Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə7/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   2   3   4   5   6   7   8   9   10   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Hüquq  fəlsəfəsi  ilə  hüquq  nəzəriyyəsinin  (dövlət  və  hüquq 

nəzəriyyəsinin)  bir-birindən  fərqlənməsi  ilə  əlaqədar  alman 

hüquqşünas  alimi  Qustav  Radbrux  yazır  ki,  hüquq  fəlsəfəsi  hüquq 

ideyasını, onun dəyərliliyini, mənəvi əsaslarını, hüquqda ifadə olunan 

məqsədi öyrənir; «hüquq necə olmalıdır ?» sualına da, məhz hüquq 

fəlsəfəsi  tərəfindən  cavab  axtarılır.  Hüquq  nəzəriyyəsinin  «tədqiqat 

predmeti  kimi  isə  pozitiv hüquq  qaydası  çıxış  edir.  Bu  elm,  düzgün 

olan yox, qüvvədə olan hüquq barəsindədir. Yəni hüquq necədirsə, 

onu o cür də öyrənir, hüquq necə olmalıdır məsələsi isə bu elmə aid 

deyil».”' 

Müasir tədqiqatçılardan olan Y.V.Tixonravov hüquq fəlsəfəsinin 

predmetini  belə  açıqlayır;  «Hüquq  fəlsəfəsi  hüququn  mənası 

haqqında,  yəni  insanın  hansı  universal  səbəblərdən  və  hansı 

universal  məqsədlər  naminə  hüquq  yaratdığını  müəyyənləşdirən 

təlimdir».2 

Fransız  hüquqşünası  J.-L.Berjel  isə  hüqüq  fəlsəfəsini  «hüquq 

metafizikası»  adlandırır.  O,  yazır  ki,  hüquq  fəlsəfəsi  hüquq 

metafizikası  olmaqla  «hüququ  texniki  aparatdan  azad  etməyə  can 

atır.  Bu,  ona  görə edilir  ki,  həmin  hesaba  hüquq  fəlsəfəsi  hüququn 

mahiyyətinə  qədər  gedib  çıxsın  və  hüququn  metayuri-  dik 

əhəmiyyətini, onun müdafiə etdiyi dəyərləri, həmçinin də insana və 

dünyaya tam baxışda hüququn mənasını aşkarlaya bilsin».'^ 

Dövlət  və  hüquq  nəzəriyyəsi  isə  hüquq  fəlsəfəsindən  fərqli 

olaraq,  analitik  hüquqşünaslığa  aid  olan  elm  sahəsi  kimi  pozitiv 

hüquqa əsaslanır, yəni bir növ hüquqi pozitivizm ruhundan çıxış edir. 

Dövlət və hüquq nəzəriyyəsi üçün xarakterik olan həmin xüsusiyyətin 

açıqlanmasına  xüsusi  önəm  verən  S.S.Alekseyev  yazır  ki,  sahəvi 

hüquq elmləri kimi, hüquq nəzəriyyəsinin də praktiki hüquqşünaslıqla 

sıx  əlaqəsi  var.  «Subyektiv  hüquq  və  vəzifələr,  hüquqi  məsuliyyət, 

normativ aktlar, hüquq texnikası, 

' Радбрух Густав. 

Философия права. М., 2004, 5. 127. 

-

  Тихонравов  Ю.В. 

Основы  философии  права.  М.,  1997,  5.46. 

Бержелъ Ж.Л. 



Обшая теория права. М., 2000, 5.19. 

21 


ilqar Məmmədov 

hüququn təfsiri və digər ümumnəzəri problemlərlə bağlı onun 

{yəni 

hüquq  nəzəriyyəsinin  -  İ.A.Məmmədov)



  verdiyi  biliklərin  qanun 

layihələrinin  hazırlanması,  hüququn  tətbiqi  və  hüququn  tədrisi 

sahəsində hüquqi-praktiki əhəmiyyəti böyükdür».”' 

Dövlət  və  hüquq  politologiyanın,  iqtisadiyyat  elminin, 

sosiologiyanın, həmçinin sosial psixologiyanın da tədqiqat obyektidir. 

Təbiidir ki, dövlət və hüququn tədqiq edilməsi ilə əlaqədar dövlət və 

hüquq nəzəriyyəsi ilə həmin elmlər arasında özünəməxsus əlaqələr 

yaranır.  Dövlət  və  hüquq  nəzəriyyəsinin  predmetinin  açılışı  zəruri 

olaraq  həmin  ictimai  elmlər  sahəsinə  müdaxilə  tələb  edir.  Çünki 

dövlət  və  hüquq  hadisələrinin  öyrənilməsi,  tədqiq  edilməsi  üçün 

onları şərtləndirən, həmin hadisələrə yaxından təsir göstərən ictimai, 

siyasi və iqtisadi faktorlar da mütləq nəzərə alınmalıdır. V.M.Sırıxın 

yazdığı  kimi  «normativist  hüquq  məktəbinin  tarixi  inandırıcı  şəkildə 

sübut  edir  ki,  yalnız  hüquq  normalarına  və  qüvvədə  olan 

qanunvericiliyə  əsaslanan  təmiz  hüquq  nəzəriyyəsi  hüququn 

qanunauyğunluqlarını  və  ondakı  dərin  prosesləri  dərk  etmək  üçün 

yararsızdır».^

 

Dövlət  və  hüquq  nəzəriyyəsi  həm  ictimai,  həm  də  hüquqi  elm 



olduğundan  tədqiqatçılar  tərəfindən  o,  aşağıdakı  kimi  xarakterizə 

edilir: 


-

 

dövlət  və  hüquq  nəzəriyyəsi  ictimai  elmdir.  Bu  elm  ictimai 



həyatın  mühüm  sahələri  olan  dövlət  və  hüquq  hadisələrini,  həmin 

hadisələrdən irəli gələn münasibətləri öyrənir; 

-

 

bilavasitə dövlət və hüququ (hər ikisini birlikdə) öyrənməyən, 



lakin  tədqiqat  obyekti  dövlət  və  hüquq  hadisələri  olan  ictimai 

elmlərdən fərqli olaraq, dövlət və hüquq nəzəriyyəsi hüquqi elmdir; 

-

 

dövlət və hüquq nəzəriyyəsi bütün sahəvi hüquq elmləri üçün 



ümumi olan problemləri öyrənən ümumnəzəri hüquq elmidir. 

' Алексеев С.С. 

Философия права. М., 1999, з.22. 

Сырых В.М. 



Теория государства и права. М., 2002, з.551 

22 


Dövlət və hüquq nəzəriyyəsi 

Dövlətin  və  hüququn  öyrənilməsi  prosesində  ümumiləşdirici- 

nəzəri  elm  kimi  formalaşmış  dövlət  və  hüquq  nəzəriyyəsi  hüquq 

elmləri  sistemində  xüsusi  yerə  malikdir.  O,  fundamental  hüquqi 

biliklər  sahəsini  əhatə  edir.  Dövlət  və  hüquq  nəzəriyyəsinin  digər 

hüquq  elmlərinə  münasibətdə  fundamental  elm  olması  onun 

ümumnəzəri  xarakteri  və  əhəmiyyəti  ilə  müəyyənləşir.  Dövlət  və 

hüquq  nəzəriyyəsinin  ümumnəzəri  əhəmiyyəti  hüquq  elmləri  ilə 

barabər,  dövlət  və  hüququn  bu  və  ya  digər  aspektini  tədqiq  edən, 

öyrənən digər ictimai elmlərə münasibətdə də özünü göstərir. Belə ki, 

göstərilən  məsələləri  öyrənərkən  həmin  ictimai  elmlər  dövlət  və 

hüquq  nəzəriyyəsi  tərərəfindən  artıq  əldə  olunmuş  nailiyyətlərə, 

biliklərə, elmi mühakimələrə müraciət etməlidirlər. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  ingilis-sakson  hüquq  ailəsinə 

daxil olan ölkələrdən fərqli olaraq, məcəlləşdirməyə xüsusi yer ayıran 

və hüququnun mənbəyini əsasən normativ hüquqi aktlar təşkil edən 

Roman-german hüquq ailəsinə daxil olan ölkələrdə dövlət və hüquq 

hadisələrinin  hüquq  elminin  öz  çərçivəsində  nəzəri  yöndən  tədqiq 

edilməsinə,  ontoloji  və  qnoseoloji  problemlərinin  mücərrədləşdirmə 

səviyyəsində təhlil edilməsinə xüsusi diqqət verilmiş, dövlət və hüquq 

nəzəriyyəsi hüquqi elm sahəsi kimi, məhz bu ölkələrdə inkişaf edərək 

ümumiləşdirici-nəzəri sahəyə çevrilmişdir. 

Hüquq elmləri ümumi bir obyekt vasitəsilə birləşən müxtəlif növ 

biliklər sistemidir. Odur ki, hüquq elmləri sistemi daxilində özünə yer 

alan ayrı-ayrı sahələr müəyyən qruplara ayrılır və onlar bir-birindən 

profilinə  görə  fərqlənir.  Ayrı-ayrı  nəzəriyyəçilərin  fikirlərini 

ümumiləşdirərək həmin təsnifləşdirməni aşağıdakı kimi vermək olar: 

1.

 



Sahəvi  hüquq  elmləri  (konstitusiya  hüququ,  inzibati  hüquq, 

mülki  hüquq,  ekologiya  hüququ,  beynəlxalq  hüquq  və  s.  hüquq 

elmləri).  Hüququn  ayrı-ayrı  sahələri  müvafiq  qaydada  bu  qrupa  aid 

olan  hüquq  elmlərinin  bilavasitə  obyekti  kimi  çıxış  edir.  Bu,  o 

deməkdir ki, inzibati hüquq elmi inzibati hüququ, yəni inzibati hüquq 

münasibətlərini, mülki hüquq elmi mülki hüquq mü 



23 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə