Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   28

 

47 


məsələnin kökünü tapmaq istədim və anladım ki, Hüseyn savaş fikrində deyil və dost kimi dəvət edilib. Bildirir 

ki, əgər bu iş xoşa gəlmirsə geri dönərəm.” Məktub İbn Ziyada oxunduqda yerindən sıçradı və dedi: “Pəncəmiz 

ona  ilişəndən  sonra  qaçmaq  istəyir.  Artıq  qaçmaq  vaxtı  deyil!”  Ömər  Sədə  yazdı  ki,  məktubunu  oxudum, 

dediklərini  anladım.  Əvvəlcə  Hüseyn  və  onun  yoldaşlarına  təklif  et  ki,  Yəzid  ibn  Müaviyəyə  beyət  etsinlər. 

Əgər beyət etsələr mənə xəbər ver. Onda nə edəcəyini deyərəm.” Məktubun cavabı Ömər Sədə çatdıqda o dedi: 

“Deyəsən  İbn  Ziyad işin sülhlə başa çatmasını istəmir. Bilirəm ki, Hüseyn beyət  etmək  istəsəydi, Mədinə və 

Məkkədə  beyət  edərdi.  O  buradamı  beyət  edəsidir?!  Onun  sinəsində  atasının  ruhu  var  və  heç  vaxt  beyət 

etməyəcək.”1  Bu səbəbdən də Ömər Səd İbn Ziyadın məktubu ilə bağlı Hüseynə təklif etmədi.  

 

İbn-Ziyadın Hüseynə (ə) məktubu 

 

İbn Ziyad Hürdən əlavə, imam Hüseynə də çox acı bir məktub göndərdi. Məktubda yazılmışdı: “Ey Hüseyn! 

Mən  Kərbəlada  dayandığından  xəbər  tutdum!  Əmirəlmöminin  Yəzid  mənə  göstəriş  verib  ki,  ya  Yezidin  və 

mənim hökmümə təslim olmalısan, ya da səni Allaha qovuşdurmayınca doyunca su içməyim, doyunca  yemək 

yeməyim.”  

Həzrət Hüseyn  (ə)  məktubu  yerə  atdı.  Qasid  məktubun  cavabını  istədikdə, o  buyurdu:  “Cavab budur  ki, o, 

ilahi əzaba layiqdir.” İmamın bu cavabı İbn-Ziyada çatdıqda çox qəzəbləndi. Məhərrəmin 6-cı günü çatdı. İbn 

Səd  İbn  Ziyaddan  ikinci  məktubu  aldı.  Məktubda  yazıldı:  “Sənə  göstəriş  verirəm  ki,  suyu  Hüseyn  və  onun 

yoldaşlarının üzünə bağlayarsan. Necə ki, onlar Osman ibn Əfvana su vermədilər!” 

Ömər Səd Əmr ibn Həccacın başçılığı ilə beş yüz atlı göndərdi və çaya aparan yolları bağladı. Bu hadisədən 

sonra  imamın  göstərişi  ilə  yer  qazıldı  və  böyük  miqdarda  su  əldə  olundu.  Sonralar  bu  quyunu  nə  qədər 

axtardılarsa da, tapa bilmədilər. Bundan əlavə, səhabələr imamın göstərişi ilə çaya doğru hərəkət edirdi. Onlar 

zəruri ehtiyac qədər su gətirirdilər.2  

 

İmam Hüseynin (ə) Ömər Sədlə müzakirələri 



 

İmam  Hüseyn  (ə)  Ömər  Sədə  təklif  etdi  ki,  onunla  birbaşa  danışsın.  İki  dəstə  arasında  yer  təyin  olundu, 

Ömər Səd və imam Hüseyn (ə) hərəsi 20 nəfərin müşayiəti ilə həmin yerə gəldi. Təyin olunmuş yerə çatdıqdan 

sonra  imam  Hüseyn  (ə)  Əli  Əkbər  və  Əbül-Fəzl  istisna  olmaqla,  həmin  20  nəfərə  qayıtmaq  tapşırığı  verdi. 

Ömər Səd də yanında oğlu Həfəsi və qulamı Dəridi saxladı. Sünni və şiə tarixçiləri yazırlar ki, bu söhbət uzun 

çəkdi. Ətrafdakılar onların yalnız bəzi söhbətlərini eşidə bilirdilər. Nəql edirlər ki, imam Hüseyn (ə) Ömər Sədə 

buyurdu: “Sən İbn Ziyaddan əl çək və mənə qoşul. Birlikdə Mədinəyə qayıdaq.” Ömər Səd dedi: “Evimi xaraba 

qoyarlar.”  Həzrət  buyurdu:  “Mən  sənin  üçün  ev  tikərəm.”  Ömər  Səd  dedi:  “Var-dövlətimi  əlimdən  alarlar.” 

Həzrət  buyurdu:  “Mən  sənə  Mədinədəkindən  də  artıq  var-dövlət  verərəm.”  Ömər  Səd  dedi:  “Ailəmə  əziyyət 

verərlər.”  İmam  buyurdu:  “Sən  haqq  istəyində  deyilsən.  Dünya  və  dünyaya  bağlılıq  səni  bəlaya  salıb.  Amma 

əmin ol ki, dünyaya da çata bilməyəcəksən. Sənin yataqda öldürüldüyün günü görürəm.” (İmamın buyurduğu 

bir  möcüzə  idi.  İbn  Səd  sonralar  yatağında  Muxtar  tərəfindən  öldürüldü.)  Sənin  Rey  buğdasından  yeyə 

bilməyəcəyini  görürəm.”  Ömər  Səd  güldü  və  dedi:  “Arpa  ilə  keçinərik!”  O  imamı  məsxərəyə  qoyub,  ayağa 

qalxdı və getdi.  

Mərhum Ustad Ayətullah Məhəmməd Təqi Bürucirdi iddia edir ki, imamla Ömər Səd arasında görüş bir dəfə 

olmayıb.  Hər  halda  bu  görüşlərin  nəticəsi  bu  oldu  ki,  Ömər  Səd  ibn  Ziyada  məktub  yazdı.  Bu  məktub  tarixi 

sənəddir.  Amma  o  hiyləgər  idi.  Həm  imamla  savaşdan  yayınmaq,  həm  də  Rey  hakimi  olmaq  istəyirdi. 

Yetərincə  dəlilimiz  var  ki,  bu  məktubda  yazılanlar  həqiqət  deyil.  O  yazırdı:  “Allah-təala  alovu  söndürdü  və 

müzakirələrdən sonra belə bir nəticəyə gəldik ki, o  ya Mədinəyə qayıdır, ya  İslam məmləkətinin ətrafında bir 

                                                 

1

 “Bihar”, c. 44, s. 384 



2

 

“Bihar”, c. 44, s. 388 



 


 

48 


müsəlman olaraq yaşayır, ya Yezidin yanına gedib ona əl verir. Onlar otursunlar və sözlərini danışsınlar. Mən 

bilirəm  ki,  bu  sözlər  səni  sevindirəcək  və  ümmətin  məsləhəti  də  bundadır  ki,  savaş  olmasın.”  Məktub  İbn 

Ziyada  təsir  etdi.  Sünni  və  şiə  tarixçiləri  yazırlar  ki,  İbn  Ziyad  məktubu  oxuduqdan  sonra  dedi:  “Bu  sözlər 

xeyirxah bir kəsin öz sərkərdəsinə dedikləridir.” Söz bu yerə çatanda Şimr ayağa qalxıb dedi: “Ey əmir! Onun 

dediklərini qəbulmu edirsən? Axı Hüseyn indi sənin əlindədir! Əgər Hüseyn sənin ərazindən çıxsa, onun gücü 

saat-ba-saat artacaq, bütün şiələr xəbər tutacaq, hər tərəfdən axışıb ona qoşulacaqlar. Belə olsa sənin mövqeyin 

zəifləyəcək. Əgər Ömər Səd doğru deyirsə və Hüseyn peşiman olubsa, Ömər Sədə de ki, qoy Hüseyn və onun 

yoldaşları sənin hökmünə təslim olsunlar.” İbn Ziyadın iç çirkinliyi üzə çıxdı və dedi: “Yaxşı fikirdir, sən doğru 

deyirsən.”  O  katibə  dedi:  “Ömər  Sədə  yaz  ki,  biz  səni  Hüseynə  salamatlıq  təmənnası  üçün  göndərməmişik. 

Sənə göstəriş verirəm ki, Hüseyn mənim hökmümə təslim olsun. Əgər təslim olsa, özü və yoldaşlarını salamat 

halda  Kufəyə  apar  və  bizim  əmrimizi  gözlə.  Əgər  təslim  olmasa  yubanmadan  savaşa  başla.  Elə  bir  savaş  ki, 

onun  ən  yüngül  əsəri  başların  bədəndən  ayrılması  olsun.  Şimrə  dedi  ki,  məktubu  götür  apar.  Əgər  ibn  Səd 

razılaşması  əvvəlcə  onun  öz  boynunu  vur,  sonra  qoşuna  başçılığı  öz  öhdənə  götür.  Hüseyn  ibn  Əlinin  işini 

bitir.”1  

Bu gün günorta (Tasua günü) Şimr həmin məktubla Kərbəlaya daxil oldu. İmam Sadiq (ə) buyurur: “Tasua 

imam Hüseyn (ə) və onun yoldaşlarının tam şəkildə mühasirəyə alındığı gündür. Düşmən onu zəif, qərib, özünü 

güclü və qalib saydı.”2 Məhz bu səbəbdən də Tasua günü əza günü sayılır. 

 

Amannamə, toxunulmazlıq 



 

İmam Hüseyn (ə) xeymədə olduğu vaxt bayırda çox çirkin, amma tanış bir səs eşitdi. Kimsə belə bir fəryad 

çəkdi:  “Bacımın  övladları  haradadır?”  Abbas  və  qardaşları  başlarını  aşağı  saldılar.  İmam  Hüseyn  buyurdu: 

“Ona  cavab  verin.  Azğın  da  olsa,  sizinlə  qohumdur.  Görün  nə  deyir.”  Əbül-Fəzl  öndə,  qardaşları  onun 

arxasınca  Şimrin  qarşısına  çıxdılar.  Nə  üçün  gəldiyini  soruşdular.  Şimr  dedi:  “Ey  bacım  oğlanları!  (Şimr  də 

Ümmül-Bənin kimi Bəni-Kəlab tayfasından idi. Bir qadınla qohumluq əlaqəsində olan şəxs həmin qadını bacı, 

onun  övladlarını  bacıoğlu  çağırardı.)  Mən  Süməyyənin  oğlundan  (İbn  Ziyaddan)  sizin  üçün  aman  almışam. 

Gəlin  və  Hüseyni  himayə  etməkdən  əl  götürün.”  Onun  sözü  başa  çatmamış  həzrət  Əbül-Fəzl  (ə)  buyurdu: 

“Əllərin kəsilsin! Allah sənə də, sənin amanına da lənət etsin! Biz Allahın amanındayıq və Süməyyə oğlunun 

amanını  istəmirik.”  Bizə  təklif  edirsən  ki,  Seyyidimiz,  rəhbərimiz,  qardaşımızdan  əl  çəkək  və  Yəzidə,  Bəni-

Üməyyəyə qoşulaq?! Şimr narahat oldu və başını aşağı salıb getdi. Əbül-Fəzl və qardaşları geri qayıdıb əhvalatı 

imama danışdılar.3  

İmam Hüseyn öz qardaşlarını yaxşı tanıyırdı və bilirdi ki, başqa cür ola bilməz! (Bəzi mənbələrdə yazırlar 

ki,  imam  öz  qardaşlarına  “siz  də  gedin”  buyurub.  Bu  batil  bir  sözdür.  İmam  Hüseyn  aşura  gecəsi  ona  görə 

“gedin” söyləmişdi ki, gələcək nəsillər onun ətrafındakıları yaxşı tanısın.)  

 

Tasua günü Yəzid qoşununun təhriki 



 

Şimr  Ömər Sədə dedi:  “Nə üçün  yubanırsan?”  Ömər Səd havanın qaralmasına baxmayaraq nida etdi:  “Ey 

Allahın süvariləri süvar olun!” Siz nifaqa baxın! Hansı amal uğrunda süvar olsunlar?! Allahın gözünü, Allahın 

əlini,  Allahın  nümayəndəsini  aradan  götürməkçün!  Qoşun  hərəkətə  başladı.  Süvarilər  və  piyadalar  hay-küy 

salmışdı. Qəfildən Zeynəb qoşunun xeymələrə tərəf hərəkət etdiyini gördü. Sürətlə qardaşının yanına gedib, nə 

baş  verdiyini  soruşdu.  Həzrət  Əbi  Əbdillah  qardaşı  Abbası  çağırıb  buyurdu:  “Səhabələrdən  və  qocalardan 

bəzilərini götür, get gör nə xəbərdir.” Əbül-Fəzl iyirmi nəfərlə birlikdə imamın göstərişini yerinə yetirmək üçün 

hərəkət etdi. Həbib ibn Məzahir, Büreyr və Züheyr də onların arasında idi. Ömər Sədin qoşunu dayandı. Həzrət 

                                                 

1

 “Bihar”, c. 44, s. 390 



2

 “Bihar”, c. 45, s. 95 

3

 “Bihar”, c. 44, s. 391 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə