Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə5/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   2   3   4   5   6   7   8   9   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  funksiyaları.  Elm  sahəsinin 

funksiyaları  onun  məqsəd  və  vəzifələrindən  irəli  gəlir.  Dövlət  və 

hüquq  nəzəriyyəsi  də  hüquqi  biliklərin  müstəqil  sahəsi  olmaqla 

özünün  spesifik  funksiyalarını  həyata  keçirir.  Dövlət  və  hüquq 

nəzəriyyəsinin  funksiyalarının  bir-neçə  təsnifatı  mövcuddur.  Həmin 

təsnifatları  ümumiləşdirməklə  dövlət  və  hüquq  nəzəriyyəsinin 

funksiyalarını aşağıdakı kimi açıqlaya bilərik: 

Qnoseoloji  funksiya  Məlumdur

  ki,  hər  bir  elm  sahəsinin  əsas 

vəzifələrindən biri əsaslandırılmış, həqiqi ola bilən elmi bilikləri inkişaf 

etdirməkdən  ibarətdir.  Bu  vəzifə  ilə  bağlı  oian  funksiya  elmin 

qnoseoloji  funksiyası  adlandırılır.  Dövlət  və  hüquq  nəzəriyyəsinin 

qnoseoloji  funksiyası  dövlət  və  hüquqla  bağlı  ümum-  nəzəri  biliklər 

formalaşdırmaqla dövlət və hüquq həyatının əsas cəhətlərinin, onlar 

arasındakı əlaqələrin dərk edilməsində və izah olunmasında öz əksini 

tapır.  Dövlət  və  hüquq  nəzəriyyəsi  dövlət  və  hüquq  hadisələrinin 

nəzəri-elmi  dərkinə  imkan  yaratmaqla  yanaşı,  onların  əsas 

qanunauyğunluqlarını  üzə  çıxarır;  dövlət-hüquq  gerçəkliyini  bir  tam 

kimi digər sosial hadisələrlə əlaqədə öyrənməklə belə bir gerçəkliyin 

cəmiyyətdəki  rolunu  açıb  göstərir.  Beləliklə  də,  hüquqi  şüurun 

inkişafına təkan verir. 

Ontoloji  funksiya.

  «Ontologiya»  termini  varlıq  haqqında  təlim 

mənasını  verir.  Bu  təlim  varlığın  əsaslarını,  qanunauyğunluqlarını, 

strukturunu  öyrənir.  Dövlət  və  hüquq  nəzəriyyəsinin  ontoloji 

funksiyası  dövlət  və  hüququn  mahiyyətinin  açılmasına,  dövlət  və 

hüququn  nə  olduğunu  müəyyənləşdirməyə,  onların  genezisinin 

tədqiq edilməsinə xidmət edir. 

Evristik  funksiya.

  Evristika  həqiqətin  üzə  çıxarılması,  yeni 

kəşflərin edilməsi ilə bağlıdır. Bütün elm sahələri kimi dövlət və hüquq 

nəzəriyyəsi də yeni biliklərin yaradılması yolu ilə inkişaf edir. Elmin bu 

sahəsi dövlət və hüquq gerçəkliyinin ümumi qanunauyğunluqlarının 

dərk  edilməsi  və  izah  olunması  ilə  məhdudlaşmır.  O,  tədqiqatları 

daha  da  dərinləşdirərək  dövlət  və  hüququn  inkişafının  yeni 

qanunauyğunluqlarını  aşkarlayır  və  beləliklə,  həmin  hadisələri 

inkişafda öyrənir. 

Metodoioji  funksiya.

  Dövlət  və  hüquq  nəzəriyyəsi  fundamental 

hüquq elmi olmaqla sahəvi hüquq elmlərinə nəzəri və məntiqi 

15 



ilqar Məmmədov 

bütövlük  verir,  onun  işləyib  hazırladığı  anlayışlar,  ideyalar  bütün 

hüquq  elmləri  üçün  nəzəri  baza  rolunu  oynayır,  həmçinin  sahəvi 

hüquq  elmlərini  dövlət-hüquq  gerçəkliyinin  ayrı-ayrı  tərəflərinin 

öyrənilməsinin  və  həmin  kontekstdə  hadisələrin  dərk  edilməsinin 

prinsipləri ilə, ümumi elmi yanaşma üsulları ilə təmin edir. Beləliklə, 

dövlət və hüquq nəzəriyyəsi metodoloji funksiyasını həyata keçirmiş 

olur. 


Proqnozlaşdırma  funksiyası.

  Dövlət  və  hüquq  nəzəriyyəsi 

proqnozlaşdırma  funksiyasını  həyata  keçirməklə  bu  və  ya  digər 

dövlət-hüquq  hadisəsinin  gələcəkdə  necə  olacağını,  digər  sosial 

hadisələrə  hansı  təsiri  göstərəcəyini  müəyyənləşdirir,  həmçinin 

dövlət-hüquq  gerçəkliyinin  ayrı-ayrı  tərəflərinin  gələcəyi  barədə 

hipotezalar  hazırlayır.  Dövlət  və  hüquq  nəzəriyyəsi  əldə  olunmuş 

biliklərdən  həm  də  dövlət  və  hüquq  hadisələrinin,  proseslərinin 

inkişaf tendensiyalarını öncədən görmək, onların ictimai həyata necə 

təsir  göstərə  biləcəyini  müəyyənləşdirmək  üçün  istifadə  edir.  Bu 

funksiya  qanunvericiliyin  təkmilləşdirilməsi  yollarının  aşkara 

çıxarılması baxımından da əhəmiyyətlidir. 

Analitik funksiya.

 Həmin funksiya qanunvericiliyin təhlil olunması 

və sistemli şəkildə öyrənilməsində ifadə olunur. 

Konstruktiv  funksiya.

  Bu  funksiya  analitik  funksiyanın  davamı 

kimi  çıxış  edir.  Materiallar  təhlil  edildikdən  sonra  qanunvericiliyin 

təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi  ilə  bağlı  təkliflərin 

əsaslandırılması konstruktiv funksiyanı doğurur. 

Tərbiyələndirici  funksiya.

  Dövlət  və  hüquq  nəzəriyyəsi 

vətəndaşların  hüquq  mədəniyyətinin,  hüquqi  şüurunun  inkişafına 

təsir etməklə və hüquqa hörmət aşılamaqla həmin funksiyanı həyata 

keçirir. 

Tətbiqi funksiya.

 Dövlət və hüquq nəzəriyyəsi hüquqyaradı- cılığı 

və hüquq tətbiqetmə təcrübəsinə təsir göstərməklə tətbiqi funksiyanı 

həyata keçirmiş olur. Dövlət və hüquq nəzəriyyəsinin həyata keçirdiyi 

həmin funksiya normativ-hüquqi aktların şərh edilməsi metodlarının 

hazırlanması, 

qanunvericiliyin 

təkmilləşdirilməsi 

və 


sistemləşdirilməsi, həmçinin praktiki xarakterli digər məsələlərin həll 

edilməsində ifadə olunur. 



16 


Dövlət və hüquq nəzəriyyəsi 

İdeoloji  funksiya.

  Dövlət  və  hüquq  nəzəriyyəsinin  bir  vacib 

funksiyası da ideoloji funksiyadır. Dövlət və hüquq nəzəriyyəsi dövlət 

və  hüquqla  bağlı  hər  hansısa  prinsiplər,  ideyalar,  kateqoriyalar 

sisteminə  üstünlük  verməklə,  həm  də  bir  növ  müvafiq  dövlət 

quruluşunu,  siyasi-hüquqi  rejimi  təbliğ  etmiş  olur.  Hal-  hazırda  da 

vacib  anlayışlar,  ideyalar  kimi  qəbul  edilən  hüquqi  dövlət,  insan 

hüquq və azadlıqlarının təmin edilməsi, demokratik idarəçilik və s. bu 

kimi anlayışlar müvafiq prinsiplərə, ölçüyə uyğun hüquqi mədəniyyəti 

və  münasibətləri  ehtiva  edir.  Və  yaxud  SSRİ-nin  mövcud  olduğu 

dövrdə  marksist-leninçi  dövlət  və  hüquq  nəzəriyyəsi  sinfi 

yanaşmadan  çıxış  edərək  sosialist  dövləti  və  hüququ  ilə  bağlı 

anlayışları, müddəaları təbliğ etməklə cəmiyyətin müvafiq ideologiya 

əsasında idarə olunmasını təmin etmək funksiyasını yerinə yetirirdi. 

Dövlət  və  hüquq  nəzəriyyəsi  konkret  dəyərlərə,  prinsiplərə  və 

ideyalara  əsaslanmaqla  dövlət-hüquq  hadisələri  ilə  bağlı  əhalidə 

müəyyən  dünyagörüşü  və  həmin  hadisələrə  müəyyən  münasibət 

formalaşdırır.  O,  hüquq  münasibətlərinin  iştirakçılarının  hüquqi 

şüuruna və hüquq mədəniyyətinə təsir göstərməklə, həm də ictimai 

həyatın müəyyən tərzdə tənzimlənməsinə təsir göstərmiş olur. 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  bütün  funksiyaları  bir-birilə 

qarşılıqlı  əlaqədədir.  Onların  bir-birini  tamamlaması  nəticəsində 

dövlət  və  hüquq  nəzəriyyəsi  mühüm  siyasi-hüquqi  məsələlərin  həll 

edilməsinin ciddi nəzəri və metodoloji bazasına çevrilmişdir. 

§ 2. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN HÜQUQ 

ELMLƏRİ SİSTEMİNDƏ YERİ 

Məlum olduğu kimi, elm tədqiq olunan predmet haqqında, onun 

mühüm  əlamətləri  və  xüsusiyyətləri,  mövcudolma  və  inkişaf 

qanunauyğunluqları  haqqında  rasional,  sübuta  əsaslanan,  təsdiq 

oluna bilən və obyektiv gerçəkliyi əks etdirən bilik forrna- sını ifadə 

edir. Elmi biliklər qeyri-elml, şdi, dıletant tə'^"'. .......................... — 



17 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə