Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   28

 

45 


xəbəri  çatanadək  imamdan  ayrılmadılar.  Həmin  vaxt  həzrət  xütbə  oxuyub  buyurdu:  “Düşmənlərimiz  hakim 

olub,  nümayəndələrimiz  şəhadətə  çatıb.  Buna  görə  də  mən  sizin  öhdənizdə  olan  beyətimi  geri  götürürəm.” 

İmam Hüseyn (ə) ilk dəfə bu məqamda beyəti götürdüyünü elan etdi. Biz beytül-mal xəzinəsinə yox, sıyrılmış 

qılınclara gedirik.” Bu məqamda çoxları imamı tərk edib uzaqlaşdı.  

 

İbn Ziyada Hürrün məktubu 

 

Hürr  İbn  Ziyada  yazdı  ki,  mən  Hüseynlə  görüşdüm,  o  Kufəyə  gəlməklə  razılaşmadı.  Mən  onu  Mədinəyə 

getməyə qoymadım. Üçüncü yol seçildi. Hazırda İraq mərkəzinə doğru hərəkətdəyik. Növbəti göstəriş nədir?”  

İmam Hüseyn və Hürr hələ ki, Qadisiyyəyə doğru hərəkətdə idilər. Onlar Bəni-Məqatil qəsrinin, böyük və 

kiçik  əkin  sahələrinin  yanından  ötüb  keçirdilər.  Bu  yolda  da  imam  Hüseynə  qoşulanlar  vardı.  Bəzilərini  isə 

imam dəvət etdi, amma onlar qəbul etmədilər.  

Dünən qeyd etdim ki, Kərbəla hadisəsi əslində ilahi bir sirr idi. Siffeyndə həzrət Əli (ə) tərəfindən Müaviyə 

ilə  vuruşanların  bir  hissəsi  Kərbəlada  Ömər  Səd  tərəfindən  həzrət  Hüseynlə  vuruşurdu.  Əksinə,  Siffeyndə 

Müaviyə  tərəfində  olanların  bir  hissəsi  Kərbəlada  şəhadətə  çatdılar!  Bu  çox  maraqlı  bir  sirdir.  Tövbə  bir 

həqiqətdir. Amma insan bu sayaq inkişafa necə çata bilər! 

Səd  ibn  Əbu  Vəqqasın  bədbəxt  oğlu  Ömər  Səd  xilafətə  namizədlərdən  biri  idi.  Onun  əhli-beytlə 

düşmənçiliyi yox idi. İmam Həsən (ə) və imam Hüseynlə (ə) dostluq edirdi. Adətən, Məkkədə olduqda onlarla 

görüşür, yoldaşlıq edirdi! İlk öncə imamın qiyamını yatırmağa razılaşmayan ibn Səd Rey mülkü, pul və dünya 

malı müqabilində zülm cəbhəsinə qoşuldu.  

 

Zi-Həsəm dayanacağında imamın xütbəsi 

 

İmam Hüseyn (ə) Kərbəlaya çatmamış Zi-Hisəm dayanacağında səhabələrini ətrafına topladı. Hürrün qoşunu 

bu toplum arasında yox idi. İmam belə bir xütbə oxuyurdu: “İşin hansı yerə gəlib çatdığını görürsünüz. Dünya 

dəyişmiş,  öz  çirkin  çöhrəsini  nümayişə  qoymuşdur.  Yaxşılıqlar  arxa  çevirmiş,  ondan  kasanın  dibi  qədərdən 

artıq qalmamışdır. Yaxşılıqlar otlaq kimi yanmış və ya heyvanlar tərəfindən otlanmışdır...”  

İmam  dünyanın  puçluğundan  danışırdı.  Amma  o  əsas  diqqətini  haqqa  yönəltmişdi.  O  nə  üçün  deyirdi  ki, 

dünyanın yaxşılıqları bizdən üz çevirib? Həzrət buyurdu: “Görmürsünüzmü ki, haqqa əməl olunmur, batil işlərə 

qadağa  qoyulmur?”  İnsanlar  doğru  danışmır.  Onlarda  ibadət  ruhiyyəsi  yoxdur.  Onlar  Allah  yolunda  şəhadət 

əhli, Quranın həqiqi tərəfdarları deyillər. Şərabxorluq, qumarbazlıq, hörmətsizlik, yalan, haram müamilə rəvac 

tapmışdır.  Kimsə  təəccüb  etmir,  bu  iş  hamı  üçün  adiləşmişdir!  İmam  buyurdu:  “Mömin  belə  bir  vəziyyətdə 

Allahla  görüşə  müştaq  olmalı,  belə  bir  həyatdan  ölümü  üstün  bilməlidir.”  Həmin  məqamda  imam  zamandan 

asılı  olmayaraq  bütün  insanlara  elan  edir:  “Mən  ölümü  yalnız  səadət  və  xoşbəxtlik  kimi  görürəm.  Zalımlarla 

birgə yaşayış mənim üçün əziyyət və yorğunluqdan başqa bir şey deyil.” İmam bu sözləri dediyi vaxt səhabələr 

danışmağa  başladı.  İlkin  olaraq  Züheyr  qalxıb  dedi:  “Ey  mənim  ağam!  Əgər  biz  iki  yol  arasında  qalmışıqsa, 

bizə ya xoş dünya həyatında qalmağı, ya Hüseynlə qiyam edib, ölümə hazır olmağı əmr et. İftixarımız budur ki, 

səninlə  qiyam  və  yoldaşlığı  xoş  bir  dünya  həyatından  üstün  tutaq.”  Züheyr  aşura  gecəsi  və  aşura  günü  Ömər 

Səd  nizamını  aciz  qoyan  xütbə  oxudu,  misilsiz  rəşadətlər  göstərdi.  Nafe  ibn  Hilal  Bəcəli  qalxıb  dedi:  “And 

olsun Allahın müqəddəs zatına, Allahla görüş bizim üçün xoşdur. İlk gündən niyyətimiz bu olub ki, sənə yoldaş 

olaq,  əmrlərinə  itaət  göstərək.  Bu  işi  kor-koranə  yox,  bəsirətlə  görmüşük.  Mən  sənə  dost  olanların  dostuyam, 

səninlə düşmənçilik edənlərin düşməniyəm.” İmam Hüseyn Kərbəlaya  yaxınlaşdığı vaxt Nafe bir neçə nəfərlə 

yanaşı imama qoşuldu.) Kufə  qarilərinin ağası cənab Büreyr ibn Xəzir qalxdı və dedi:  “And olsun Allaha, ey 

peyğəmbər  (s)  oğlu!  Allahın  böyük  minnəti  oldu  ki,  əlimiz  sənin  ətəyinə  çatsın,  sənin  tərəfindən  döyüşək, 

bədənimiz tikə-tikə doğransın. Son nöqtə budur ki, cəddin qiyamət günü bizə şəfaətçidir. Bundan yüksək iftixar 

varmı?!”1  Başqa səhabələrdən də çıxış edən oldu.  

                                                 

1

 “Bihar”, c. 44, s. 381 




 

46 


 

Kərbəlaya giriş 

 

Gecə ötdü. Günəş şəfəq saçmağa başladı. Karvan yandırıcı, otsuz-susuz biyabana çatdı. Onlara tərəf sürətlə 

çapan süvari gördülər. Süvari Hürrə yaxınlaşıb salam verdi. Bir namə Hürrə, digər bir namə imam Hüseynə (ə) 

verdi.  Hürrə  verilən  məktubda  yazılmışdı:  “Ey  Hürr!  Məktubun  mənə  çatdı.  Məktubum  sənə  çatan  kimi 

Hüseyni susuz-otsuz bir yerdə dayandır (yəni mühasirə halqasını daralt). Məktubu gətirən mənim casusumdur. 

O  mənim  əmrimə  necə  əməl  etdiyini  görəcək.”  Hürr  imam  Hüseynə  yaxınlaşıb  dedi:  “Məktubda  İbn  Ziyadın 

dediyi  yer  buradır.  Bir  addım  olsun  buradan  tərpənə  bilməzsiniz...”  Züheyr  dedi:  “Aydın  məsələdir  ki,  gələn 

qoşun  bunlardan  da  çoxdur.  Yaxşı  olar  ki,  elə  indi  vuruşa  başlayaq.”  Həzrət  buyurdu:  “Mən  savaşa  birinci 

başlamaq istəmirəm. O da vuruşmaq istəmir. Sadəcə, əmr alıb.”1  Sonra imam buyurdu: “Bu yerin adı nədir?” 

Dedilər ki, Qadisiyyə və Qaziriyyə ətrafıdır. İmam buyurdu: “Buranın adı yoxdurmu?” Oradakılardan biri dedi: 

“Buraya  Kərbəla  deyirlər.”  İmam  bəzi  rəvayətlərə  əsasən  yerdən  torpaq  götürüb  buyurdu:  “Bu  cəddim  və 

atamın  xəbər  verdiyi  həmin  torpaqdır.  Anam  Ümmü  Sələmə  də  cəddimin  ona  verdiyi  torpağı  mənə  göstərib. 

Artıq çatmışıq. Burada qanımız töküləsidir.” 

Sonra  imam  belə  bir  göstəriş  verdi:  “Aşağı  enin  və  yükləri  açın.”  İmam  yoldaşlarına  buyurdu:  “İnsanlar 

dünyanın  quludur.  Din  onların  ağzında  yalamaq  üçündür  və  qəlblərinə  yetişmir.  Nə  qədər  ki,  ömürləri  xoş 

keçir,  dindardılar.  Elə  ki,  din  yolunda  sınaq  başlayır,  həqiqi  dindarlar  az  olur.”  Allah-təala  Quranda 

buyurmuşdur:  “Bəndələrimdən  az  bir  hissəsi  şükr  edəndir.”  İmam  Hüseynin  bu  möcüzəli  elanı  bəyan  olunan 

gündən bu  günədək həqiqətə uyğun olub. Gəlin,  həqiqəti deyək! Görən din mənim öz qəlbimə nüfuz edibmi? 

Görən din həyatımın bütün sahələrinə hakim olubmu? Xoş o insanların halına ki, peyğəmbər, imam Sadiq (ə), 

təqlid olunan alim onların bütün işinə hakimdir.  

Yükləri açdılar. Həmin günün səhəri Ömər Səd gəldi. Dünən Hürr min nəfərlə, bu gün Ömər Səd dörd min 

nəfərlə  imamı  əhatəyə  aldı.  Məhərrəmin  altıncı  gününədək  Kərbəlada  düşmən  qoşununun  sayı  iyirmi  minə 

çatdı. Belə bir qoşunun qabağında yetmiş iki aşiq dayanmışdı! Siyasətbaz və zirək Ömər Səd öz ailəsi haqqında 

düşünürdü.  Çünki  o  qüreyşdən  idi  və  peyğəmbər  ailəsi  ilə  qohumluğu  vardı.  Digər  bir  tərəfdən,  Rey 

hakimliyindən  keçə  bilmirdi.  Bu  səbəbdən  də  xeyli  götür-qoydan  sonra  qoşun  başçılarından  birinə  dedi: 

“Hüseynin  yanına  get və  İraqa nə  üçün  gəldiyini soruş.” Qoşun başçısı başını aşağı saldı.  İbn Səd dedi:  “Nə 

üçün getmirsən?” Həmin şəxs dedi: “Əmir! Xəcalət çəkirəm. Mən onu İraqa dəvət edənlərdən biriyəm.” Ömər 

Səd ikinci adama  əmr  etdi. O da  başını  aşağı  saldı. Üçüncü, dördüncü  şəxs  də  bu  sayaq  yerində  donub  qaldı. 

Kufənin rəzil adamlarından olan Abdullah Şəbi ayağa qalxıb dedi: “Mən gedərəm, əgər istəsən Hüseynin başını 

da gətirərəm.” İbn Səd dedi: “Sakit ol.” Ona tapşırıqlar verib imam Hüseynin yanına yola saldı. Abdullah imam 

Hüseynin  düşərgəsinə  yaxınlaşdığı  vaxt  Əbu  Səmamə  Saidi  dedi:  “Yer  üzünün  ən  şər  adamlarından  biri  bizə 

tərəf  gəlir!  İcazə  verin  onun  qabağını  kəsim  və  nə  istədiyini  öyrənim!”  İmam  buyurdu:  “Get.”  Əbu-Səmamə 

irəli gedib dedi: “Nə istəyirsən?” Abdullah dedi: “Hüseynə sualım var.” Əbu-Səmamə dedi: “Qılıncını yerə qoy, 

get  sualını  ver.”  Abdullah  dedi:  “Heç  vaxt.”  Əbu  Səmamə  dedi:  “Onda  sualını  mənə  ver,  mən  Hüseyndən 

cavabını alım.” Abdullah yenə də yox dedi. Əbu-Səmamə dedi: “Onda qılıncının qəbzəsi mənim əlimdə olsun, 

birlikdə imamın yanına gedək.” Abdullah yenə də imtina etdi. Əbu-Səmamə ona ağır söz dedi. Abdullah Ömər 

Sədin yanına qayıdıb əhvalatı danışdı. Ömər Səd narahat oldu və Qürrə ibn Qeys adlı birinə dedi: “Qürrə! Heç 

bir üzr gətirmədən Hüseynin yanına get və əmrimi yerinə yetir.” Qürrə imam Hüseynin (ə) düşərgəsinə üz tutdu. 

Həbib ibn Məzahir imam Hüseynə (ə) dedi: “Bu şəxs ağıllı bir insandır. Onun buraya gəlişinə təəccüb edirəm!” 

Qürrə yaxın gəlib ədəblə salam verdi və zəruri ehtiramı göstərərək imamın hüzurunda əyləşdi. İmam buyurdu: 

“Mənimlə bir işin varmı?” Qürrə dedi: “Bəli, bu qoşunun başçısı Ömər Səddir. Mənə tapşırıb ki, İraqa nə üçün 

gəldiyinizi soruşum.” Həzrət buyurdu: “Kufə əhlindən bir çoxu mənə məktub yazıb, mən də əmim oğlunu oraya 

göndərmişəm.  O  mənə  bildirib  ki,  on  səkkiz  min  nəfər  mənə  beyət  edib  və  oraya  gəlməyimi  istəyir.  Əgər 

gəlişim  sizi  razı  salmırsa,  Mədinəyə  qayıdım.”  Qürrə  ayağa  qalxıb  getmək  istədi.  Həbib  ona  dedi:  “Hara 

gedirsən?  Peyğəmbər  övladını  qoyub  kimə  üz  tutursan?”  Qürrə  dedi:  “Hələ  ki,  elçi  gəlmişəm  və  xəbər 

aparmalıyam.  Sonradan  bu  barədə  fikirləşərəm.”  Ömər  Sədin  yanına  gəldi  və  vəziyyəti  danışdı.  Ömər  Səd 

gülümsündü və dedi: “Bir iş görəcəyimizə ümidvaram.” Sonra İbn Ziyada yazdı ki, mən Kərbəlaya çatanda bu 

                                                 

1

 

“Bihar”, c. 44, s. 380 



 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə