Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   28

 

49 


Əbül-Fəzl  (ə)  buyurdu:  “Qardaşım  soruşur  ki,  nə  baş  verib?”  Dedilər:  “Bu  gün  əmirdən  fərman  gəlib  ki,  ya 

təslim  olmalısınız,  ya  da  vuruş  olacaq.  Bu  döyüşün  ən  kiçik  nəticəsi  başların  bədəndən  ayrılmasıdır!”  Həzrət 

Abbas  (ə)  buyurdu:  “Səbr  edin,  qardaşıma  xəbər  verim.”  Əbül-Fəzl  getdikdən  sonra  Həbib,  Büreyr  kimi 

səhabələr  qarşı  tərəfi  nəsihət  etməyə  başladı.  Amma  bu  nəsihətlər  qara  və  daş  qəlblərə  təsir  etmirdi.  Həzrət 

Abbas  Ömər  Səd  qoşununun  sözlərini  imama  çatdırdı:  “Qardaşım!  Get,  bacarırsan  bir  iş  gör  ki,  onların 

hücumunu bu gecə təxirə salasan. Bu gecə ibadət, namaz, zikr, dua, tövbə və Quran qiraətindən azuqə götürmək 

istəyindəyik.” Əbül-Fəzl (ə) imamın istəyini çatdırdı. Ömər Səd dedi: “İş başa çatmalıdır.” Qoşun başçılarından 

biri ona dedi: “Əmr! Həya et! Əgər rumlular, deyləmlilər və türklər bizdən belə şey istəsəydilər qəbul edərdik. 

Sənə nə olub?! O peyğəmbər balasıdır və deyir ki, bu gecə səbr edin. Biz də sabaha qədər səbr edək.”1  

 

Aşura gecəsi imam Hüseynin (ə) xütbəsi 



 

Günəş  aram-aram  qürub  edirdi.  Onlar  öz  düşərgələrinə,  imamın  səhabələri  xeymələrə  qayıtdı.  Sonrakı 

hadisələri imam Səccad nəql edir: Mötəbər bir rəvayətə əsasən imam Səccad buyurur: “Elə ki, onlar getdilər və 

gecə  düşdü  atam  səhabələri  bir  yerə  toplaylıb  buyurdu:  “Pərvərdigara!  Ən  üstün  həmd-sənanı  Sənə  deyirəm. 

Sənə həm xoş, həm çətinliklər üçün sitayiş edirəm. Pərvərdigara! Sənə həmd-səna deyirəm ki, biz peyğəmbər 

ailəsini  peyğəmbərə  xatir  əziz,  möhtərəm  tutdun  və  Quranını  bizə  təlim  etdin.  Bizi  dinində  fəqih  etdin,  bizə 

qulaq, göz, qəlb verdin. Bizi nemətinə şükr edənlərdən qərar verdin.” 

İmamın  bir  buyuruğu  səhabələri  üçün  ən  böyük  iftixardır.  O  həzrət  buyurur:  “Mən  öz  səhabələrimdən 

vəfalısını  və  üstününü  tanımıram.  Yəni  atam  Əmirəlmömininin  səhabələri  də  sizin  dərəcəyə  çatmayıb. 

Peyğəmbərin  Əbuzər,  Miqdad,  Salman  və  İbrahim  kimi  səhabələri  də  sizdən  üstün  olmayıblar.  Mən  heç  bir 

əhli-beyti  öz  əhli-beytimdən  xeyirxah  və  fəzilətli  görmədim.  Allah  mənim  tərəfimdən  sizə  xeyir,  əvəz, 

mərhəmət əta  etsin.  Mən  yəqin  etmişəm  ki,  sabah düşmənlərlə üzləşəcəyimiz gündür.  Hamınıza  getmək  üçün 

icazə verirəm. Siz beyət etdiniz, mən isə bu əhdi üzərinizdən götürürəm. Mənim tərəfimdən sizin üçün heç bir 

tələb yoxdur. Gecə sizi bürümüşdür. Onu özünüz üçün vasitə, minik qərar verin. Əshabın hər biri mənim əhli-

beytimdən bir nəfəri özü ilə götürsün. Öz şəhər və kəndlərinizə üz tutun. Allahın qurtuluşu nəsibiniz olsun. Bu 

qövm məni ələ keçirmək istəyir. Məni tutub öldürdükdən sonra kimsə ilə işləri olmayacaq.” 

Söz bu yerə çatanda birinci ayağa qalxıb söz deyən imamın qardaşı həzrət Abbas oldu. O dedi: “Bu nə işdir 

bizə  təklif  edirsən?!  Nə  üçün  belə  etməliyik?  Ondan  ötrü  ki,  səndən  sonra  yaşayaq?!  Allah  bizə  o  günü 

göstərməsin ki, sən olmayasan biz olaq!” 

Həzrət Abbasın o biri qardaşları da onun dediklərini təsdiqlədilər. Sonra imam Hüseyn (ə) Əqil ailəsinə üz 

tutub  buyurdu:  “Sizin  üçün  müsibət  yetər.  Gedin  buradan.”  Onlar  dedilər:  “Heç  vaxt  belə  etməyəcəyik. 

Canımızı,  malımızı,  ailəmizi  sənə  fəda  edərik.  Səninlə  birgə  döyüşərik,  sənin  gedəcəyin  yerə  gedərik.  Allah 

səndən sonrakı həyatı kəssin. Tutaq ki, sən icazə verdin və biz getdik. Əgər xalq bizdən nə etdiyimizi soruşsa 

deməliyik  ki,  seyyidimizi,  ağamızı,  imamımızı  düşmən  dəryasında  tənha  qoyduq  və  öz  göstərişi  ilə  gəldik?! 

Bundan  da  böyük  rəzalət  olarmı?  Tutaq  ki,  dünyanı  seçdik.  Qiyamət  günü  anan  Fatimənin  və  baban 

peyğəmbərin qarşısında nə cavab verərik?!” Bütün Bəni-Haşim eyni sözü təkrarladı. Nəhayət növbə səhabələrə 

çatdı.  O  böyük  pir,  Müslim  ibn  Ovsəcə  ayağa  qalxdı  və  dedi:  “Biz  səni  tənha  buraxaq?  Allahın  qarşısında, 

imamımızın  haqqını  əda  etməkdə  üzrümüz  nə  olacaq?!  And  olsun  Allaha,  belə  etməyəcəyik.  Həmin  an 

gəlməlidir  ki,  mən  nizəmlə  düşmənin  sinəsini  yarım,  qılıncımla  onları  doğrayım.  Əgər  silahım  olmasa  onlara 

daşla  hücum  edim. And  olsun  Allaha, heç  vaxt  səndən  əl  çəkmərik.  Qoy  Allah  bilsin  ki,  peyğəmbər  olmayan 

dövrdə  Onun  canişinini  necə  hifz  etdik.  And  olsun  Allahın  müqəddəs  zatına,  bilsəm  ki,  70  dəfə  öldürülüb 

dirildiləcəyəm, yenə sənə yardımdan əl çəkməyəcəyəm. Axı necə belə etməyim ki, qarşıda bircə ölüm var?! Bu 

ölümdən  sonra  isə  heç  vaxt  sona  çatmayan  böyük  kəramət  var.”  Bu  böyük  insanlar  həqqül-yəqin  dərəcəsinə 

çatmışdılar. Onlar doğru yolda olduqlarına zərrəcə şübhə etmirdilər.  

Böyük  Kərbəla  sərkərdəsi  Züheyr  ayağa  qalxdı  və  dedi:  “Mənim  üçün  öldürülmək,  sonra  tikə-tikə 

doğranmaq, min dəfə bu işin təkrarlanması əzizdir. Amma bu səbəblə Allah-təala səni və əhli-beyt cavanlarını 

hifz etsin.” Züheyrin ardınca Səid ibn Abdullah Hənəfi və digər səhabələr də bu sayaq danışdılar. 

                                                 

1

 

“Bihar”, c. 44, s. 391, 392 



 


 

50 


Görən imam Hüseyn (ə) öz  yoldaşlarının bu dərəcədə vəfalı olduğunu bilmirdimi? Mən inanıram ki, imam 

bunu  çox  yaxşı  bilirdi.  İmam  yalnız  ona  görə  “gedin”  buyurdu  ki,  imam  Hüseynin  (ə)  ətrafında  necə 

şəxsiyyətlərin  olduğunu  bütün  bəşəriyyət  bilsin.  Bu  vəfalı  səhabələr  Allaha  doğru  yüksəlişdə  kamala 

çatmışdılar.  İmam  onların  məqamını  bilirdi.  Amma  bu  sözləri  buyururdu  ki,  sənəd  olaraq  saxlanılsın,  14  əsr 

sonra bəşəriyyətə bəyan olsun ki, Kərbəlada Əbi Əbdillahın belə yoldaşları vardı. İmam Hüseyn (ə) öz fədakar 

yoldaşlarına bir işarə ilə behiştdəki dərəcələrini göstərdi. Bu səbəbdən də səhəri gün (aşura) sanki qılıncların və 

nizələrin ağrısını hiss etmirdilər. Onlar qanlı meydanda şux davranır, fərəh duyurdular. Çünki inanırdılar ki, bir 

saatlıq  qılınc  və  nizələrlə  oynadıqdan  sonra  Allahın  görüşünə  gedəcək,  həzrət  Peyğəmbər  (s)  və  Əli  (ə)  ilə 

üzbəüz dayanacaq və Allahın böyük kəramətini əldə edəcəklər.  

İmam  Hüseyn  (ə)  buyurdu:  “Gərək  hazır  olaq.  Çünki  bu  gecə  axır  gecədir.  Gərək  azuqəmizi  götürək.  Bu 

gecə  namaz,  zikr  və  dua  gecəsidir.”  Sonra  sözünə  belə  davam  etdi:  “Abbas,  qardaşım!  Əli,  oğlum!  Su  əldə 

etmək  lazımdır.  Yuyunmaq,  hətta  libaslarımızı  yumaq  istəyirik.  Çünki  sabah  Allahın  müqəddəs  zatı  ilə  görüş 

günüdür. Zahirimiz də təmiz olmalıdır. Otuz süvari və iyirmi piyada böyük məşkləri götürdülər və çaya doğru 

hərəkət  etdilər.  Əmr  ibn  Həccac  səs  eşidib  dedi:  “Kimdir?”  Nafe  dedi:  “Əmin  oğlu  Nafe  ibn  Hilalam.”  Əmr 

dedi:  “Nə  istəyirsiniz?”  Nafe  dedi:  “Gəlmişəm  su  içəm  və  su  aparam.”  Əmr  dedi:  “İç.”  Nafe  dedi:  “Necə  su 

içim  ki,  Hüseyn  və  övladları  teşnədir?”  Əmr  dedi:  “Mən  də  bilirəm.  Amma  Əmr  belə  buyurub.”  Nafe  fəryad 

çəkdi:  “Ey  süvarilər,  bunları  qarşınızdan  qovun  və  çaya  üz  tutun.”  Süvarilər  həmlə  edib  Əmrin  adamlarını 

pərən-pərən  saldılar.  Piyadalar  məşkləri  doldurdular  və  çaydan  uzaqlaşdılar.  Süvarilər  Əmrin  adamları  ilə 

vuruşdular.  Bu  savaşda  imamın    yoldaşlarından  kimsə  şəhid  olmadı.  Düşməndən  isə  bir  nəfər  öldürüldü. 

Beləcə, imamın hərəminə 20 məşk su gətirildi.  

 

Müsibət zikri 

 

Hamı su götürdü. Sudan içdilər, dəstəmaz aldılar, qüsl verdilər. Gecənin ilk hissəsi ötdü. Məğrib və işa (şam 

və  xüftən)  namazları  qılındı.  Əbi  Əbdillah  buyurdu:  “İndi  gedin,  məbudunuzla  (Allahla)  xəlvətə  çəkilin. 

Heyrətamiz  bir  fəza  yaranmışdı.  Nəql  olunurdu  ki,  sanki  bal  arısının  yuvasından  zümzümə  səsi  gəlirdi.  Kimi 

ibadət edir, kimi Quran oxuyur, kimi dua edirdi.”1  

İmam Səccad buyurur:  “Mənim xeyməm atamın xeyməsinin arxasında idi. Atam xeymədə oturmuşdu. Bir 

qədər zikr etdi. Sonra şer zümzümə etdiyi halda qılıncını itilədi. Bu şerdə dünyanın etibarsızlığından, onun necə 

böyük  şəxsiyyətləri  qətligaha  apardığından  danışılırdı.  Şerdən  anladım  ki,  artıq  iş  sona  yetib.  Atam  şəhadətə 

hazırdır.  Bibim  Zeynəb  mənə  qulluq  edirdi.  Göz  yaşlarımı  güclə  saxladım.  Amma  atam  növbəti  dəfə  şeri 

təkrarladı.  Bu  dəfə  bibimin  ona  diqqətlə  qulaq  asdığını  gördüm.  Birdən  xeymədən  çıxıb  atamın  xeyməsinə 

yüyürdü  və  dedi:  “Bu  nə  sözlərdir?  Ölümdənmi  xəbər  verirsən?  Qardaş!  Mən  bu  gün  hiss  etmişəm  ki,  anam 

dünyadan  gedib,  atam  yoxdur,  qardaşım  yoxdur...”  Sonra  Zeynəb  huşunu  itirib  yerə  yıxıldı!  İmam  bacısının 

üzünə bir qədər su çiləyib onu ayıltdı və buyurdu: “Məbada şeytan dözümünü əlindən ala. Bütün yer əhli ölür. 

Səma  əhli  də əbədi  deyil.  Cəddim  məndən üstün idi, onlar da  getdilər.  Sən  səbirli və  aram  olmalısan.  Mənim 

üçün və hər bir mömin üçün Peyğəmbər (s) nümunədir.” Bibim dedi: “Hüseyncan, cəddim dünyadan gedəndə 

atam  və  iki  qardaşım  vardı.  Atam  getdi,  iki  qardaşım  vardı.  Həsən  getdi,  gözümü  sənə  dikdim.  Ey 

keçmişdəkilərin canişini, ey imkansızların pənahı, sən getsən nə edərəm?!” İmam növbəti dəfə bacısını oturdub, 

Quran  oxudu,  dua  etdi,  vilayət  əlini  sinəsinə  qoydu  və  ona  belə  anlatdı:  “Sabah  əsr  vaxtı  işim  tamamdır. 

Səninsə işin sabahdan başlayır. Sən əsirlərə nəzarət etməli, başçılıq etməlisən.”2  

                                                 

1

 “Bihar”, c. 44, s. 394 



2

 “Bihar”, c. 45, s. 301 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə