Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   28

 

51 


 

On birinci məclis 

İmam Rizanın (ə) hərəmində partlayış 

 

Bu  il  imam  Hüseynə  (ə)  aşura  əzadarlığında  yəzidlər  imam  Rizanın  (ə)  müqəddəs  barigahında  böyük  bir 

cinayət  törətdilər.  İndi  Yəzid  qoşunun  Kərbəladakı  cinayətini  daha  asanlıqla  dərk  edərik.  Dövrümüzü 

mədəniyyət əsri adlandırırlar. Dünya bəşər hüququndan dəm vurur. Amma imam Rizanın müqəddəs hərəmində 

aşura  günü bu sayaq cinayət törədilir! Hələ ki, şəhidlərin sayı məlum deyil. Məlum olan budur ki, çox böyük 

faciə baş  vermişdir.  Bu  mənim  aşura  günlərində  daim  təkrarladığım  bir  nöqtədir:  “Haqq  və  batil  cəbhələrinin 

savaşı ilk günündən indiyədək davam etməkdədir. Hətta İmam Zamanın hakimiyyəti dövründə də bu mübarizə 

davam  edəsidir.  Çünki  həzrət  Mehdi  (ə)  şəhadətə  yetiriləcək.  Bu  mövzuda  söhbəti  uzatmağa  ehtiyac  yoxdur. 

Çünki siz cinayətkarları tanıyırsınız və bilirsiniz ki, müqəddəs inqilabımız dövründə düşmən hansı cinayətlərə 

əl atıb.  

 

Aşura sübhü imam Hüseynin (ə) yuxusu 

 

Hicri 61-ci il aşura gecəsi imam Hüseyn (ə) və onun yoldaşları ibadətə məşğul olub, sübh namazını həzrətin 

imaməti  ilə  qıldılar.  İmam  Hüseynin  (ə)  ilk  sözü  bu  oldu:  “Mən  bu  sübh  bir  yuxu  gördüm.  (İmamın  yuxusu 

həqiqətdir.  Bu  səfərdə  imam  bəzi  yuxular  görmüşdü.  Hətta  ata  süvar  ikən  bir  anlıq  yüngül  yuxuya  getmiş  və 

sonra yuxusunu danışmışdır. Onun iki ardıcıl yuxusu aşura gününə təsadüf edir.)  

“Röyada  gördüm  ki,  itlər  mənə  hücum  edib.  Amma  daha  çox  cuman  it  rəngarəng  idi.  Belə  görünür  ki, 

mənim  qatilim  ala  tökmüş  bir  şəxsdir.”  Sonra  buyurdu:  “Sonra  cəddim  peyğəmbəri  gördüm.  Mənə  belə  bir 

müjdə  verdi:  “Əziz  oğlum!  Sən  Ali-Məhəmmədin  şəhidisən,  bu  müjdə  ərş  əhli  arasında  yazılmışdır.  Bu  gecə 

mənim  yanımda  olacaqsan.  Tələs  və  təxirə  salma.  (Sonra  peyğəmbər  (s)  imama  bir  mələk  göstərib  sözünə 

davam etdi:) Bu mələkdir. Ərş aləmindən enib ki, qanını götürüb bu yaşıl şüşəyə yığsın.” Sonra imam buyurdu: 

“Bu yuxunun mənası odur ki, iş başa çatıb, dünyadan köç vaxtımız yaxınlaşıb. Buna heç bir şəkk yoxdur.”1  

Bu səhabələrin hazırlıqı üçün imamın ilk sözü idi. Əlbəttə ki, səhabələr hazır idilər. İmam onların nəzərinə 

çatdırırdı ki, “bəda” (təqdir dəyişikliyi) baş verməyib və onların şəhadəti labüddür.  

Dəfələrlə  qeyd  etmişik  ki,  imamın  Kərbəladakı  səhabələrinin  72  nəfər  olduğu  məşhur  bir  xəbərdir.  Amma 

Kərbəla şəhidlərinin nəql olunmuş adlarının sayı 72-dən çoxdur! Olsun ki, Kərbəlada Bəni-Haşimdən əlavə 72 

nəfər varmış . Amma Bəni-Haşim də o sayda olmamışdır ki, 72 nəfərlə birlikdə  say 100-ə çatmış olsun. Bunu 

deyə bilərik ki, aşura  gecəsi növbəti 30 nəfər imamın dəstəsinə qatılmamış onların sayı 72 olub. Aşura sübhü 

isə Hürr imama qoşulmuşdur. Beləcə, mərhum Əllamə Məclisi və başqa tarixçilərin yazdığına əsasən Kərbəlada 

102 nəfər olmuşdur. İstənilən bir halda düşmən qoşunu Hüseynin dəstəsindən 300 qat artıq idi. Nəzərə aldıqda 

ki, düşmən qoşununa qarşı imamın  yoldaşları bir-bir meydana çıxmışdır, bu nisbət 30 mində birə  çatır.  İmam 

bu azsaylı dəstəni nizamlayırdı. İmam sağ cinahı Züheyrə, sol cinahı Həbib ibn Məzahirə tapşırıb özü mərkəzdə 

qərar tutdu. Qardaşı Abbas bayraqdar (ələmdar) təyin olundu. Müslim ibn Ovsəcəyə, Səid ibn Abdullah, Abəsə 

də müəyyən məsuliyyətlər tapşırıldı. Dəstə nizamlandıqdan sonra imam buyurdu: “Allah mənim üçün və sizin 

üçün  şəhid  olmağı  qərar  verib.  Səbirli  və  dözümlü  olun!”  (Burada  səbr  dedikdə  möhkəm  dayanmaq  nəzərdə 

tutulur). 

İmam öz şux ruhiyyəsini ətrafına anlatmaq üçün buyurdu: “Ölüm sizi çətinliklərdən daimi nemətlərə aparan 

körpüdən başqa şey deyil. Bu körpü sizi Allahın sizin üçün hazırladığı geniş cənnətlərə aparır.” İmam Hüseyn 

                                                 

1

 

“Bihar”, c. 45, s. 3 



 


 

52 


(ə)  demək  istəyirdi  ki,  qəlb  gözünüzü  açın,  “Ey  arxayın  nəfs”  nidasının  intizarında  olun.  Əlbəttə  ki,  imamın 

Həbib, Büreyr, Müslim, Abəs kilmi əksər səhabəsi heç bir qorxu duymurdu. Onlar möhkəm dayanmışdılar. Bu 

insanlar şərafətlə şəhid oldular. Amma bu dəstə arasında səadətə çatmayanlar da oldu. Aşuradan bir gün öncə 

Kərbəlanı  tərk etmək  istəməyənlərin  bir  qismi  aşura günü  getmək  qərarına  gəldilər.  Onlar  gedərkən bəzilərini 

də özləri ilə aparırdı. Kərbəla şəhidi Əbdür-Rəhman ibn Əbd Rəbəhin bir qulamı vardı. Bu qulam nəql edir ki, 

savaş  başladıqdan  və  ağam  şəhid  olduqdan  sonra  qaçdım.  Həyatın  yemək  və  yatmaqdan  ibarət  olduğunu 

düşünən iman yüksək iman dərəcəsinə çatmış türk qulam və ya Cundan çox fərqlənirdi.  

Mərcə ibn Səmamə imam Hüseynin səhabəsi və mahir oxatan idi. Aşura günü xeyli ox yağdırdıqdan sonra 

onun  oxu  qurtardı.  Hücum  etmək  istədikdə  qohumları  onu  əhatəyə  aldı  və  “sən  amandasan,  qılıncını  qınına 

qoy”  dedilər.  Sonra  onu  savaş  meydanından  çıxardılar.  Mərcə  ibn  Səmamə  əsir  kimi  Kufəyə  aparıldı.  Onun 

bağışlanması üçün İbn Ziyada müraciət etdilər. İbn Ziyad onu ağır şəraitli Fəzarə adlı yerə sürgün etdi. Bu şəxs 

də şəhadət səadətinə çata bilmədi. Əqəbə ibn Səman Əli Əsğər və Səkinənin anası Rübabın qulamı idi. Bu şəxs 

aşura günü döyüşmədi. Düşmən qarət üçün xeymələrə hücum etdiyi vaxt ondan kim olduğunu soruşdular.  Dedi 

ki, mən Rübabın qulamıyam, bu savaşa aidiyyətim yoxdur. Onu azad etdilər. O əsirlərin arasında Mədinəyədək 

peyğəmbər  ailəsinə  xidmət  etdi.  (Bu  qulam  Kərbəla  hadisəsinin  rəvayətçilərindəndir.  Ömər  Sədin 

məktubundakı iddiaları təkzib edən bu qulam olmuşdur.)  

Rəvayətlərə görə Kərbəlada Bəni-Haşimdən də bir nəfər sağ qalmışdır. Bu şəxs Həsən ibn Həsəndir. Onun 

haqqında söhbətimizin əvvəlində danışmışdıq.  

Kərbəlada olub vuruşan, amma şəhadətə  yetişməyənlərdən biri də Zöhhak ibn Əbdüllah Məşriqi olmuşdur. 

Savaş meydanından qaçan bu şəxsin bağışlanmayacağını düşünmürəm. Bu şəxs öz dostu ilə imamın xidmətinə 

gəldiyi  vaxt  dostu  imamdan  getmək  icazəsi  istəmişdi.  Amma  Zöhhak  belə  demişdi:  “Mənim  ailə-uşağım  və 

çətinliklərim var. Amma sənə kömək etmək istəyindəyəm. Məndən elə bir beyət qəbul et ki, sənin müdafiəçin 

və  yardımçın  olum.  Amma  öldürülüb-öldürülməyəcəyimin,  vuruşub-vuruşmayacağımın  sənə  faydası 

olmayacaq  bir  vaxt  üçün  beyəti  üzərimdən  götür!”  Həzrət  buyurdu:  “Həmin  şərtlə  beyət  et.”  Bu  şəxs  imama 

beyət  etdi  və  aşura  günü  günortayadək  imamın  xidmətində  oldu.  Bəni-Haşim  qəhrəmanları  döyüşüb  şəhadətə 

yetdiyi vaxt imamın xidmətinə gəlib dedi: “Yadındadırmı necə beyət etmişdim?” İmam buyurdu: “Bəli. Amma 

bu  mərəkədən  necə  xilas  olacaqsan?”  Dedi:  “Bu  barədə  düşünmüşəm.”  Həzrət  buyurdu:  “Beyətimi  öhdəndən 

götürdüm.”  Bu  şəxs  mühasirənin  sıx  olmayan  hissəsindən  keçərək,  Kufəyə  üz  tutdu.  Düşmən  onu  təqibə 

başladı. Təqib edənlərin  başçısı Kəsir ibn Abdullah onun qohumu olduğundan təqibi dayandırdılar. Doğurdan 

da, bu şəxs böyük bir səadətdən məhrum olmuşdur! Həmin hadisədən sonra o bir neçə il yaşadı, yedi, yatdı və 

nəhayət  dünya ilə  vidalaşdı.  Kərbəla  şəhidləri  hara,  Zöhhak  hara?! Amma  mən  şəxsən  bu  şəxsi məmnunluqla 

xatırlayıram.  Çünki  o  Kərbəla  ilə  bağlı  xeyli  dəqiq  məlumat  nəql  etmişdir.  O  yalançı  olmamışdır  və  gözü  ilə 

gördüklərini  danışmışdır.  Çox  güman  ki,  imam  Hüseyn  lütf  və  inayəti  ilə  ona  şəfaət  verəsidir.  Bəli,  imam 

Hüseyn o qədər böyük lütf və inayət sahibidir ki, bir şəxs ona belə and verir: “Səni anan Fatiməyə and verirəm, 

qiyamət günü Şimrə, Ömər Sədə və Yəzidə şəfaət vermə!” 

 

Kərbəla yaxşılığa əmr (əmr be məruf) meydanıdır! 



 

Aşura  günü  əmr  be  məruf  günü  idi.  İmamın  səhabələri  yaranış  günündən  indiyədək  görünməmiş  şəkildə 

höccəti  tamamladılar,  bəhanəyə  yer  qalmadı.  İmam  Hüseyn  (ə)  bir  neçə  dəfə  xütbə  oxudu.  İmamdan  əlavə 

Züheyr, Büreyr, Hürr, Həbib, Abəs düşməni haqqa dəvət etdi. Onların hətta rəcəzləri də nəsihət, əmr be məruf 

və nəhy əz münkərdən ibarət idi. Hansı ki, rəcəzdə nəsihətə yer yoxdur! 

 



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə