Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə8/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   4   5   6   7   8   9   10   11   ...   205

ilqar Məmmədov 

nasibətlərini,  cinayət  hüququ  elmi  cinayət  hüquq  münasibətlərini, 

konstitusiya hüququ elmi konstitusiya hüquq münasibətlərini öyrənir. 

Bu  qayda  digər  sahəvi  hüquq  elmlərinə  də  aiddir.  Sa-  həvi  hüquq 

elmləri öz həcminin böyüklüyünə görə hüquq elmlərinin əsas blokunu 

təşkil edir. 

2.

 

Yardımçı  (tətbiqi)  hüquq  elmləri  və  ya  tədris  sahələri 



(kriminalistika,  kriminologiya,  məhkəmə  təbabəti,  məhkəmə 

psixiatriyası, hüquqi statistika və s.). Hüquqi məsələlərin həlli üçün 

bu  sahələrin  vasitəsi  ilə  texniki  elmlərin,  dəqiq  elmlərin,  təbabət 

elminin, 

hüquqla 

bağlı 


olmayan 

digər 


elm 

sahələrinin 

nailiyyətlərindən istifadə olunur. 

3.

 



Tarixi-hüquqi  elmlər  (xarici  ölkələrin  dövlət  və  hüquq  tarixi, 

Azərbaycanın  dövlət  və  hüquq  tarixi,  dövlət  və  hüquq  haqqında 

təlimlər  və  ya  siyasi-hüquqi  təlimlər  tarixi).  Siyasi-hüquqi  təlimlər 

tarixi  həm  də  tarixilik  aspektinə  malik  olan  nəzəri  sahə  kimi  qəbul 

olunduğundan  hüquq  elmlərinin  qruplaşdırılması  zamanı  o, 

tarixi-nəzəri elm kimi də xarakterizə edilir. 

4.

 

Nəzəri hüquqi elmlər. Nəzəri hüquqi elmlər ən ümumi dövlət 



və hüquq hadisələrini öyrənən elmlərdir. Onlardan biri də dövlət və 

hüquq  nəzəriyyəsidir.  Daha  çox  Qərb  ölkələrində  İnkişaf  etmiş 

«müasir hüquqşünaslıq» da nəzəri-hüquqi elmlərdən biridir. Bununla 

yanaşı,  «Hüququn  fəlsəfəsi»  də  ümumnəzəri  hüquqi  bilikləri  əhatə 

etməklə hüququn dərk olunmasının «ən üst qatı, daha dəqiq desək, 

ümumiləşdirilmiş hüquqi biliklər zirvəsi kimi çıxış edir»."' 

Sahəvi  və  yardımçı  hüquq  elmləri  bir  qayda  olaraq  dövlət 

həyatının  və  hüququn  müəyyən  bir  sahəsi,  İstiqaməti,  elementi  ilə 

məşğul olur. Dövlət və hüquq nəzəriyyəsi İsə onlardan fərqli olaraq, 

ictimai-siyasi,  hüquqi  hadisələrin  tədqiq  edilməsi  nəticəsində  əldə 

olunmuş  biliklərə  əsaslanmaqla  dövlətin  və  hüququn  genezisinin 

ümumi 


qanunauyğunluqlarını, 

dinamikasını, 

mahiyyətini, 

funksiyalarını, formalarını, hakimiyyətin, hüququn realizəsi 

'  Алексеев  C.C. 

Право:  азбука-теория-философия:  Опыт 

комплексного исследования. М., 1999, s. 394. 

24 



Dövlət və hüquq nəzəriyyəsi 

məsələlərini  və  s.  öyrənir.  Dövlət  və  hüquq  nəzəriyyəsinin  digər 

hüquq elmlərindən fərqlənməsi ilə bağlı M.Məlikova yazır ki, dövlət və 

hüquq nəzəriyyəsi dövlət və hüququn ayrı-ayrı sahələrini deyil, siyasi 

və  hüquqi  təsisatlar  kimi  onların  bütövlükdə  spesifik  inkişaf 

qanunauyğunluqlarını, sinfi mahiyyətini, tarixi tiplərini, funksiyalarını, 

formalarını, qanunun qəbulu, şərhi, realizə edilməsi məsələlərini və s. 

öyrənir.  «Dövlət  və  hüquq  nəzəriyyəsinin  öyrəndiyi  dövlət  və 

hüququn  spesifik  qanunauyğunluqları  xüsusi  hüquq  elmləri  üçün 

rəhbər  və  başlanğıcdır.  Onlar  xüsusi  elmlər  tərəfindən  dövlət  və 

hüququn  bu  və  ya  digər  tərəfinin  öyrənilməsinin  əsasını  təşkil  edir. 

Onun  formula  etdiyi  ümum-  nəzəri  müddəalar  xüsusi  elmlərin 

predmetinin  tədqiqində  müəy-  yənedici,  metodoloji  əhəmiyyətə 

malikdir.  Məsələn,  dövlət  və  hüquq  nəzəriyyəsinin,  ümumiyyətlə, 

hüquq münasibətlərinə verdiyi anlayış mülki hüquq münasibətlərinin 

şərhində mülki hüquq elmi üçün metodoloji əsasdır. Dövlət və hüquq 

nəzəriyyəsinin  qanunun  təfsirinə  dair  işləyib  hazırladığı  nəzəri 

məsələlər  cinayət  qanununun  təfsirində  cinayət  hüququ  elmi  üçün 

əsas kimi qəbul olunur və s.».’' 

Dövlət  və  hüquq  nəzəriyyəsi  özünəməxsus qaydada  dövlət  və 

hüquq  tarixinin  əldə  etdiyi  biliklərdən  faydalanmaqla  onları 

ümumiləşdirir, 

sistemləşdirmələr 

aparır, 


qanunauyğunluqları 

aşkarlayır.  Belə  ki,  ümumi  dövlət  və  hüquq  tarixi  konkret  dövlət- 

hüquq  hadisələrini,  proseslərini  öyrənərkən  ayrı-ayrı  dövlətləri, 

sivilizasiyaları, superetnosları nəzərə alır və xronoloji ardıcıllığa riayət 

edir.  Dövlət  və  hüquq  nəzəriyyəsi  isə  həmin  bilikləri  keyfiyyətcə 

başqa  məzmunda,  yəni  nəzəri  səviyyədə  təhlil  etməklə  ümumi 

olanları, əsas əlamətləri və xüsusiyyətləri müəyyənləşdirir, dövlət və 

hüququn tarixi inkişafının qanunauyğunluqlarına əsaslanaraq onların 

mahiyyətini açır, tarixən sabit, dəyişilməz olan əlamətlərini aşkar edir. 

Hər  bir  hüquq  elmi  dövlət  həyatının  və  hüququn  obyektiv 

gerçəkliklərini, təzahürlərini öyrənən nisbətən müstəqil elmi 

Məlikova M.F. 



Dövlət və hüquq nəzəriyyəsi. S.17. 

25 



ilqar Məmmədov 

quruluş  kimi  çıxış  edir.  Beləliklə  də,  hüquqi  reallığın  müəyyən 

elementləri həmin sahələrin predmetini təşkil edir. Bu, o deməkdir ki, 

ayrıca  bir  hüquq  elminin  predmeti  obyektiv  gerçəkliyin  əsas 

xüsusiyyətlərinin  hüquqi  anlayışlar  baxımından  dərk  edilməsinin  və 

elmi cəhətdən ifadəsinin müəyyən bir aspektidir. 

Pozitiv konstitusiya hüququ, cinayət hüququ, mülki hüquq və s. 

hüquq  sahələri  empirik  reallıq  kontekstində  təzahür  olunan 

sahələrdir.  Bütün  bu  empirik  reallıq  ümumilikdə  hüquq  kimi,  yəni 

hüquqi  reallıq  kimi  öyrənilərkən  müvafiq  anlayışlardan  çıxış  edilir. 

Ayrı-ayrı hüquq elmləri tərəfindən istifadə olunan hüquqi anlayışların 

bir çoxu, məhz nəzəri fikirin məhsuludur. 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  müstəqil  hüquq  elminə 

çevrilməsinin  zəruriliyi  həm  də  onunla  bağlıdır  kl,  real  həyatda 

təzahür  olunan  dövlət  və  hüquq  hadisələrinin  obyektiv 

qanunauyğunluqlarını  dərk  etmədən  sahəvi  hüquq  elmlərinin 

predmetini  dərindən  öyrənmək  mümkün  deyil.  Misal  üçün,  dövlətin 

ümumi  tərifi  olmadan  dövlətin  müxtəlif  tarixi  tiplərinin  bir-birindən 

fərqlənən  xüsusiyyətlərini  müəyyənləşdirmək  olmur  və  ya  hüququn 

mahiyyəti,  məzmunu  və  forması,  sahələri  və  institutları,  sistemi, 

hüquq norması və hüquq münasibətləri haqqında ümumi elmi izahlar 

olmadan ayrı-ayrı hüquq elmləri tərəfindən əhatələnən xüsusi biliklər 

sahəsinə aid məsələlər təkmilləşdirilmiş qaydada hüquqi-elmi biliyə 

çevrilə bilməz. 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  vəzifəsi  də,  məhz  dövlət  və 

hüquq  hadisələrinin  inkişafındakı  tendensiyaları,  daxili  əlaqəliliyi, 

insanlararası  münasibətlərdə,  cəmiyyətin  həyatında  onların  rolunu 

açıqlamaqdan,  hüququn  adekvat  dərk  edilərək  mahiyyətinə  uyğun 

obyektivləşməslnə, pozitlvləşməslnə yardımçı olmaqdan ibarətdir. Bu 

isə onu göstərir ki, dövlət və hüquq nəzəriyyəsi həm nəzəri, həm də 

praktiki əhəmiyyətə malikdir. Odur ki, dövlət və hüquq nəzəriyyəsinin 

verdiyi  anlayışların,  kateqoriyalarin,  bu  sahədə  əldə  olunan 

nəticələrin  dövlət  və  hüquq  hadisələrinin  inkişafındakı  əsas 

tendensiyaların  xarakterizə  olunmasında  mühüm  əhəmiyyəti  var. 

Bunlarla  bərabər,  dövlət  və  hüquq  nəzəriyyəsi  sahəvi  hüquq 

elmlərinin nailiyyətlərindən faydalanır, onlar 

26 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə