Sumqayıt şəhər



Yüklə 299,37 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü299,37 Kb.
#58312


 

Sumqayıt şəhər  

S.Vurğun adına Mərkəzi Kitabxana 

 

 

 

 



 

 

 

 

(Sabit Rəhman-105) 

Metodik vəsait 

 

 

 

 

 

Sumqayıt - 2015 


 

Həyatı 

                                                                               Sabitim, unutmur qədirbilənlər 

                                                                           Torpağına bağlı sənətkarları 

                                                                               Dünyaya tutarlı sözlə gələnlər, 

                                                                           Əbədi qazanır enməz vüqarı. 

Hikmət Ziya 

 

    1910-cu ildə  Şəkidə (o vaxtkı  Nuxada)  anadan             

olmuşdur.  Ədəbi fəaliyyətə  1926-1927-ci illərdə             

Molla  Nəsrəddin jurnalında  dərc etdiyi felyetonlarla 

başlamışdır.  İlk hekayələr məcmuəsi - "Pozğun" 

1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes 

müəllifidir. 

Sabit Rəhman Azərbaycan komediyasının 

banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" 

və  "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd 

haradadır?" filmlərinin,  Ulduz musiqili komediyasının 

ssenarilərinin,  Yeddi gözəl baletinin librettosunun 

müəllifidir. 

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət 

xadimi adına layiq görülmüş, iki dəfə  Qırmızı  Əmək 

Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki 

dram teatrı S.Rəhmanın adını daşıyır.  Bakı  və  Şəki 

şəhərlərində onun adına küçə vardır. 

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir. 

 



Bəstəkar Emin Sabitoğlunun atasıdır. 

 



Musiqişünas Ceyran Mahmudovanın babasıdır. 

 

 



 

 

 



 

 

 

 

 

 


Sabit Rəhman - 105 

Böyük yolun başlanğıcında 

 

Sabit Rəhman bütün istedadını milli dramaturgiyanın və teatrın yüksəlişinə, Azərbaycan 



komediyasının inkişafına həsr etmiş, bununla da ədəbiyyatın görkəmli nümayəndələrindən 

biri kimi tanınmışdır. Həyatın komik cəhətlərini görmək və göstərmək, ideala zidd meyllərə 

gülmək və bu gülüşdə ciddiyyəti ifadə etmək nöqteyi-nəzərindən Sabit Rəhman müasir 

yazıçılarımız içərisində xüsusi mövqe tutur. Bu xüsusiyyət müəllifin istər hekayə, povest və 

romanlarında, istər komediyalarında, istərsə  də ssenari və librettolarında aydın nəzərə 

çarpır. Həmin əsərlərdə həyatın lirik, epik və dramatik təsvirinə bu və ya digər dərəcədə rast 

gəlsək də varlığı komik idrak, satira və yumor Sabit Rəhman istedadının əsas keyfiyyətidir. 

Müəllifin nəsrində geniş yer tutan bu cəhət Ü.Hacıbəyovun eyni adlı musiqili komediyaları 

əsasında yazılmış ”Arşın mal alan” və “O olmasın, bu  olsun” filmlərinin, “Əhməd hardadır?” 

kino-komediyasının ssenarisində və “Ulduz”, “Hicran” musiqili komediyalarının librettosunda 

da görünməkdədir. Lakin Sabit Rəhmanın komik istedadı, satira və yumor sahəsindəki  

ustalığı onun komediyalarında daha yüksək səviyyəyə qalxdığından xüsusi tədqiqat obyekti 

kimi diqqəti cəlb edir. Onun dramaturgiyası  həm müəllifin komik istedadının, həm də 

Azərbaycan komediyasının  inkişaf problemlərinin aydınlaşdırılması nöqteyi-nəzərindən bir 

sıra maraqlı xüsusiyyətlərə malikdir. Məhz buna görə Sabit Rəhmanın komediyaları müasir 

tənqid və  ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmamış, teatr və  ədəbiyyat 

məsələlərinə  həsr edilmiş bir sıra  əsərlərdə  bu komediyalara bu və ya digər dərəcədə 

toxunulmuşdur. Xüsusilə M.Arifin, C.Cəfərovun, M.Hüseynin, M.Məmmədovun, 

M.İbrahimovun, Y.Seyidovun, Y.Qarayevin, Q.Xəlilovun və başqalarının tədqiqatlarında 

Sabit Rəhmanın komediyaları  təhlil olunmuş, onların ideya-bədii xüsusiyyətlərinin izahına 

geniş yer verilmişdir. Sabit Rəhmanın ideya-bədii xüsusiyyətləri hələ  əsəbiyyatşünaslıqda 

hərtərəfli öyrənilməmişdir. Sabit Rəhmanın komediyalarının monoqrafik bir tədqiqatın obyekti 

kimi götürülməsi məhz bu zərurətdən doğmuşdur. Azərbaycan komediyasının yaranması, 

inkişafı  və yüksək mərhələyə çatması Sabit Rənmanın adı ilə bağlıdır.  Sabit Rəhman 

müasir  ədəbiyyatımızda hələlik yeganə yazıçıdır ki, özünün dramaturji yaradıcılığını 

tamamilə komediya janrına həsr etmişdir. Azərbaycan komediyasının nailiyyət və nöqsanları, 

müvəffəqiyyət və  çətinlikləri onun komediyalarında bu və ya digər dərəcədə öz əksini 

tapmışdır. Sabit Rəhmanın komediya yaradıcılığının ardıcıl izlənilməsi, müəyyən mənada, 

Azərbaycan komediyasının inkişaf mərhələlərinin tədqiqi deməkdir. Sabit Rəhmanın “Toy” və 

“Xoşbəxtlər” komediyaları müasir komedioqrafiyamızın sağlam əsası olmuş,  



 

 “Aşnalar”, “Aydınlıq” və “Nişanlı  qız” komediyalarında 40-cı  və 50-ci illərdə dramaturgiyanın 

qarşılaşdığı  çətinliklər, qazandığı müvəffəqiyyətlər öz ifadəsini tapmış, “Əliqulu evlənir” və 

“Yalan” komediyaları isə Azərbaycan sovet komediyasını yeni yüksəlişə çatdırmışdır.  

 

 

 

 

 

 

 



Sabit Rəhman - 105 

 

Janrın zirvələri 

 

Ictimai həyatdakı  dəyişikliklər onun bədii inikası olan ədəbiyyatın da qarşısında yeni 



vəzifələr qoyur, 30-cu illər ölkəmizin tarixinə yeni ictimai münasibətlərin qələbəsi dövrü kimi 

daxil olmuşdir. 

Sabit Rəhman “Toy” komediyasında yeni şərait üçün, kolxozçu kəndlilərin yeni 

münasibətləri üçün tipik olan hadisələri  əsərin mərkəzinə qoymuşdur. Köhnəliklə mübarizədə 

yeniliyin qələbəsi və  təsdiqi kəskin komik konflikt yaradılmasına imkan verir. Daha dogrusu, 

komik konflikti, deməli, komediyanı yaradıcı pafosla dolu olan yeni varlığın özü yaradır. Çünki 

yenilik bir sıra ziddiyyətlər içərisində doğulur və qələbə çalir. Bu ziddiyyətlərin içərisində ölümə 

məhkum tərəf müqavimət göstərir və öz gülüncüyünü büruzə verir. Müəllif də “Toy” 

komediyasının mərkəzinə məhz belə bir konflikt qoymuşdur. 

Müharibədən sonrakı dövrdə Azərbaycan sovet dramaturgiyası yeni komediya əsərləri ilə 

də  zənginləşmişdir. Ümumiyyətlə, Azərbaycan dramaturgiyasında qüvvətli bir qol təşkil edən 

komediya janrı bu dövrdə yeni xüsusiyyətlər kəsb etmiş, zamanın inkişaf meylləri həmin 

əsərlərdə öz əksini tapmışdır.  

 Sabit Rəhmanın komediyalarında diqqəti cəlb edən xüsusiyyətlərdən biri də komik dil və 

dialoqdur. Müəllif dilin  aydın, ifadəli , başlıcası isə, janrın tələblərinə uyğun olmasına xüsusi fikir 

verir. Surətlərin nitq vasitəsilə  səciyyələndirilməsi, süjetin dialoqda inkişaf etdirilməsi, dildə 

komik effekt yaratmaq üsulları nöqteyi-nəzərindən Sabit Rəhmanın komediyalarında maraqlı 

xüsusiyyətlərə rast gəlirik. Sabit Rəhmanın komediyalarının dili xalq yumoru ilə aşılanmışdır.   

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 


Sabit Rəhman - 105 

Yaradıcılığı 

Əsərləri 

Hekayələri: 

  "Şirin bülbül" 



 "Qudurğan" 

 "Mir Qasımın macəraları" 



 "Kölgələr"  

 "Mirzəkələntər" 



 "Xəyal plov" 

  "Nikolay taxtdan düşdü"  



 "Qohumlar" 



    Povestləri: 

 "Vəfasız" 



 "Son faciə" 



Pyesləri: 

 



"

Toy" 


 "Xoşbəxtlər"  

 "Aşnalar" 



 "Aydınlıq"  

 "Əliqulu evlənir"  



 "Yalan" və s. 



Romanı: 

 "Nina" 



Kitabları 

 Pozğun (hekayələr). Bakı: 1931 



  Şirin bülbül (hekayələr). Bakı: 1933 

  Vəfasız (povest). Bakı: 1933 



  Xəyalplov. Bakı: 1938 

 Son faciə (povest). Bakı: 1939 



 Hüseyn Ərəblinski (povest). Bakı: 1948 

  Hədiyyə.Bakı: 1949 



 

 

 

 

 


Sabit Rəhman - 105 

Filmoqrafiya 

  Arşın mal alan (film, 1945) - (ssenari müəllifi) 



  O olmasın, bu olsun (film, 1956) - (ssenari müəllifi) 

  Koroğlu (film, 1960) - (ssenari müəllifi) 



  Əhməd haradadır? (film, 1963) - (ssenari müəllifi) 

  Ulduz (film, 1964) - (libretto müəllifi) 



  Şirin bülbül (film, 2000) - (əsərin müəllifi) 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Sabit Rəhman - 105 

Həyatı, elmi-ictimai fəaliyyətinin 

əsas tarixləri 

 

  26.03.1910 - Sabit Kərim oğlu Mahmudov Şəki şəhərində anadan olmuşdur. 



  1921 - Şəki nümunə zəhmət məktəbini bitirmişdir. 

  1923 - Bakı Darülmüəlliminə daxil olmuşdur. 



  1926 - Bakı Darülmüəlliminin ədəbiyyat fakültəsini bitirmişdir. 

  1926 - Şəkidə oxuduğu ibtidai məktəbdə 3 il müəllimlik etmişdir. 



  1926 - Yaradıcılığa “Molla Nəsrəddin”də “ŞeyxSamit” imzası ilə dərc etdirdiyi “Rabfak 

kitabxanasında həyat lövhələri” felyetonu ilə başlamışdır. 

  1927 - Şəkidə çıxan “Qızıl qələm” məcmuəsində ilk şeiri çap olunmuşdur. 



  1929-1932 - Azərbaycan Dövlət Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində 

oxumuşdur. 

  1929-1933 - “Gənc işçi” qəzetinin redaksiyasında çalışmışdır. 



  1932-1933 -“İnqilab və mədəniyyət” jurnalının məsul katibi olmuşdur. 

  1932 - “Pozğun” adlı ilk hekayələr kitabı nəşr edilmişdir. 



  1934-1936 - Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri işləmişdir. 

  1935 - Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. 



  1935 - Azərbaycan Yazıçılar İttifaqında uşaq bölməsinin rəhbəri olmuşdur. 

  1936-1937 - Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari kurslarında 



təhsil almışdır. 

  1937-1938 - Bakı Kinostudiyasında ssenari şöbəsinin müdiri işləmişdir. 



  1938 - “Toy” adlı ilk komediyasını yazmışdır. 

  1938 - Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləmişdir. 



  1939 -“Toy” komediyası Azərbaycan Dövlət DramTeatrında tamaşaya qoyulmuşdur. 

  1939-1940 - C.Cabbarlı adına Teatr Muzeyində elmi işçi işləmişdir. 



  1941-1942 - Azərbaycan Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində teatr şöbəsinin 

müdiriolmuşdur. 

  1942-1944 - Azərbaycan Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində rəis müavini 



olmuşdur. 

  1943 - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Azərbaycan SSR-in 



Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. 

  1945-1946 - Bakı Kinostudiyasının direktoru olmuşdur. 



  1945-1946 - Kinematoqrafiya nazirliyində nazir müavini işləmişdir. 

  1947-1951 -Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi və teatr 



institutunda müəllim işləmişdir. 

  1970 - “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. 



  1970 - 23 sentyabrda Bakı şəhərində vəfat etmişdir. 

 

 

 



 

 

 

 

 

 


Sabit Rəhman - 105 

Ədəbiyyat və Mədəniyyət xadimləri, 

qələm dostları Sabit Rəhman haqqında 

 

 S.Rəhman müasir Azərbaycan komediyasının banisidir. Onun simasında müasir 



komediyamız öz xüsusiyyətlərinə malik kamil, ideyalı bir ədəbiyyat kimi inkişaf 

etmiş, teatrlarımızın repertuarında görkəmli yer tutmuş, xalqımızın bədii-

estetiktərbiyəsində mühüm rol oynamışdır. 

                                                      Məmməd Arif 

Tənqidçi, ədəbiyyatşünas 

 



 Sabit Rəhmanın istedadı səmərəli və çoxtərəflidir. Cüzi istisna şərtilə demək 

lazımdır ki, onun qələmi keyfiyyətli və uzunömürlü əsərlər yetirmişdir. Onlar təbii 

ki, fitri istedad çeşməsindən çağlayıb gələn əsərlərdir. 

 

Mehdi Məmmədov 

Rejissor, aktyor 

 

 Sabit Rəhman istedadlıdır, şirin yazır. Onun əsərlərində satira, yumor hər zaman 



üstünlük təşkil edir.  

 

Mehdi Hüseyn 

Yazıçı, dramaturq 

 

 Sabit Rəhman çox yaxşı insan, sədaqətli dost idi. Onun həyat yolundan, zəngin 



yaradıcılığından gənclərimiz çox şey öyrənə bilərlər. O, bir sənətkar, bir müəllim, 

xalqımızın görkəmli oğlu kimi unudulmazdır. 



                                   Rəsul Rza 

Xalq şairi 

 

 Biz gülüşü sevirik. Çünki gülüş fərəhdir, inamdır və bu keyfiyyətləri ilə bizim böyük 



quruculuq irsimize, həyat və səadətimizə xidmət göstərir. Sabit Rəhman yumoru 

və satirası məhz buna görə bizim üçün cox qiymətli bir irsdir. 



 

Leyla Bədirbəyli 

Xalq artisti 

 

  Mən həmişə Sabit barədə fikirləşəndə, istər-istəməz, teatr barədə fikirləşirəm. 



Sabit Rəhman və Azərbaycan teatrı – mənim üçün bu iki anlayış arasında ən sıx 

bir yaxınlıq var. 



 

İlyas Əfəndiyev 

Xalq yazıçısı 

 

 

 

Sabit Rəhman - 105 

 

  Mən çox xoşbəxtəm ki, Sabit müəllimin pyeslərində oynamışam. 



            

       Sofa Bəsirzadə 



Aktrisa 


 Aramızdan vaxtsız getsə də, Sabit Rəhmanın duzlu sözü, söhbəti xalqımızın, 

sənət dostlarının, onu tanıyanların qəlbindədir. 

         Süleyman Ələsgərov 



Bəstəkar 

 

   Sabit Rəhman sözün əsl mənasında, klassikdir. 



             

   Məmməd Bürcəliyev 

                Aktyor 

 Sabitin komediyaları indiki zamanla da səsləşir. Qüdrətli yazıçı Azərbaycan 



dramaturgiyasında elə möhkəm yer tutub ki, onun əsərləri uzun illər öz təravətini 

qoruyub saxlayacaq.  



Səttar Axundov 

Dramaturq 

 

 Sabit Rəhman ölməz sənətkar, əsrlər boyu yaşayacaq, insanlara sevinc və 



xoşbəxtlik bəxş edəcək. 

 

Muxtar Dadaşov 

Rejissor 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Sabit Rəhman - 105 

Kitabxanalarda təbliği metodikası 

 

 

Bu il görkəmli gülüş ustası Sabit Rəhmanın 105 illiyidir. Bu məqsədlə bir cox məktəb və 



kitabxanalarda, ümumiyyətlə  mədəni-maarif ocaqlarında tədbirlər keçiriləcək. Keçirilən 

tədbirlərdə ilk növbədə  sərginin təşkili vacibdir. “Güldürən və düşündürən yazıçı”, “Öz 



üslubuna sadiq yazıçı”, Sabit Rəhman -105” və s. bu kimi başlıqlı kitab sərgiləri tərtib oluna 

bilər. Sərgidə Sabit Rəhman irsini təbliğ edən  əsərlərin toplusu, Sabit Rəhman haqqında 

yazılmış kitablar, dövri mətbuatda dərc olunmuş  qəzet və jurnal məqalələrinin foto-surətindən 

də istifadə etmək olar. Həmçinin sərginin oxucu tərəfindən marağının daha da cəlb edilməsi 

üçün yazıçının  əsər qəhrəmanlarının dilindən deyilmiş  məşhur  şüarlar, görkəmli  şəxsiyyətlərin 

yazıçı haqqında deyilmiş sitatlarını vermək olar.  



 

Sərginin nümunəsi 

 

Başlıq: Güldürən və düşündürən yazıçı 

_____  1  ______ 

    Portreti 

 _____  2  ______ 

 

 



 

 

 



 

Görkəmli elm  və incəsənət xadimləri S.Rəhman haqqında 

________  3  _________ 

 

                                                           Yarım başlıq: S.Rəhmanın yaradıcılığı 

                                                                                    _____   4   _____ 

 

 

Seçilmiş əsərləri                                                           Haqqında 



           _______ 5 _______                                                    _______ 6 ___ 

    


 

         Sitat                                                          Sabit Rəhman haqqında xatirələr         

_______ 7 _______ 

                                                 ______ 8 ________   

 

 



 

 

 



 

 

 

 

 

 


 

Sabit Rəhman - 105 

Sərgidə veriləcək sitatlar 

 

1. Sabit Rəhman Azərbaycan nəsrinin, “Molla Nəsrəddin” məktəbinin ənənələrini 

mənimsəyən, onlara sadiq qalmağa çalışan bir yazıçıdır. 



            

  Mehdi Məmmədov 

                                                                                             Xalq artisti 

 

2. Sabit Rəhman talantlıdır, şirin yazır. Hekayələri əlinə alan oxucular ona cox maraqla 

yanaşırlar. 



                                                                                 Mehdi Hüseyn 

                                                                                       Xalq yazıçısı 

 

3. Sabit Rəhmanın həyat yolundan, zəngin yaradıcılığından gənclərimiz çox şey öyrənə 

bilərlər. 



                                                                                Rəsul Rza 

                                                                                     Xalq şairi 

 

4. Sabit Rəhman sənəti bu gün də güldürür, öldürür, dirildir. 

                                                                                   Anar 

                                                                                 Yazıçı 

 

5. Sabit Rəhman yaradıcılığı, Sabit Rəhman gülüşü müasir ədəbiyyatımızın və teatr 

sənətimizin parlaq bir hadisəsi idi. 



                                                                                   Ənvər Məmmədxanlı 

                                                                                             Xalq yazıçısı 

 

Yazıçının zəngin yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün uşaq kitabxanalrında sual 



cavab gecəsi keçirmək məqsədə uygundur: 

1. Sual: Sabit Rəhman necənci ildə və harda anadan olmuşdir? 

       Cavab: 1910 – cu ildə  Şəki şəhərində anadan olmuşdur.  

 

2. Sual: Yaradıcılığa hansı felyeton ilə başlamışdır? 

       Cavab: Yaradıcılığa “Molla Nəsrəddin”də “ŞeyxSamit” imzası ilə dərc etdirdiyi 

“Rabfak kitabxanasında həyat lövhələri” felyetonu ilə başlamışdır. 

 

3. Sual: “Toy” adlı ilk komediyasını nə vaxt yazmışdır? 

                     Cavab: “Toy” adlı ilk komediyasını 1938-ci ildə yazmışdır? 

 

4. Sual: Neçənci ildə harda vəfat etmişdir. 



Cavab:  1970-ci ildə Bakı şəhərində vəfat etmişdir. 

 

 



 

 

 



 


 

Sabit Rəhman - 105 

 

Kütləvi – şifahi işin ən təsirli və geniş yayılmış metodlarından şifahi məlumatlandırmanı, 



mühazirəni, konfrans və seminarları da göstərmək olar. “Gülüş gözəllikdir”, “Görkəmli 

dramaturq”, “Bizim Sabit Rəhman” və s.adlı şifahi məlumatlandırma, mühazirə, biblioqrafik 

xülasə keçirmək olar. Tədbirləri qrup ilə və ayrı-ayrı şəxslərlə keçirmək olar.  



Oxucu konfransı keçirilərkən mövzu tam əhatə olunmalıdır. Kitabxanaçı konfransın keçirilməsi 

üçün qabaqcadan ayrıca plan tərtib etməlidir. Planda keçiriləcək tədbirin adı, giriş sözü və cıxış 

edənlərin adları göstərilməlidir.Tədbirdən əvvəl elan və dəvətnamə hazırlanır. Konfransın 

maraqlı keçməsi üçün ziyalılar cəlb edilməlidir. Ilk növbədə kitabxanaçı tədbirin mövzusu üzrə 

məlumat verməlidir. “Unudulmaz sənətkar” adlı oxucu konfransının mövzuları: 

 

1. Sabit Rəhmanın həyat və yaradıcılığı. 



2. S.Rəhman yaradıcılığında müasirlik duyğusu 

3. Janrın inkişafında yeni mərhələ  

4.  Dövrümüzün Molla Nəsrəddini 

5. Sabit Rəhman haqqında xatirələr və s. 

 

Kitabxanalarda həmçinin kitab müzakirələri keçirtmək olar.  

Məsələn  “Nişanlı qız” komediyasının müzakirəsini keçirmək olar. “Nişanlı qız” Sabit Rəhmanın 

ən çox mübahisəyə  səbəb olan komediyasıdır. “Nişanlı  qız” mahiyyət etibarilə qabaqcıl 

adamların cəmiyyətin yeni yüksəlişi uğrunda mübarizəsinə  həsr edilən bir əsərdir. O dövrdə 

yazılan başqa dramlardan fərqli olaraq, burada istehsalat həyatının təsviri  əsas məqsədə 

çevrilməmişdir.  İstehsalat prosesi komediyada fon təşkil edir; əsas məsələ isə insanlar 

arasındakı etik münasibətləri – insanların cəmiyyətə, bir-birinə, ictimai vəzifəyə münasibətlərini 

göstərməkdən, nəhayət, həyatımızın  əxlaq normalarından aşagı duran, ideala zidd olan 

cəhətləri ifşa etməkdən ibarətdir. Beləliklə, müəllif cəmiyyət və insan problemini ön plana 

çəkmiş  və bütün bunları  əsas surətlərin – Bənövşənin, Camalın, Yusifin, Mirzə Salmanın, 

Mindillinin və başqalarının ictimai vəzifəyə  və bir-birinə münasibətində vermək istəmişdir.  



“Əliqulu evlənir”  komediyasının da müzakirəsini keçirmək maraqlı olar. Bu komediya  bədii 

mündəricə etibarilə Sabit Rəhmanın əvvəlki komediyalarının davamı hesab etmək olar. Əsərdə 

müəllifi, hər  şeydən  əvvəl, ictimai mənfiliklər, adamlarımızın onlara qarşı mübarizəsi 

maraqlandırır. Komediyada qoyulan və müvəffəqiyyətlə  həll edilən məslələrdən biri insan və 

vəzifə problemidir. Müzakirədə oxuculara “Əliqulunun iddiaları nədən ibarətdir?”, “Əliqulu hansı 

xəstəliyə tutulur?” sualı ilə müraciət etmək və müzakirəni daha maraqlı etmək olar. 

Kitabxanalarda kütləvi tədbirlərin  ən geniş forması olan ədəbi-bədii gecədən istifadə etmək 

olar.  Ədəbi-bədii gecəyə  ədəbiyyat müəllimləri, qələm yoldaşları  dəvət oluna bilər. Tədbir iki 

hissəli olmalıdır. Birinci hissədə xalq şairinin həyat və yaradıcılığı haqqında məruzə olmalı, 

çıxışlar dinlənilməlidir. Tədbirin ikinci hissəsində isə onun şeirlərindən parçalar söylənilməli, 

səhnəciklər göstərilməli, mahnılar səslənməlidir.  

          S.Rəhman  şəxsiyyətini daha yaxından tanımaq məqsədilə kitabxanalarda  oxucularla  

S.Rəhmanın həyat və fəaliyyəti, yaradıcılığı haqqında Şəxsi icmal kecirmək olar. Bildiyiniz kimi 

şəxsi icmallar bir qayda olaraq hər hansı bir şəxsə  (şair, yazıcı,ictimai xadim, muəyyən bir 

sahənin mutəxəssisi) həsr olunur,onun əsərlərini, həyat və yaradıcılığına aid əsərləri əhatə edir. 

Yaxşı olardı ki, icmal kecirilən vaxt Sabit Rəhmana həsr olunmuş kitab sərgisi də hazırlansın. 

Sərgidə  müəllifin  əsərləri və haqqında  ədəbiyyatlar və tövsiyə  ədəbiyyat siyahısı olsun. Bu 

zaman icmallar daha maraqlı оlur və daha cох охucu tоplayır. Həm də bu zaman охucu kitabı 

gorməklə yanaşı,  оnun qısa məzmunu ilə  də tanış  оlur.  İcmal kecirilərkən  охucu qrupu, 

movzunun aktuallığı mutləq nəzərə alınmalıdır. 



 

 

 

 


 

 

Istifadə olunmuş ədəbiyyat siyahısı 

 

Kitablarda 

 

1.  Rəhman, Sabit Seçilmiş əsərləri : 2 cilddə / S. Rəhman. Icild : Komediyalar / tərt. E. Sabitoğlu. - 

Bakı : QAPP-POLIQRAF NPK, 2002. – 488 s. ; 22 sm. - 500 . – 30000 man. 

 

2.  Rəhman, Sabit Seçilmiş əsərləri : 2 cilddə / S. Rəhman. II cild : Komediyalar, teatr haqqında 

kiçik pyeslər, teatr hekayələri / tərt. E. Sabitoğlu. - Bakı : QAPP-POLIQRAF NPK, 2002. - 376 s. 

; 22 sm. - 500 nüs. – 30000 man. 

 

3.  Rəhman, Sabit Seçilmiş əsərləri : 2 cilddə / S. Rəhman. I cild. - Bakı : Avrasiya Press, 2005. - 

312 s. ; 22 sm. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan Respublikası Prezidenti 

İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi 

haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunub. - 25000 nüs. 

 

4. Gülüş gözəllikdir : Sabit Rəhman haqqında məqalələr, xatirələr / tərt.: E. 

Sabitoğlu, A. Səfiyev ; red. Dilsuz. - Bakı : QAPP-POLIQRAF NPK, 2002. - 144 s. : foto; 22 sm. 

- 500 nüs. - 4.00 AZN 

 

5.  Səfiyev, Arif Məhərrəm oğlu. Sabit Rəhmanın komediyaları / А. М. Səfiyev ; red. Y. В. Qarayev ; 

Azərbaycan SSR ЕА Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı : Elm, 1978. - 123 s. - 2700 nüs. - 

Q. y. 

 

 



İnternet səhifələrində 

 

az.wikipedia.org/wiki/Sabit_Rəhman 



www.azerbaijans.com › ... › Nəsr › Yazıçılar 

 

 

 

 

 

 

 

 

 


Sabit Rəhman - 105 

 

 

Tərtib edən: MBŞ-nin müdiri T. Mirzəyeva  

Redaktor: MKS-in direktoru Y.Əhmədova 

 

 

 

 

 

 

 

 



 

 

 



Yüklə 299,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə