Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   28

 

55 


müjdələdi.1   Bütün  bu  deyilənlər  İslam  və  Quranın  varlığı  üçün  böyük  sənəddir.  İmam  Hüseyn  (ə)  heç  bir 

yardımçısı qalmayan bir vaxtda südəmər körpəni də dostuna təqdim etdi! 

İmam  sağollaşmaq  istədi.  Qadınlara,  qızlara  və  bacılarına  buyurmuşdu  ki,  xeymədən  bayıra  çıxmasınlar. 

Onlar  da xeymədə  qalmışdılar.  Birdən imamın səsini eşitdilər:  “Bacılarım, qızlarım, zövcələrim,  son  salamım 

olsun  sizə!”  İmamı  matəm  həlqəsi  əhatəyə  almışdı.  İmam  onlara  heyranlıqla  baxırdı.  O  qarşıda  əzizlərini 

gözləyən  gün  haqqında düşünürdü.  Hər  iki tərəf aram-aram  göz  yaşı  axıdırdı. Amma  bu  sükut  uzun çəkmədi. 

Qəfildən imamın əziz qızı şirindilli Səkinə qabağa çıxdı. Atasının ətəyindən tutdu və dedi: “Atacan! Səndəmi 

ölümə  təslim  oldun?”  Həzrət  buyurdu:  “Qızım,  görmürsənmi,  artıq  atanın  köməkçisi  yoxdur?!”  Səkinə  dedi: 

“Atacan, əgər sən də ölümə təslim oldunsa, onda bizi babamızın hərəminə qaytar!” İmam buyurdu: “Qızım, siz 

babanızın hərəminə qayıdacaqsınız, amma mən sizinlə olmayacağam.”2  

İmam  meydana  üz  tutdu.  Bəşər  tarixində  misli  görünməmiş  mübarizə  başladı.  Onun  qardaşları,  övladları, 

qardaşı oğlanları, əmisi oğlanları, səhabələri və yardımçıları şəhid olmuşdular. Şahidlərdən biri deyir ki, həmd 

olsun  Allaha,  sübhdən  günortayadək  bir  bu  qədər  müsibət  görən  insan  tanımıram.  Amma  o  qızmış  şir  tək 

vuruşurdu. Düşmən imamın qılıncının qabağından ah-vayla qaçırdı. Həzrət xeymələrə tərəf qayıdıb dedi: “La 

hovlə  vəla  quvvətə  illa  billah.”  Düşmən  arasında  söhbət  gedirdi:  “Onunla  vuruşa  bilmirik.  Bir  iş  görək  ki, 

Hüseyn  meydana  gəlməsin.”  Bu  alçaq  insanlardan  bəziləri  xeymələri  yandırmaq  fikrinə  düşdü.  Bəziləri  də 

xeymələri  qarət  etmək  istəyirdi.  Bu  vaxt  imam  Hüseynin  (ə)  fəryadı  ucaldı:  “Ey  Əbu-Süfyan  xanədanının 

qulları! Əgər dininiz yoxdursa, məada inanmırsınızsa, heç olmaya hürr olun, qeyrətiniz olsun.” Şimr dedi: “Nə 

danışırsan  Hüseyn?”  İmam  buyurdu:  “Deyirəm  ki,  hələ  ki  mən  sağam,  sizinlə  vuruşuram,  xeymələrə  tərəf 

getməyin!”  Şimr  xəbiscəsinə  dedi:  “Sən  haqlısan.”  Şimr  ətrafındakılara  göstəriş  verdi  ki,  xeymələrə 

yaxınlaşmasınlar.  Hüseynin  böyüklüyünü,  qeyrətini,  belə  bir  işə  tamaşa  edə  bilməməsini  düşmən  yaxşı  başa 

düşürdü.  Hamı  birdən  hücuma  keçdi.  Oxatanlar  ox  atır,  qılınc  çalanlar  qılınc  çalır,  nizədarlar  nizə  atırdılar. 

Silahı  olmayanlar  imama daşla  hücum edirdi.  Sünni  və şiə  mənbələrində  yazılır ki, imamın  nazənin bədəninə 

saysız-hesabsız  oxlar  sancılmışdı.  Əhli-beyt  Kərbəla  torpağının  lərzəyə  gəldiyini,  göy  üzünün  qaraldığını 

gördü. Xudaya! Nə baş verir? Onlar xəbər gözləyirdi. Birdən imamın atının səsi eşidildi. Xeymələrdən çıxdılar 

və atın yalını qan içində gördülər.3  

Kərbəladan belə xəbər verirlər: “And olsun Allaha, bu at gələn vaxt Zeynəb, bacıları və Hüseynin (ə) əhli-

beyti atı əhatəyə aldı. Hamı fəryad çəkirdi. Biz də onlara qoşulaq, “Hüseyn” deyib ağlayaq.  

Biz inanırıq ki, bu gün (aşura günü) peyğəmbər Kərbəlada Hüseynin başı üstə dayanıb. Bəziləri onu görsələr 

də tanımadılar. Amma Zeynəb sanki onu görüb tanıdı. Babası peyğəmbərlə dərdləşdi və dedi: “Ey cəddim, ey 

Allahın  rəsulu!  Bu  sənin  Hüseynindir,  tikə-tikə  doğranıb,  qanına  qəltan  olub,  başı  kəsilib.”  Sonra  qardaşına 

xitabən  zümzümə  etdi:  “Hüseyncan!  Sənə  fəda  olum,  qəm-qüssə  dolu  qəmlə  şəhid  oldun.  Fəda  olum  o  teşnə 

dodağa, kəsilmiş boğazına.”4  “Hüseyncan! Elə bir səfərə getməmisən ki, qayıdacağına ümid edim. Qardaşım. 

Elə  bir  yaralı  deyilsən  ki,  sənə  əlac  edə  bilim.  Qardaşım,  əzizim!  Qalx  və  gör  ki,  zövcələrin,  bacıların  və 

qızların biyabanlarda pərən-pərən düşüb, xeymələrimizə od vurulub, olanımızı qarət ediblər. Hüseynim!” 

On ikinci məclis 

İmam Hüseynin (ə) səhabələrinin rəşadəti 

Kərbəlada  imam  Hüseynlə  birlikdə  olanların  aşura  günü  rəşadəti  və  əzəməti  inkar  olunmaz  bir  həqiqətdir. 

Onlar həmin gün şəhid oldular. Onların heç birində qorxudan, zəiflikdən, acizlikdən əsər  yox idi. Bu insanlar 

uşaqdan  böyüyədək  əzəmətli  bir  ruhiyyəyə  malik  idilər.  Xüsusi  ilə  aşura  gecəsi,  imamın  bəyanatından  sonra 

behiştdəki dərəcələrini görməklə əzəmətli ruh və misilsiz qüdrətlə vuruşurdular. Amma sayları az idi. İmam son 

rəcəzində buyurur: “Ömər Səd mənim qarşıma təcavüzkarcasına yağış damlaları tək sellənən qoşunla çıxdı.” 

                                                 

1

 “Məqtəli-müqərrəm”, s. 280, 281 



 

2

 “Bihar”, c. 45, s. 47 



3

 “Məqtəli-Xarəzmi”, c. 2, s. 37 

4

 

“Bihar”, c. 45, s. 58, 59 



 


 

56 


Aşura ilə bağlı təhriflər 

Bəziləri  ibn-Kəsirin  məlumatlarından,  bəziləri  imamın  rəcəzindən  belə  bir  nəticə  çıxarırlar  ki,  düşmən 

qoşunu  30  min  nəfərdən  çox  olmuşdur.  Bəziləri  bu  qoşunun  bir  milyon  nəfərə  çatdığını  bildirir.  İmamın 

səhabələrinin,  əhli-beytinin  və  özünün  sağlam  düşüncəyə  sığmayan  bəzi  rəşadətləri  də  önə  çəkilir.    Bu  sayaq 

məlumatların heç bir tarixi sənədi yoxdur. Məsələn deyirlər: “Həzrət Əbül-Fəzl 50 min, həzrət Qasim 30 min, 

həzrət  Əli  Əkbər  70  min  nəfər  öldürdü.  İmam  özü  isə  300  min  nəfərin  həyatına  son  qoydu.  Mərhum  şəhid 

Ayətullah Mütəhhəri buyurur: “Mən hesablamışam ki, əgər imam Hüseyn (ə) hər saniyədə bir nəfər öldürsəydi, 

300 min nəfəri öldürmək üçün ona 83 saat vaxt lazım idi!”  

Bəli, bəzi rəqəmlər ağıl və məntiqdən uzaqdır. Mövləvi demişkən, “Eşq gəldi, ağıl biçarə qaldı.” Bu sayaq 

rəqəmləri sübuta  yetirmək üçün deyirlər ki, aşura günü günəş imamın səbri sayəsində yerində dayandı və gün 

70 saatdan uzun çəkdi. Bu sayaq iddialar batildir və aşura tarixinə yaddır. Aşura tarixi canlı bir tarixdir və ən 

xırda detalları sünni və şiə mənbələrində qeyd olunmuşdur.  

 

Aşura günü vuruşun gedişi 

Əlbəttə ki, düşmənin 30 minlik qoşunu bir dəfəyə vuruşa qatıla bilməzdi. Onlardan bir hissəsi Fərata gedən 

yolları  qoruyurdu.  3500-ə  yaxın  oxçu  onların  keşiyini  çəkirdi.  Sırf  meydanda  vuruşa  qatılan  düşmən 

əsgərlərinin sayı 2-3 min nəfər olardı. Xüsusi ilə savaşın əvvəlində üzbəüz döyüş getdiyindən döyüşdə çox az 

adam iştirak edirdi. Salim Movla Ziyad ibn Süfyan və Yəssar Movla ibn Ziyad meydanda mübariz tələb etdilər. 

Büreyr  və  Həbib  ayağa  qalxıb  meydana  çıxmaq  istədi.  İmam  buyurdu:  “Siz  əyləşin.  Onlar  sizinlə  meydana 

çıxmaq qabiliyyətinə malik deyillər. Bəni-Kəlab tayfasından olan Abdullah ibn Əmir dedi: “Onlarla savaş üçün 

mənə icazə ver.” Həzrət buyurdu: “Get.” Bu pak şiə meydana çıxdı. Onlar soruşdular: “Sən kimsən?” O dedi: 

“Abdullah  ibn  Əmir.”  Dedilər:  “Səndə  bizimlə  vuruşmaq  ləyaqəti  yoxdur.”  Bu  böyük  insan  dedi:  “Ey 

haramzadələr,  iş  o  yerə  çatıb  ki,  özünüzə  tay  axtarırsınız?!  Ərəblərin  ən  alçağı  sizdən  ləyaqətlidir.”  O, 

düşmənlərdən  birinə  hücum  etdi.  Qarşı  tərəf  yerindən  tərpənməmiş  onu  öldürdü.  İkinci  düşmən  qılıncın  bir 

zərbəsi  ilə  imamın  fədakar  yoldaşının  bir  neçə  barmağını  kəsdi.  Sol  əlinin  barmaqları  kəsilmiş  Abdullah 

qılıncını  sağ  əlinə  alıb,  bir  zərbə  ilə  düşməni  ikiyə  böldü!  O  rəcəz  oxuya-oxuya  imamın  yanına  qayıtdı.  İbn 

Ziyad  qoşununun  sərkərdələri  çoxluqlarına  baxmayaraq  öz  adamlarına  üz  tutub  dedilər:  “Bilirsinizmi  kiminlə 

vuruşursunuz?  Bunlar  ərəb  savaşının  şirləridir.  Əgər  siz  onların  qarşısına  bir-bir,  iki-iki  getsəniz,  hamınız 

öldürüləcəksiniz.  Ona  görə  də  əvvəlcə  onların  atını  əllərindən  alın.”  Bəli,  savaş  sübh  vaxtından  namərdliklə 

başladı. Atları oxa tutdular. Nəticədə imamın yoldaşlarının əksəriyyəti piyada qaldı. Sonra mübarizlərin başına 

daş və ox yağdırdılar. Bu yolla savaşın əvvəlində imamın 30-a yaxın səhabəsi şəhadətə çatdı.  



İlkin sübh çağı düşmən həmləsi 

Nəim ibn Əcəlan, İmran ibn Kəb, Hənzələ ibn Əmr Şeybani, Qasid ibn Züheyr, Kənanə ibn Ətiq, Əmr ibn 

Məşiət, Zərqamə ibn Malik, Amir ibn Müslim, Seyf ibn Malik, Əbdür-Rəhman Ərhəbi, Məcmə Aizi, Hübab ibn 

Haris, Əmr Cündəb, Həlas ibn Əmr, Süvar ibn Həmir, Əmmar ibn Əbu Səlamət, Məsud ibn Həccac, Abdullah 

ibn  Ürvə,  Züheyr  ibn  Bəşir,  Əmmar  ibn  Həccac,  Abdullah  ibn  Əmir,  Müslim  ibn  Kəsir,  Züheyr  ibn  Səlim, 

Zahir  Movla Əmr  ibn Həmiq,  Həzrət  Əlinin  (ə)  iki  qulamı,  imam Hüseynin (ə)  qulamı Süleyman  Kərbəlanın 

ilkin şəhidləri oldular.  

Savaş şiddətlənirdi və imamın adamları bir-bir, iki-iki meydana gedir, fədakarlıqla döyüşürdülər. “Mənaqib” 

kitabının sahibi və mərhum mühəddis Qummi bildirir ki, ilkin şəhid Büreyr ibn Xəzir olmuşdur. Ondan sonra 

Abdullah  ibn  Əmir,  ondan  sonra  da  öncə  adı  çəkilənlər  şəhadətə  çatmışlar.  Daha  sonra  Vəhəb  ibn  Abdullah 

Kəlbi şəhid olmuşdur. Rəvayətlərdə bildirilir ki, bu şəxs məsihi olmuşdur. O, yolda imama qoşulmuş və İslamı 

qəbul etmişdir. Növbəti şəhid Əmir ibn Xalid Əzdidir. Ondan sonra Xalid ibn Əmr, Səd ibn Hənzələ Təmimi, 

Əmr ibn Abdullah Məzhəci, ondan sonra isə Müslim ibn Ovsəcə və Nafe ibn Hilal şəhadətə çatmışdır. 

Rəvayətlərdə  bildirilir  ki,  Nafenin  nə  qədər  ki,  oxu  vardı  ox  atırdı.  Həzrət  (ə)  onun  sərrastlığı  üçün  dua 

edirdi. Nafenin oxları qurtardıqdan sonra qılıncını sıyırdı və düşmənə həmlə edib 12-sini öldürdü. Nəhayət, bu 

şəxs Şimr tərəfindən şəhadətə yetirildi. Mühəddis Qummi və “Mənaqib” sahibi, eləcə də, Xarəzmi yazırlar ki, 

bu yerdə Əbu Səmamə Saidi qabağa çıxdı və öncə zikr etdiyimiz məşhur sözü dedi.  

Namaz başlandı. Öndə dayanıb  imamı müdafiə  edən, oxlara sinə  gərən  şəxs Səid ibn  Abdullah  Hənəfi idi. 

Səid namazın sonunda yerə yıxıldı. İmam Hüseyn (ə) ona yaxınlaşdı. Daha sonra sağ cinah komandanı Züheyr 



 

57 


şəhadətə  çatdı.  Əbdür-Rəhman  ibn  Abdullah  Yəzni,  Yəhya  ibn  Səlim  Əlmazəni  növbəti  şəhidlər  oldu.  Daha 

sonra  Qürrə  ibn  Əbu  Qürrə  Ğəffari,  Malik  ibn  Ənəs  Kahəli  şəhadət  şərbətini  içdilər.  Daha  sonra  meydana 

Həbib ibn Məzahir çıxdı. O rəcəz oxudu, fədakarlıqla vuruşdu və şəhid oldu. Daha sonra Əbuzərin qulamı Cun 

şəhid oldu. Sonra Ənəs ibn Məqəl, Yəzid ibn Məhasir Cövhi, Həccac ibn Məsruq, Suid ibn Əmr ibn Əbu Məta, 

Cənadət  ibn  Haris  Ənsari,  Əmr  ibn  Cənadət,  Əmr  ibn  Qərzə  Ənsari,  Əbdür-Rəhman  ibn  Ürvə,  Şozəb,  Abəs, 

Əbdür-Rəhman Ğəffari, Abdullah Ğəffari, Seyf ibn Həs, Malik ibn Abdullah, Hənzələ ibn Əsəd Şami, Yəzid 

ibn  Əbu  Ziyad,  Malik  ibn  Dəvdan,  Əbu  Səmamə  Saidi,  İbrahim  ibn  Həsin  Əsədi,  Əhməd  ibn  Məhəmməd 

Haşimi şəhadətə yetişdilər.  

Səhabələrdən  sonra  növbə  Bəni-Haşimə  çatdı.  Bəni-Haşimin  ilkin  şəhidi  Əli  Əkbər  oldu.  Ondan  sonra 

Müslim  ibn  Əqilin  oğlu  Abdullah,  Ovn  ibn  Abdullah  ibn  Cəfər,  Məhəmməd  ibn  Abdullah  ibn  Cəfər,  Əbdür-

Rəhman  ibn  Əqil,  Cəfər  ibn  Əqil,  Abdullah  Əkbər  ibn  Əqil  şəhadət  şərbətini  içdilər.  İmam  Həsənin 

övladlarından Əbu-Bəkr ibn Həsənin adı az çəkilir. Xarəzmi bildirir ki, onun adı Abdullah, künyəsi Əbu-Bəkr 

olmuşdur. O, Həsən  övladlarından  ilkin şəhid  olandır. Ondan  sonra  Qasim  şəhadətə  çatmışdır.  İmam  Həsənin 

ən kiçik oğlu Abdullah əmisi Hüseynin (ə) qucağında şəhadətə yetişdi. Daha sonra həzrət Əlinin (ə) övladları 

Abdullah,  Cəfər  və  Osman  şəhid  oldu.  Sonra  Abbas  ibn  Əli  meydana  çıxmış  və  şəhadətə  yetişmişdir.  Ondan 

sonra  imam  Hüseynin  (ə)  südəmər  oğlu  Əli  Əsğər  imam  Hüseynin  (ə)  qolları  üstə  şəhadətə  yetirilmişdir. 

Nəhayət, Seyyidüş-şühəda Əba Əbdillah Hüseyn (ə) tək-tənha düşmənlə üz-üzə qalmış və misilsiz bir döyüşdən 

sonra şəhadətə yetişmişdir. 



Hüseynin yoldaşlarının dilavərliyi düşmən dilindən 

Böyük sünni tarixçilərindən biri yazır: “Bir şəxs Ömər Səd qoşununun sərkərdələrindən birinə dedi: “Xəcalət 

çəkmədinizmi,  üstün  qarilərdən,  İslam  ümmətinin  alimlərindən  və  peyğəmbər  (s)  övladlarından  ibarət  olan 

dəstəyə  hücum  edib  onları  şəhadətə  yetirdiniz?!”  Həmin  sərkərdə  belə  cavab  verir:  “Sən  də  olsaydın,  bizim 

kimi edərdin.” Həmin şəxs soruşur: “Nə üçün?” Sərkərdə cavab verir: “Bizə qarşı əlləri qılıncların dəstəsindən 

möhkəm yapışmış bir dəstə qiyam qaldırmışdı. Onlar qızmış şir tək hücuma keçirdi. Bizim güclü süvarilərimizi 

sağdan-soldan  ötür,  özlərini  ölümün  ağuşuna  atırdılar.  Nə  aman  qəbul  edir,  nə  mala  meyl  göstərirdilər. 

Məqsədləri  yalnız  bizi  aradan  götürmək,  özlərinə  yol açmaq  idi. Əgər  bir  an dayansaydıq,  qoşunumuzdan bir 

nəfəri sağ qalmazdı. Bu sayaq insanlarla qarşılaşdığımız halda nə etməliydik?!” 

Müsibət zikri 

Dünən əhli-beyt Kərbəlada idi. On birinci gecəni söz ilə təsvir etmək çətindir. Bəlkə tənha oturub o müdhiş 

gecəni xəyalımızda canlandırmalıyıq.  

Müsibət  təkcə  haqq  aşiqlərinin  şəhadəti  deyildi.  İmamın  şəhadətindən  sonra  tarixdə  misli  görünməmiş 

cinayətlər  baş  verdi.  Təkcə  imamın  var-dövləti  qarət  olunmadı,  xeymələr  oda  çəkildi,  körpələr  amansızcasına 

döyüldü,  onların  qulağından  sırğaları  qoparıldı,  örpəkləri  başlarından  götürüldü!  İmam  Hüseynlə  (ə)  qarşı-

qarşıya  dayananlar  şərəf  və  qeyrətdən  xəbərsiz  insanlardı.  Bu  hadisə  hətta  Ömər  Səd  qoşununun  bir  hissəsini 

pərişan  etmişdi.  Qan  gölünə  dönmüş  biyabanda  canını  götürüb  qaçan  körpələrin  libasları,  əl-ayaqları  yanırdı. 

Bəzilərinin  qorxudan  bağrı  yarılmışdı.  İndi  böyük  bacıları  Zeynəb  və  Ümmü-Gülsüm  bu  körpələri  bir  yerə 

toplamalı,  sabah  başlarına  nə  gələcəyini  gözləməli  idilər.  Bir  təhər  gecəni  keçirdilər.  İmam  Hüseyn  (ə)  bütün 

məsuliyyəti  həzrət  Zeynəbin  çiyninə  qoymuşdu.  Bu  qadının  görmədiyi  müsibət  vardımı?!  Övladı,  qardaşı 

övladı,  əmioğlanları,  altı  qardaşı  şəhid  olmuşdu.  Amma  o  səbr  etməli  idi.  Bu  gecə  onun  vəzifəsi  körpələri 

başına  toplamaqdır.  Bəzi  rəvayətlərdə  bildirilir  ki,  dünən  gecə  peyğəmbər  (s),  Əli  (ə),  Fatimə  (ə)  Zeynəbin 

görüşünə  gəlibmiş.  Bu  bir  həqiqətdir.  Belə  bir  himayə  olmadan  Zeynəb  onu  əhatə  etmiş  müsibətlərə  dözə 

bilməzdi! 

Sübh  ağardı.  Sübh  namazını  qıldılar.  On  birinci  günün  günəşi  doğduğu  vaxt  dəvələrin  yalın  halda 

gətirildiyini gördülər. Dedilər ki, süvar olun, Kufəyə gedirik! Dəvəyə minmək istədikdə Əbül-Fəzl, Əli Əkbər, 

Qasim, Ovn və Cəfərin əl tutduğu xanımlar və qızlar necə süvar olsun? Zeynəbin işarəsi ilə kənara çəkildilər. O 

və  bacısı  körpələrə  və  xanımlara  süvar  olmaqda  kömək  etdilər.  Zeynəb  öz  bacısını  da  süvar  etdi.  İndi  növbə 

özünə  çatmışdı.  Nəzər  salıb  dedi:  “Hüseyncan,  Abbas!  Zeynəbin  süvar  olmaq  vaxtıdır.  Müsibət  çox  ağırdır. 

Bəla çox böyükdür. Peyğəmbər biləndə ki, bəzi kafir qızlarına atalarının cənazəsi göstərilib, çox narahat oldu. 

Amma  bu  bihəya  camaat  əhli-beyti  süvar  etdikləri  vaxt  onları  şəhidlərin  cəsədi  olan  məhəldən  keçirirlər. 

Qadınlar  və  körpələr  bu  səhnəni  görüb  xəzan  yarpağı  tək  dəvələrdən  yerə  tökülüşdülər.  Hərəsi  bir  şəhidi 

ağuşuna  aldı,  ağlamağa  başladı.  Həzrət  Zeynəb  də  belə  etdi.  Qəfildən  qardaşı  oğlu  gözünə  dəydi.  Onu  bir 




 

58 


libasda  dəvəyə  bağlamışdılar.  Qardaşı  oğlu  sıxıntıdan  həlak  olmaq  üzrə  idi. Xitab  etdi:  “Qardaşoğlu! Sənə  nə 

olub?  Nə  üçün  canınla  əlbəyaxasan?”  Buyurdu:  “Bibican!  Bunlar  xəbislərin  cəsədini  dəfn  edib,  Allah 

höccətinin bədənini günün altında saxlayıblar...”1  

 

 



                                                 

1

 



“Məqtəle-müqərrəm”, s. 305-308 

 

 



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə