Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

39 


Mehdinin  (ə)  əli  Allahın  əlidir.  Eləcə  də  onların  gözü  Allahın  gözüdür.  Çünki  bu  insanlar  Allaha  bəndəlik 

məqamına  elə  qərq  olmuşlar  ki,  ilahi  kamallar  onlarda  cilvələnmişdir.  İbn  Abbasa  dedilər:  “Belə  bir  yuxu 

gördüyün halda nə üçün müxalif oldun?” O dedi: “Mən ona beyət etdim, amma onunla birlikdə yola çıxmadım. 

Biz  peyğəmbər  (s)  dövründən  Kərbəla  şəhidlərinin  adını  bilirik.  Həmin  adlar  arasında  mənim  adım  yox  idi!” 

Bəziləri  deyirlər:  “İbn  Abbas  öz  hörmətini  saxlamaq  üçün  bu  sözləri  demişdir.  Həqiqət  isə  budur  ki,  imam 

Hüseynin (ə) səhabələri xüsusi bir zümrə idi. Bəzi böyük şəxsiyyətlər də imam Hüseynə (ə) qoşulmaq istəyirdi. 

Amma  müəyyən  maneələr  səbəbindən  buna  nail  olmadılar.  Bəziləri  də  imamdan  icazə  istədilər  ki,  işlərini 

gördükdən sonra imama qoşulsunlar. Onlar Kərbəlaya çatdıqları vaxt artıq imam şəhid olmuşdu. Amma aşura 

sübhünədək  İbn  Ziyad  qoşunun  başçılarından  olan  Hürrün  başı  aşura  günü  günorta  imam  Hüseynin  (ə) 

ağuşunda idi! Bu ilahi sirlərdəndir!” 

Müsəlmanlığından cəmi 18 gün ötmüş bu gənc Kərbəla şəhidlərindən olmaq qabiliyyəti qazandı. Müslim ibn 

Ovsəcə,  Həbib  ibn  Məzahir,  Səid  ibn  Abdullah  Hənəfi  kimilərinin  Kərbəlada  şəhid  olması  bir  o  qədər  də 

təəccüblü görünmür. Amma Hürr kimi bir şəxsin bu məqama çatması adamı heyrətə salır. O, Kufədən çıxdığı 

vaxt  qulağına  belə  bir  səs  dəydi:  “Ey  Hürr!  Sənə  behiştlə  müjdə  olsun!”  Bu  səs  Hürrü  heyrətə  salmışdı. 

Düşünürdü ki, görən bu yol behiştə aparırmı? O narahat idi ki, ibn Ziyadın göstərişi ilə peyğəmbər balasının 

qarşısını kəsən bir şəxs hansı əsasla behiştlə müjdələnir?! Hürr bilmirdi ki, bu yol onu hara aparır! 

İmam Hüseynə (ə) başqa bir şəxs də qoşuldu. Amma o şərt kəsmişdi ki, Kərbəlada qalmasının bir faydası 

olmasa  azad  buraxılacaq.  Həzrət  ona  belə  bir  icazə  vermişdi.  Bu  şəxs  aşura  günü  günortadan  sonra  Kərbəla 

meydanını tərk etdi! 

Hindistanın  tanınmış  dövlət  xadimi  Qandidən  soruşdular  ki,  səni  ingilislərə  qarşı  qiyama  ruhlandıran  nə 

oldu? O deyir: “Mən aşura günü Hüseyn ibn Əlinin qiyamından ilham aldım!” Bu söz çox məşhurdur. İslama 

etiqadı olmayan bir buddist Hüseyni öz qiyamı üçün nümunə seçir! 

İbn-Abbasdan sonra Əbu-Bəkr İbn Haris ibn Haşim imamı qiyam yolundan çəkindirmək istədi. O da Kufə 

əhlinin etibarsızlığını önə çəkib imamı bu səfərdən saxlamaq istəyirdi. İmam belə cavab verdi: “Allah-təalanın 

qəzavü-qədəri nədirsə o da olacaq.”1  

Abdullah ibn Zübeyr imam Hüseynə dedi: “Nə üçün Məkkəni tərk edirsən? Mən təslim olmağa hazıram. İşi 

mənə  həvalə  edə  bilərsiniz.”  Həzrət  buyurdu:  “Buna  ehtiyac  yoxdur.”  Abdullah  dedi:  “Bəli,  əgər  mənim  də 

sizin qədər müridlərim və başdan keçənlərim olsaydı, belə edərdim.” Sonra imamı səhnədən xaric etməklə bağlı 

ittiham  olunmaması  üçün  dedi:  “Əgər  qalsanız  bizim  imamımız  və  rəhbərimizsiniz!”  Həzrət  buyurdu:  “Mən 

getmək istəyirəm.” Tarixi mənbələrdə bildirilir ki, İbn Abbas Abdullah ibn Zübeyrə dedi: “Burada olması səni 

narahat edən adam getdi və sənin üçün yol açıldı.”  

Ən mühüm görüşlərdən biri imamın öz qardaşı Məhəmməd ibn Hənəfiyyə ilə görüşüdür. Məhəmməd həcc 

aylarında  Məkkədə  hazır  idi.  İmamın  göstərişi  ilə  Mədinədə  qalmalı  olduğu  müddəti  orada  qalmışdı. 

Məhəmməd  dedi:  “Qardaşım!  Nə  etmək  istəyirsən?”  Həzrət  buyurdu:  “İraqa  gedəcəyəm.”  Məhəmməd  İbn 

Abbasın sözlərini təkrar etdi. İmam onun cavabında buyurdu: “Deyirsən nə edim?” Məhəmməd dedi: “Hərəmdə 

qalmaq istəmirsinizsə Yəmənə gedin. Orada atamızın və sizin şiələriniz çoxdur. Ora dağlıq ərazidir, orada qalıb 

işin  sonunu  gözləyə  bilərsiniz.”  Həzrət  buyurdu:  “Sübhə  qədər  buradayam.”  Sübh  namazından  sonra 

Məhəmmədə xəbər verdilər ki, qardaşın Hüseyn İraqa hərəkət üçün hazırdır. Məhəmməd tələsik özünü imama 

çatdırdı və dedi: “Siz mənə dediniz ki, sabaha qədər düşünərsiniz.” Seyyid ibn Tavusun nəql etdiklərinə əsasən 

imam buyurdu: “Dünən  gecə  yuxuda babam peyğəmbəri gördüm. O mənə buyurdu: “Hüseyn!  İraqa yola düş. 

Allah sənin şəhadətini istəyir. Bu din və onun davamı sənin şəhadətindən asılıdır.”2  

İmam Hüseyn öldürülmək üçün getmirdi. Amma Allahın dini və müqəddəs tövhid ağacı dövrün imamının və 

ən  üstün  şiələrin  qanı  ilə  suvarılmalı  idi.  İmam  hərəkət  etdi.  Həzrət  Zeynəbin  əri  Abdullah  ibn  Cəfər  Yəzid 

komandanlığının  yanına  gedib  dedi:  “Əmim  oğlu  Hüseyn  belə  bir  təhlükə  hiss  edir  ki,  onu  öldürmək 

istəyirsiniz.  Bu səbəbdən də  hərəmi  tərk  etmək  fikrindədir.  Bu  iş  sizi  hörmətdən  salacaq.”  Yəzidin  sərkərdəsi 

dedi:  “Mən  yazılı  şəkildə  ona  aman  verirəm.”  Həmin  şəxs  amannamə  yazdı  və  Abdullah  ibn  Cəfərlə  birlikdə 

qardaşını  Məkkəyə  imam  Hüseynin  xidmətinə  göndərdi.  Həmin  şəxs  amannaməni  imama  təqdim  edib  dedi: 

“Bu sənədə əsasən sizə tam toxunulmazlıq verilir.” Həzrət buyurdu: “Allahın verdiyi aman bizim üçün başqa 

amanlardan üstündür. Mən getməliyəm.” Sünni tarixçisi Təbəri yazır: “Abdullah nə qədər israr etdisə imam öz 

fikrindən daşınmadı. Abdullah dedi: “Nə üçün buradan getməkdə bu qədər israrlısan?” Həzrət buyurdu: “Çünki 

                                                 

1

 “Əl-uyunul-ibri”, s. 57, 58 



2

 

“Məqtəli-müqərrəm”, s. 176 



 


 

40 


yuxuda babam Rəsulullahı görmüşəm.” Abdullah dedi: “O sənə nə buyurdu?” İmam buyurdu: “Onun görüşünə 

çatanadək deyə bilmərəm.”1  

İmamla qarşılaşmış ilk müsafir böyük ərəb şairi Fərəzdəq idi. O dövrünün tanınmış şəxsiyyəti, ən istedadlı 

şairlərindən  idi.  (Fərəzdəq  uzun  bir  ömür  yaşamışdır.  İmam  Səccadın  dövründə  Hişamın  hüzurunda  Kəbə 

kənarında  imam Səccadı  mədh edən  bir şer  yazdı.  Bu  şer  Hişamda ona  qarşı  qəzəb  yaratdı.) Fərəzdəq imama 

ərz  etdi:  “Hara  gedirsən?”  İmam  buyurdu:  “Bəni-Üməyyə  hərəmi  hörmətdən  salmaq  istəyir,  ona  görə  də 

şəhərdən  xaric  oluruq.”  Tarixdə  Fərəzdəqin  dilindən  belə  nəql  olunur:  “İmam  məndən  kimliyimi  soruşdu? 

Dedim  ki,  ərəbəm.  İmam  mənim  bu  cavabımla  kifayətləndi.  Sonra  soruşdu  nə  xəbər  var?”  Cavab  verdim  ki, 

xalqın  qəlbi  sizinlədir  və  sizi  sevir.  Amma  qılıncları  sizə  qarşıdır.  Allahın  qəza-qədəri  ərş  aləminə  aiddir. 

Bilmirəm nə olacaq. Allah nə istəyirsə onu edir.” İmamın bu sözlərdən xoşu gəldi və ona ən ali bir cavab verdi: 

“Doğru  dedin.  İş  Allah-təalanın  əlindədir.  Allah  daim  dünyanın  işlərinə  hakimdir.  Əgər  Allah  bizim 

xoşlandığımız bir şeyi müqəddər edərsə, ona şükr edərik. Əgər qəza-qədər bizimlə ümidimizin arasını kəsdisə 

(şeytani qüdrət güc gəldi və biz tövhid kəlməsini elan edə bilmədik və iş bizim şəhadətimizlə sonuclandı), biz 

haqqa təcavüz etməmişik. Çünki niyyətimiz haqdır və batinimiz təqva üzərində bərpadır.”2  

Bu, imam Hüseynin (ə) qiyam qaldıranlara verdiyi ən böyük dərs idi: Əgər sənin niyyətin haqdırsa, vəzifəni 

yerinə  yetirmək  üçün  qiyam  qaldırmısansa,  müvəffəq  olmamağının  qorxusu  yoxdur.  (Yadınızdadırsa,  imam 

Rahil inqilab boyu buyurardı ki, bizim qiyamımız qalib gəlmək üçün yox, vəzifəmizi yerinə yetirmək üçündür.) 

İmam Hüseyn qaçmaq istəmirdi. O buyururdu: “Siz məktub yazmısınız ki, gəlin, mən də gəlmişəm. Əgər yolu 

açmasanız,  Mədinəyə  gedərəm.  Əgər  Mədinəyə  getməyimi  istəmirsinizsə,  Məkkəyə  gedərəm.  Məkkəyə 

getməyimi  istəmirsinizsə,  Allahın  yeri  genişdir.”  İmam  canını  qurtarmaq  yox,  vəzifəsini  yerinə  yetirmək 

istəyirdi.  İmam  Hürr  ilə  qarşılaşdığı  vaxt  buyurdu:  “Anan  matəmində  otursun,  nə  istəyirsən?!  Yolu  aç,  mən 

gedim.” İmam öhdəsində olan imamət vəzifəsini yerinə yetirmək barədə düşünürdü.  

Fərəzdəq imamdan həcc barədə bir neçə məsələ soruşdu və vidalaşdı.  

Zilhiccənin səkkizinci günü imam Hüseyn (ə) Məkkədən çıxmaq qərarına gəldi. Onun danışıq tərzində fərq 

vardı.  Ətrafındakılara  anlatdı  ki,  biz  Allahın  qəti  qəza-qədərinə  doğru  gedirik.”  O  İbn  Abbas,  Məhəmməd 

Hənəfiyyə, Abdullah ibn Ömərdən də yaxşı başa düşürdü ki, İraqda vəziyyət necədir. Amma Allah-təala onun 

gedib öz vəzifəsini yerinə yetirməsini təqdir etmişdi. İmam buyurdu ki, mən gedib lazım olan xütbələri bəyan 

etməli,  müxtəlif  insanlarla  görüşməliyəm  ki,  dünya  əhlinə höccət  tamamlansın,  həqiqət  məlum olsun.  İmamla 

yolda görüşən digər bir şəxs Bişr ibn Qalib Əsədi idi. İmam ondan İraqdakı vəziyyət haqqında soruşdu. O dedi: 

“İnsanların qəlbi səninlədir, qılıncları Bəni-Üməyyə ilə.” İmam ona Fərəzdəqə verdiyi cavabdan məhdud cavab 

verdi:  “Allah  istədiyini  edər,  iradəsinə  uyğun  hikməti  yerinə  yetirər.”  Yəni  mən  Allahın  müəyyən  etdiyi  və 

gerçəkləşməsi hökmünə doğru gedirəm. 

İmamın  məzlum  bacısı  həzrət  Zeynəb,  Xəzimiyyənin  məclisində  ilahi  bir  nida  eşitdi:  “Ey  gözlər  ağlayın. 

Məndən sonra şəhidlərə, ilahi vədin gerçəkləşməsi üçün əcəli çatanlara kim ağlayar?!” İmam öz bacısına belə 

cavab  verir:  “İlahi  qəza-qədərin  labüd  etdiyi  iş  olasıdır.  Sən  babanın,  ananın  və  atanın  dilindən  bir  təqdir 

eşitmisən və bilirsən ki, haraya gedirik.” 

Əmr  ibn  Ləvzan adlı bir şəxs  İraq  yaxınlığında imamla  görüşdü. O  imama dedi:  “Hara  gedirsən?”  Həzrət 

buyurdu:  “İraq  camaatı  mənə  məktub  yazıb,  onların  yanına  getməliyəm.”  Həmin  şəxs  dedi:  “Olarmı  mən  bir 

söz  deyim?  Siz  Kufəni  və  onun  əhlini  tanıyırsınız.  Mən  demirəm  ki,  getməyin.  Amma  o  zaman  gedin  ki, 

Müslim Kufədə hakim olsun. Nə üçün düşmənlərin əlində olan Kufəyə gedəsiniz?” İmam ona belə cavab verdi: 

“Ey Allah bəndəsi! Sənin dediklərin mənə aydındır. Amma bil ki, Allah Öz əmr və göstərişində məğlub olmur. 

(Yəni  biz  Allahın  təqdirinə  doğru  gedirik.)  And  olsun  Allahın  müqəddəs  zatına,  Bəni-Üməyyə  nə  qədər  ki, 

ürəyimi sinəmdən çıxarmayıb, məni rahat buraxmaz. Bu işi gördükdən sonra Allah onlara birini hakim edər ki, 

həmin şəxs onları zəlil edər...”  

İmam  Hüseyn  gələcəkdən  xəbər  verirdi.  Həmin  şəxsi  anlatdı  ki,  biz  Kufə  və  Bəsrəni  tutmaq  istəmirik. 

Məqsəd  budur  ki,  din  bərpa  olsun.  Bu  iş  Müslimin,  Haninin  və  başqa  tərəfdarların  şəhadəti  bahasına  olsa  da 

yerinə yetirilməlidir. İmam bildirdi ki, sonra mən özüm də şəhid olasıyam.” 

 

                                                 



1

 “Bihar”, c. 44, s. 366 

2

 

“Bihar”, c. 44, s. 365 



 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə