə davam etmişdir. İbaziyə dövləti süqut etdik-
dən sonra Tahirətdə İbaziyyə əhalisinin topluluqları qorunub. 
Hətta indiki dövrdə müstəqil dini və siyasi dəstə kimi mövcud-
dur.  Məsələlərini  bərqərar  etmək  naminə  İbaziyyə  termino-
logiyasında  “Əzabə  məclisləri”  adlanan  alimlər  məclisi  təşkil 
olunur.
Hər fürsət düşdükdə ibazilər Omanda imamət qurmaqda 
davam edirlər. Nə zaman zəif olsalar, krallıq onu dağıtmağa ça-
lışır. Beləcə, ard-arda baş verir. Sonuncu imaməti ibazilər hic-
rətin 1331-ci ilində qura bildilər. Bu, hicrətin 1375-ci ilinədək 
davam edə bilib.
10
İndiki zamanda ibaziyyələr əsasən Oman sultanlığında ya-
yılıb. Belə ki, omanlıların təqribən 75%-ni təşkil edir (təqribən 
1.8  milyon).  Habelə  bu  məzhəbə  Əlcəzairdə  Mizab  vadisində 
də rast gəlinir (təqribən 350 min). Nəfusə dağı və Liviyadakı 
Züvarədə  təqribən  70  min,  Tunisin  Cərbə  adasında  təqribən 
10 min nəfərdir. Bundan başqa Yəmən, Afrikanın şimalı, Misir, 
Zəncibar (Uqanda), Mali, Qana, Səudiyyə kimi müxtəlif ölkələr-
də və xarici dövlətlərdə qaçqın kimi yaşayanlarına da rast gə-
linir. İbazi məzhəbinin ardıcılları və qəbul edənlər hal-hazırda 
dünyada 2.5 milyon nəfərdir. Oman və Şimali Afrikanın hər ye-
rində yayılmaqlarının və İbazi məzhəbinin ardıcıllarının indiki 
durumda belə, mövcudluğu həmin məntəqələrdə İbaziyyə döv-
lətlərinin qiyamı olub.
İbaziyyənin intizarı çəkilən Mehdi barədə rəyi
İbazi düşüncəsində intizarı çəkilən Mehdi səhihliyi olma-
yan əsassız bir xurafatdan ibarətdir.  Onlar bu düşüncəni qəti 
dəlillər  olmadan  iman  bəslənilməsi  layiq  görülməyən  qeybi 
10
 Əvvəlki mənbə, s.23.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə