Rəhman və Rəhim Allahın adı ilə


Qeys ibn Müsəhhərin Kufəyə ezam olunması



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

41 


Qeys ibn Müsəhhərin Kufəyə ezam olunması 

 

İmam Kufə əhlinə məktub yazıb həmin məktubu Qeys ibn Müsəhhər Seydabi vasitəsi ilə onlara göndərdi. 

Məktubda  yazılırdı: Müslim mənə xəbər verdi ki, ona beyət olunub. Allah-təala sizə əcr versin. Mən zil-hiccə 

ayının 8-ci günü çərşənbə axşamı günü Məkkədən çıxıb sizə doğru hərəkətə başladım. Ciddi olun, mən tezliklə 

sizin yanınızda olacağam.”1  Qeys Kufəyə çatmamış İbn Ziyadın məmurları Kufə ətrafında ona hücum etdilər. 

Qeys məktubu tikə-tikə doğradı və uddu. Onu tutduqdan sonra İbn Ziyadın yanına apardılar. İbn Ziyad soruşdu: 

“Məktub  haradadır?”  Qeys  dedi:  “Məktub  imam  Hüseyndən  idi.”  İbn  Ziyad  dedi:  “Orada  yazılanları  bizə 

deməlisən.” Qeys dedi: “Məktubu məhv etmişəm ki, onda yazılanlardan xəbərdar olmayasan.” İbn Ziyad dedi: 

“Ya məktubda yazılanları və imam Hüseynin (ə) müraciət etdiyi adamların adını de, ya da minbərə qalx Hüseyn 

və onun ata-babasına lənət oxu!” Qeys dedi: “Mən ikinci yolu seçirəm.” Xalq bir yerə toplandı. Qeys minbərə 

qalxdı.  O  dedi:  Mən  Hüseyn  ibn  Əlinin  elçisiyəm.  Gəlmişəm  ki,  Hüseynin  sizə  doğru  gəldiyini  xəbər  verəm. 

Onun  gəlişinə  hazır  olun.  Lənət  olsun  Yəzidə,  Müaviyəyə,  Ziyada  və  İbn  Ziyada.  Allahın  rəhmət,  lütf  və 

salavatı olsun Əlinin (ə) müqəddəs vücuduna, onun övladları Həsən və Hüseynə.” İbn Ziyad dedi: “Onu qəsrin 

damından yerə atın. Bu yolla Qeys ibn Musəhhər şəhadətə yetirildi. O Müslim və Hanidən sonra Kufədə qanına 

qəltan edilmiş üçüncü şəhid oldu.  

 

Hürrün qoşunu ilə görüş 



 

İmam  Hüseyn  (ə)  Zəbalə  adlı  mənzilə  çatdığı  vaxt  göstəriş  verdi  ki,  su  götürsünlər.  Səhabələr  dedilər  ki, 

növbəti  mənzildə  də  su  ola  bilər.  İmam  buyurdu:  “Siz  su  götürün.  Çünki  suya  ehtiyacımız  olacaq.”  Həmin 

günün səhəri günəş çıxdıqdan sonra hərəkət etdilər. Günorta vaxtı karvandakılardan biri təkbir dedi və digərləri 

onun səsinə səs verdi. Həzrət dedi: “Nə baş verib?” Dedilər: “Biz bu  yerdə heç vaxt xurma bağı görməmişik. 

Amma indi qarşımızda xurma bağı görünür!” İmam buyurdu: “Diqqət edin!” İmamın səhabələrindən biri dedi: 

“Bu  xurma  bağı  deyil.  Görünən  atlı  dəstəsidir.  Onlar  bir  qədər  yaxınlaşdıqda  onlarla  üz-üzə  qoşun  gəldiyini 

gördülər. Bu qoşun imamı İbn Ziyadın yanına aparmaq göstərişi almış Hürrün qoşunu idi.  

Günortaya yaxın iki dəstə üzbəüz dayandı. İmam Hüseyn (ə) buyurdu: “Təpə və dağın ətrafını tutun. Çətinlik 

yaransa  mövqeyimiz  yaxşı  olsun.”  Hürr  qabağa  çıxdı.  Həzrət  ondan  soruşdu:  “Bizimlə  bir  işin  varmı?”  Hürr 

dedi: “Bəli.” Həzrət buyurdu: “Nə işin var?” Hürr dedi: “Bizə əmr olunub ki, sizi Kufəyə, İbn Ziyadın yanına 

aparaq. Həzrət buyurdu: “Belə bir iş görməyiniz mümkün olmayacaq.” Günorta oldu. Həzrət buyurdu: “Get öz 

qoşununla namaz qıl, biz də namaz qılırıq.” Hürr dedi: “Yox, biz sizinlə namaz qılacağıq.” (Hürr imamı məsum 

imam kimi qəbul etməsə də, onun üstün namaz qılanlardan olduğunu təsdiqləyirdi.) 

Günorta  namazı  qılındı.  İmam  günorta  və  əsr  namazından  sonra  buyurdu:  “Ey  xalq!  Əgər  təqva  yolunu 

seçsəniz  və  haqqı  onun  əhlinə  versəniz,  Allahın  razılığı  sizə  yetişər.  Biz  peyğəmbər  əhli-beyti  din  işlərinə 

rəhbərlik üçün daha layiqik. Onlar isə sizə zülm-sitəm edənlərdir. Əgər bizim rəhbərliyimiz altında din uğrunda 

qiyam  qaldırmaq  istəmirsinizsə,  haqqımızdan  xəbərsizsinizsə,  elçilərinizin  gətirdiyi  ilə  razı  deyilsinizsə,  biz 

dönüb gedirik.” Hürr dedi: “Mən bilmirəm ki, bu məktub nədir.” Həzrət öz ətrafındakılara buyurdu: “O xurcunu 

gətirin!”  Xurcunu  gətirdilər.  İmam  məktub  dolu  xurcunu  Hürrün  qabağına  boşaltdı  və  dedi:  “Bu  məktubların 

bəzisində  iki,  bəzisin  də  on,  bəzisində  iyirmi,  bəzisində  isə  daha  çox  imza  var.  Bu  məktublarda  mən  Kufəyə 

dəvət olunuram. Əgər istəmirsinizsə, əgər fikrinizi dəyişmisinizsə mən dönüb gedirəm.” Hürr dedi: “Mənim bu 

məktublarda  imzam  yoxdur.”  Həzrət  hərəkət  üçün  göstəriş  verdi.  Onlar  Hicaz  yoluna  üz  tutdular.  Hürr  öz 

qoşununa  əmr  etdi  ki,  imamın  qarşısını  kəssinlər.”  Həzrət  buyurdu:  “Anan  matəmində  otursun!”  Hürr  dedi: 

“Əgər səndən başqası anamın adını çəksəydi, mən də onun anasının adını çəkərdim. Amma nə edim ki, sənin 

anan Fatimədir və onun adını hörmətsiz çəkmək olmur.” Həzrət buyurdu: “Nə istəyirsən?” Hürr dedi: “Mən sizi 

Kufəyə  aparmalıyam.”  Həzrət  buyurdu:  “Belə  bir  iş  mümkün  deyil.  Biz  Mədinəyə  qayıtmaq  istəyirik.”  Hürr 

dedi:  “Yox,  insafla hərəkət edin. Siz nə Kufə, nə də Mədinə  yolunu seçin. Üçüncü bir  yola  üz  tutun.”  Həzrət 

                                                 

1

 



“Məqtəli-müqərrəm”, s. 175, 176 

 



 

42 


qəbul  etdi  və  Qadisiyyə  yoluna  üz  tutdu.  Hürr  yol  boyu  öz  düşüncəsinə  əsasən  imama  nəsihətə  başladı.  O 

imama dedi: “Bəni-Üməyyə güclüdür. Onlar çoxlu pulla xalqın qarnını doldurur. Nə olsun ki, xalqın qəlbində 

sizə  məhəbbət  var?!  Amma  qılınclar  onların  əlindədir.  Yaxşı  olar  ki,  işi  sülhlə  başa  çatdırasınız.”  Həzrət  ona 

belə cavab verdi: “Mən gedirəm. Niyyət haqq, cihad, İslam uğrunda olduqda şücaətli insan üçün ölüm ar deyil.”  

Hürr anladı ki, imam Hüseynin planı onun təsəvvür etdiyi kimi deyil.  

 

Beyzə dayanacağında imamın xütbəsi 



 

Karvan Beyzə adlı məntəqəyə çatdı. Burada imam xütbə oxudu. O həzrət buyurdu: “Ey xalq! Peyğəmbər (s) 

buyurmuşdur: “Hər kəs zalım hakimin halalı haram etdiyini, peyğəmbər sünnəsinə müxalif olduğunu, bəndələr 

arasında günahkarlıq və azğınlıq etdiyini görüb, öz əməl və danışığı ilə ona qarşı çıxmasa, Allah-təalanın haqqı 

var  ki,  bu  şəxsi  həmin  zalım  hakimi  daxil  etdiyi  yerə  daxil  etsin.  (İnqilabımızda  da  Hüseyn  davamçıları  bu 

kəlama istinad edirdilər.)  

İmam Hüseyn (ə) cəddi peyğəmbərin (s) buyuruğundan belə bir nəticə çıxarır: “Bilin! Bunlar (Bəni-Üməyyə 

və  əlaltıları)  bağışlayan  Allaha  itaəti  tərk  edib,  şeytana  itaətə  uyublar,  fəsadı  hakim  edib,  ilahi  hədləri 

boşlayıblar;  İslam  məmləkətinin  beytül-malını  (büdcəsini)  öz  inhisarlarına  alıblar,  Allahın  halalını  haram, 

haramını  halal  sayıblar.  Bu  vəziyyəti  aradan  qaldırmaq  üçün  mən  ən  layiqli  kəsəm.  Siz  də  mənə  yazdınız, 

elçiləriniz beyət etdiyinizi mənə bildirdilər. Dedilər ki, məni təslim etməyəcəyinizi, tənha qoymayacağınızı əhd 

etmisiniz.  Əgər  beyətinizə  vəfalısınızsa,  həqiqi  təkamülə  çatmısınız.  Mən  Əli  və  Fatimənin  oğlu  Hüseynəm. 

Özüm  sizinlə,  ailəm  ailənizlədir.  Siz  mənə  iqtida  etməlisiniz.  Əgər  əhdinizi  pozub,  etdiyiniz  beyəti  kənara 

qoysanız, bu təzə şey olmayacaq. Çünki atam, qardaşım və əmioğlum Müslimlə də belə rəftar etmisiniz. Sizin 

yalanınıza uyan aldanmış kəsdir. Mən isə vəzifəmə uyğun olaraq qiyam etdim. Siz isə özünüzə zülm etdiniz və 

öz qismətinizi puça çıxardınız. Əhdi pozan kəs öz zərərinə iş görüb. Allah-təala sizdən ehtiyacsızdır. Bu xütbə 

imam  Hüseyndən  (ə)  14  əsr  sonra  bizim  inqilabımızın  proqramı  oldu.  Dini  olan  hər  bir  kəs  bu  xütbəni 

oxuduqdan sonra anlayır ki, vəzifəsi nədir.  

 

Müsibət zikri 

 

Tasua  axşamıdır.  Tasua  əhli-beytin  müsibət  günlərindəndir.  Bu  gün  Əbül-Fəzl  Abbasın  adı  ilə 

zinətlənmişdir.  Bütün  şəhidlər  aşura  günü  şəhadətə  çatmışdır.  Əbül-Fəzl  sonuncu  şəhidlərdəndir.  Əbül-Fəzlin 

adının bu günlə bərabər çəkilməsinin səbəbi onun rəşadətli ələmdar, imam Hüseynin (ə) bayraqdarı olmasıdır. 

İmam Sadiq (ə) buyurur: “Əmimiz Abbasın ali və dəqiq baxışı, möhkəm imanı vardı.”1  İmam Hüseyn Aşura 

günü bayrağı ona tapşırdı. Bəli, Kərbəla səhrasında imam Hüseyndən (ə)  sonra ən böyük şəxsiyyət Əbül-Fəzl 

(ə)  idi.  O,  Həbib,  Zübeyr,  Büreyr,  hətta  Əli  Əkbər,  Qasim  və  imam  Həsən,  Hüseyn  və  Əlinin  (ə)  digər 

övladlarından  üstün  idi. Bu  aydın  məsələdir  və  imam  Səccad  bu  həqiqəti  təsdiqləyir:  “Aşura  günü  qardaşının 

hüzurunda ən böyük fədakarlıqları göstərən əmim Abbasa Allahın xüsusi rəhməti olsun. Şəhadətindən öncə iki 

qolu vuruldu. Allah-təala əmimiz Cəfər Təyyar kimi ona iki qanad verdi ki, behiştdə pərvaz etsin. Allah-təala 

əmimiz Abbasa elə bir məqam verdi ki, bütün şəhidlər bu məqama qibtə edər.”2   

Bir  anadan  (Ümmül  Bənindən)  olan  dörd  qardaş  –  Abbas,  Cəfər,  Abdullah  və  Osman  Kərbəlada  idilər. 

(Həzrət  Əli  (ə) qardaşı  Əqildən  onun üçün  şücaətli  övladlar  doğa  biləcək, ata-babası şücaətli  olmuş bir qadın 

istədi.)  Əbül-Fəzl  üç  qardaşını  çağırıb  dedi:  “Əzizlərim!  Görürsünüzmü  qardaşımız  tənha  qalıb?! Əli,  Qasim, 

Əqilin övladları şəhid olub. Fədakarlığa hazır olun.” Onlar bir səslə dedilər: “Bəli, qardaş! Biz hazırıq.” Onlar 

bir-bir  imam  Hüseynin  (ə)  hüzuruna  gedib,  meydana  çıxmaq  üçün  icazə  istədilər.  İmamdan  icazə  aldıqdan 

sonra  meydana  çıxdılar,  vuruşdular  və  şəhid  oldular.  Əbül-Fəzl  öz  qardaşlarının  pak  cənazələrini  götürüb 

xeyməyə  gətirdi.  O  sonuncu  qardaşı  şəhid  olduqdan  sonra  imam  Hüseynin  (ə)  qarşısında  dayanıb  dedi:  “Ey 

                                                 

1

 “Əl Əbbasi Müqərrəm.” 



2

 “Xisali Səduq”, s. 68 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə