Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

43 


mənim ağam, intiqam üçün icazə istəyirəm.” Həzrət buyurdu: “Qardaşım, Abbas! Sən mənim ələmdarımsan.” 

İmam  Hüseynlə  (ə)  Əbül-Fəzl  arasındakı  söhbət  bir  yerə  çatdı  ki,  imam  buyurdu:  “Teşnə  körpələrin  səsini 

dinlə! Get, bəlkə onlara su gətirə biləsən.” Əbül-Fəzl su məşkini götürüb çaya doğru hərəkət etdi. Qoşun anladı 

ki, Abbas savaş üçün gəlmir. Çünki o başqa bir istiqamətdə hərəkət edirdi. Başa düşdülər ki, Abbas su ardınca 

gedir.  Onu  əhatəyə  aldılar.  Dörd  min  oxatan  və  qılıncçalan  döyüşçü  Əbül-Fəzli  əhatəyə  aldı.  Yaxınlaşmağa 

cürət  etməyən  düşmən  onun  üstünə  ox  yağdırırdı.  Qarşıyı  çıxan  kəs  onun  zərbələri  müqabilində  kənara 

çəkilirdi. Əbül-Fəzlin məqsədi körpələrə su çatdırmaq idi.  

O  özünü  tanıtdırdı:  “Mənəm  Abbas,  Hüseynə  fəda  olan,  ağam  tərəfindən  əmr  almışam,  amma  ölümdən 

qorxum yoxdur.”  

O  çaya  yetişdi.  Susuzluğunu  xatırladı  və  bu  fikrindən  daşındı.  Çaydan  kənarlaşdı.  İmam  xeymələrə  su 

çatdırmağı  əmr  etdiyindən  yolunu  dəyişdi.  Kənar  bir  yolla  xeymələrə  doğru  hərəkət  etdi.  Həzrət  Abbasın 

qarşısında  davam  gətirə  bilməyənlər  xurma  ağaclarının  arxasında  gizlənmişdi.  Qəfildən  zalım  bir  şəxs 

namərdcəsinə  ağacın  arxasından  hücum  edib,  Abbasın  sağ  qolunu  qılıncla  vurdu.  Abbas  rəcəz  oxuya-oxuya 

xeymələrə  yaxınlaşdı. “Ey kafir qövm! Əgər sağ qolumu kəsdinizsə, mən sol qolumla dinimi himayə  edərəm. 

Heç vəchlə ağam, imamım, o peyğəmbər övladını himayə etməkdən əl çəkmərəm.”  

O  sol  əli  ilə  qılıncı  götürdü  və  irəli  getdi.  Yenidən  xurma  ağacları  arasından  ona  hücum  edib  sol  qolunu 

qılıncla vurdular. Artıq onun qolları yox idi. Məqsədi yalnız suyu xeymələrə çatdırmaq idi. İcazə verin söhbəti 

anasının  dili  ilə  davam  etdirim.  Ümmül  Bənin  Bəqi  qəbristanlığında  dörd  qəbir  hazırlamışdı.  Hər  birinə 

övladlarından birinin adını yazmışdı. O biri qəbirlərdən uca olan qəbirə Abbasın adını qeyd etmişdi. Oturub ah-

nalə  çəkir,  ağlayırdı.  O  deyirdi:  “Abbasım!  Sənə  daha  çox  ağlamalıyam.  Mənə  xəbər  verdilər  ki,  əllərin 

olmayan  vaxt  səni  dəmir  əmudla  vurublar.  Oğlum,  Abbas!  Sən  yerə  yıxılıb  nalə  çəkdin.  Hüseyn  sənin  səsini 

eşitdi. Sən deyirdin: “Qardaşım, qardaşını tap.” Sürətlə gəldi, düşmən qoşunu qılıncının qarşısında pərən-pərən 

düşdü. Elə bir vaxtda Əbül-Fəzlin başı üstünə çatdı ki, artıq onun bədənində heç bir hərəkət qalmamışdı. O uca 

qamətə, gözəl camala nəzər saldı. Kənarda dayananlar dedilər: “Görün Hüseyn (ə) nə deyir?” Əlinin başı üstə 

belə  dedi,  Qasimin  başı  üstə  belə  dedi,  başqa  şəhidlərin  başı  üstə  belə  dedi.  Amma  Əbül-Fəzlin  başı  üstə  bu 

vaxtadək  demədiklərini  söylədi.  Ayağa  qalxdı.  O  nazənin  bədənə  nəzər  salıb  dedi:  “Qardaşım  Abbas!  Artıq 

belim  qırıldı. Abbas! Artıq  çarəm  kəsildi. Abbas!  Dünən sənin  qorxundan  yumulmayan  gözlər  bu  gecə  asudə 

yatar...”  

Bir ərəb şairi deyir: “Gözlər o şəxsə ağlasalar daha yaxşı olar ki, Hüseyn (ə) onun başı üstə ağladı. Hüseynin 

qardaşı, atasının oğlu, bədəni tikə-tikə doğranmış, qanına bələnmiş Əbül-Fəzl!” 

 

Onuncu məclis 

Aşura bayramdır, yoxsa əza? 

 

Şiə  dünyasında  ilin  ən  qəmli  və  müsibətli  günü  aşura  günüdür.  Təəssüf  ki,  bəzi  sünni  qardaşlarımız  bu 

məsələdə  bizdən  xeyli  aralı  düşüb.  Onlar  aşura  gününü  bayram  sayırlar.  Onlar  Bəni-Üməyyə  dövründə  saray 

mollaları  tərəfindən  quraşdırılmış  hədislərə  əsaslanırlar.  Hətta  insaflı  və  əhli-beyti  sevən  sünni  alimləri  də  öz 

kitablarında bu hədislərə yer vermişlər. Böyük sünni alimlərindən olan Xarəzmi uca və insaflı bir şəxsiyyətdir. 

“Məqtəl”  kitabını  o  yazmış,  Kərbəla  vaqiəsini  başlanğıcdan  sonadək  imam  Hüseynin  (ə)  fəzilətlərini  zikr 

etməklə  qələmə  almışdır.  O  “Əl-məqtəl”  kitabında  aşura  gecəsi  və  aşura  günü  məqamına  çatdığı  vaxt  öncə 

həmin  saxta  hədisləri  zikr  edir.  Son  vaxtlar  bəziləri  bu  hədislərin  sənədini  araşdırmağa  başlamışdır.  Onlar  bu 

hədislərin qurama olması və yalançı şəxslər tərəfindən nəql olunması qənaətinə gəlmişlər.  

Biz  aşura  gününü  qəm  və  müsibət  günü  sayırıq.  Hətta  həmin  gün  ticarətdən,  ehtiyat  üçün  evə  bir  şey 

almaqdan  çəkinirik.  Bəni-Üməyyə  insanlara  Kərbəla  hadisəsini  Hüseyn  və  onun  qiyamını  unutdurmaq 

məqsədini izləmişdir. Aşura günü eyş-işrət əhli üçün bayram, ibadət əhli üçün zikr və dua günüdür.  

İmamlarımızdan  bu  barədə  soruşulduqda  onlar  həmin  günün  bayram  olmasını  rədd  etmiş  və  əks  fikirlər 

bəyan etmişlər. Hətta aşura günü oruc tutmaq haqqında buyurulur: “Həmin gün oruc tutmaq bizim şiələrə layiq 

deyil. Amma günortayadək bir şey yeməmək tövsiyə olunmuşdur.  

 



 

44 


Aşura günü təam vermək 

 

Əlbəttə  ki,  imam  Hüseyn  (ə)  yolunda  ehsan  etmək  çox  dəyərlidir.  Amma  peyğəmbər  əhli-beyti  aşura 

gününün  müsibət,  qəm,  göz  yaşı  və  misibət  zikri  günü  olmasını  istəmişdir.  Həmin  gün  Kərbəla  vaqiəsi 

haqqında danışmaq və qəmgin olmaq, qarın haqqında düşünməmək tövsiyə olunmuşdur. Günorta vaxtı müsibət 

çəkmişlərin  qidası  olan  bir  tikə  çörək  və  qatıq  və  ya  bir  tikə  çörək  və  pendir  yemək  daha  yaxşıdır.  Adətən, 

müsibət görmüş insanın iştahı vurulur. Çox görmüşük ki, müsibət çəkmiş ailələr yeməkdən imtina edir. Aşura 

günü  təam  vermək  yaxşıdır.  İmam  Hüseynin  (ə)  əzası  günlərində  təam  vermək  şiələrin  iftixarlı  işlərindəndir. 

Amma  bu  iş  səmimi  qəlblə,  xalis  niyyətlə  yerinə  yetirilməlidir.  Bu  işdə  riya  və  özününümayişə  yol  vermək 

olmaz.  

 

Aşura ziyarəti 



 

Aşura gecəsi və aşura günü ən fəzilətli ibadətlərdən biri imam Hüseyn və Kərbəla şəhidlərinin ziyarətidir.1 

Ən  azı  hamının  bələd  olduğu  məşhur  salamı  oxumaq  lazımdır:  “Əssəlamu  ələykə  ya  Əba  Əbdillah  və  ələl 

ərvahilləti  həllət  bifinaikə.  Ələykə  minni  səlamullahi  əbədən  mə  bəqiytu  və  bəqiyəlləylu  vən  nəhar.  Vəla 

cəələhullahu axirəl əhdi minni liziyarətikum. Əssəlamu ələl-Husəyni və əla Əliyyibnil-Husəyni və əla övladil-

Husəyni  və  əla  əshabil-Husəyn.”  Əgər  aşura  ongünlüyündə  bu  ziyarətnaməni  hər  gün  oxuya  bilməsəniz,  heç 

olmaya  aşura  günü  onu  oxuyun.  Aşura  günü  bu  ziyarətnaməni  oxumaqdan  fəzilətli  əməl  yoxdur.  Yüz  lənət 

oxuyub,  yüz  salam  verməyə  fürsəti  və  ya  hövsələsi  olmayan  şəxs  heç  olmaya  bir  lənət  oxuyub,  yüz  salam 

verənin  xoş  halına”  Gənclik  dövründə  aşura  günü  məsciddə  cavanlarla  belə  bir  qərara  gəlmişdik  ki,  aşura 

ziyarəti oxumaq üçün saat 7-də şəhərdən çıxaq. Aşura ziyarətini çöldə (açıqlıqda) oxumaq müstəhəbdir. Tehran 

ətrafında səs-küysüz bir yer seçər, aşura ziyarəti oxuyardıq. Hamımız gənc idik, əhval-ruhiyyəmiz münasib idi. 

Yüz  lənət  oxuyar,  yüz  salam  verər,  sonra  “əl  qəmə”  duasını  oxuyardıq.  Mən  aşura  günü  qürub  vaxtı 

bəzilərindən soruşuram ki, bu gün ziyarətnaməni oxuyublar, yoxsa yox? Deyirlər, oxunmadı! Axı nə üçün? Axı 

sən imam Hüseyn aşiqisən! Nə üçün imam Hüseynə Allah tərəfindən göndərilmiş salamı oxumayasan?! Böyük 

dini  şəxsiyyətlər  və  alimlər  bu  ziyarəti  çox  dəyərləndirirlər.  Hətta  bəziləri  ilin  hər  günü  aşura  ziyarəti 

oxumuşlar.  İmam  Rahil  (r)  aşura  ziyarətinə  böyük  əhəmiyyət  vermişdir.  Xüsusi  ilə,  məhərrəm  ayında  bu 

ziyarətnaməni  oxumağı  mühüm  saymışdır.  O  ayın  əvvəlindən  bütün  görüşlərini  təxirə  salar,  aşura  ziyarətinin 

oxunmasına vaxt ayırardı. Nəql edirlər ki, ürək xəstəliyi şiddətlənməmişdən öncə yüz lənət oxuyar, yüz salam 

göndərərdi.  Biz  məsum  imamlara  təslim  olmalıyıq.  Onlar  nəyə  daha  çox  əhəmiyyət  vermişdilər?  Məsum 

imamlar əza saxlanmasını istəmişsə, həmd olsun Allaha ki, əza var. Həzrət Mehdi (ə) də bundan razıdır. Amma 

aşura ziyarətnaməsinin oxunması da əzanın mühüm dayaqlarındandır. Bəzi rəvayətlərdə aşura ziyarətnaməsini 

oxuyan  insanın  doxsan  həcc  və  doxsan  ümrə  savabı  qazandığı  bildirilir.  Özümüzü  bundan  məhrum  etməyək. 

Əlbəttə ki, ziyarətnamənin mənasından qəflətdə qalmayaq. Allahdan diləyirik ki, Hüseyn (ə) haqqına dünya və 

axirətdə Allah hüzurunda hörmətli olaq.  

 

Müslim ibn Əqilin şəhadət xəbəri 

 

Bəziləri imam Hüseyn (ə) Məkkədən çıxarkən ona qeyri-ilahi məqsədlə qoşulmuşdular. Onlara elə gəlirdi ki, 

imam  Hüseyn  (ə)  Kufəyə  çatdıqdan  sonra  Hüseyn  Kufə  xəzinəsindəki  pulları  atası  Əli  kimi  xalqa  böləcək. 

Sünni və şiələrin qəbul etdiyi tarixçi Məsudi “Mürucuz-zəhəb” kitabında yazır ki, imam Hüseynlə birlikdə 500 

süvari vardı. Şübhəsiz ki, həzrətin  yanında piyadalar da olmuşdur.)  Bu adamlar Müslimin və Haninin şəhadət 

                                                 

1

 “Məfatihul-cinan” 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə