Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Höccətül-İslam vəl-müslimin hacı Əliəsğər Səffar Hərəndi, Allahın bu saleh bəndəsi beyin iflicindən sonra 



altı il evdə oturaraq bu xəstəliyin çətinliklərini çəkmiş, nəhayət, şəmsi 80-ci il, mübarək ramazan ayının 17-ci 

günü səhər öz məhbubunun görüşünə nail olmuşdur (vəfat etmişdir).  

Şəksiz,  o  mürşid  və  arif  insanı  tanıyıb  hüzurundan  azca  da  olsa  faydalananlar  üçün  bu  kitabın  mütaliəsi 

ustadla bağlı şirin xatirələrin oyanmasına səbəb olacaq.  

Məhəmməd Hüseyn Səffar Hərəndi 

 

BİRİNCİ MƏCLİS 



KƏRBƏLA HADİSƏSİ PEYĞƏMBƏRİN DİLİNDƏN 

 

Siddiqeyi-Kubra  (həzrət  Fatimə  (s))  imam  Hüseynə  (ə)  hamilə  olduğu  vaxt  imamın  şəhadəti  və  Kərbəla 



hadisəsi  bilinirdi.  Milad  gecəsi  imam  Hüseynin  (ə)  pak  vücudu  həzrət  Peyğəmbərə  (s)  veriləndə  o  həzrət  ilk 

öncə  bu  uşağın  Kərbəlada  şəhadətindən  və  aşura  hadisəsindən  danışdı.  Peyğəmbər  (s)  öz  həyatı  gedişində 

Kərbəla hadisəsini tez-tez xatırlamışdır. Bu rəvayətlər bəzən Ümmü-Sələmədən, bəzən Ayişə də daxil olmaqla 

Peyğəmbərin (s) digər zövcələrindən nəql olunmuşdur.  

Nəql  edirlər  ki,  həzrət Peyğəmbər  (s) Hüseyni (ə)  öpən vaxt  buyurdu:  “İndi  Cəbrail mənim  yanımdadır  və 

deyir ki, bu övladın şəhadətə çatar; belə bir qətl bəşər tarixində görünməmişdir və onun köməkçiləri də şəhid 

olar.  Cəbrail  hətta  Hüseynin  (ə)  şəhid  olacağı  yerin  torpağını  mənə  göstərdi.”  Rəvayətlərdə  nəql  olunur  ki, 

həzrət Peyğəmbər (s) zövcəsi Ümmü-Sələməyə bu torpaqdan bir ovuc verib buyurdu: “Nə vaxt bu torpaq qana 

dönsə, bil ki, Hüseyn şəhid olmuşdur.” 

Peyğəmbərdən (s) soruşurlar ki, bu körpənin nə üçün boğazından və sinəsindən öpürsən? Həzrət (s) buyurur: 

“Mən qılınc yerlərini öpürəm.”1 Bu nöqtələr sünnə əhli tərəfindən də nəql olunmuşdur.  

Bu sözlərin arxasında hansı sirr dayanır? Peyğəmbəri (s) bu xəbərin təkrarına vadar edən onun sevgisi idimi? 

Əgər Peyğəmbəri (s) bu təkrarlara sövq edən yalnız daxili hisslər idisə, nə üçün daha fəzilətli Əmirəlmömininin 

(ə)  mehrabda  şəhadəti  haqqında  danışılmırdı?  Nə  üçün  Peyğəmbər  (s)  tez-tez  Əlinin  (ə)  şəhadətini  yada 

salmırdı?! 

Əmirəlmömininin (ə) şəhadət xəbəri həzrət Peyğəmbərdən  (s) iki dəfə nəql olunmuşdur.2  Bu xəbərlərdən 

biri şəban ayının sonundakı cümə xütbəsinə təsadüf edir. Bu xütbədə ramazan ayı vəsf olunur. Həmin məclisdə 

həzrət  Əli  (ə)  ayağa  qalxıb  Peyğəmbərdən  (s)  soruşur:  “Bu  ayda  hansı  əməl  daha  fəzilətlidir?”  Həzrət 

Peyğəmbər  (s)  buyurur:  “Günahdan  pəhriz.”  Sonra  Peyğəmbər  (s)  sözünə  belə  davam  edir:  “Sanki  bu  ayda 

səcdə halında ikən başının qanının saqqalını boyayacağını görürəm.” 

Amma  Peyğəmbər  (s)  imam  Hüseynin  (ə)  şəhadəti  haqqında  hətta  ömrünün  son  saatlarında  da  danışır.  O 

buyurur:  “Uşaqları  gətirin,  onlarla  vidalaşım.”  İmam  Hüseyni  (ə)  Peyğəmbərin  (s)  sinəsi  üstünə  qoyurlar. 

Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Ya  Əba  Əbdillah,  Əzizun-Ələyy.”  Sonra  isə  ağlayır3.    İbn  Abbasdan  nəql 

olunan  digər  bir  rəvayətdə  deyilir.  Həmin  vaxt  Peyğəmbər  (s)  buyurdu:  “Allah  Yəzidə  lənət  etsin.”  Sonra 

Peyğəmbər (s) huşunu itirir. Özünə gəldikdə gözü yaşlı halda Hüseyni öpüb buyurur: “Ey Əba-Əbdillah, mənim 

üçün çətindir! Bizim Bəni-üməyyə, Yezid ibn Müaviyə ilə nə işimiz var?!”4  

Bəzi  rəvayətlərdə  imam  Hüseynin  Peyğəmbərin  (s)  çiynində,  bəzi  rəvayətlərdə  isə  dizi  üstündə  oturduğu 

bildirilir.5  Digər bir rəvayətdə nəql olunur ki, Hüseyn (ə) Peyğəmbərin (s) başı üstündən keçirdi və Peyğəmbər 

(s) onu öpürdü.6 Peyğəmbər (s) buyurur: “Cəbrail mənə xəbər verdi ki, mənim bu övladım şəhid olar. O dedi 

ki, əgər istəsəm, Hüseynin (ə) şəhid olacağı  yeri mənə göstərər.” Ümmü-Sələmə deyir: “Sonra Peyğəmbər (s) 

mənə bir ovuc qırmızı torpaq verib buyurdu: “Bu Kərbəla torpağıdır. Onu saxla. Bu torpağın qana çevriləcəyi 

gün bil ki, övladım şəhid olmuşdur.” 

                                                 

1

 “Bihar”, c. 44, s. 261 



2

 “Əmaliyi-Səduq”, s. 93: “Əl-məclisul-Əşrun” 

3

 “Bihar”, c. 44, s. 251 



4

 “Bihar”, c. 44, s. 266 

5

 “Bihar”, c. 44, s. 229 



6

 “Bihar”, c. 44, s. 234 




 

Bu  sayaq həqiqətlər  Qurani-Kərimdə də  zikr olunmuşdur. Yusif  öz  qardaşlarına  deyir:  “Bu  köynəyi aparın 



və atamın üzünə sürtün... Onun gözləri açılar.”1  

Bu  xəbər  təbabət  qanunları  ilə  uyğun  gəlirmi?  Amma  bunu  inkar  edən  kafirdir.  Çünki  bu  həqiqəti  Quran 

bəyan  etmişdir.  Biz  hər  sözü  təcrübi  elmlər  prizmasından  dəyərləndirə  bilmərik.  Bir  çox  məsələlər  qeyb  və 

batin aləminə aiddir. Bu həqiqətlər maddi meyarlarla təsdiqlənməsə də, bir həqiqətdir.  

Həzrət  Zəhra  haqqında  qeyd  etdim  ki,  məsələ  ata  və  övlad  hisslərindən  qaynaqlanır.  Burada  da  məsələ 

Siddiqeyi-Kübrada  olduğu  kimi,  səmavi  bir  məsələdir.  İslam  cəmiyyətinə  bildirilməlidir  ki,  qarşıda  Hüseynin 

başına gələcək hadisə mühüm bir hadisədir və müsəlmanlar ona biganə qalmamalıdır.  

 

Aşura hadisəsi həzrət Əlinin (ə) dilindən 

 

İbn  Abbas  deyir:  Siffeynə  gedərkən  Neynəvaya  çatdığımız  vaxt  Fərat  çayı  kənarında  dayandıq. 



Əmirəlmöminin (ə) buyurdu: “Ey İbn-Abbas, bu yeri tanıyırsanmı?” Ərz etdim ki, tanımıram. Həzrət buyurdu: 

“Əgər buranı mənim kimi tanısaydın, mənim kimi ağlamamış ötüşməzdin!” Sonra həzrət elə ağladı ki, saqqalı 

islandı, göz yaşları sinəsinə töküldü. Dəstəmaz alıb namaz qıldı, azca istirahət etdi. Oyandıqdan sonra yenidən 

göz yaşı axıtdı. O buyurdu: “Sənə gördüyüm yuxunu danışımmı? Röya aləmində gördüm ki, əlində ağ bayraq 

tutmuş,  qılıncları  bəyazlıqdan  parlayan  şəxslər  səmadan  endilər  və  bu  yeri  əhatəyə  aldılar.  Sonra  bu  xurma 

ağaclarının  öz  budaqlarını  yerə  döydüyünü  gördüm.  Yerdən  qan  fəvvarələnirdi.  Oğlum  Hüseynin  qan 

dəryasında qərq olduğunu gördüm. O, köməyə çağırırdı və kimsə ona yardım etmirdi. Həmin ağ libaslı kişilər 

səmadan  enib  onlara  dedilər:  “Ey  peyğəmbər  ailəsi,  dözümlü  olun.  Siz  günahkar  insanların  əli  ilə 

öldürülərsiniz. (Ey Əba-Əbdillah) Behişt səninlə görüş şövqündədir.” Sonra mənə başsağlığı verib dedilər ki, ey 

Əbəl-Həsən, qiyamət günü Allah sənin gözünü Hüseynlə işıqlandıracaq.” Sonra yuxudan oyandım.”2  

Nəql olunur ki, Əmirəlmöminin (ə) buyurmuşdur: “Bu  yer aşiqlər misrası  və dinə  yardım üçün peyğəmbər 

və Fatimə övladlarının qiyam məhəllidir.” 

Bəni-Üməyyə  Siffeyndə  suyun  qarşısını  kəsmişdi.  Həzrət  Əlinin  (ə)  qoşunu  suya  gedən  yolu  açmaq  üçün 

düşmənlə  vuruşsa  da,  müvəffəq  olmamışdı.  Həmin  vaxt  həzrət  Əli  (ə)  imam  Hüseynə  (ə)  buyurdu:  “Get,  su 

gətir.”  İmam  Hüseyn  (ə)  meydana  çıxıb  vuruşdu,  suyun  yolunu  açdı.  Bu  zaman  Əmirəlmöminin  (ə)  ağlayıb 

buyurdu:  “Bu  gün  Hüseyn  Kufə  əhlini  susuzluqdan  qurtardı.  Sanki  həmin  camaatın  suyun  yolunu  bağlayıb, 

Hüseyn (ə) və onun yoldaşlarını şəhid edəcəyi günü görürəm.  

Araşdırma  aparıb  bu  rəvayətçilər  məcmusuna  diqqət  yetirən  kəs  anlayır  ki,  bu  məsələ  sadəcə  mərhəmət 

məsələsi  yox,  risalət  kimi  mühüm  bir  işdir.  Necə  ki,  həzrət  Mehdinin  (ə)  qeyb  və  qiyamı  Peyğəmbər  (s) 

dövründən bu günədək və onun təşrif gətirəcəyi vaxtadək aktualdır.  

 

Əhli-beyt (ə) Kərbəla inqilabının keşikçisidir 

 

İmam Hüseynin (ə) şəhadətindən sonra, yəni məhərrəmin on birinci günündən başlayaraq Əhli-beyt, xüsusi 



ilə dövrün məsum imamı Zeynəl-Abidin çalışmışdır ki, bu parlaq məşəl sönməsin. Onun 32 illik imamətindən 

sonra  imam  Baqir  (ə)  20  il,  imam  Sadiq  (ə)  35  il  bu  inqilab  məşəlini  sönməyə  qoymamışlar.  Əksinə,  bəni-

Üməyyə daim səy göstərmişdir ki, bu çıraqı söndürsün. Onlar imam Hüseyn (ə) və onun yoldaşlarını şəhadətə 

yetirdikdən sonra təsəvvür etdilər ki, artıq iş başa çatıb. Amma qəfildən bunun belə olmadığını anladılar! 

 

Bəni-Üməyyənin öz məqsədini həyata keçirə bilməməsi 

 

                                                 



1

 “Yusuf”, 93 

2

 “Bihar”, c. 44, s. 252, 253 



 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə