Rəhman və Rəhim Allahın adı ilə


Kərbəlanın tanınmayan şəhidləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   28

 

53 


Kərbəlanın tanınmayan şəhidləri 

 

Biz,  adətən,  10-12  Kərbəla  şəhidinin  adını  eşidirik.  İl  boyu  minbər  əhli  Həbib  ibn  Məzahir,  Müslim  ibn 

Ovsəcə, Büreyr ibn Xəzir, Nafe ibn Hilal, Hürr və bir neçə başqa nəfərin adını çəkir. Amma sizdən Nəim ibn 

Əcəlan, Malik ibn Kahil haqqında soruşsam onları tanımazsınız. 

Əgər Kərbəlanın bu tanınmayan şəhidləri mənim kimilərdən soruşsalar ki, Kərbəla tarixindən danışdığınız 

vaxt nə üçün bizdən bir söz demədiniz, heç bir cavabım olmaz, xəcalət çəkərəm. 

 

Qanlı aşura savaşının başlanması 

 

Savaşa düşmən başladı. İlk addımı Ömər Səd atdı. O otuz minlik qoşuna dedi: “Şahid olun ki, silaha ilk əl 

aparan  mən  oldum.”  Sonra    kamana  bir  ox  qoydu  və  imamın  hərəminə  doğru  atdı.  Başqalarına  dedi:  “Siz  də 

mənim  kimi  edin.”1 Savaş  oxlarla  başladı.  Səhabələrdən  bir  hissəsi  meydanda  qılınc  çalmamış  qanına  qəltan 

oldu. Sonra üzbəüz savaş başladı. Kərbəlanın bu gününün (aşura) şiə və sünni rəvayətlərinə əsasən kəramət və 

möcüzə  baxımından  çox  böyük  bir  həqiqəti  vardır.  İmamın  və  səhabələrinin  bütün  xütbələri  höccəti 

tamamlayırdı. Amma bundan əlavə, Allah-təala imamdan və onun yoldaşlarından kəramətlər göstərirdi. Təbəri, 

Xarəzmi və İbn-Əsir nəql edirlər ki, imam Hüseyn xeymələrin arxasında kiçik bir xəndək qazılmasını əmr etdi. 

Bu  işdə  məqsəd  düşmənin  arxadan  ehtimal  olunan  hücumunun  qarşısını  almaq  idi.  Sonra  həmin  xəndəkə  bir 

miqdar çör-çöp töküb, od vurdular. Bu vaxt kimsə fəryad çəkdi: “Ey Hüseyn hardasan?” Səhabələrdən biri nə 

istədiyini soruşdu. O dedi: “Ey Hüseyn! Cəhənnəm oduna müjdə ver!” Həzrət buyurdu: “Yalan deyirsən, mən 

bağışlayan  və mehriban  Rəbbimin  hüzuruna  daxil olacağam.  Sən  kimsən?”  Həmin  şəxs  dedi:  “Mən Abdullah 

ibn Hovzəyəm.” İmam buyurdu: “Pərvərdigara, onu oda çək!”  İmamın nifrinindən dərhal sonra elə bir hadisə 

baş  verdi  ki,  ətrafdakılar  yerində  donub  qaldı.  Qəfildən  bu  şəxsin  atının  ayağı  büdrədi,  atın  üstündən  aşıb, 

çaladakı  oda  düşdü  nəfəsi  kəsildi.2   Ömər  Sədin  qoşununun  xəbər  aparanlarından  birinə  sual  verdilər:  “Bu 

hadisəni öz gözlərinləmi gördün?” O dedi: “İki gözüm dünya və axirətdə kor olsun, əgər özüm görməmişəmsə 

və imamın nifrinini özüm eşitməmişəmsə!” 

Digər bir şəxs fəryad çəkdi: “Ey  Hüseyn, ilan qarnı tək dalğalanan  Fərat çayını  görürsənmi? Amma bil ki, 

Allahın qəzəb oduna daxil olanadək səni və yoldaşlarını o suyun bir damlasını dadmağa qoymayacam!” Həzrət 

əlini qaldırıb ərz etdi: “Pərvərdigara! Bizi susuzluqla hədələyən bu şəxsi təşnə buyur!” Hadisəni danışan şəxs 

deyir:  “Həmin  an  bu  şəxs  “əl-ətəş,  əl-ətəş”  deyə  fəryad  çəkməyə  başladı.  Ona  nə  qədər  su  içirirdilərsə,  bir  o 

qədər teşnəliyi güclənirdi. Bu şəxs fəryad çəkə-çəkə dünyasını dəyişdi.” 

Bütün bunlar  Allahın höccəti,  dəlilidir. Xalq bilməliydi  ki,  haqq bütünlüklə  Hüseynin  (ə) vücudundadır  və 

ona qarşı dayananlar bütün vücudları ilə batildir.  

Üzbəüz savaş başladı. Seyyidül qura Büreyr meydana çıxdı. Ənəs ibn Qə`l

 

adlı bir şəxs onunla üzbəüz gəlib 



dedi: “Büreyr! Yadındadırmı, bir gün deyirdin ki, Osman batildir? Bil ki, mən Osmanın dinindəyəm.” Büreyr 

buyurdu: “Mən də Əlinin dinindəyəm. Çıx meydana, mübahilə edək. (Haqsıza Allahdan cəza istəyək). Əlimizi 

göyə qaldıraq və deyək ki, Pərvərdigara, hansımız haqlıyıqsa, haqsız olanı öldürsün. Sən çox güclüsən və mən 

qoca bir kişiyəm.” Ənəs dedi: “Yaxşı təklifdir.” Ətrafa toplananlar da bu təklifi bəyəndi. Hər ikisi əllərini göyə 

açıb  mübahilə  duası  oxudular.  İki  şəxs  arasında  savaş  başladı.  Öncə  Ənəs  şiddətli  zərbə  endirdi.  Amma  bu 

zərbə  Büreyrə  bir  o  qədər  də  təsir  göstərmədi.  Amma  Büreyrin  endirdiyi  zərbə  Ənəsin  həyatına  son  qoydu! 

Ətrafda  təkbir  səsi  ucaldı.  Həqiqət  göz  önündə  idi.3   Əgər  Ömər  Səd  qoşununun  zərrəcə  dini  olsaydı,  bu 

hadisədən  sonra  savaşdan  əl  çəkər  və  haqsız  olduğunu  etiraf  edərdi.  Amma  imam  Hüseynin  (ə)  aşura  günü 

                                                 

1

 “Bihar”, c. 45, s. 12 



2

 

“Bihar”, c. 45, s. 13 



 

3

 



“Məqtəle-müqərrəm”, s. 249-250 

 

 




 

54 


buyurduğu xütbə onları daha dəqiq tanıtdırır: “Sizin qarınlarınız və bədənləriniz haramla dolub. Ona görə də nə 

nəsihət dinləyirsiniz, nə məntiq qəbul edirsiniz və nə də Quranı saya salırsınız. Sizin fikir-zikriniz dünyanızdır.” 

 

Namaz Aşura dərsidir. 

 

Döyüş  son  həddə  şiddətlənmişdi.  İmamın  yoldaşları  meydana  çıxır,  bir  neçə  nəfəri  öldürür  və  özləri  də 

şəhadətə çatırdılar. İmam onların cənazəsini götürüb xeyməyə aparırdı. 

Qəfildən  böyük  səhabə  Əbu  Səmamə  Saidi  dedi:  “Ağa!  Biz  də  tezliklə  əzizlərimizə  qovuşarıq.  Sizinlə 

birlikdə daha bir namaz qılmaq istəyirik.” İmam göyə baxıb buyurdu: “Elə namazın vaxtıdır. Sən namazı yada 

saldın,  Allah  səni  namaz  qılanlardan  qərar  versin.”  İmam  bu  sözləri  elə  bir  şəxsə  deyirdi  ki,  həmin  şəxs  bir 

saatdan  sonra  şəhid  olacaqdı!  O,  Həbib  ibn  Məzahirlə  bir  cərgədə  dayanmış  şəxsiyyət  idi!  Doğrudan  da, 

namazqılan  dərəcəsi  çox  uca  bir  məqamdır.  Məhz  bu  səbəbdən  əziz  təbliğçilərimiz  və  ruhani  qardaşlarımız 

aşura günü günorta əzadarları namaza dəvət edirlər. Yəni hamı imam Hüseynə (ə) iqtida etsin! 

 

Son namaz 



 

İmam  Hüseyn  (ə)  aşura  günü  qorxu  namazı  qıldı.  Bu  namazda  bir  neçə  nəfər  öndə  dayanıb,  hücumun 

qarşısını  alırdı. Bir  neçə  nəfərsə imamın  arxasında namaz qılırdı. Arxada  dayananlar  birinci  rəkət  qılındıqdan 

sonra ikinci rəkəti özləri sürətlə qılır və qabaqda sipər dayananları əvəz edirdilər ki, onlar ikinci rəkətdə imama 

qoşula bilsin. İmam Hüseyndən (ə) sonrakı bütün imamlar cədlərinə (peyğəmbərə) verdikləri salamda deyirlər: 

“Əşhədu ənnəkə qəd əqəmtəs-səlatə.” İmam Hüseyn (ə) üçün əzəmət sayılan birinci iş onun namazıdır! 

Günorta namazı başa çatdı və savaş son dərəcə şiddətləndi. Bir neçə nəfər də namaz qıldığı halda şəhid oldu. 

Səid ibn Abdullah Hənəfi yerə yıxıldığı vaxt imam ona yaxınlaşdı. Bu şəxs qılınc yaralarından əlavə 13 oxa tuş 

gəlmişdi. O, gözlərini açıb imama ərz etdi: “Ey peyğəmbər (s) övladı! Əhdimə vəfa etdimmi?” İmam buyurdu: 

“Bəli.” 


 

Son şəhid səhabə 

 

Səhabələrdən  birinin  (Səid  ibn  Əmr  ibn  Əbu-Mətanın)  bədəninə  xeyli  zərbə  vurulmuşdu.  O  huşsuz  halda 



yerə sərilmişdi. Düşmən onun şəhid olduğunu güman etdi. O ayıldığı vaxt imam Hüseynin (ə) öldürüldüyündən 

danışılırdı.  Qılıncla  oxu  qarət  olunmuş  səhabə  çəkməsindəki  bıçaqla  düşmənə  doğru  hücum  edib  neçə  nəfəri 

yaraladı və şəhid oldu.  

 

Müsibət zikri 



 

Bəni-Haşim  imama  vəfadarlığını  göstərdi.  Əli  ibn  Hüseyn,  Qasim  ibn  Həsən,  Ali-Əqil,  Ovn  ibn  Abdullah 

ibn  Cəfər,  Məhəmməd  ibn  Abdullah  ibn  Cəfər  və  başqa  haşimilər  öz  imamları  qarşısında  İslamı  layiqincə 

müdafiə etdilər. İmam Həsənin (ə) on bir yaşlı oğlu Abdullah imam Hüseyn (ə) qətlgahda qaldığı vaxt əmisini 

görüb, özünü ona çatdırdı. Həmin vaxt düşmən imamı qılıncla vurmaq istəyirdi. Bu nazənin körpə fəryad çəkdi: 

“Ey  pis  qadının  oğlu,  əmimi  öldürmək  istəyirsən?”  Qılınc  qalxıb  endi  və  körpəni  yaraladı.  Onun  qolu 

bədənindən  sallanmış  vəziyyətdə  qaldı.  O  özünü  əmisinin  ağuşuna  atdı.  İmam  onu  atası  Həsənlə  görüşlə 



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə