Dövlət və hüquq nəzəriyyəsi
dan çıxış edərək ümumiləşdirmələr aparır. Bu baxımdan, dövlət və
hüquq nəzəriyyəsi bütövlükdə hüquq elmləri sahəsində əlaqələndirici
funksiyanı həyata keçirir, yəni hüquq elmlərinə münasibətdə
əlaqələndirici rol oynayır. «Sahəvi hüquq elmləri arasında üzvi
əlaqənin yaradılmasına və möhkəmləndirilməsinə, mümkün
təkrarlıqların aradan qaldırılmasına dövlət və hüquq nəzəriyyəsi
kömək edir. Dövlət və hüquq nəzəriyyəsinin işləyib hazırladığı
anlayışlar, kateqoriyalar, prinsiplər sahəvi hüquq elmlərində rəhbər
tutulur. Bununla dövlət və hüquq nəzəriyyəsi onları əlaqələndirir və
hüquq elmlərini vahid sistemdə birləşdirir».’'
Beləliklə, dövlət və hüquq nəzəriyyəsi bir növ sahəvi hüquq
elmlərini bütün hüquq elmləri üçün ümumi olan məsələlərin
tədqiqindən azad etmiş olur. Dövlət və hüquq nəzəriyyəsi tərəfindən
işlənib hazırlanan «hüquq norması», «hüququn mənbəyi», «hüquq
sistemi», «hüququn tətbiqi» və s. nəzəriyyələr digər sahəvi hüquq
elmlərinin nəzəri bazasına çevrilir.
Dövlət və hüquq nəzəriyyəsinin sahəvi hüquq elmlərinə
münasibətdə ümumiləşdirici və sintezləşdirici xarakterə malik
olmasının açıqlamasını M.N.Marçenko aşağıdakı kimi verir;
Birincisi, dövlət və hüququn yalnız ayrı-ayrı sahələri, tərəfləri ilə
geniş şəkildə məşğul olan sahəvi hüquq elmlərindən fərqli olaraq,
dövlət və hüquq nəzəriyyəsi «sintez olunmuş» bütün dövlət-hüquq
materiyası ilə İşləyir.
ikincisi, özünün xüsusi anlayış aparatına malik olan sahəvi
hüquq elmlərindən fərqli olaraq, dövlət və hüquq nəzəriyyəsi bütün
sahələr üçün ümumi olan anlayışlar və kateqoriyalar işləyib hazırlayır.
Həmin anlayışlar və kateqoriyalar ayrı-ayrı sahələr daxilində xüsusi
anlayışların yaradılmasının əsası kimi çıxış edir.
Üçüncüçü, dövlət və hüquq nəzəriyyəsi bütün sahəvi hüquq
elmləri üçün ümumi olan metodlar və elmi idrakın prinsiplərini
müəyyənləşdirir. Yəni dövlət və hüquq nəzəriyyəsi dövlət-hüquq
materiyasının dərk edilməsində metodoloji baza kimi çıxış edir. Bu
əsasda da hər bir sahəvi elm öz daxilində hüquq normaları-
1
Yenə orada.
27
ilqar Məmmədov
nın dərk edilməsi və realizasiyasının sahəvi prinsip və metodlarını
formalaşdırır."'
İ.F.Maçin yazır ki, elmi fikrin bir forması kimi çıxış edən dövlət və
hüquq nəzəriyyəsi statiklik baxımından, ilk növbədə, bütövlükdə
dövlət və hüquq və onların qarşılıqlı əlaqəsi haqqında müxtəlif
məktəblər tərəfindən hazırlanmış biliklərin sistemidir.
Dinamiklik baxımından isə dövlət və hüquq nəzəriyyəsi bir elmi
məktəbin öz metodoloji mövqeyindən çıxış etməklə digər elmi
məktəbin metodoloji mövqeyini və əldə etdiyi nəticələri tənqid etməsi
prosesidir ki, bu da dövlət və hüquq haqqında biliklərin daha çox
rasionallaşmasına və onların konseptuallaş- masında yeniləşməyə
səbəb olur.2
Dövlət və hüquq nəzəriyyəsinin öz nəzəri müddəalarını digər
hüquq elmlərinin, həmçinin bir sıra başqa ictimai elmlərin elmi
nəticələrini ümumiləşdirməklə formula etməsini onun indiyə kimi öz
elmi əsaslarını tapmaması kimi xarakterizə edənlər də var. Məsələn,
O.A.Puçkov həmin mövqedən çıxış edərək yazır ki, dövlət və hüquq
nəzəriyyəsinin predmetinə aid məsələlərin dörddə üçü digər
elmlərdən alınmadır. O, bununla bağlı misallar gətirərək fikrini belə
açıqlayır: «Hal-hazırda da dövlət və hüquq nəzəriyyəsinin predmeti
sahəsinə daxil olan hüquq münasibətlərinin obyektlərinə dair
məsələlər mülki hüquq elmindən götürülmədir. Həmin məsələlər
barəsində dövlət və hüquq nəzəriyyəsinin «öz nəzəri müddəaları»
yoxdur. Hüquqi dövlətlə bağlı müddəalar əsas etibarilə
politologiyadan və ümumi dövlət və hüquq tarixindən inkorporasiya
edilir, dövlət və hüququn yaranmasının faktiki materialı isə ümumi
dövlət və hüquq tarixindən alınır və bu halda tədqiqatçılar hətta
ümumiləşdirmə səviyyəsinə də qalxmırlar».2
1
Проблемы теории государства и права. Под редакцией док.
юридических наук, профессора Марченко М.Н. М., 2002, з. 42.
2
Теория государства и права.
Под редакцией про(р.
Марченко
М.Н.
М., 1998, 3.11-12.
■ ^Пучков О.А.
Теория государства и права: проблемы и
перспективы./ Правоведение. № 6, 2001, з. 9.
28
Dövlət və hüquq nəzəriyyəsi
O.A.Puçkovun bu fikri nəzəriyyəçilərin əksəriyyətinin mövqeyi ilə
üst-üstə düşmür. Nəzəri ədəbiyyatda özünə yer alan əsas mövqe
belədir ki, dövlət və hüquq nəzəriyyəsi öz nəzəri müddəalarını digər
hüquq elmlərinin, həmçinin bir sıra başqa ictimai elmlərin elmi
nəticələrinin ümumiləşdirilməsi əsasında qursa da o, sahəvi hüquq
elmlərinin nəzəriyyəsi ilə əvəz olunmur və onlarda əriyib itmir.^
Dövlət və hüquq nəzəriyyəsi sahəvi hüquq elmlərinə
münasibətdə ümumnəzəri hüquq elmi kimi çıxış etməklə onların özü
tərəfindən müəyyənləşdirilməsi çətin olan nəzəri-hüquqi problemləri
aşkarlayır, hüquq hadisələrini ictimai-mədəni, siyasi, iqtisadi
faktorlarla əlaqələndirə bilir, bütün sahələr üçün ümumi olan
anlayışlar və kateqoriyalar işləyib hazırlayır, dövlət və hüquq
hadisələrinin nəzəri təhlilinə imkan yaradır və ən nəhayət, hazırladığı
nəzəri modellərdən çıxış edərək dövlət və hüquqla bağlı konkret
faktları şərh edir, həmin faktları doğuran tendensiyaların inkişafını
proqnozlaşdırır, onlara qiymət verir. Beləliklə də, dövlət və hüquq
nəzəriyyəsi bir növ cəmiyyətin siyasi və hüquqi strukturlarının
kənardan,
«üst
qatdan»
müşahidə
edilməsinə
və
qiymətləndirilməsinə imkan yaradır.
Özünün elmi statusu və əhəmiyyətinə görə ümumi-nəzəri
xarakterli fundamental elm olan dövlət və hüquq nəzəriyyəsi ayrıca
bir dövlətin və ya regionun təcrübəsi ilə məhdudlaşmır. Müxtəlif tarixi
dövrlərə aid dövlət və hüquq gerçəkliyinin bütün sahələrinin və
istiqamətlərinin öyrənilməsi əsasında onların inkişafının ümumi və
spesifik qanunauyğunluqlarını, əsas əlamətlərini və mühüm olan
xarakterik xüsusiyyətlərini aşkarlayır, dövlət və hüquq üçün
xarakterik olan xüsusi halları ictimai hadisələr sistemindən ayıraraq
müstəqil sosial hadisələr kimi tədqiq edir. O, dövlət və hüququ bütöv
bir tam kimi öyrənir və bununla da hüquq elmləri sistemində onlar
haqqında ümumi- ləşdirlcl biliklər yaradan fundamental siyasi-hüquqi
elm kimi özünə yer alır.
Хропанюк.В.Н.
Теория государства и права. М., 2002, s. 25.
29
Dostları ilə paylaş: |